Ölü heyvanın ətini satmaq istədilər, qarşısı alındı

0
289

Qazax rayonunda diri çəkisi 315 kiloqram olan istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata görə, Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində vətəndaş Cəfərov Musa Cavad oğluna məxsus avtomobilin yük yerinə baxış keçirilib.

Bu zaman avtomobilin yük yerindən daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub. İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Qazaxdan Gəncəyə daşındığı məlum olub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

İstinad: oxu.az