Özcan Dəniz həyat yoldaşından Meryem Uzerliyə görə boşanıb? – FOTO

0
208

Məşhur türkiyəli müğənni Özcan Dənizin boşanma səbəbi ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Terefsiz.az xəbər verir ki, ikilinin boşanma səbəbi aktrisa Meryem Uzerli olub. Sənətçinin 15 aydır evli olduğu həyat yoldaşı Feyza Aktan onun aktrisa Meryem Uzerli ilə görüşməsinə qarşı çıxıb.

İkilinin birlikdə belə əyləşməsinə və görüşməsinə etiraz edən Feyzanın hərəkətləri müğənnini bezdirib. Bu səbəbdən də həyat yoldaşının yersiz qısqanclığına dözə bilməyən Özcan boşanma qərarı verib.

Özcan və Meryem 2017-ci ildə “Öteki Taraf” filmində birlikdə rol alıb.

İddialara əsasən, film çəkilişləri zamanı dörd aylıq hamilə olan Feyza Özcan ilə aktrisanın öpüşdüyü şəkilləri mətbuatda gördükdən sonra, həmin  səhnəni izləmək istəyib. Özcan isə hamilə xanımının həssas olmasını və bunun bir iş olduğunu  əsas gətirərək buna icazə verməyib.

Sonradan Meryemin Özcana dostcasına yazdığı mesajlar da Feyzanı özündən çıxarıb. Hətta boşanma protokolunda da bunun qeyd olunduğu açıqlanıb.

Boşandıqdan bir ay sonra barışan cütlük Özcanın yeni layihəsində yenidən Meryemlə birlikdə rol almaq istəməsi onların ayrılmasına səbəb olub.

Qeyd edək ki, 46 yaşlı Özcanla, 26 yaşlı Feyza bu ilin iyunun 20-də boşanıb. Cütlük ötən il martın 8-də 15 nəfər qonağın iştirakı ilə Aktanla nikah bağlamışdı.

Cütlüyün bir oğlu var.

Sevinc Yasinqızı

istinad:oxu.az