Ev Blog Səhifə 1085

“Boinq-757” sərnişin təyyarəsi təcili eniş edib

0

Sankt-Peterburq-Dubay reysi ilə uçan “Boinq-757” sərnişin təyyarəsi Tehranın Mehrabad aeroportuna təcili eniş edib.

Terefsiz.az xəbər verir ki, bu haqqda “Mehr” agentliyi məlumat yayıb.

“Sərnişinlərdən birinin halı pisləşdiyi üçün təyyarə Mehrabad aeroporuna enmək məcburiyyətində qalıb”, – agentlikdən məlumat verilib

Terefsiz.az

Spartak Ayaz Quliyevi əfv etdi

0

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyev qızı Pərvanənin onun haqda iddialarına cavab verib.

0

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyev qızı Pərvanənin onun haqda iddialarına cavab verib.

Açıqlama verən Ağalar qızının ittihamlarını əsassız sayıb:

“O, başdanxarabdır, anası dəlixanada da yatıb. Mən onu bir körpəlikdə, bir də bulvarda görüb, şəkil çəkdirmişəm. Onun anası xəstədir, oğurluq üstündə türməyə düşüb. Onlardan uzaq gəzirdim, onlara reklam lazımdır. Deyiblər ki, belə danış, səni qabağa çəkək. Ağzına gələni danışır, gah deyir qorxuram, gah deyir hamınızı öldürərəm. Mənim ailəm, oğlum var. Hamısı yanımdadır. İşdən çıxıb, evimə gedirəm”.

Dostəliyev Pərvanənin anası Şəhla ilə necə tanış olmasından da söz açıb:

“Onun anasını dostumun ad günündə gördüm. Onları iki rəfiqə bir qadın gətirmişdi. Yeyib-içəndən sonra otelə getdik. Həftədə bir dəfə yanıma gəlirdi. Sonra gördüm ki, başı xarabdır, əl çəkmir. Dedim ki, yanıma gəlmə, amma gəlirdi. Bir-iki sillə vurdum, getdi məni tutdurdu. Neçə dəfə məni həbs etdirib. İndi də məndən əl çəkmirlər”.

Ağalar bildirib ki, Nazpərinin bu hadisədən xəbəri yoxdur:

“Yazıq bacımın bunlardan xəbəri yoxdur, heç sifətlərini bir dəfə də görməyib. Nə onu, nə də anasını… Cavanlıqda fanatlarım var idi. Onarı bacılarımla tanış etməyəcəkdim ki? Doğrudan da, qızımsansa, atana niyə belə ləkə yaxırsan? Deyir ki, 6 yaşında ona təcavüz etmişəm. Gəlsin, görək, harada olub? Belə biabırçılıq olar? İnterpola vermişik, onu buraya gətirdəcəyik. Məni camaat tanıyır, namuslu-qeyrətli adamam. Başqasının xanımına belə baxmıram. Ana-bala ikisi də manyakdılar.

Qızım çayxanalarda oxuyur, 3-5 manat pul qazanır. Mənim ailəm var, iki oğlum var idi, o kimdir ki, onu boynuma götürüm? Əgər mənim qızımdırsa, DNT analizinə gedək. Bir həftədi görüşürdüm, anası dedi ki, səndən üç aylıq hamiləyəm. Ona görə, anasını döydüm, qovdum. Məni məhkəməyə çağırdılar, amma DNT analizi etmədilər. O vaxtı prokuror var idi, dedi ki, sənin soyadını verirəm ona. Prokuroru söydüm ki, soyadımı qıza vermə. Məndən sonra soyadımı ona veriblər”.

Pərvanəni həyatında cəmi iki dəfə gördüyünü deyən Dostəliyev onun “Azəri star”dakı iştirakından da danışıb:

“Anası evini satıb, 1400 dollar İlhamə Quliyevaya pul verdi ki, onu “Azəri star”a keçirsin, İlhamə dedi ki, sənin səsin yoxdur. Dünən ona zəng vurdum, dedim ki, camaat məni yaxşı tanıyır, böhtan atma”.

Qeyd edək ki, Pərvanə Dostəliyeva açıqlamasında 6 yaşında atası tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığını, bibiləri Nazpəri və Zeynəb Dostəliyevanın onun həyatını məhv etdiyini deyib.

İstinad: axşam.az

“Təzəpir” məscidi ətrafında tarixi abidə tapıldı.

0

Bakıdakı “Təzəpir” məscidi ətrafında aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları ortaya çıxıb.

Terefsiz.az Virtualaz.org-a istinadən xəbər verir ki, qədim tikilinin qalıqları ekskavatorların tırtılları altında qalaraq dağılıb.

Həmin qazıntı işləri “Təzəpir” məscidinin düz arxasında, Mustafa Sübhi küçəsində, məscidin böyüdülməsi layihəsi çərçivəsində aparılır. Tikinti işlərinin sifarişçisi Qafqaz Müsəlmanları İdarəsidir, iş icraçısı isə “Archico” MMC adlı şirkətdir.

Layihəyə əsasən məscidə əlavə iki minarə, kitabxana və qazanxana binaları tikiləcək, habelə ətrafı hasarlanacaq. Hazırda tikintiyə başlamaq üçün podratçı şirkət özül qazma işləri həyata keçirir. Özül qazılarkən yerin altından qədim hamamın qalıqları çıxıb, amma onun qorunması üçün heç bir tədbir görülməyib və qazıntı işləri davam etməkdədir.

Məsələ ilə bağlı “Təzəpir” məscidinin nümayəndəsi Məhəmməd Qasımov deyib ki, həmin hamam tarixi abidə deyil. O bildirib ki, nisbətən təzə hamamdır, sovet dövründə tikilib.

Məscid nümayəndəsi sovet dövründə tikilmiş hamamın hansı səbəbdən hazırda yerin altından çıxması ilə bağlı sualı isə cavablandırmayıb.

Həbsdə olan baş redaktorun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Terefsiz.az -ın xəbərinə görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zakir Hüseynovifadə verib.

Əvvəllər məktəb direktoru olduğunu deyən zərərçəkmiş hazırda Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığını bildirib.

Z.Hüseynov söyləyib ki, İ.Rəhimov məktəb direktoru işlədiyi dövrlərdə elm olcağına jurnalist kimi gəlib, barəsində yazı yazıb: “2014-cü ildə bir dəfə zəng elədi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirdi”.

İ.Rəhimov zərərçəkmişin dediklərinə etiraz edib. O qeyd edib ki, Z.Hüseynov daha əvvəl çalışdığı “Hürriyyət” qəzetinə abunə olub, zərərçəkmiş pulu da buna görə verib.

Daha sonra digər zərərçəkmiş Rafiq Əbilovdindirilib. O, Ekologiya və Təbii Sərvətlər Nairliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru olduğunu söyləyib.

Zərərçəkmiş ifadə verən zaman İ.Rəhimovu şəxsən tanımadığını, təqsirləndirilən şəxsin saytında onun barəsində yazı yazdığını, tanışı vasitəsilə 300 manat pul verib, həmin məqaləni çıxartdırdığını qeyd edib.

R.Ədilov təqsirləndirilən şəxsdən şikayəti olmadığını deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində 6 zərərçəkmiş var.

Terefsiz.az

Ucarda əmisi qızına təcavüz edib öldürən şəxsin məhkəməsi başlayıb

0

Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Terefsiz.az-ın xəbərinə görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 22-nətəyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Ucar rayonunda baş verib. Rayonun Qaradağlı kəndində 31 yaşlı Gülnar Həşimovanın başı kəsilərək su kanalına atılıb. Daha sonra qadının öz əmisi oğlu İ.Çıqqarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Belə ki, İ.Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib.

Məlumata görə, o, əmisi qızını qətlə yetirməzdən əvvəl ona təcavüz edib.

Ona qarşı Cinayət Məcəlləsinin 152-ci(seksual xarakterli digər hərəkətlər etmə) və 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Terefsiz.az

“Atam namusuma toxunub, sonra da hədələyirdi” – Nazpərinin qardaşı qızından şok etiraflar

0

“Mənə qarşı olan təzyiqlər “Azəristar”dan əvvəl idi. Oradan niyə qovuldum? Çoxdan idi. Bizi istəmirdilər. Heç özümüzü sevdirməyə də çalışmamışıq. Mən anam və nənəmlə yaşayırdım. Məni nənəm böyüdüb, talış qızı idi. Müsabiqəyə gələndə, artıq gözə girdim. Dəstək istəmirdim, amma ən azından qovdurmayaydı məni“.

Bu sözləri açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva deyib. Terefsiz.az axsam.az – a istinadən Pərvanə Dostəliyevanın müsahibəsini sizə təqdim edir. Bir vaxtlar müğənni kimi fəaliyyət göstərən Pərvanə illər sonra Dostəliyevlər ailəsinin onun başına açdığı oyunlardan danışıb:

“Doğulandan məni qəbul etməyiblər. Anam hamilə olanda onlar xəbər tutdular. Ağalar anamı qaçırdıb, 4 ay sonra anam bilib ki, sən demə, o, evli imiş. Anamın ailəsi onun evli olduğunu bilmirdi. Atamla anamın rəsmi nikahı olmayıb. Mən doğulandan sonra anamın ailəsi məhkəmə yolu ilə, qiyamətlə ondan soyadını ala bilib. Məni tənqid edirlər ki, o cür atanın soyadını niyə daşıyırsan? Bu soyadı almasaydım, “bicdir” deyəcəklərdi”.

“AZƏRBAYCANDA OLSAYDIM NAZPƏRİ MƏNİ YOX EDƏRDİ”

Pərvanə illər sonra bu məsələni açıqlamasının səbəblərindəın danışıb:

“İllər sonra danışmağımı qınayırlar. Bilirdim, nə vaxtsa danışacam, amma qərar verə bilmirdim. Uzun müddət Azərbaycandan getdim, orada olsaydım, danışa bilməzdim. Müğənnilik etmək, toya getmək bir yana, mən heç mağazaya çörək almağa düşə bilməzdim. Məni yox edərdilər. Azərbaycandan baş götürüb getdim. Qərar verə bilmirdim, anamın nə reaksiya verəcəyini, uşağımın necə olacağını düşünürdüm. Böyük travma yaşamışdım. Ailəm biləndən sonra anladım ki, bu dərtlə ölmək istəmirəm. Nə qədər onlar sağdır, gəbərib getməyib, hamı bilsin. İstəyirəm Nazpəri, atam öləndə onlara rəhmət düşməsin.

“NAZPƏRİ BÜTÜN TELEKANALLARDA MƏNƏ QADAĞA QOYDURMUŞDU”

Nazpərinin üzündən didərgin düşdüm. Mən “Azəri star”da olanda hamıya zəng edirdi ki, onu atın. Axır ki, atdılar. Klip çəkdirdim, əlimdə DVD, kanalların qapısında it kimi yalvarırdım, heç kim qəbul etmirdi. Nazpəri hər yerdə qadağa qoydurmuşdu. Sağ olsun, rəhmətlik İlhamə Quliyeva, bir-iki dəfə “Space” kanalında verilişlərə çıxdım”.

Atası tərəfindən 6 yaşında dəfələrlə təcavüzə məruz qalan P.Dostəliyeva Ağaların onu dəfələrlə hədələdiyini bildirib:

“Deyirlər ki, 6 yaşında uşaq təcavüz ediləndə niyə ölməyib? Necə dözüb? Tam ilişkiyə girmirdi, sadəcə, namusuma toxundu. Nənəm əməliyyat olunmuşdu, babam gəmidə işləyirdi, evdə ola bilmirdi. Anam xəstəxanada nənəmin yanında qalırdı. Məni isə qoymağa yer tapa bilmədi. Zeynəb Dostəliyevanın evinə apardı ki, bir neçə gün qalım onunla. Orada Nazpərini də görürdüm, gəlirdi onların mikrorayondakı evinə. Qaranlıq blokda atam ilk dəfə mənim namusuma toxundu. Utanıram bunu izah etməyə, üzqızardıcı haldır. Zeynəbin evində qalanda salırdı otağa dəfələrlə təcavüz edirdi. Gecələr ağlayırdım, Allaha yalvarırdım ki, anam gəlib məni tez aparsın. Hələ atam məni qorxudur ki, bibinə, heç kimə demə. Bunu boynundan ata bilməz. İmkan verməyəcəm öləndə kimsə ona rəhmət oxusun. Onu torpaq qəbul etməyəcək. Onun cəsədini dənizə atacaqlar”.

“AĞALAR KÜÇƏLƏRDƏ AC_YALAVAC YATIR”

Pərvanə bildirib ki, ötən gün yayılan açıqlamasından sonra atası ona zəng edib:

“Dünənki açıqlamadan sonra Ağalar mənə zəng etdi, səhv iş gördüm, gərək səsini yazardım. Gözləmədəm oldu, anidan zəng gəldi. Söydüm onu, dedim mənə zəng etmə. Ağalar sağdır, “butkada” yatır, itin qabağına çörək qoyulan kimi oğlu gətirir hərdən yemək verir. Ögey qardaşım Rəvanla aylar əvvəl telefonla danışmışdım. Deyirdi, bizim evimizi satdı, evsiz qoydu bizi. İndi özü küçələrdə yatır. Heç Rəvan da Dostəliyevlər nəslini qəbul etmir. Acından ölür, kim nə gətirir onu da yeyir.

“BAŞIMA BİR İŞ GƏLSƏ, GÜNAHKARI NAZPƏRİDİR”

Nazpəri deyir, guya sərxoşam, psixoloji problemim var idi. Lap sərxoş idim, Nazpərinin mənim çörəyimlə oynaması, atamının namusuma toxunması haqqlıdır? Axı mən sərxoş deyildim. Mən o ilandan, akuladan qorxurdum, məni yox edərdi. Yenə də deyirəm, ailəmin, uşağımın başına bir iş gəlsə, günahkarı onlardır. Atamın harada olduğunu Zeynəb də, Nazpəri də, qardaşları Cavanşir də bilir. Anam da bilir, amma mən harada olduğunu bilmirəm. Ölsün, gəbərsin.

Bundan sonra ölənə kimi Azərbaycana qayıda bilmərəm. Allah onları betər etsin, üzləri gülməsin. Ölməsinlər, ölümdən betər olsunlar. Gözə aldım söyülməyi, təhqir edilməyi… Mənim bütün arzularım ürəyimdə qaldı, müğənnilik kitabı mənə bağlandı. Amma bu dərtlə ölməyəcəm, hamı bilsin onları.

Çox az insana dərdimi deyirdim, onlar da deyirdi, sus, özün biabır olacaqsan. Amma indi dedim ki, özümü də, səni də biabır edəcəm”.

Pərvanə Nazpərinin onu şantaj edib, pul istəməsi məsələsinə də münasibət bildirib:

“Maddi sıxıntım yoxdur. İşləyirəm, şükür, qazancım yaxşıdır. Yalandan deyir ki, bir aydır bu video onda var, onu şantaj edirəm. İlk dəfə 3 gün əvvəl videonu Ülvi Qılınca göndərdim. O da dedi etmə, barışdırım sizi. Dedim ola bilməz, onu rüsvay edəcəm. Götürüb videonu Faik Ələkbərova (ATV-də prodüser – red.) göndərib. Üç günün içində olan söhbətdir. Nə pulu istəyirəm səndən ay utanmaz? Sonra niyə dedin ki, qardaşımın qeyri-rəsmi nikahdan uşağıdır, anasını, özünü yaxınıma buraxmamışam. Sən kimsən sənə yaxın gələk? Peşman da deyiləm, nə demişəm arxasındayam. O travmanı mənə yarışmada necə yaşatdın ey… Gündə İlhamə Quliyevaya zəng edirdin ey, onu qovun.

Unutmaram, ATV-yə gedəndə dedilər olmaz, Nazpəri tapşırıb. Əlimdə pulum ağlıyırdım, ATV-dən mən necə ağlaya-ağlaya gəldim”.

“ANAM TƏCAVÜZ SÖHBƏTİNİ EŞİDİB XƏSTƏXANALIQ OLDU” 

Pərvanə deyib ki, anasına hər şeyi bir il əvvəl açıb danışıb:

“Anam bir il bundan əvvəl bildi. Anam dəhşətə gəldi, başını itirirdi. Uşağım da həmin an eşidib, az qala özünü öldürərdi. Anam xəstəxanalıq oldu, uşağım şok keçirdi.

Elə bilirsiz o soyadla fəxr etmişəm? Ərə gedəndə də o soyadı dəyişmədim. Bilirdim, mən soyadı dəyişdirsəm, adım bic gedəcək, heç nə sübut edə bilməyəcəm. Nazpərinin dediyi kimi bic deyiləm, pasportumda “Dostəliyeva Pərvanə Ağalar qızı” gedir. Bic Nazpərinin övladlarıdır. Ailə qurub, amma övladları “Dostəliyev” gedir. Eləcə də Zeynəbin uşaqları.

Onun uşaqları kimi bic deyiləm. Şərəfsiz atanın soyadını daşıdım ki, sübut edim. Bundan sonra bu soyadı dəyişdirəcəm.

İllər əvvəl Nanə Ağamalıyevanın “Xalq parad” verilişi var idi, orada Zeynəb Dostəliyeva qonaq olmuşdu. Onda Nazpəri ilə küsülü idilər. Həmin verilişdə Zeynəb mənim fotomu əlində tutub deyirdi ki, gözəl səsi var, Nazpəri qoymur oxusun. Tapın həmin kadrları yayımlayın”.

Terefsiz.az

Çelsi yenidən BOS-a gələcək? – Bu gecə yarımfinalçılar bəlli olur

0

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutacaq.

Terefsiz.az xəbər verir ki, keçiriləcək dörd qarşılaşmadan sonra bütün yarımfinalçılar bəlli olacaq.

Avropa Liqası

1/4 final

Cavab oyunları

18 aprel

23:00.”Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 0:2

23:00.”Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)

İlk oyun – 3:1

23:00.”Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun – 2:4

23:00.”Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya)

İlk oyun – 1:0

Qeyd edək ki, Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

Terefsiz.az

Məşhur serial finala çıxır

0

Aktyorlar Buğra Gülsoy, Beren Gökyıldız və Leyla Lidia Tuğutlunun paylaşdığı “Qızım” serialı ekranla vidalaşır.

Terefsiz.az bildirir ki, keçən il sentyabrda yayımlanmağa başlayan serialın mayda final bölümü ekrana gedəcək.

Qeyd edək ki, “Medyapım”ın rəhbəri Fatih Aksoy TV8 üçün növbəti mövsümdə yeni serialın çəkiləcəyini bildirmişdi. Ekran işinin baş rolu isə Cansu Dərəyə təklif edilib.

Terefsiz.az

Gəncədə itkin düşən bacılar tapılıb

0

Gəncədə itkin düşən bacılar tapılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Terefsiz.az – a verilən məlumata görə, aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazisində olduqları müəyyən edilib və onlar, ailəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Terefsiz.az