Ev Blog Səhifə 1089

Ramiz Rzayev: Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb

0

Azərbaycan Prezidenti cənab İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həlli barədə fərman imzaladığı gündən məhkəmələrdə baxılan problemli kreditlərlə bağlı işlərin icraatı təxirə salınıb.

Terefsiz.az saytının məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R.Rzayev bildirib ki, fərmanın icrası ilə əlaqədar bütün lazımi tədbirlər görülüb, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrupu yaradılıb.

O vurğulayıb ki, fərmandan gələn tələblər yüksək səviyyədə yerinə yetiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə şərait yaradıb. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirir.

Terefsiz.az

BDU 2 dekan və 17 kafedra müdiri axtarır – SİYAHI

0

Bakı Dövlət Universiteti (BDU) boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Terefsiz.az xəbər verir ki, BDU Tətbiqi riyaziyyat və kibernetika, həmçinin Tarix fakültələri üçün dekan vəzifəsinə işçi axtarır.

Bundan başqa, 17 kafedra müdiri vəzifəsi üçün də vakansiya elan olunub.

Terefsiz.az BDU-nun bu və digər vakansiyaları təqdim edir.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, AZ-1148 ünvanına təqdim etməlidirlər.

Terefsiz.az

“Sonuncu dəfə yarımfinala çıxanda mən anadan olmamışdım” – “Ayaks”ın kapitanı

0

Ayaks” Çempionlar Liqasında “Yuventus”u mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Terefsiz.az xəbər verir ki, Hollandiya klubunun kapitanı Matteys De Liqt oyundan sonra açıqlama verib. O, mümkünsüzü bacardıqlarını bildirib:

“İnanılmazdır! Bu, normal deyil. “Real” və “Yuventus”u mübarizədən kənarlaşdırdıq. Buna deyəcək söz tapmıram. Sonuncu dəfə yarımfinala çıxanda mən anadan olmamışdım. Çox xoşbəxtəm”.

Qeyd edək ki, “Ayaks” sonuncu dəfə 1995-ci ildə Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib, De Liqt isə 1999-cu ildə doğulub.

Terefsiz.az

Yeni kommunal xidmət limitləri tətbiq olunacaq

0

“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiq edilib.

Terefsiz.az saytının məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Qərara əsasən kommunal xidmət göstərən müəssisələr 2 ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

Terefsiz.az

Bakıda mənzildə yanğın olub, 70 yaşlı qadın ölüb

0
?????????????????????????????????????????????????????????

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Terefsiz.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğını yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Terefsiz.az

Çində kimya zavodunda partlayışla bağlı şübhəli bilinənlərin sayı 26 nəfərə çatıb

0

Çinin hakimiyyəti ölkənin şərqindəki Szyansu əyalətində kimya zavodunda baş verən partlayışda iştirakda şübhəli bilinən 26 nəfər barəsində müxtəlif ehtiyat tədbirləri tətbiq edib.

Terefsiz.az saytının məlumatına görə, bu barədə Yançen şəhərinin partiya komitəsinin bəyanatında deyilir.

Qeyd edilir ki, aprelin 15-də ictimai təhlükəsizlik orqanları “Szyansu tyanszyai” şirkətinin daha 17 əməkdaşını cinayətin törədilməsində şübhəli bilib. İndi eyni tədbirlər toplam olaraq 26 şəxsə qarşı görülüb.

Xatırladaq, martın 21-də Çində kimya zavodunda partlayış olub. Nəticədə 78 nəfər həlak olub, 600-dən çox insan xəsarət alıb.

Terefsiz.az

Putin Vahid Ələkbərovla görüşdü

0

Putin Vahid Ələkbərovla görüşdü

Rusiya prezidenti Vladimir Putin “Lukoyl” prezidenti Vahid Ələkbərovu qəbul edib.

Terefsiz.az saytı TASS – a istinadən xəbər verir ki, görüş zamanı Ələkbərov şirkətin 2018-ci ildəki fəaliyyəti barədə məlumat verib:

“Şirkətimizin neft hasilatına qoyulan sərmayəsi təxminən 500 milyard rubl təşkil edib. 32 ölkədə iş aparırıq. 2-2,5 min metr suyun altında qazma işləri aparırıq. Bu dərinlik Qərbi Afrikada, Xəzər dənizinin bəzi yerlərində 600 metrədək çatır. Bu cür dərinliklərin öhdəsindən gəlirik”.

Ələkbərov bildirib ki, bu il “Lukoyl” və “Qazprom” Nenets avtonom dairəsində Vaneyvissk və Layavojsk yataqlarının mənimsənilməsi üçün birgə müəssisə yaradacaq.

O həmçinin,2019-cu ildə Rusiyada neft və benzinin qiymətinin sabit qalacağına əminlik ifadə edib.

“Lukoyl”un yalnız Avro-5 markalı benzin istehsal etdiyini söyləyən şirkət rəhbəri məhsullarının  demək olar ki ixrac olunmadığını vurğulayıb.

Terefsiz.az

Bəzi pis asılılıq və vərdişlər irsən keçirmiş

0

Bəzi pis asılılıq və vərdişlər irsən keçirmiş

Yuxusuzluq irsən keçə bilirmiş. Böyük Britaniya alimlərinin insan genetikası üzərində  apardıqları araşdırmalar belə deməyə əsas verir.

Araşdırmalara görə, yuxunun müddəti və keyfiyyəti genin 47 hissəciyi ilə tənzimlənir. Yuxusuzluq  amili RAX8 və MEIS1 genləri ilə əlaqədardır.ME IS1 geni həmçinin nadinc ayaq sindromuna da səbəb olur.

Həmçinin, alimlərin araşdırmaları göstərib ki, genetik nizam bir çox hallarda insanların bir çox vərdişlərinin nəsildən nəsilə ötürülməsinə səbəb olur. Buna alkoqolizm, narkotik asılılığını aid etmək olar.

Xərçəng, şəkərli diabet, piylənmə, epilepsiya kimi xəstəliklərin genlə ötürülməsi faktı isə artıq çoxdan təsdiqini tapıb.

Terefsiz.az

Kavaninin yerinə 6 namizəd

0

Kavaninin yerinə 6 namizəd

PSG uruqvaylı hücumçusu Edinson Kavani ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır.

Terefsiz.az-ın məlumatına görə, Paris təmsilçisi yeni mərkəz hücumçusu axtarışına artıq başlayıb.

İlk mərhələdə 32 yaşlı forvardın yerinə 6 namizəd müəyyənləşib. Bunlar Nikolya Pepe (“Lill”), Luka Yoviç (Eintracht), Antuan Qrizmann (Atletico), Mauro İkardi (İnter), Timo Verner (Leipzig) və Joao Feliksdi (Benfica). Fransızlar bu oyunçulardan ən azı birini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Edinson Kavani bu mövsüm 28 oyunda 22 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

İsmayıl Abdullayev

Terefsiz.az

Aprelin 15-i tarixində ölkədə 6 intihar hadisəsi baş verib. 

0

Azərbaycanda intihar halları artıq mütəmadi xarakter almağa başlayıb. Hələlik bunun səbəbləri ilə bağlı ortaya ciddi sosial-psixoloji izahlar qoyulmayıb.

Terefsiz.az saytı xəbər verir ki, təkcə ötən gün – aprelin 15-i tarixində ölkədə 6 intihar hadisəsi baş verib.

Onlardan yalnız birinin həyatını xilas etmək mümkün olub.

Ötən gün intihar edənlərin siyahısını təqdim edirik. Siyahı informasiya agentliklərində yayımlanmış xəbərlər əsasında hazırlanıb.

Bərdə: Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

Zaqatala: 48 yaşlı Məlahət Feyzullah qızı Şabanova Aşağı Tala kəndində özünü yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asıb.

Bakı: 52 yaşlı Xəzər rayon sakini Zümrüd Əliyeva özün asıb.

Bakı: 19 yaşlı Binəqədi rayon sakini Rəhman Rəsulov özünü asıb.

Saatlı: Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu özünü asıb. Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər.

Bakı: 16 yaşlı qız 9-cu mərtəbədən özünü atıb.(“Yeni Sabah”)

İstinad: Demokrat.az