Ev Blog Səhifə 1091

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında qanunu imzalayıb. 

0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında qanunu imzalayıb. 

Terefsiz.az saytının məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi və Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydalarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Himni

1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir.

1.2. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət

2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik

Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri

4.0. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;

4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Maddə 5. Azərbaycan Respublikasının Dövlət Himninə müəlliflik hüququ

5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.

5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

Maddə 6. Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər

6.1. Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

6.1.1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);

6.1.2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

6.1.3. Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

6.1.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

6.1.5. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

6.1.6. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

6.1.7. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

6.1.8. dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);

6.1.9. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

6.2. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

6.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

6.4. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Maddə 7. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları

7.1. Azərbaycan Respublikasının Dövlət Himninin hərbi qulluqçular tərəfindən ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi” ilə, xüsusi rütbəli şəxslərə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir.

7.2. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi” ilə tənzimlənir.

7.3. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.4. İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir.

7.5. Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.

7.6. Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir.

7.7. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər

8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

8.2. Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.

Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 10. Yekun müddəa

Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199; 2017, № 5, maddə 687) 1-ci maddəsi ləğv edilir.

Terefsiz.az

“Honda” Azərbaycan Qran-prisinədək mühərriklərinin gücünü artıracaq

0

“Red Bull”un yarış məsləhətçisi Helmut Marko “De Telegraaf” nəşrinə təsdiq edib ki, komandası artıq “Formula-1″in növbəti mərhələsinədək daha güclü mühərrikə malik olacaq.

Terefsiz.az xəbər verir ki, onun sözlərinə görə, “Honda” Azərbaycan Qran-prisinədək güc qurğularının qüvvətini 20 at gücü artıracaq.

Bununla belə söhbətin maşınlarda yeni güc qurğularının quraşdırılmasından və ya artıq istifadədə olan qurğuların əldə olan imkanlar hesabına qüvvətləndirilməsindən getdiyi açıqlanmır.

Birinci halda, ikinci mühərrikin erkən qurulması çempionatın sonunda cərimələr vəd edir.

Terefsiz.az

Almanlardan etiraf: Özilə qarşı səhv etdik

0

Almanlardan etiraf: Özilə qarşı səhv etdik

Almaniya millisinin meneceri Oliver Birhoff yığmadan gedən Məsut Özillə bağlı danışıb.

Terefsiz.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, alman mütəxəssis əvvəlki açıqlamasından fərqli olaraq bu dəfə 30 yaşlı yarımmüdafiəçiyə qarşı səhv etdiklərini bildirib:

“Məsutun milli komandadan getmək məsələsində bir çox səhvlər oldu. Səhv edənlər arasında mən də varam. Nəhayət, ortaya xoş olmayan bir mənzərə çıxdı. Buna görə məyusam”.

Birhoff Özilin Almaniyada kəskin tənqid edildiyi vaxtda isə məsələyə fərqli yanaşmışdı. O, həmin dövrdə türk əsilli futbolçunun səhv addım atdığını bildirmişdi: “Bu günədək heç bir futbolçumuza nəyisə diqtə etməmişik, amma bəzi məsələlərdə razı salmağa çalışmışıq. Lakin Məsutla razılaşa bilmədik. O, dünya çempionatında komandanın heyətində olmamalı idi”.

Qeyd edək ki, “Arsenal”ın formasını geyinən Məsut Özil Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla çəkdirdiyi şəkilə görə Almaniyada irqçi təzyiqlərə məruz qalmış və bundan sonra milli komandanı tərk etmişdi.

İsmayıl Abdullayev

Terefsiz.az

Dövlət Gerbindən istifadə qaydaları haqqında qanun imzalandı

0

Dövlət Gerbindən istifadə qaydaları haqqında qanun imzalandı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında qanunu imzalayıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Gerbi

1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir.

1.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 2. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət

2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik

Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri

4.0. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək;

4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Maddə 5. Azərbaycan Respublikasının Dövlət Gerbinə müəlliflik hüququ

5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.

5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Gerbini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

Maddə 6. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlər

6.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri aşağıdakı yerlərə vurulur:

6.1.1. Azərbaycan Respublikasının Prezident sarayına, dövlət iqamətgahlarının binalarına, Azərbaycan Respublikası Prezidentinin xidməti otağına;

6.1.2. Azərbaycan Respublikası Milli Məclisinin binasına və iclas salonuna, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin xidməti otağına;

6.1.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin xidməti otağına;

6.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) binalarına;

6.1.5. Azərbaycan Respublikasının bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına;

6.1.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına.

6.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 7. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadə

7.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Azərbaycan Respublikası Milli Məclisinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur.

7.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən istifadənin digər hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

7.3. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.4. Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.5. Azərbaycan Respublikasının Dövlət Gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirindən bu Qanunun tələblərinə uyğun istifadə edə bilər.

7.6. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Gerbinin öyrənilməsinə həsr edilir.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadəyə dair məhdudiyyətlər

8.1. Azərbaycan Respublikasının Dövlət Gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz.

8.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin təhrifinə yol verilmir.

Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 10. Yekun müddəa

Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 4, maddə 117; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 463; 2005, № 2, maddə 61; 2006, № 3, maddə 225; 2010, № 4, maddə 276; 2013, № 5, maddə 463) 1-ci maddəsi ləğv edilir.

Terefsiz.az

Ankara Vaşinqtona ciddi xəbərdarlıq etdi

0

Ankara Vaşinqtona ciddi xəbərdarlıq etdi

 

Terefsiz.az saytı xəbər verir ki,  Türkiyənin F-35 qırıcılarının yaradılması üzrə beynəlxalq layihədən kənarlaşdırılması ABŞ-ın maraqlarına toxunacaq. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın söyləyib.

“Türkiyənin bu layihədən kənarlaşdırılması yalnız Türkiyə üçün deyil, bütövlükdə layihə üçün pis nəticələr törədə bilər”,- deyə İbrahim Kalın Vaşinqtonda Amerika-Türkiyə əlaqələrinə həsr olunmuş  konfransda bildirib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında S-400 komplekslərinin alqı-satqısına dair müqavilənin imzalanması Vaşinqtonun narazılığına səbəb olub. Vaşinqton Türkiyəni sanksiyalar  tətbiq etməklə və yeni nəsil F-35 qırıcı təyyarələrinin hazırlanması layihəsindən uzaqlaşadırmaqla təhdid edir.

Terefsiz.az

Emil Balayev ən yaxşılar arasında

0

Emil Balayev ən yaxşılar arasında

Millimizin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasının 5-ci turunda “Okjetpes”lə matçın (2:1) ən yaxşı üç futbolçusundan biri olub.

Terefsiz.az klubun saytına istinadən xəbər verir ki, sözügedən oyunda üç dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper “Instat”ın təhlilinə görə, 242 xalla 3-cü olub.

Oyunun ən yaxşısı Dmitri Miroşniçenko seçilib (275 xal). Nika Kvekveskiri isə 250 xalla 2-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Balayev 3-cü turda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün ən yaxşı futbolçusu seçilmişdi.

İsmayıl Abdullayev

Terefsiz.az

Məni də seç – selektiv abortlar – Xanım Əliyeva

0

Məni də seç – selektiv abortlar.

USM – ultrasəs müayinəsi çıxandan bu yana onsuz da cəmiyyətimizdə istənilməyən qız övladlarının elə ana bətnində selektiv, yəni seçilmə yolu ilə abor, xaric edilməsi qətliyamı başladı. USM-dən öncə doğulan və istənilməyən qız övladlarını hətta diri-diri basdıranlar da olub. Əlqərəz, cəmiyyət heç də biz istədiyimiz kimi inkişaf etmir, əksinə geri qalır. Keçən həftə bir paylaşımda gördüm ki bir qadın həkimə müraciət edərək, bətnindəki əkizlərdən birini abort etdirmək istəyini bildirib. Səbəbsə, əkizlərdən biri qızdır və bu qadının artıq qız övladı var deyə, bu bətnindəki ona lazım deyilmiş. Həkim isə yazışmadan məlum olur ki, buna razılıq vermir. Halbuki tibbi cəhətdən bətindəki döllərin hər hansı birini digərindən asılı olmayaraq, xaric etmək mümkündü. Görünür həkim bu cür “cinayətə” barmaq qoymaq istəməyib. Heç də hər kəs pul üçün Hippokrat andından keçib, vicdanını satmır. Buna da şükür. Nəsə, uzun sözün qısası. Qadından asılı olmadığı halda, kişinin “x” və “y” xromosomu nəticəsində dünyaya gələn övlad qız olduğu üçün istənilmir. Əvvəllər günahı sırf qadında görürdülər ki oğlan doğa bilmir. İndi bəziləri məlumatlanıb və bilir ki qadında yalnız “x” xromosu olur, cinsiyyət kişidən asılıdır. Amma bu da heçnəyi dəyişmir. Bir məsələ də var ki heç də həmişə günah kişilərdə olmur. Bəzən heç kişinin xəbəri olmadan qadın özü qız övladından bu yolla imtina edir. Nəymiş, kişinin qızı oğlan istəyir. Gülüncdür. Yadımdan çıxmaz, mən uşaq olanda məhəllədə hamının oğlu vardı, bircə atamdan savayı. Atamla “güya” zarafatlaşırdılar ki, keç dur qıraqda sənin oğlun yoxdu. Biz oğul atalarıyıq. İllər keçdi, aylar ötdü, həmin ataların övladlarının çoxu narkotik düşkünü, qumarbaz, yaxud avaraya çevrildilər. İndi özləri utandıqlarından adam üzünə çıxmırlar. Yəqin ki, atam da çox kişilər kimi oğul atası olmaq istəyib. Amma mən indiyə kimi “Kaş sənin yerinə oğlum olaydı” cümləsini ona dedirtməmişəm. Qız övladına pul mənbəyi kimi baxanından tutmuş, həddi-buluq yaşına çatan kimi təhsildən ayırıb, tez-bazar ərə verən valiyenlərimi deyim, ya dəfələrlə abort edib, sonra oğul doğuzduranlarınımı? Əsr olub 21, il olub 2019, biizim vəziyyətimizə baxın. Hara gedirik biz belə? Bayaq “cinayət” sözünü işlətdim. Səbəbsə, döl 3 aylığından başlayaraq artıq əl-ayaq və ruh sahibinə çevrilir. Uzun sözün qısası, bətində artıq bir adam var və sən onu abort etdirirsənsə, deməli, cinayət işlədirsən. Qanunvericikdə bunun üçün xüsusi maddə yoxdur. Sadəcə 3 ayını keçmiş halda çox zaman abort etmirlər, çünki qadının yenidən ana olmaması riski çox yüksək olur. Bunu da gözə alıb, dəfələrlə abort etdirənlər var. Neçə il bundan öncə heç yadımdan çıxmaz bir kişi oğlan üçün qadınını dəfələrlə doğuzdurmuş, 7 ya 8 qızdan sonra bir oğlu doğulmuş. Bu oğul da qadasın aldığım, 18 yaşına çatıb, valideynlərinə bildirmişdi ki, “Bəs mən cinsiyyətimi dəyişdirirəm, həyatımboyu qadın olmaq arzusuyla yaşamışam”. Kişi bu söhbətdən sonra dünyasını dəyişdirmişdi. Mən bu məsələləri yazmaqla heç kimi qız övladı dünyaya gətirməyə təşviq etmirəm. Seçim həmişə sizindir, çünki bu həyatı siz yaşayırsız. İstəyərdim ki, ultrasəs müayinəsi zamanı cinsiyyətin bildirilməsi qadağan olunsun. Ancaq digər tərəfdən də düşünürəm ki, bu qadağa həyata keçsə, qız övladı istəməyənlər canını qurtarmaq üçün başqa yollara əl atacaqlar. Onsuz da doğum evində qız övladından doğuşdan sonra o qədər imtina edənlər var. İş daha kəskin tərəflər ala bilər. Bunun üçün dövlət qurumları və cəmiyyət əl-ələ verib, çox şeyi dəyişdirməlidir. Lakin zaman da bu işdə yardımçı olur. Cəmiyyət nə qədər böhrana düşürsə, o böhrandan çıxmaq yollarını axtarır. Böhranın bir müsbət tərəfi var, o cəmiyyəti istəməsə belə, məcburən inkişaf etdirir, ya da məhv edir. Məncə, bu mənim şəxsi fikrimdi biz artıq böhrandayıq və yaxın bir neçə il ərzində bu böhran davam edərsə, çox şeylər dəyişəcək. Sözsüz ki, qız övladına, təkcə qız övladına yox, cəmiyyətdə baş verən özbaşnalıq, biganəlik, rüsvayçılıqlar da həllini tapacaq. Əks halda məhv gözləyir. Bioloji və sosioloji olaraq qadın seçən tərəf olduğu halda, bizim cəmiyyətdə qadını seçirlər. Yumurtalığın özünün spermanı seçdiyi, qadının öz övladları üçün ata seçməsindən tutmuş, haralara kimi qadın seçdiyi halda, bizim cəmiyyətdə qadını seçmirlər. Cinsiyyət arasında fərq qoymaq qədər acizanə heçnə yoxdur. Kimin gələcəkdə necə bir şəxsiyyət olacağını zaman göstərə bilər. Valideynlər yalnız övlad böyütmək kimi məsuliyyətə sahibdirlər, şəxsiyyət yetişdirdiklərini zaman göstərir. Üstünlük və ya əksiklik yoxdur. Əgər insanlar həyatlarını ədalət prinsipilə yaşasalar fərd özü formalaşacaq. Seçim övlad olmamaldır. Övlad bizdən onu dünyaya gətirməyimizi xahiş etmir. Biz onu əsasən, öz istəyimizlə dünyaya gətirib, sonra boynuna da minnət qoyuruq ki, sən indi bizim mənsubsan, bizim mülkiyyətimizsən deyə sənlə nə istəsək edə bilərik. Çünki bizimdə valideynlərimiz bizə belə davanıb. Bütün bu gic-gicə stereotipləri aşmağın zamanı gəlmiş və hətta keçmiş də. Bir cəmiyyətin ki, atalar sözü “Qız yükü, duz yükü”dürsə, mən bundan savayı nə deyim?! Keçən dəfə bir məclisdə tanışım söhbət əsnasında dedi ki, “Bu ölkədə qadın olmaq çətindir”. Bir kişi cinsinin nümayəndəsi bunu dərk edirsə, bunu hər kəs dərk etməli və anlamıdır  ki, cinsi ayrı-seçicilik edəndə sonu məhvə aparır. Məncə, yeni atalar sözlərinin zamanıdır, məsələn qızım-qızılım kimi.
 Xanım Əliyeva
Terefsiz.az

Sosial müavinətlərin məbləği artırıldı

0

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Terefsiz.az saytı AZƏRTAC-a istinadən xəbər verir kİ, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.1-ci yarımbənddə “73” rəqəmləri “130” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.1.2-ci yarımbəndin ikinci – dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə – 150 manat

II dərəcə əlilliyi olan şəxslərə – 130 manat

III dərəcə əlilliyi olan şəxslərə – 110 manat;”;

1.3. 1.1.3-cü yarımbəndin ikinci – dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə – 150 manat

II dərəcə əlilliyi olan şəxslərə – 130 manat

III dərəcə əlilliyi olan şəxslərə – 110 manat;”;

1.4. 1.1.4-cü yarımbəndin ikinci – dördüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“I dərəcə əlilliyi olan şəxslərə – 150 manat

II dərəcə əlilliyi olan şəxslərə – 130 manat

III dərəcə əlilliyi olan şəxslərə – 110 manat;”;

1.5. 1.1.5-ci yarımbənddə “82” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.6. 1.1.6-cı yarımbənddə “68” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilsin;

1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin;

1.8. 1.1.8-ci yarımbənddə “68” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.9. 1.1.9-cu yarımbənddə “61” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.10. 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.11. 1.2.2-ci yarımbənddə “109” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.12. 1.2.3-cü yarımbənddə “146” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.

Terefsiz.az

Fatih Terim bərabərlikdə hakimləri günahlandırdı

0

Fatih Terim bərabərlikdə hakimləri günahlandırdı

Türkiyə Superliqasının XXVIII turunda Fenerbahçe-nin qonağı olan Galatasaray heç-heçə edərək (1:1), çempionluq yolunda ciddi zərbə alıb.

Terefsiz.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Terim hakimlik barədə sərt danışacağı təqdirdə cəzalandırılacağını bildirib: “Qırmızı vərəqəyə qədər rəqibə zərbə imkanı vermədik, “qırmızı”dan sonra üstünlük bizdə idi. Fenerbahçe-nin daha 1-2 oyunçusu meydandan qovula bilərdi. Rahat qələbə qazanacağımız oyunda xal itirdik. Arxayınlıq bərabərlik qoluna səbəb oldu. Buna şərait yaratmaq istəmirəm. Qəribə hadisələr yaşanır. Kəlmələri seçməkdə çətinlik çəkirəm. Azlıqda qalan rəqibi məğlub edə bilmədik. Ancaq VAR-a baxıb cərimə zərbəsini göstərilməli idi. Hansısa komandanın yaxşı və ya pis oynamağı hakimi maraqlandırmamalıdır”.

Təcrübəli mütəxəssis buraxdıqları qol epizodunda kobudluq olduğunu deyib: “Həmin epizodu hamı gördü. Bu peşə qorxaqların işi deyil. Cərimə zərbəsi rəqibə görə dəyişmir, hamıya görə eynidir. Hakimin qoldan sonra danışmağı, gözləməyi özü nəyinsə olduğunu göstərir. Xal itirən kimi, Fatih Terimi günahlandırırlar. Boş yerə cəza alıb komandamı pis vəziyyətdə qoymaq istəmirəm. Biz bu mövsüm belə şeylərə öyrəşdik. Yaxşı, Mehmet Topalın hərəkəti nə idi? Bir komandanı azlıqda qoyub, sonra bərabərlik yaransın deyə belə haqsızlıq etmək olar? Açıq şəkildə meydandan kənarda baş verənlərlə mübarizə aparırıq. Deməli, hakimi də məğlub etməliyik”.

66 yaşlı çalışdırıcı çempionluq uğrunda sona qədər “döyüşəcəklərini” vurğulayıb: “Bu itki məni çox üzdü. Amma təslim olmayacaq, son tura qədər mübarizə aparacağıq. Qələbə qazanmaq çox önəmli idi, olmadı. Görünən odur ki, olmaq imkanı da yox idi. Son 6 oyunda 18 xal toplamalıyıq”.

Qeyd edək ki, XXVIII turdan sonra aktivində 56 xal olan Galatasaray lider Başakşehir-dən 5 xal geri qalır.

İsmayıl Abdullayev

Terefsiz.az

A seriyasında ilk ayrılıq

0

A seriyasında ilk ayrılıq

İtaliya A seriyasında B seriyasında düşən ilk klub autsayder olub.

Terefsiz.az-ın məlumatına görə, mükafata iddialı Napoli səfərdə Chievo-nu 3:1 hesabı ilə məğlub edib.

Bu məğlubiyyətlə autsayderin B seriyasına düşməsi rəsmiləşib. Verona təmsilçisi sona 6 tur qalmış A seriyası ilə vidalaşıb.

İsmayıl Abdullayev

Terefsiz.az