Ev Blog Səhifə 1092

Böyük Vətən müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

0

Böyük Vətən müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən prezident təqaüdünün məbləği artırılıb.

Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədə əsasən, 2012-ci il 2 iyul tarixli 2320 nömrəli sərəncamın  1-ci hissəsində “121 (yüz iyirmi bir)” sözləri “150 (yüz əlli)” sözləri ilə əvəz edilib.

Terefsiz.az

Bakıdakı uşaq evi ilə bağlı rəzillikləri açıqlayan müəllimə nazirliyə çağrıldı. ( YENİLƏNİB )

0

Kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub.

 Terefsiz.az saytı xəbər verir ki, 2017 ildə 2 həftə sözügedən məktəbdə dərs keçən gənc müəllim müşahidələrini ictimaiyyətlə bölüşüb. Bildirib ki, məktəbdə uşaqların yaşadığı problemlər, onun qarşılaşdığı qanunsuzluqlarla bağlı Təhsil Nazirliyinə şifahi və yazılı müraciət etsə də, ondan maddi sübut (video və ya səs yazısı) istənilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən  bildirilib ki, ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək: “Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər etmiş, orada olan vəziyyətlə bilavasitə özləri tanış olmuş və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Xəbərin ilk versiyası:

Terefsiz.az saytı xəbər verir ki, Facebook sosial şəbəkəsində internat məktəbində müəllim vəzifəsində çalışan Leyla Ucal adlı xanım, işlədiyi internat məktəbindəki qanunsuzluqlardan və rəzil vəziyyətlərdən narahatlığı ilə bağlı paylaşım edib. Həmçinin, paylaşımda internat məktəbindəki vəziyyət intihar etmiş şagird Elina ilə də əlaqələndirilmişdir.

Həmin paylaşımı sizə təqdim edirik:

 

LEYLA UCAL:

” 2017 ildə 2 həftə (cəmi 10 dərs saatı ) Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası da mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, əlimdə maddi sübutun varmı. (video və ya səs yazısı)
Cavabım yox oldu. Mənə mədəni şəkildə qapını göstərdilər.

Öz gözümlə gördüklərimi sizinlə paylaşacam.

1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.

2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

3. Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz edəndə müavin mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək cıra bilərlər. Halbuki, oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdular ki, uşaqlar oxumaqdan soyuyurdu.

4. Sözdə məktəbin psixoloqu – əslində olan – direktorun sürücüsü idi.

5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar – əslində olan – direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.

6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı.( Dərsdən çıxarıb aparırdı! )

7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi. (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək daha düzgün olar)
Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı.
Səhərlər bütün işçilər direktorun hüzurundan keçib, ona, ailəsinə tərif və dualar yağdırıb sonra öz otaqlarına gedirdi.
Düz yol gedən bircə mən olduğuma görə -məni yanına çağırıb, Qafqaz universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi.

Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta, qırmızı diplomuma lağ da etdi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki, bu qızı başa salın.
Müəllim kollektivi başıma toplanıb, min cəhdlə məni imtina etmək üçün dilə tutmağa çalışdı.
Gətirdikləri tək səbəb vardı. Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir və s. bla bla
Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm…

8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı bilmirəm. Uşaqlarda bilmirdi.

9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər.

10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim. O stəkanda çay içə bilmədim.

11. Məktəbdə dərs keçən bir mən ,bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə.

12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda…

13. Direktor məktəb məsələlərinə demək olar ki , qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən – axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm yalan olmaz.5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik, axırıncı saata saldı ki , ordan çıxıb işə çata bilməyim.(yolum 2 saat idi). Özünün dediyi ki, təyyarə ilə uçsamda çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib niyə belə etdiyini soruşdum. Mənə bura Azərbaycandır – dedi.
Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi ki, razı ol hər ay direktor müavininə 50 manat verməyə, dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın, hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə, maaşımı alanda verməklə razılaşdıq. Beləliklə, dərsimi 2 günə saldı. Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayət etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb salamımı da almadan, dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim içəri çağırmadı. Vaxtım yox idi deyə, durub işimə getdim.
5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi.
Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun İcra hakimi ilə çox yaxın olduğunu, yuxarılarda çoxlu dostlarının olduqlarını dedilər.

14. Kitabxanaçı xanım mənə dedi ki, sənin dərslərini direktor 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə məcburi ona başqa iş verdilər. Mənə çatmırdı ki , necə olur aylıq maaşı 100 manat etməyən dərsi 500 manata sata bilir bu direktor. Sonra cədvəldə cisimdə zühur etməyən qəribə – qəribə adlar görəndə hər şey mənə aydın oldu. Tərbiyə məqsədi ilə keçirilməli olan , adi orta məktəbdə keçirilməyən dərslər satılırdı bu yolla.

15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. Təhsil Nazirliyinin vecinə də deyil…

16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz – qoş etməkdə köməkçisi ) yetəri qədər savadlı deyildi. 9 – cu sinifə dərs keçə bilməzdi, məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçı dan kömək istəyirdi.

17.İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn, kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə. (Heç bir qabı qırmadılar)
Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər )

18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi təriflərə boğdurmağı bacaranlar olurdu. Yəni ki reklam xətrinə çəkilmiş rəsmlər , mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.

19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi -tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.
Ardı çoxdur amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır…
Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim Təhsil Nazirliyinin yetirdiyi direktordur. Onlar üçün əsas olan maddi sübütdur. İnsan həyatı nədir, insanlıq nədir? Ümumiyyətlə, lazımdır insanlıq bizə?
5 il Qafqaz oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf… “

Gəlinliklə keçmiş sevgilisinin toyuna gəlib, ona bağışlamağı üçün yalvardı

0
Çində bir gənc qız keçmiş sevgilisinin toyuna gəlinliklə gəlib. Bəyin ayaqlarına qapanaraq bağışlanmağı arzulayan qızın çarəsiz halları toy operatoru tərəfindən anbaan qeydə alınıb. 
Terefsiz.az xəbər verir ki, bəyin gəlini öpdüyü zaman səhnəyə bir anda gəlinlikdə başqa qız çıxıb. Görüntülərdə keçmiş sevgilisinin bəyin ayaqlarına qapanaraq “mənim səhvim idi” deyə yalvardığı,gəlinin isə olub bitəni çaşqın baxışlarla izlədiyi görülüb.
Daha sonra bəy əsəbiləşərək keçmiş sevgilisini özündən uzaqlaşdırmağa çalışıb, ancaq buna nail ola bilmədiyini gördükdən sonra gəlinlə birlikdə səhnəni tərk edib. Bu zaman gənc qızın göz yaşları içində ağladığı anlar kameralara əks olunub.
Link aşağıdadır:
Terefsiz.az

Bakıda “Pablo Eskobar” ləqəbli narkobaron saxlanılıb.

0

Bakı şəhəri, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

Bu barədə Terefsiz.az saytı “Report”a istinadən məlumat verir.

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika. qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. O, ifadəsində oğurladığı əşyaları Xətai rayon ərazisində yaşayan Elxan adlı şəxsə verərək əvəzində şəxsi istifadə üçün ondan narkotik vasitələr aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə K.Cavadova narkotik vasitələri satan paytaxt sakinin əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Məmmədov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 510 qram narkotik vasitə olan heroin, 6 kiloqram 50 qram qurudulmuş marixuana, 1,590 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, həmçinin K.Cavadovun müxtəlif mənzillərdən oğurlayaq ona verdiyi əşyaları aşkar edilərək götürülüb.

E.Məmmədovun yaşadığı evdə həmçinin narkotik vasitələrin qəbulu üçün ayrılmış xüsusi otaq da müəyyən edilib. Həmin otaqda o, narkotik vasitələri satdığı şəxslərə elə orada narkotikləri qəbul etmək üçün şərait yaradıb. E.Məmmədov saxlanılan zaman onun evində narkotik vasitə qəbul edən daha 4 nəfər – paytaxt sakinləri Elşad Seyidov, Vaqif Məmmədov, Samir Qurbanov və Yalçın Hüseynov da tutulublar. Onların üzərlərinə baxış zamanı şəxsi istifadələri üçün E.Məmmədovdan aldıqları heroin və metamfetamin aşkar edilərək götürülüb.

Polis əməkdaşları E.Məmmədovdan aşkar edilən narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirərək ona bu maddələri satan paytaxt sakini Məhəmməd Məmmədzadəni də saxlayıblar. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

İstintaq zamanı müəyyən edilib ki, E.Məmmədovla M.Məmmədzadəni Salyan rayon sakini Vadim Kazımov tanış edib. Daha sonra M.Məmmədzadə narkotik vasitələri V.Kazımov vasitəsilə E.Məmmədova verərək satışını təşkil edib. Əməliyyat zamanı V.Kazımov da müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, narkotik vasitələrin satışını təşkil edən M.Məmmədzadə özünə ötən əsrin 80-ci illərində dünyanın ən təhlükəli narkobaronlarından biri olmuş Pablo Eskobarı nümunə götürərək hətta sinəsinə belə onun adını döymə ilə yazdırıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Terefsiz.az

Young Boys sona 7 tur qalmış çempion oldu

0

Young Boys sona 7 tur qalmış çempion oldu

İsveçrə Super Liqasında 2018/19 mövsümünün qalibi bəlli olub.

Terefsiz.az xəbər verir ki, Young Boys sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda ən yaxın izləyicisi Basel-i 22 xal qabaqlayır.

Young Boys ardıcıl ikinci, ümumilikdə isə 13-cü dəfə İsveçrə çempionu adını qazanıb.

İsmayıl Abdullayev

Terefsiz.az

Manchester United-də ilk ayrılıq

0

Manchester United-də ilk ayrılıq

Manchester United-in futbolçusu Antonio Valensiya yayda klubu tərk edəcək.

Terefsiz.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə mətbuatına açıqlamasında deyib. Norveçli mütəxəssis, mövsümün sonunda müqaviləsi bitəcək Valensiya ilə yeni sözləşmə imzalamayacaqlarını bildirib.

2009-cu ildən Manchester United formasını geyinən Valensiya, “qırmızı şeytanlar”la 338 qarşılaşmada iştirak edib.

İsmayıl Abdullayev

Terefsiz.az

İnternat məktəbində rəzillik!

0

İnternat məktəbində rəzillik!

Terefsiz.az saytı xəbər verir ki, Facebook sosial şəbəkəsində internat məktəbində müəllim vəzifəsində çalışan Leyla Ucal adlı xanım, işlədiyi internat məktəbindəki qanunsuzluqlardan və rəzil vəziyyətlərdən narahatlığı ilə bağlı paylaşım edib. Həmçinin, paylaşımda internat məktəbindəki vəziyyət intihar etmiş şagird Elina ilə də əlaqələndirilmişdir.

Həmin paylaşımı sizə təqdim edirik:

 

Leyla Ucal:

” 2017 ildə 2 həftə (cəmi 10 dərs saatı ) Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs demişəm. Bu 2 həftə mənim yaddaşımdan heç vaxt silinməyəcək. Həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdim. Heç bir şikayətim araşdırılmadı. Ən əsası da mənim şikayətimi qəbul edən Təhsil Nazirliyinin işçisi hər şeydən xəbərdar idi. Şikayətimi dinləmək istəmədi. Nitqimi kəsib soruşdu ki, əlimdə maddi sübutun varmı. (video və ya səs yazısı)
Cavabım yox oldu. Mənə mədəni şəkildə qapını göstərdilər.

Öz gözümlə gördüklərimi sizinlə paylaşacam.

1. Müəllimlər (direktor, direktor köməkçisi daxil) toplu şəklində uşaqları təhqir edir, şəxsiyyətlərini alçaldırdılar.

2. Uşaqları divara çırpan, qapazlayan, qızların saçını yolan müəllimlər görmək adi hal idi.

3. Şagirdlərə kitab yalnız 45 dəqiqə ərzində paylanıb dərs sonunda yığılırdı. Buna etiraz edəndə müavin mənə dedi ki, bu uşaqlar vəhşidir, kitabları versək cıra bilərlər. Halbuki, oxumaq istəyən uşaqlar var idi, amma yazıqların əllərinə kitabı verəndə o qədər minnət qoyurdular ki, uşaqlar oxumaqdan soyuyurdu.

4. Sözdə məktəbin psixoloqu – əslində olan – direktorun sürücüsü idi.

5. Sözdə məktəbdəki təmizliyə riayət etməli olan xanımlar – əslində olan – direktorun evinə təmizliyə gedən xanımlar idi. Hər müəllim öz otağını özü təmizləməli idi.

6. Bu sözdə psixoloq, əməldə direktorun sürücüsü olan kəs tez-tez uşaqları dərsdən heç bir əsas olmadan çıxarıb fiziki iş görməyə aparırdı.( Dərsdən çıxarıb aparırdı! )

7. Direktor ona yaltaqlanmıram deyə hər fürsətdə məni alçaltmağa cəhd edirdi. (Öz səviyyəsizliyini nümayiş etdirirdi desək daha düzgün olar)
Qapını döymədən sinifə girib həm mənim, həm də şagirdlərimin üstünə qışqırırdı.
Səhərlər bütün işçilər direktorun hüzurundan keçib, ona, ailəsinə tərif və dualar yağdırıb sonra öz otaqlarına gedirdi.
Düz yol gedən bircə mən olduğuma görə -məni yanına çağırıb, Qafqaz universitetində mənə tərbiyə verilmədiyini, mədəniyyətdən xəbərimin olmadığını dedi.

Sənədlərimi təhvil verəndə min cəhdlə mənə mane olmağa çalışdı. Hətta, qırmızı diplomuma lağ da etdi. Müəllimləri yanına çağırıb tapşırıq verdi ki, bu qızı başa salın.
Müəllim kollektivi başıma toplanıb, min cəhdlə məni imtina etmək üçün dilə tutmağa çalışdı.
Gətirdikləri tək səbəb vardı. Burda qatil insanların uşaqları da var, burdakı uşaqlar vəhşidir və s. bla bla
Amma mən orda bir dənə də olsun vəhşi uşaq görmədim. Mən vəhşi direktor, vəhşi direktor müavini, vəhşi müəllimlər, vəhşi psixoloq gördüm…

8. Uşaqlara gələn keyfiyyətli qidalar satışa aparılırdı. Daşıma işini uşaqlar özləri görürdü. Pulu kimə çatırdı bilmirəm. Uşaqlarda bilmirdi.

9. Uşaqlar sabunla əllərini yumurdular. Mən görəndə sovet dövründən qalma şampun istifadə edirdilər.

10. Uşaqlara qəhvəyi plastik stəkanda çay verilirdi. Nə qədər cəhd elədim. O stəkanda çay içə bilmədim.

11. Məktəbdə dərs keçən bir mən ,bir də rus dili müəlliməsi idi. Digər heç bir müəllim dərs keçmədi mən orda olduğum müddətdə.

12. Uşaqlara ömürlərində fizika izah edilməmişdi. Fizika müəllimi direktor müavini idi. Uşaqlar deyirdi ki, bu adam öz dərsinə ildə iki dəfə girir -ilin əvvəlində və ilin sonunda…

13. Direktor məktəb məsələlərinə demək olar ki , qarışmırdı. Amma reklam xətrinə təşkil edilmiş şoularda əvvəldən – axıra iştirak edirdi. Bütün işlər direktor müavinin üstünə düşürdü. Bu adam əsl vəhşi canavar idi desəm yalan olmaz.5 saat dərsimin hər saatını bir günə saldı. Yəni həftədə 5 günə. Üstəlik, axırıncı saata saldı ki , ordan çıxıb işə çata bilməyim.(yolum 2 saat idi). Özünün dediyi ki, təyyarə ilə uçsamda çata bilməyəcəkdim. Ona məktəbdə ilk ilimin olduğunu, bura çox həvəslə gəldiyimi, kirayə qaldığımı deyib niyə belə etdiyini soruşdum. Mənə bura Azərbaycandır – dedi.
Başqa heç nə soruşmayıb otaqdan çıxdım. Qapıda məni öyrədilmiş riyaziyyat müəlliməsi gözləyirdi. Dedi ki, razı ol hər ay direktor müavininə 50 manat verməyə, dərsini 2 günə saldırım. Amma heç kimin xəbəri olmasın. Məndə razılaşdım, səhəri gün direktor müavini yenə mənə Qarabağı satmış xain kimi baxanda dedim ki, narahat olmayın, hər ay sizə 50 manat çatacaq. Əvvəlcədən pul istədi. Üstümdə yox idi deyə, maaşımı alanda verməklə razılaşdıq. Beləliklə, dərsimi 2 günə saldı. Təbii ki, ona rüşvət verməyi düşünmürdüm. Şikayət etmək üçün direktorun otağına getdim. İşdə yox idi. 2 saat gözlədim. Gəlib çıxdı. Məni süzüb salamımı da almadan, dəbdəbəli kabinetinə keçdi. Nə qədər gözlədim içəri çağırmadı. Vaxtım yox idi deyə, durub işimə getdim.
5 saat dərsə görə məni hər gün dərsə çağıran direktor müavininin direktoru kefi istəyəndə gəlib, kefi istəyəndə də gedirdi.
Müəllimlərdən niyə belə hallara dözdüklərini soruşdum. Direktorun İcra hakimi ilə çox yaxın olduğunu, yuxarılarda çoxlu dostlarının olduqlarını dedilər.

14. Kitabxanaçı xanım mənə dedi ki, sənin dərslərini direktor 500 manat alaraq keçən ilki kimya müəlliminə satıb. Sən gəldin deyə məcburi ona başqa iş verdilər. Mənə çatmırdı ki , necə olur aylıq maaşı 100 manat etməyən dərsi 500 manata sata bilir bu direktor. Sonra cədvəldə cisimdə zühur etməyən qəribə – qəribə adlar görəndə hər şey mənə aydın oldu. Tərbiyə məqsədi ilə keçirilməli olan , adi orta məktəbdə keçirilməyən dərslər satılırdı bu yolla.

15. Məktəb tarixində 1 nəfər də olsun universitetə daxil ola bilməyib. Təhsil Nazirliyinin vecinə də deyil…

16. Mən gördüyüm riyaziyyat müəlliməsi (direktor müavininin rüşvət işlərini düz – qoş etməkdə köməkçisi ) yetəri qədər savadlı deyildi. 9 – cu sinifə dərs keçə bilməzdi, məsələn. KSQ, BSQ suallarını edə bilməyib, kitabxanaçı dan kömək istəyirdi.

17.İnternətdə yerləşdirilən bütün şəkillər şou xətrinə çəkilirdi. Məsələn, kimya laboratoriyasına uşaqları salanda hamısı şok yaşadı. Onların qabları qıracaqlarından qorxmadığıma görə. (Heç bir qabı qırmadılar)
Avadanlığa toxunanda məndən icazə alırdılar. İcazə verdiyimə görə də ayrı bir şoka düşürdülər )

18. Uşaqların içində seçilmişlər var idi. Bunlar tədbirlərdə, rəsmlərdə yer alan, səliqəli geyinən, mikrafon uzadanda ona öyrədilmiş mətni danışa bilən, ən asası direktor otağın qapısını belə döymədən içəri girib öz sinif yoldaşlarının üstünə qışqırmasına rəğmən onu Allah kimi təriflərə boğdurmağı bacaranlar olurdu. Yəni ki reklam xətrinə çəkilmiş rəsmlər , mənəvi mahiyyətini itirmiş tədbirlər çox olurdu.

19. Məktəbin tək sözdə yaxşı tərəfi var idi -tədbirlərdə maddi sübut olsun deyə həqiqətən də incəsənət, musiqi dərsləri keçirilirdi. Amma yenə də məqsəd uşaqlarda qabiliyyət formalaşdırmaq yox, rəsmi qonaqlar olanda onları musiqi ilə əyləndirə bilmək olurdu.
Ardı çoxdur amma nə mənası var. Təhsil Nazirliyinə video və ya səs lazımdır…
Elinanın ölümündə günahı olan direktoru başa düşürəm. Bizim Təhsil Nazirliyinin yetirdiyi direktordur. Onlar üçün əsas olan maddi sübütdur. İnsan həyatı nədir, insanlıq nədir? Ümumiyyətlə, lazımdır insanlıq bizə?
5 il Qafqaz oxudum, bir müəllim başa salmadı ki, maddi sübüt çox vacibdir. İnsan həyatından daha vacib. Heyf… “

Andrea Barzagli mövsümün sonunda karyerasını bitirəcək

0

Andrea Barzagli mövsümün sonunda karyerasını bitirəcək

Juventus-un müdafiəçisi Andrea Barzagli cari mövsümün sonunda peşəkar futbol karyerasını bitirəcəyini bəyan edib.

Terefsiz.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” nəşri yazıb.

“Karyeramı iyunda bitirəcəyəm. Bu barədə çox düşündüm. Futbolçular üçün gələcəyə baxmaq çox çətindir, lakin tez-tez zədə almağa başladıqda, bununla məşğul olmalı olursan. Futbol çox dəyişib və indi çoxlu gənc futbolçular yetişib, eləcə də Juventus-da. Onlara həmişə hazır olmağı və daha təcrübəli insanları dinləməyi məsləhət görürəm”, – deyə nəşr onun sözlərini sitat gətirib.

37 yaşlı Bartsalyi karyerasına 1998-ci ildə başlayıb. O, bu müddət ərzində Ascoli, Chievo, Palermo və Wolfsburg klublarında oynamağa macal tapıb, 2011-ci ildə isə Juventus-a keçib və onunla yeddi dəfə ardıcıl A Seriyasının qalibi olub. Müdafiəçi 2004-2017-ci illərdə İtaliya yığmasına çağrılıb, 2006-cı ildə isə Dünya çempionu olub.

İsmayıl Abdullayev

Terefsiz.az

2019 – cu ilin Bahar dəbi

0

Həsir çantalar

Məşhur dəb bloqerləri həsir çantalardan əl çəkmir. 2019 qarderobunuzda həsir çantalara yer verməyi unutmayın.

Modern idman ayaqqabıları

Keçən il markalar özünəməxsus idman ayaqqabıları istehsal etdilər. Artıq idman ayaqqabıları hündürdaban ayaqqabılar qədər cəlbedici hesab olunur. 2019-da idman ayaqqabıları daha modern görüntü alacaq.

Velosiped şortikləri

Bella Hadid, Kendall Jenner kimi məşhurların üstünlük verdiyi velosiped şortikləri günlük tərzə çevrildi.

İri aksesuarlar

2019-da trend olan məhsullardan olacaq.

İlan dərisi dizaynı

İlan dərisi çantalar, ayaqqabılar, donlar. Bəbir dərisi dizaynına alternativ olan ilan dərisi 2019-a damğasını vuracaq.

Oval eynəklər

Eynək alanda oval eynəklərə üstünlük verin, çünki 2019-un trendlərindən hesab olunur.

Mərcan

Mərcan 2019-cu ilin trend rəngi olacaq. Bir çox marka artıq bu rəngdə məhsullar istehsal etməyə başlayıb.

Terefsiz.az

Gün eynəyi seçərkən diqqətli olun!

0

Gün eynəyi gözlərimizi Günəşin zərərli təsirlərindən qoruyur. Xüsüsuilə də yaz və yay aylarında Günəş şüalarının təsiri 3 qat daha artıq olduğu üçün mütləq eynəkdən istifadə edilməlidir.

Bəs, eynək seçərkən nələrə diqqət etməliyik? Çünki yanlış eynəklər xeyirdən daha çox ziyan vura bilər.

Üz şəklinizə uyğun olmasına diqqət edin

Hər insanın üz şəkli müxtəlifdir. Eynək seçərkən mutləq üzünüzə yaraşan və rahat çərçivəli eynəklərə üstünlük verin.

Polarizə olmalıdır

Seçdiyiniz eynəyin polarizə olub olmadığını test edin. Normal eynəklə polarizə eynəyi güzgüyə doğru tutun. Polarizə özəlliyi olan eynək digərinə nisbətdə işığı daha yükək faizlə udacaq və parıltı verməyəcək. Bundan əlavə polarizə xüsusiyyəti olan eynəyin rəngi daha tünddür.

Görüntü aydın olmalıdır

Eynəyi gözünüzə taxarkən görüntu aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsiz olduğundan xəbər verir.

Tövsiyyələrə qulaq asın

Günəş eynəyindən istifadə edənlərin tövsiyyələrini dinləyin.

Şüşənin keyfiyyətinə diqqət edin

Seçdiyiniz eynəyin zəmanət kağızına baxaraq, şüşənin keyfiyyətini təsdiq edin. CE embleminin olmasına diqqət yetirin.

Ultrabənövşəyi şüaları süzməlidir

Günəş eynəyi gözünüzü qoruya bilmək üçün ultrabənövşəyi şüaları yüksək faizlə süzməlidir. Şüşənin bu şüaları süzmə sertifikatının olub-olmadığını yoxlayın.

Terefsiz.az