Ev Blog Səhifə 1087

Məşhur türk müğənnisi və aktyoru Orhan Gencebayın vəziyyəti ağırlaşıb.

0

Məşhur türk müğənnisi və aktyoru Orhan Gencebayın vəziyyəti ağırlaşıb.

Terefsiz.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ürəyində ağrılar səbəbilə xəstəxanaya aparılan ifaçıya dərhal müdaxilə edilib. Onun ürəyində tıxanan iki damara stend qoyulub.

Hazırda reanimasiya şöbəsində yatan müğənninin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Terefsiz.az

De Liqt Barcelona-ya keçəcək

0

Ajax-ın kapitanı Matteys de Liqtin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib.

Terefsiz.az xəbər verir ki, gənc müdafiəçi karyerasını Barcelona-da davam etdirməyə hazırlaşır.

Futbolçu ilə bir müddət əvvəl anlaşan kataloniyalılar Ajax-la da bu transferdə ortaq məxrəcə gəlib. Klublar arasındakı razılığa əsasən, Barcelona 19 yaşlı oyunçunu 75 milyon avroya heyətinə qatacaq.

Qeyd edək ki, Ajax-ın yarımmüdafiəçisi Frenki de Yonqun yayda Barcelona-ya keçəcəyi dəqiqdir.

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

0

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Terefsiz.az saytının məlumatına görə, aprelin 17-də qızılın qiyməti aprelin 16-ı ilə müqayisədə 12,2655 manat azalaraq 1 unsiya üçün 2172,0475 manat təşkil edib.

Gümüş 0,1243 manat ucuzlaşaraq 1 unsiya üçün 25,5532 manata bərabər olub.

Terefsiz.az-a görə, platinin qiyməti 7,6925 manat azalaraq 1498,9155 manat, palladiumun qiyməti isə 16,32 manat azalaraq 2308,1495 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Terefsiz.az

Bakıda 19 yaşlı gənc mağazada intihar edib

0

Bakının Nizami rayonu ərazisində intihar hadisəsi baş verib.

Terefsiz.az hadisə şahidlərinə istinadən xəbər verir ki, 19 yaşlı gənc Əlif Hacıyev, 19 ünvanında yerləşən mağazada özünü asıb.

Oğlanın şəxsiyyəti və hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Terefsiz.az

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib – FƏRMAN

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1537-VQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb.

Terefsiz.az saytının məlumatına görə, həmin qanunla Cinayət Məcəlləsinə “Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili”nə (maddə 233-4) görə cinayət məsuliyyəti nəzərdə tutan maddə əlavə edilib.

Belə ki, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezidentin fərmanına əsasən, telekommunikasiya sahəsində qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) səlahiyyətlərinə daxil edilib.

Məlum olduğu kimi, günümüzdə ümumi cinayətlərin sırasında informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin payı artmaqdadır. Son illər Azərbaycan banklarına qarşı kibercinayətlər törədən çoxsaylı xarici vətəndaşlar DTX tərəfindən müəyyən edilərək Azərbaycana ekstradisiya olunub. Hazırkı dəyişikliklər isə telekommunikasiya sahəsində artan cinayətlərin qarşısının alınmasına yönəlib

Terefsiz.az

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri kimi vəzifəsinin icrasına başlayıb

0

Əkrəm İmamoğlu mandatını aldıqdan sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin binasında fəaliyyətdə olan sədr Mövlud Uysaldan vəzifəni təhvil alaraq vəzifəsinin icrasına başlayıb.

Terefsiz.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

*** 18:20

Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.

Terefsiz.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

*** 17:15

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib.

Terefsiz.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib.

Ə.İmamoğlu vəsiqənin təqdim olunması üçün seçki komissiyasına dəvət olunub. Ona vəsiqə yerli vaxtla saat 16.30-da təqdim ediləcək.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb.

Xatırladaq ki, bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı “Cumhur İttifaqı” 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı “Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.

Terefsiz.az

“Barselona”dan türk futbolçuya cavab

0

“Barselona” “Trabzonspor”un yarımmüdafiəçisi Abdulkadir Ömürün ötən gün Kataloniya təmsilçisində oynamaq istəməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Terefsiz.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ispan klubu rəsmi “Tvitter” hesabı vasitəsilə gənc futbolçuya cavab verib. Ona “Barsa”da oynamağın mümkünsüz olmadığı bildirilib:

“Türkiyədə minlərlə azarkeşimiz, futbol məktəblərimiz, dəyərli sponsorlarımız var. “Barselona” tarixində 3-cü türk futbolçu niyə də olmasın?! – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, 2015-ci ildən “Trabzonspor” klubunda çıxış edən A.Ömür yerli mətbuata müsahibəsində Rüştü Rəçbər, Arda Turan kimi “Barselona” forması geyinməyi arzuladığını dilə gətirib.

İsmayıl Abdullayev

Azərbaycanın Avropa çempionu: “Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim”

0

“Çox çətin görüşlər keçirdim. Ancaq yarışa özümü elə hazırlamışdım ki, çempion olacağıma əmin idim. Keçən il Avropa çempionatının finalında hakimlərin köməyi nəticəsində Petra Olli 1-ci oldu. Həmin üzüntünü hələ də unutmamışam. Bu dəfə Olliylə qarşılaşmadan əvvəl özümə dedim ki, bu dəfə mütləq mən qalib gəlməliyəm. Çox xoşbəxtəm. Böyüklər arasında ilk Avropa çempionluğumdur”.

Terefsiz.az saytının məlumatına görə, bu fikirləri Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Elis Manolova Güləş Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı onu təbrik edən, dəstək verən və onun üçün dua edən hər kəsə təşəkkürünü bildirib. O bildirib ki, arzularından biri də çempion olduqdan sonra Azərbaycan bayrağı ilə xalçada qaçmaq olub: “Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim. Mənim üçün duyğusal anlar idi. Bunu heç vaxt unutmayacağam”.

Manolova finalda 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, bir anlıq da olsa, ruh düşkünlüyü və məğlubiyyət qorxusu yaşamadığını vurğulayıb: “Qətiyyən təslim olmadım. Əksinə, bu, məni qələbə üçün daha motivasiyalı etdi. Uduzacağımı bir an belə düşünmürdüm. Sona qədər güləşdim, mübarizə apardım. Hesabda önə çıxacağımı bilirdim. Hakimlərin finalda rumıniyalı güləşçiyə simpatiya bəsləyəcəyini gözləyirdim. Rəqibi xalçadan kənarlaşdırmaqla almalı olduğum xal hesaba alınmayanda görüşün sonuna 17 saniyə qalırdı. Bu, qalib gəlmək istəyən idmançı üçün çox böyük vaxtdır. Bəzi güləşçilər sona 3-4 saniyə qalmış da 2 xal ala bilir. Çox şükür Allaha, mənə bu cəsarəti və gücü verdi. Son saniyələrdə xalımı alıb, hesabı lehimə çevirə bildim”.

Güləşçi son olaraq iyun ayında Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında 62 kq çəkidə çıxış etməyi düşündüyünü sözlərinə əlavə edib.

Terefsiz.az

Atletico Oblakla yeni müqavilə imzaladı

0

İspaniya Atletico-su qapıçısı Yan Oblakla müqavilənin müddətini uzadıb.

Terefsiz.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə yeni müqavilə 2023-cü ilədək nəzərdə tutulub. Sloveniyalı oyunçunun klubu ilə əvvəlki sözləşməsi 2021-ci ilə qədər idi.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən Atletico-da çıxış edir. O, cari mövsüm La Liqada 32 oyunda meydanda olub və 18 qarşılaşmada komandanın qapısını toxunulmaz saxlayıb.

İsmayıl Abdullayev

Özündən 5 yaş kiçik sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Terefsiz.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən G.Şərifova bildirib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla əvvəl də mübahisə edib: “Elçin işdən evə əsəbi gəlmişdi. Mənimlə mübahisə etdi, sonra əsəbləşib, bıçaqla onu vurdum. Əsəbi idim, indi çox peşmanam”.

Zərərçəkmiş E.Zeynalov şikayətçi olmadığını, onu bağışladığını deyib.

Daha sonra məhkəmə istintaqı başa çatıb.

Prokuror G.Şərifovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrasının təxirə salınmasını istəyib.

Məhkəmənin hökmü ilə G.Şərifovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Terefsiz.az