Prezident İlham Əliyev Litvin Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Terefsiz.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Litvin İbiş oğlu Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
istinad:oxu.az