Ömrünün sonuncu günü toy günü imiş…

0
174

Braziliyada 6 aylıq hamilə olan Cessika Qedes toy günü vəfat edib.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, tibb bacısı işləyən 30 yaşlı qadın hamiləlik müddətində heç bir şikayəti olmayıb. O, sevgilisi Flavio ilə körpənin doğumuna qədər münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər. Gəlin maşınında kilsəyə gedərkən Cessikanın halı qəfildən pisləşib. Qohumları isə bunu toy həyacanı olduğunu hesab edib. Kilsəyə çatdıqda gəlin huşunu itirib. Təcili xəstəxanaya çatdırılan qadının preeklampsiya (hamiləlik zamanı təzyiqin anidən yüksəlməsi) keçirərək, beyninə qan sızdığı məlum olub. O, təcili əməliyata alınıb. Həkimlər körpənin həyatını xilas etsələr də, gənc ananı qurtarma mümkün olmayıb.

“Yaşadıqlarıma inana bilmirəm. Sanki hansısa kədərli filmə düşmüşəm. Filmə baxıb ağlayırsan, ancaq birtdikdən sonra anlayırsan ki bu sadəcə filmdir. Ancaq bizim qəmli filmimiz heç zaman bitməyəcək və əzabımız sonsuzadək davam edəcək” deyə, gəlinin sevgilisi Flavio bildirib.