Ölümcül virus dünya miqyasına çatdı – ÜST həyəcan elan etdi

0
209

“Ebola” virusunun yayılması dünya miqyaslı fövqəladə hadisə kimi dəyərləndirilir.

Terefsiz.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bildirib.

Bu qiymət epidemiyanın Konqonun 2-milyonluq Qoma şəhərində yayılmasından sonra verilib. Qiymətləndirməyə əsasən, dünya içtimaiyyəti bu bölgəyə maddi və texniki yardımını güçləndirməlidir.

Ebola virusu dərmanı hələ də kəşf olunmayan nadir ölümcül xəstəlikdir. O, 2014-15-ci illərdə dünyada 11 min insanın ölümünə səbəb olub.

İstinad: Lenta.ru

Terefsiz.az