Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

0
82

Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə  Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Bundan başqa, oktyabr ayında 38 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 6 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, ötən ay 18 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 3 nəfərə imtina verilib.

terefsiz.az