Onları yatarkən öpmək qadağandır

0
139

Kulis.az 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınlar haqda maraqlı faktları təqdim edib.

Bayramınız mübarək!

Qadın gəzərkən qarşısına günəşdən qızmış çınqıl çıxarsa, o, çınqılın üzərindən barmaqlarının ucunda keçəcək. Kişi isə bu halda dabanlarını yerə basardı.

Qadın əsnəyəndə ağzını ovucu ilə, kişi isə yumruğu ilə tutur.

Qadını kimsə çağıranda, o yalnız başını çevirir. Kişi isə gövdəsini də döndərir, çünki kişilərin boynu daha yoğundur və xoşagəlməz halla üzləşə bilər.

Qadınlar xarici dil öyrənməyə meyllidirlər, daha doğrusu, bu onlara daha asan müyəssər olur. Ümumiyyətlə, statistikaya görə, qadınlar daha savadlı və sürətli danışırlar.

Qadın heç vaxt köynəyini kürəyindən yapışıb soyunmur.

Qadın heç vaxt boynunun ardını qaşımır, çünki çaşqınlığını nümayiş etdirmək istəmir və üstəlik, bu onun saç düzümünü poza bilər.

Qadından əllərini göstərməyi xahiş etsən, yəqin ki, o, qüsursuz manikürünü göstərmək üçün ovuclarını aşağı əyəcək. Kişilər isə bu halda açıq ovuclarını irəli uzadırlar.

Statistikaya görə, qadınlar kişilərdən 5 il çox yaşayır.

Təcrübə göstərir ki, qadınlar daha yaxşı sürücüdürlər. Əlbəttə, onlar da qəzaya düşürlər, amma bu qəzalar o qədər də ağır olmur. Kişilər isə sürəti sevirlər və yol qaydalarını daha tez-tez pozurlar.

Qadınlar güclü ağrılara kişilərdən daha dözümlüdürlər.

Əgər qadın təsadüfən barmağını çəkiclə əzirsə, kişilərdən fərqli olaraq, senzuradan kənar sözlər işlətmir.

Alimlər bu qənaətə gəliblər ki, qadınlar daha səbirli və diqqətlidirlər, illər keçdikcə bu keyfiyyətlərini itirmirlər.

Ən yüksək IQ göstəricisi olan qadın (196-dır) Merlin Maç Vos Svantdır.

Maraqlıdır ki, qadınların 24 faizi “dünyaya kişi kimi gəlmək istəyərdim” deyir.

İspaniyalı 67 yaşlı qadın əkiz uşaq doğmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

Müntəzəm olaraq dodaq boyasından istifadə edən qadınlar ömür boyu 2 kiloqram dodaq boyası yeyirlər.

Qadın geyinərkən birinci köynəyi seçir, kişilər isə, geyinməyə əvvəlcə şalvardan başlayırlar.

Əgər qadın yumruq vurmağa cəhd göstərirsə, bir qayda olaraq, böyük barmağı irəli çıxır.

Əgər yaş paltarı sıxmaq lazım gəlirsə, qadın bunun üçün ovuclarını yuxarı qaldırır, kişi isə əksinə, ovuclarını aşağı açır.

Hər insan “qadınlar haqqında hər şeyi bilirəm” deyə bilməz. Bu fikri söyləyəcək insan heç mövcud da deyil. Qadınları tanımaq üçün bir həyat kifayət etmir.

Amerikanın Kolorado ştatında qadını yatanda öpmək qadağandır.

Əllə salamlaşarkən qadınlar praktiki olaraq əl sıxmırlar.

Honkonqda əri tərəfindən aldadılan qadına ərini öldürmək icazəsi verilir. Qadın, ərini öldürərkən heç bir silahdan, bıçaqdan istifadə edə bilməz. O, yalnız çılpaq əliylə öldürə bilər.

Siqaret çəkərkən qadınlar siqareti dişləmirlər və ya ağızda tutmurlar. Onlar siqareti əllərində saxlayırlar.

Dünyanın ilk proqramçısı qadın olub — Ada Lavleyst.

XII əsrdə Almaniyada müharibə zamanı III Konrad qadınlara dağılmış şəhəri tərk etmək, həmçinin özləri ilə istədiyi şeyi götürməyi icazə vermişdir. Nəticədə qadınlar ərlərini çiyinlərində aparıblar.

Qadınların ürəyi, kişilərin ürəyindən 20 faiz balacadır.

Əgər siz qadının etibarını qazanmaq istəyirsinizsə, onu 20 saniyə qucaqlamanız kifayətdir.

Araşdırmalara görə, 35 faiz qadın ərindən çox pul qazanır, bu göstərici ABŞ-da 30 faiz, bütün Avropada isə 59 faizdir.

Qadınların əksəriyyəti heç cür sirr saxlaya bilmir, alış-verişi isə hədsiz çox sevirlər.

Statistikaya görə danışıqlar zamanı qadınlar kişilərdən daha müvəffəqiyyətlidirlər.

Qadınlar kişilərin onların istəklərini gözlərindən anlamasını istəyirlər.

istinad:oxu.az