Orduya dəstək mitinqi yoluxma sayını artırıb? – RƏSMİ AÇIQLAMA

0
1010

“Virusun özünü necə aparacağı, bununla bağlı proqnozların verilməsi çox çətindir. Biz ümidlə yanaşırdıq ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək”.

Terefsiz.az-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu gün yoluxmaların sayı stabildir.

“Stabil olmaqda da davam edəcək. Buna uyğun hansı qərarların veriləcəyi isə artıq gələcəkdə müzakirə olunacaq məsələdir”.