Ötən il Azərbaycanda 660 uşaq övladlığa götürülüb

0
117

2019-cu ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Terefsiz.az-a verilən məlumata görə, ötən il 345-i oğlan, 315-i qız olmaqla, ümumilikdə 660 uşaq, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla, 14 uşaq övladlığa götürülüb.

2018-ci illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb.

Məhkəmələr tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq, 82 hal təşkil edib.

2019-cu ildə övladlığa götürülən uşaqlardan 175-i 1 yaşadək, 296-sı 1-5 yaş, 115-i 6-10 yaş, 74-ü isə 11-17 yaş arasında olub.

istinad:oxu.az