Ev Blog Səhifə 1095

Fənərli azərkeşlər coşdu

0

Fənərli azərkeşlər coşdu

Ötən gün dünyasını dəyişən “Fənərbaxça”nın və Türkiyə millisinin sabiq üzvü Can Bartu üçün Ülkər stadionunda vida mərasimi keçirilir.

Terefsiz.az saytı xəbər verir ki, futbol ictimaiyyətinin nümayəndələrinin və ictimai-siyasi xadimlərin qatıldığı mərasimdə rəsmi olmayan nəticələrə görə İstanbul bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu da qatılıb.

Mərasimdə iştirak etmək üçün Ülkər stadionuna daxil olan Əkrəm İmamoğlunu “Fənərbaxça” azarkeşləri “Mustafa Kamalın əsgərləriyik” şüarı ilə qarşılayıb.

İsmayıl Abdullayev

Terefsiz.az

Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

0

Daha bir azərbaycanlı ifaçı mahnıya görə həbs edildi

İngiltərə klubunun prezidenti istefa verəcək

0

İngiltərə klubunun prezidenti istefa verəcək

Southampton-in prezidenti Ralf Kryuqer mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Terefsiz.az xəbər verir ki, bu barədə alman funksioner klubun saytına açıqlamasında deyib. Kryuqer mövsümün sonunda Premyer Liqa təmsilçisindən ayrılacağını bildirib.

Ralf Kryuqer 2014-cü ilin mart ayından Southampton-un prezidenti idi.

İsmayıl Abdullayev

Metropoliten rəsmisi: “Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər”

0

“Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır”.

Terefsiz.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, texniki məsələlər tam həll olunduqdan, təhlükəsizlik təmin olunduqdan sonra bu barədə danışmaq olar.

“Əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bundan sonra biz, radiodalğalardan istifadə olunması ilə bağlı məlumat verəcəyik. Həmin “WiFi” sistemi müəyyən radiodalğalarla interferensiya olunacaq. “WiFi” sistemini tezliklə həyata keçirmək üçün hərəkətin təhlükəsizliyinə mane olan sistemlərin olmaması məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır. Bütün tezliklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunur. “WiFi” şəbəkəsinin də tezliyi var və bu avadanlıqlar müəyyən diapazonda işləməlidir. Ona görə də gələcək üçün bizdə çox böyük işlər nəzərdə tutulur”, – E.Məmmədov əlavə edib.

İstinad: report.az

Terefsiz.az

Daha bir futbolçu Real-dan ayrılmağa qərar verdi

0

Daha bir futbolçu Real-dan ayrılmağa qərar verdi

Real-ın daha bir futbolçusu komandanı tərk etmək qərarına gəlib.

Terefsiz.az-ın xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Rafael Varandan sonra yarımmüdafiəçi Toni Kroos da karyerasını başqa klubda davam etdirməyi planlaşdırır.

29 yaşlı futbolçu Manchester City, Manchester United, İnter və Juventus-un maraq dairəsindədir. Almaniya millisinin üzvü özü də bu komandalardan birinə keçməkdə maraqlıdı. Real rəhbərliyi isə onun gedişindən sonra yaranacaq boşluğu Pol Poqba və Kristian Eriksen kimi oyunçularla doldurmaq niyyətindədir.

Qeyd edək ki, Toni Kroos 2014-cü ildən Real-ın formasını geyinir.

İsmayıl Abdullayev

Londonda Ukrayna səfirliyi mühasirəyə alındı, polis atəş açdı

0

Londonda Ukrayna səfirliyi mühasirəyə alındı, polis atəş açdı

Londonda naməlum şəxs avtomobillə Ukrayna səfirinin avtomobilinə çırpılıb.

Terefsiz.az bu barədə The Daily Telegraph a istinadən məluma yayıb.

Bildirilir ki, həmin avtomobilin sürücüsünün saxlanılması əməliyyatı zamanı polis əməkdaşları odlu silahdan istifadə etməli olublar.

Ukrayna səfirliyinin qarşısında baş verən hadisə nəticəsində zərərçəkənlər yoxdur.

London polisi baş verənləri terror aktı kimi nəzərdən keçirmir.

Real Madrid 575 milyon avro kredit götürüb

0

Real Madrid 575 milyon avro kredit götürüb

Real Madrid ev oyunlarını keçirdyi Santyaqo Bernabeu stadionunun yenidən qurulması üçün maliyyə vəsaiti alıb.

Terefsiz.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 575 milyon avro məbləğində kredit götürüb. Borc illik 2.5 faiz olmaqla 30 il müddətinə götürülüb. Tikinti üçün nəzərdə tutulan məbləğ “kral klubu”nun hesabına 3 mərhələdə (2019, 2020 və 2021-ci illərdə) köçürüləcək.

Real-ın banka illik ödənişi 2023-cü ilin 30 iyulundan etibarən 29.5 milyon avro təşkil edəcək. Paytaxt klubunun borcu 2049-cu ilin iyul ayında tam olaraq bağlanacaq.

Qeyd edək ki, layihəni “JP Morgan” və “Bank of America Merrill Lynch” “Banco Santander”, “Societe Generale” və “CaixaBank”la birlikdə maliyyələşdirəcək.

İsmayıl Abdullayev

Azərbaycanlı 20 yaşlı rejissor İraqda birinci yer tutub

0

Terefsiz.az saytı xəbər verir ki, azərbaycanlı gənc rejissor qız İraq kino festivalında birinci yerə layiq görülüb.

Gənc rejissor haqqında;

Zəhra Mirrza Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasında təhsil alıb. Gimnaziyanı rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirdiyi il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və Televiziya” fakultəsinin rejissorluq ixtisasına daxil olub. Müəllimləri Şərif Qurbanəliyev və “Xalq artisti” Oktay Mirqasımdır.

İstedadlı ilə seçilən gənc rejissor Zəhra Mirrzanın 2018-ci ildə çəkdiyi “Qanadlı Möcüzə” filmi bu günədək 19 festivalda seçilmişdir.

Daha 3 festivalda isə finalist olmuşdur. Filmin ideyası heç bir sıxıntının, heç bir çətinliyin yaradıcılıq gücünə, daxili azadlığa qalib gələ bilməyəcəyi haqqındadır.

Ssenaridə bu hadisəni 1937-ci illərdəki Repressiya dönəminə uyğunlaşdırılıb. Filmdə “Əməkdar artist” Bəhruz Vaqifoğlu, “Fəxri mədəniyyət işçisi” Kərəm Hadızadə və Zəhra Mehdizadə iştirak edib.

Zəhra Mehdizadənin 9 yaşı olmağına baxmayaraq, rolunun öhdəsindən peşəkarcasına gəlmişdir.

Filmin Prodüseri Elşən Əli Nur, operatoru Vasif İbrahimov, işıqçı Murad Məmmədov, rəng və montaj Dr.Nicat Zeynallı, rəssam Bahar Dəmirli, geyim üzrə rəssam Əziz Məmmədov, qrim ustası “Əməkdar incəsənət xadimi” Elbrus Vahidov, musiqi və səs Rabil Səfərli, poster tərtibatı Orxan Bektaşdır. Çəkiliş üçün şəraiti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yaratmışdır.

“Qanadlı möcüzə” filmi bu yaxınlarda İraqda keçirilən görkəmli 2019 5.Al-Nahj Beynəlxalq Film Festivalının isə “Ən yaxşı film” mükafatına layiq görülmüşdür. Qeyd edim ki, bu festivalda ölkəmizi təmsil edən yeganə həmyerlimiz Zəhra idi.

Festivalın ən gənc iştirakçısı olan Zəhra 14 ölkədən, 56 iştirakçını geridə qoyaraq 100 qramlıq saf qızıl mükafatı vətənə gətirdi.

Qeyd edim ki, gənc rejissor ayın sonu üçün İranda keçiriləcək, 9th Varesh İnternational Film Festivalına da dəvətlidir.

Terefsiz.az

Konte İtaliyaya qayıdır

0

Konte İtaliyaya qayıdır

Chelsea-nin sabiq baş məşqçisi Antonio Konte gələn mövsümdən yenidən iş başında olacaq.

Terefsiz.az xəbər verir ki, təcrübəli mütəxəssis çox güman ki, yenidən A seriyasında fəaliyyət göstərəcək.

Çünki İtaliyanın 3 klubu onun xidmətində maraqlıdır. Bunlar Roma, İnter və Milan-dır. Paytaxt klubu rəqiblərini qabaqlayaraq, danışıqlara start verib. Ötən ay Roma-nın “sükanı arxası”na keçən Klaudio Ranyeri ilə yayda yollar ayrılacaq.

Qeyd edək ki, Antonio Konte həmçinin Juventus və İtaliya yığmasına da rəhbərlik edib.

İsmayıl Abdullayev

Təhsil naziri press brifinq keçirib

0

Təhsil naziri press brifinq keçirib

Aprelin 12-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair press brifinq keçirib.

Təhsil naziri VIII sinif şagirdi Elina Hacıyevanın vəfatından təəssüf hissi keçirdiyini bildirib və şagirdin ailəsinə dərin hüznlə başsağlığı verib.

Nazir qeyd edib ki, baş vermiş hadisənin təfərrüatlarının dərhal araşdırılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiya yaradılıb, Bakı şəhər Prokurorluğunun məlumatına əsasən faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Xidməti araşdırmanın ilkin nəticələrinə əsasən, məktəbin direktoru Abbasova Sevinc Kamil qızı xidməti araşdırma müddətində öz vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatlarının kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan, mötəbərliyi yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən həyata keçirilən xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb.

Press brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktor müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.  Belə ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb. Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb.  Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

Tədbirdə bildirilib ki, xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktor müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil aldığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

Nazir qeyd edib ki, məktəb həyatını, bütövlükdə məktəbin müəyyən edilmiş hədəflərə yönələn fəaliyyətini təhsil prosesi iştirakçılarının qarşılıqlı əməkdaşlığını təmin etmədən təsəvvür etmək mümkün deyil. Təhsil prosesində keyfiyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” əlaqələrinin düzgün tənzimlənməsi zəruri şərt hesab olunur. Bu prosesdə hər bir tərəf öz məsuliyyətini dərk etməli, onu icra etməlidir. Məktəb rəhbərliyi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində müəllim və valideynlərlə birlikdə müvafiq iş aparmalı, təlimdə çətinlikləri, emosional, davranış və digər problemləri olan təhsilalanlarla qrup və fərdi fəaliyyətlər planlaşdırmalı, psixoloji problemlərinin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə tanış olmalı, valideynlərlə mütəmadi görüşlər və maarifləndirmə tədbirləri keçirməli, sosial-məişət çətinlikləri olan təhsilalanların təhsili və inkişafının dəstəklənməsi məqsədilə məktəbəsaslı inkişaf planları hazırlamalı və ailələrlə birlikdə icra olunmasını təmin etməlidir.

Tədbirdə həmçinin, bu baxımdan məsələyə daha sistemli yanaşaraq, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərinə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin, bu məsələlərlə bağlı ümumtəhsil müəssisələrində olan mövcud vəziyyəti təhlil edərək nəticələri barədə hesabatı, müvafiq sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri 30 gün ərzində Təhsil Nazirliyinə təqdim edilməsinin tapşırıldığı da bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən məktəbdə  şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir. Həmçinin məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideynlərin birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq “Qaynar xətt”lərə müraciət etməsi imkanı olacaq.

İstinad: edu.gov