Rusiyanın Domodedovo şəhərinin 40 yaşlı sakini Oleq Draçov 13 yaşlı oğlu İlyanı bıçaqlayaraq öldürüb.
“TVC” xəbər verir ki, buna səbəb O.Draçovun ölümcül xəstəliyə tutulması olub.
Həkimlər onda beyin xərçəngi tapıblar.
Öləcəyinin qaçılmaz olduğunu anlayan ata bu cür qəddar və ağlasığmaz addıma əl atıb.
“Həyat yoldaşımın oğlumu tək böyüdə bilməyəcəyindən qorxurdum. Atasız böyüməməsi üçün onu öldürdüm”, – deyə cinayətkar polisə etiraf edib.
istinad:oxu.az