Yaponiyada yerli sakin əlil şəxsləri öldürüb.
TEREFSİZ.AZ saytı “Kyodo News”a istinadən xəbər verir ki, Saqamixara şəhərində yerləşən xəstəxanada Satosi Uematsu adlı şəxs 19 əqli qüsurlu xəstəni bıçaqla qətlə yetirib, 20 nəfəri isə yaralayıb.
Xəbərdə bildirilir ki, həmin vaxt tibb müəssisəsində 18-75 yaş arası 150 xəstə olub.
S.Uematsunun həmin xəstəxanada üç il işlədiyi bildirilir. O, hadisədən bir neçə ay əvvəl işdən çıxıb.
İstintaq prosesində həmin şəxs əqli qüsurlu xəstələri əzabdan xilas etmək üçün öldürdüyünü deyib.
Məhkəmə onun barəsində ölüm hökmü qərarı verib.
Terefsiz.az