Sabahdan hava nəqliyyatı vasitəsilə bir sıra ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
“TEREFSİZ.AZ” “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmin ölkələrin siyahısını təqdim edirik:
Bolqarıstan Respublikası;
Butan Krallığı;
Cənubi Afrika Respublikası;
Qvatemala Respublikası;
Laos Xalq Demokratik Respublikası;
Livan Respublikası;
Mavriki Respublikası;
Misir Ərəb Respublikası;
Myanma İttifaqı Respublikası;
Nepal Federativ Demokratik Respublikası;
Paraqvay Respublikası;
Şimali Makedoniya Respublikası;
Şri-Lanka Demokratik Sosialist Respublikası;
Vyetnam Sosialist Respublikası.
TEREFSİZ.AZ