Övladlarınıza verdiyiniz 8 zərərli qida – Video

0
126

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib. Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir. Medicina.az xəbər verir ki, uşaqların həzm sistemi 14 yaşına kimi formalaşır, ona görə onların qidalanması böyüklərdən fərqli olmalıdır. Çox valideynlər uşaq 9-10 yaşına keçən kimi elə ailəvi kim nə yeyirsə, eyni yeməkləri uşaqlara verir. Bir çoxları isə 5 yaşına kimi uşaqlarına market və apteklərdə üzərində GMO-suz, uşaqlar üçün, 100 % orqanik sözü yazılan istənilən qidanı alır. Böyüklər təhlükəsiz qida ilə bağlı bilgilərə malik olmadığından, dəb ardıyca qaçır. Məsələn, faydalı bildiyiniz meyvə şirələri, xüsusən mağazada satılanlar, üzərində yalnız uşaqlar üçün yazılsa belə, uşaq orqanizminə faydalı deyil. 1.Hazır meyvə şirələri Paketlərdə satılan, 3-4 aylıqdan tutmuş 3 yaşına kimi uşaqlar üçün xüsusi istehsal olunan meyvə şirələri çox zaman rəngsiz, kimyəvi qatqısız olur. Hətta istehsalçılar şirənin tərkibinə vitaminlər də əlavə edir. Bütün bunlar cəlbedici görünə bilər, amma uşaq üçün faydalı deyil. Çünki bu qidada şəkər, karbohidrat çoxdur, sellüloza isə yoxdur. 300 ml-lik portağal şirəsində 50 qr şəkər var. Halbuki bu miqdar böyüklərin gündəlik şəkər normasıdır. 2-8 yaşlı uşaqlar üçünsə norma 25 qramdır. Uşağın təkcə 1-2 stəkan şirə ilə normanı doldurması, daha sonra əlavə qidalarla şəkər alması onu hansı vəziyyətə gətirir? Bu o demək deyil ki, meyvə şirələrindən imtina etmək lazımdır. Meyvə və tərəvəzdən şirəni evdə təzə-təzə hazırlayıb, bir qədər su əlavə edib, içmək lazımdır. 2.Kəsmikli, qlazurlu sıroklar Yalnız və yalnız uşaqlar üçün faydalı olması barədə miflər gəzən bu sıroklar şəkərlə doludur, onda süd demək olar yoxdur. Həddən artıq kalorilidir, tərkibində nişasta, dadlandırıcı, palma yağı, bir çox maddələr var. Ona görə bu qidaları uşaqlara almayın. Süd lazımdırsa, təbii südü qaynadıb verin, kəsmik lazımdırsa, adi kəsmik alın. 3.Şirin yoqurtlar Uşağın menyusunda süd məhsulları mütləq olmalıdır. Bunu anlayan istehsalçılar marketləri müxtəlif dadda, rəngdə, hətta hədiyyəli, sürprizli uşaq yoqurtları ilə doldurub. Valideynlər bilməlidir ki, uşaq üçün faydalı yoqurt tərkibində faydalı bakteriyalar çox olan natural yoqurt hesab edilir. Əsl yoqurtun 1 qramında 107 KOE mikroorqanizm olmalıdır. 4.Kərə yağı Bu yağ uşaq orqanizmi üçün çox ağırdır. Onu yalnız 9 ayından sonra çox az miqdarda qidaya daxil etmək lazımdır. Mağazada satılan kərə yağları isə əslindən çox uzaqdır. 5.Hazır səhər yeməkləri İri qutularda hazır səhər yeməkləri tərkibi, qutusu, rəngi, dadı ilə valideynləri cəlb edir. Şirin qarğıdalı, kürəciklər, şokoladlı toplar, müsli – reklam olunmuş məhsuldan başqa bir şey deyil. Tez hazırlanan bu qidalar uşaq üçün faydalı sayılmır. Bu qidalar hazırlananda taxılın üzərindəki qabıq təmizlənir, bu da o ərzağı tamamən faydasız edir. 6.Mannı sıyığı Mannı yarması sovet dövründən bağça və məktəblərin əvəzolunmaz qidasıdır. Bu qida da faydalı deyil, səhərlər yox, günorta, axşam yeyilə bilər. Mannının tərkibində karbohidrat çoxdur, 70% nişastadan ibarətdir. Sənaye baxımından işlənmiş mannı yarması da zülalını itirir. Xüsusən şəkərlə hazırlanan mannı uşaqda şəkərdən asılılıq yaradır, o doymur, bağırsağı tənbəlləşir. Mannıda çox qlüten var, o ciddi bağırsaq allergiyası yaradır. Mannı 1 yaşından sonra uşaqlara verilə bilər, 10 gündə 1 dəfə. 7.Popkorn Bilmirik günəbaxan tumu kimi qarğıdalı partlamasını nə səbəbə icad ediblər, amma qarğıdalı dənələri özü vitaminlərlə zəngin olub, uşaq orqanizmi üçün vacibdir. Lakin bu kinoteatr və yollarda satılan popkorna aid deyil. Termiki hazırlanma zamanı məhsula yağ, şəkər, duz, konservantlar qatılır. 8.Soyuq içki və yemək Tibet tibbinə görə 1 aylıqdan 3 yaşa kimi uşaq orqanizmində elə bir enerji dövr edir ki, o soyuğu xoşlamır. Ona görə qida və içki çox soyuq olmamalıdır. Hətta pomidor-xiyar salatını belə üzərindən ilıq su gəzdirib verin. Yoxsa uşaq orqanizmində, toxumalarında soyuq yel hakim olacaq.