Ev Blog Səhifə 1088

Azərbaycan əhalisinin gəlirləri 6% artıb

0

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 12 590,6 milyon manat təşkil edib. 

Terefsiz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən gəlir isə 4,6% artaraq 1 275,7 manata çatıb.

  1. Terefsiz.az

Ceyhun Bayramov məktəb direktorlarını topladı – Tapşırıq verdi

0

Məktəb-müəllim-şagird-valideyn münasibətlərinin mövcud vəziyyəti təhlil edilməlidir.

Terefsiz.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşündə deyib.

Görüş zamanı nazir məktəbdə müəllim-şagird münasibətlərinin diqqətdə saxlanılması istiqamətində fikirlərini bölüşüb:

“Şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsinə ehtiyac var.

Bununla yanaşı, məktəb rəhbərlikləri sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqlarını cəlb etməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qrupları müəyyənləşdirilməli, onlar barədə ətraflı məlumat hazırlamalıdır.

Ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin “Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməlidir”.

Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.

Terefsiz.az

“İnstagram” İran rəsmilərinin hesablarını dondurur

0

“İnstagram” sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.

Terefsiz.az saytının məlumatına görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, “İnstagram” sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.

İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.

İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının “İnstagram” səhifəsinin də dondurulduğunu bildiriblər.

Terefsiz.az

Juventus-un səhmləri ucuzlaşdı

0

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Hollandiya Ajax-ına 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran İtaliyanın Juventus klubunun aksiyaları ucuzlaşıb.

Terefsiz.az “İnterfaks”a istinadən xəbər verir ki, Turin təmsilçisinin qiymətli kağızlarının dəyəri 22 faiz aşağı düşüb. Ajax-da isə əksinə, 10 faiz artım olub.

Qeyd edək ki, cari mövsüm ərzində Ajax-ın səhimləri 30 faiz bahalaşıb.

İsmayıl Abdullayev

“Tik Tok” bu ölkədə bloklandı – Pornoqrafik videolar yayılıb

0

Məşhur video paylaşım şəbəkəsi olan “Tik Tok” bloklanıb.

Terefsiz.az saytı xəbər verir ki, Hindistanda Tik Tok-a giriş məhdudlaşdırılıb. Proqram həm “apple store”, həm də “playmarket”dən silinib.

Çennay Ali məhkəməsinin qərarında bildirilib ki, buna səbəb “Tik Tok”da pornoqrafik videoların yayılmasıdır.

Qeyd edək ki, Hindistanda “Tik Tok”un 120 milyondan çox istifadəçisi var idi.

Hazırda ölkəmizdə də “Tik Tok” qalmaqalı yaşanır. Belə ki, yeniyetmə qızlar narkotik maddələrin təbliğ edildiyi mahnıların sədaları altında rəqs edib, qısa videolar çəkirlər.

Terefsiz.az

Mbappe komanda yoldaşlarına görə cəzalandı

0

PSG-nin hücumçusu Kilian Mbappe Nantes-lə Liqa1-in XXVIII turundan təxirə salınmış oyunu buraxacaq.

 Terefsiz.az-ın məlumatına görə, buna səbəb Mbappe Lille ilə (1:5) qarşılaşmadan sonra komanda yoldaşlarını tənqid etməsidir. Onun xarakter nümayiş etdirmədiklərini deməsi baş məşqçi Tomas Tuxelin ürəyincə olmayıb. Üstəlik, futbolçunun oyun zamanı həvəskar davranması onun cəzalandırılmasına səbəb olub.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 27 qolla Liqa 1-də bombardirlər yarışına başçılıq edir.

İsmayıl Abdullayev

Terefsiz.az

 

Bakıda ərini öldürən qadın ifadə verib

0

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Terefsiz.az saytının xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə V.Orucova özünü qismən təqsirli bildiyini deyib.

O, sərbəst ifadəsində əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini söyləyib.

V.Orucova ərinə xəyanət etməsi ilə bağlı deyilənlərin yalan olduğunu deyib: “Rövşən məni bıçaqla vurmaq istəyirdi. Bu zaman bıçaq onun əlindən düşdü. Mən də bıçağı yerdən götürüb Rövşəni vurdum”.

Qeyd edək ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.

Terefsiz.az

Hindistanda külək-yağış 31 nəfəri öldürdü

0

Hindistanın mərkəzi və qərbi ştatlarında qasırğa və daşqınlar nəticəsində azı 31 nəfər həlak olub.

Terefsiz.az saytının məlumatına görə, Madhya-Pradeş, Rajasthan və Qucarat ştatlarında bir neçə gündür ki, aramsız yağışlar davam edir.

Qasırğa həmin regionlarda elektrik enerjisinin kəsilməsinə və əkin sahələrinin məhvinə səbəb olub.

Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.

Terefsiz.az

Oğlanlar 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra… – Məktəbdə ŞOK OLAY

0

Xaçmazda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Vahid Babayev və 1998-ci il təvəllüdlü Vüsal Məmmədovun (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Terefsiz.az xəbər verir ki, Vahid Babayev 16 mart 2015-ci il tarixdə, saat 14.00-da Vüsal Məmmədovu aldadaraq, 2001-ci il təvəllüdlü Ləman Bağırova (ad və soyad şərti verilib) ilə əvvəllər də cinsi əlaqədə olduğunu bildirib.

Orta məktəbdə əxlaqsızlıq

Beləliklə Vahid Vüsalın cəzasız qalacağını vəd edərək ağır cinayətin törədilməsinə cəlb edib. O, Vüsalla birlikdə Ləmanı rayon ərazisində olan tam orta məktəbin oğlanlar üçün nəzərdə tutulan ayaqyoluna gətiriblər.

Orada Vahid və Vüsal Ləmana zor tətbiq edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə, Vüsal Məmmədovun barəsində isə Cinayət Məcəlləsinin 150.2.1, 150.2.3-cü maddələri ilə ittiham elan edilib.

“Ləmana cinsi əlaqədə olmağı təklif etdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, martın 16-da həmkəndlisi Vüsalla nahar vaxtı həmyerliləri Ləmanın onlara tərəf gəldiyini görüb: “Vüsala Ləmanı ayaqyoluna çəkərək onunla cinsi əlaqədə olmağı təklif etdim. Hətta vüsala əvvəllər də Ləman ilə cinsi əlaqədə olduğumu dedim. Vüsal da mənə etiraz etmədi və birlikdə ayaqyolunun yaxınlığına gəldik. Ləman yanımıza çatanda qolundan tutduq və ayaqyoluna çəkdik. Həmin vaxt Ləman qışqırsa da, ətrafda heç kim olmayıb”.

“Bildim ki, bizdən şikayət olunmayıb”

Vahid Babayev qeyd edib ki, Vüsalla birlikdə Ləmanı soyundurublar “Birinci Ləmanala mən qeyri-təbii yolla cinsi əlaqədə oldum. Sonra Vüsal onunla cinsi əlaqədə oldu. Bu zaman Vüsalın əmisi oğlu Həbib ayaqyoluna gəldi. Həbib bizim hərəkətlərimizi gördü və hərəmizə bir şillə vurdu. Həmin vaxt Ləman paltarlarını çəkə-çəkə oradan qaçdı. Bundan sonra bizdə dağılışaraq evimizə getdik. Bir neçə gün gözlədim və sonradan bildim ki, bizdən şikayət olunmayıb”.

“Etdiyimiz hərəkəti etiraf etdik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 17-də valideynləri ilə birlikdə hadisə baş verən orta məktəbə dəvət olunub: “Həmin vaxt Vüsal da valideynləri ilə birlikdə məktəbin direktorunun xidməti otağına gəldi. Orada həmin vaxt Ləman da var idi. Ləman orada hər şeyi danışdı. Müəllimlər məndən belə bir hadisənin baş verib-vermədiyini soruşdular. Mən də və Vüsal da etdiyimiz hərəkətləri səmimi etiraf etdik”.

Digər təqsirləndirilən Vüsal Məmmədov da da eyni məzmunlu ifadə verib. O, da elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

“Məni ayaqyoluna dartaraq apardılar”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləman Bağırova bildirib ki, hadisə baş verən vaxt orta məktəbin 8-ci sinfində oxuyub: “Həmyerlilərim Vahid və Vüsalı tanıyıram. Onlarla heç bir ədavətim yoxdur. Martın 16-da, təxminən saat 14 radələrində məktəbdə keçirilən “Novruz” bayramı şənliyindən çıxaraq evimizə getmək istədim. Bu zaman məktəbin oğlanlar üçün olan ayaqyolunun yanından keçəndə Vahid və Vüsal əllərimdən tutdular və məni ayaqyoluna dartaraq apardılar”.

“Səs-küyə məktəbdə oxuyan oğlanlar gəldilər”

Ləman Bağırovanın sözlərinə görə, ayaqyolunda qışqıraraq kömək istəyib: “Amma Vahidlə Vüsal kömək istəməyimə məhəl qoymadılar. Əynimdən paltarımı çıxardılar. Əvvəl Vahid, sonra da Vüsal mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Səs-küyə məktəbdə oxuyan digər oğlanlar gəldilər. Bundan sonra Vahidlə Vüsal məndən əl çəkdilər. Ağlamağımı görən uşaqlar Vahidlə Vüsalı döyməyə başladılar. Mən isə paltarlarımı geyinərək oradan evə qaçdım. Əvvəlcə qorxumdan heç kimə heç nə demədim. Amma sonradan bu barədə anama danışdım. Nə isə edə biləcəyindən qorxduğumuz üçün atama heç nə demədik”.

“Özümü saxlaya bilmədim, hər şeyi atama danışdım”

Ləman Bağırov qeyd edib ki, aprelin 16-da atası onun kövrəldiyini görüb və nə olduğunu soruşub: “Özümü saxlaya bilmədim və baş vermiş hadisəni atama danışdım. Səhəri gün atam anamı məktəbə göndərdi ki, məsələyə aydınlıq gətirsin. Anam evə gəldi və dediklərimin doğru olduğunu atama danışdı. Ona görə də atam ilə birlikdə Xaçmaz rayon polis şöbəsinə gəldik. Atam bu barədə şikayət ərizəsi yazdı”.

Qıza təcavüz edənlərin cəzaları

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid Babayev 11il, Vüsal Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Tərəflərin şikayətləri Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Tərəflərin izahatlarını və şikayətlərini dinləyən hakim heyəti sonda qərara elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Vahid Babayevin cəzasını 9 ilə, Vüsal Məmmədovun isə cəzasını 5 ilə endirib. Bu qərardan narazı qalan Vahid Babayev kasasiya şikayəti verib.

Vahid Babayev kasasiya şikayətində günahsız olduğunu, Ləman Bağırova ilə könüllü cinsi əlaqədə olduğunu əsas gətirib. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Vahid Babayevin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Bu yaxınlarda açıqlanan qərara görə, Vahid Babayevin kasasiya şikayəti təmin olunmayıb.

Digər təqsirləndirilən Vüsal Məmmədov tərəfindən kasasiya şikayəti verilməyib. Bu səbəbdən onunla bağlı olan hissədə cinayət işi üzrə kasasiya instansiyasında heç bir araşdırma aparılmayıb.

Terefsiz.az

Bakıya 1540 tullantı konteyneri gətirilib

0

Bakıda bərk və qarışıq tullantıların təkrar emalı üçün Almaniya və Rusiya şirkətinin birgə istehsalı olan 1540 tullantı konteyneri gətirilib.

Terefsiz.az saytının məlumatına görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, ilkin olaraq konteynerlərdən 1200-ü rayonlar üzrə paylanılıb: “Birinci mərhələdə həmin konteynerlər Nərimanov, Nəsimi, Səbail və Yasamal rayon icra hakimiyyətlərinə təhvil verilib. İkinci mərhələdə isə konteynerlər daha 3 rayona paylanılıb. Yaxın günlərdə əlavə olaraq 110 konteyner Bakıya gətiriləcək. Ayın sonuna qədər isə daha 125 konteyner Almaniyadan alınacaq”.

İ.Kərimov konteynerlərin sayının tələbatdan asılı olaraq artacağını da əlavə edib.

Terefsiz.az