Ev Blog Səhifə 1096

Sudanın müdafiə naziri Hərbi Şuranın rəhbəri vəzifəsindən gedib

0

Sudanın müdafiə naziri Avad bin Auf ölkənin Hərbi Şurasının rəhbəri postundan gedib.

Terefsiz.az saytı TASS-a istinadən xəbər verir ki, o bunu Xartumda keçirilən mətbuat konfransında deyib.

İndi bu postu Quru Qoşunları Qərargahının sabiq rəisi, fevral ayında ölkə Silahlı Qüvvələrinin baş müfəttişi təyin olunmuş Əbdül Fəttah əl-Burhan tutacaq.

Terefsiz.az

Baş prokurorluq Elinanın intiharı ilə bağlı məlumat yayıb – Qeyri – Dəqiq materiallardan istifadə edərək, yalan məlumatın yayılmasına səbəb olan hər kəs bu xəbəri oxusun!

0

Baş prokurorluq Elinanın intiharı ilə bağlı məlumat yayıb.

Ən diqqət çəkən məqam isə istintaq sirri təşkil edən konfidensial informasiya hesab olunan məlumatların yayanların məsuliyyətə cəlb olunacağı xəbəridir.

 

Məlumatda deyilir:

E.Hacıyevanın özü, ailəsi və yaxın ətrafı ilə bağlı qeyri-dəqiq, düzgünlüyü yoxlanılmadan paylaşılmış, cinayət işi üzrə həqiqətə uyğun olmayan, istintaq sirri təşkil etməklə, konfidensial informasiya hesab olunan məlumatların yayılmasının və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün monitorinq həyata keçirilərək bu cür hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək”.

Terefsiz.az

Qismət Rüstəmovdan yeni tərcümələr

0

Xose Xuan Tablada. Haykulardan seçmələr.

Gecələr yarasa
sərçənin uçuşunu yamsılayır,
gündüz də uça bilmək üçün…

Parlaq ay
tora düşüb
yuxusunu qaçırır hörümçəyin.

Rəngbərəng göbələk
bir qurbağanın
günəş çətiridir.

Cırcıramanın üstündə qarışqalar.
Qulliverin
Liliput xatirəsi.

Milçəklərin hücum çəkdiyi sıpa
belində yük,
zümrüd otlaqları fikirləşir.

Balaca meymun mənə baxır…
Nəsə deyəcək…
Dilinin ucundadı!

 

Tomas Tranströmer. Şubertiana

I
Axşamın qaranlığında, Nyu-Yorkdan kənarda, bir nəzərlə
səkkiz milyon insanın evini görə biləcəyin yerdə,
qoca şəhər yanıb-sönən işıq seli,
spiralvari ulduz topasıdır yandan baxanda.
Bu ulduz topasının içində
qəhvə fincanları itələnir piştaxtaların üstündə,
vitrinlər əl açır gəlib gedənlərə: iz qoymadan yeriyən minlərlə ayaqqabı.
Çətinliklə çıxılan yanğın nərdivanları,
sürüşürcəsinə bağlanan lift qapıları,
polis kilidiylə bağlanmış qapıların arxasında fasiləsiz yüksələn səslər.
Metro vaqonlarında, o sürətli yeraltı məzarlarında,
yorğun yarıyuxulu gövdələr.
Statistikaya baxmadan bilirəm ki, Şubert çalınır bir otaqda
və kimin üçünsə səslər hər şeydən daha həqiqidir bu an.

II
Bir yumruq qədər kiçilmiş insan beyninin ucsuz-bucaqsız düzənlikləri.
Apreldə çəyirtkə qayıdıb gəlir
eyni məhəllədəki eyni ambarın altına – keçən il tikdiyi yuvaya.
Trasnvaaldan havaya qalxıb ekvatoru keçir,
altı həftə uçub iki qitənin arasından,
torpaq parçasının üstündə itməkdə olan bir nöqtəyə yönəlir.
Simli alətlər kvartetinin adi bir neçə notunda
bütün həyatın izlərini tapan,
bir iynə deşiyindən bir çayın axmağına yardımçı olan,
dostlarının “balaca göbələk” deyə çağırdığı,
eynəyi ilə mürgüləyən, hər səhər düz vaxtında qalxıb
yazı masasının başına keçən Vyanalı kök bir dəliqanlı.
Beləcə, hərəkətə gəlir notların o fövqaladə qırxayaqları.

III

Simli alətlər kvarteti çalınır.
Və mən nəm ağacların arasından keçərkən
ayaqlarımın altındakı torpaq yoxa çıxır,
doğulmamış bir uşaq kimi büzülür, mürgüləyirəm,
tük kimi gələcəyə yuvarlanıram
və birdən başa düşürəm bitkilərin də düşündüklərini.

IV

Elə çox şeyə güvənmək lazım gəlir ki,
gündəlik həyatı yaşamaq üçün
torpağın altına getməmiş.
Kəndin yaxınlığındakı dağın yamacına yağmış qara güvənmək.
Susmaq üçün verilən vədlərə, mənalı təbəssümlərə güvənmək,
qəzanı xəbər verən teleqrafın bizimlə bağlı olmadığına,
içimizdən kiminsə balta zərbəsinə tuş gəlməyəcəyinə güvənmək.
Əsas şossedə üç yüz dəfə böyüdülmüş
dəmirdən arı topasının ortasında bizi daşıyan arabanın yayına güvənmək.
Amma bunlardan heç biri həqiqətən dəyməz güvənimizə.
Başqa bir şeyə güvənə biləcəyimizi deyir simli alətlər kvarteti.
Yaxşı, başqa nəyə?
Başqa bir şeyə, bu düşüncə yol boyu bir müddət təqib edir bizi.
Eynilə pilləkəndə işıqlar sönəndə,
qaranlıqda öz yolunu tapan əllərin
kor sürahini – güvənlə – izləməsi kimi.

V
Pianonun başına keçib dörd əllə fa minoru çalırıq,
eyni maşında iki sürücü kimi – bir az gülməli görüntüdü bu.
Əllərimiz dala-qabağa tullanan çəkiləri itələyir sanki,
sanki ciddi cəhdlə pozmağa çalışırıq o yekə
tərəzinin qorxunc nizamını:
xoşbəxtlik və kədər bərabər ağırlıqda,
“Elə möhtəşəmdir ki, bu musiqi,” – deyir Enni. Haqlıdır.
Amma aktiv insanlara hiyləgər qısqanclıqla baxanlar,
qatil olmadıqları üçün özlərindən nifrət edənlər,
onlar özlərini tapa bilmirlər burda.
İnsan alıb-satan,
hamının satın alına biləcəyinə inanan neçələri,
onlar da tapa bilmirlər özlərini burda,
onların musiqisi deyil bu.
Bəzən həyəcanlı və yumuşaq,
bəzən sərt və güclü,
ilbiz izi və dəmir tel,
özü başdan-başa dəyişkənlik olan bu uzun melodiya.
Elə bu dəqiqə dərinlikdən yuxarıda bizi izləyən o inadçı küy.

P.S. Şair 2011-ci ildə “yığcam, yarımşəffaf obrazlar vasitəsilə gerçəkliyin yenidən dərk olunmasına yardımçı olduğu üçün” Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

 

 

Sezar Valyexo. Kütlə

Savaş bitmişdi,
əsgər ölmüşdü, yanına bir adam gəldi,
“Səni sevirəm, ölmə!” – dedi.
Amma əsgər dirilmədi.

İki nəfər gəldi sonra, yalvardılar:
“Bizi buraxma! Ürəkli ol! Nolar diril!”
Amma əsgər dirilmədi.

İyirmi nəfər, yüz nəfər, min, beş yüz min nəfər,
çığıraraq gəldilər: “Bunca sevgimiz var, ölümə qənşər!”
Amma əsgər dirilmədi.

Milyonlar yığıldı başına,
bir ağızdan dedilər: “Getmə qardaş, getmə!”
Amma əsgər dirilmədi.

Sonra dünyanın bütün insanları
Qaçdılar onun yanına;
kədərlə baxdı onlara əsgər,
ağır-ağır dikəldi,
birinci adamı qucaqladı, yeriyib getdi…

Tərcümə: Qismət Rüstəmov

Terefsiz.az

Ən qədim insan növünə aid yeni tapıntı

0

Filippinin Luzoy adasının şimalında yerləşən Kallao Mağarasında yeni insan sümükləri aşkarlanıb.

Terefsiz.az saytı xəbər verir ki, arxeoloqlar qalıqların indiyədək məlum olmayan bir canlıya aid olduğunu bildiriblər.

Belə ki, sümüklər və dişlər olduqca qısaboylu bir canlıya məxsusdur. Qalıq və dişlərin aid olduğu canlılardan birinin 67 min, digərinin isə 57 min əvvəl yaşadığı bildirilir.

Arxeoloq Florent Detroit bu tapıntıların indiyədək aşkarlanan ən qədim insan növünə məxsus olduğunu bildirib.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

Terefsiz.az

ABŞ Venesuelaya qarşı sanksiyaları sərtləşdirib

0

ABŞ Venesuelaya qarşı sanksiyaları sərtləşdirib

ABŞ cümə günü Venesuelaya qarşı sanksiyaları sərtləşdirərək, Bolivar Respublikası ilə əlaqəli dörd şirkət və doqquz neft tankerini “qara siyahı”ya daxil edib.

Terefsiz.az saytı TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd olunub.

Məhdudiyyətlər Liberiyadan üç, İtaliyadan isə bir gəmiçilik şirkətinə aid edilib. Həmçinin İtaliya, Malta, Yunanıstan və Panama bayraqları altında üzən müvafiq olaraq iki, dörd, iki və bir tanker də sanksiyalara məruz qalıb.

Terefsiz.az

Klopp ayın məşqçisi seçildi

0

Klopp ayın məşqçisi seçildi

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Terefsiz.az-ın məlumatına görə, liqanın saytında futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, “Liverpul”un baş məşqçisi Yürgen Klopp ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə Pep Qvardiola (“Mançester Siti”), Ralf Hazenhyuttl (“Sauthempton”), Brendan Rodcers (“Lester”) və Marku Silvanı (“Everton”) qabaqlayıb.

Xatırladaq ki, “Liverpul” martda üç qələbə qazanıb, bir heç-heçə edib.

İsmayıl Abdullayev

Prezident İlham Əliyev: “Azərbaycan-Rusiya əlaqələri çoxplanlıdır, bütün sahələri əhatə edir və yaxşı dinamikaya malikdir”

0

Azərbaycan-Rusiya əlaqələri çoxplanlıdır, bütün sahələri əhatə edir və yaxşı dinamikaya malikdir.

Terefsiz.az Azərtac – a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir”.

İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd edib, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirib.

Dövlətimizin başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Terefsiz.az

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına 100 gün qalmış məşəl İtaliyanın paytaxtı Romadan Azərbaycana ötürülüb.

0

Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına 100 gün qalmış məşəl İtaliyanın paytaxtı Romadan Azərbaycana ötürülüb.

Terefsiz.az bildirir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, lX əsrdə Dostluq və Qardaşlıq simvolu olaraq Roma İmperatoru Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutub.

Tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edib.

Keçirilən mətbuat konfransında xarici jurnalistlərə bildirilib ki, bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq.

Bununla yanaşı, təqdimat mərasimində Fərid Mansurov (Yunan-Roma güləşi. Olimpiya çempionu 2004, dünya çempionu 2007, 2009), cüdoçu Kəramət Hüseynov (2017, U-23 Avropa çempionatı bürünc medal və 2018 böyüklər arasında Avropa Kuboku, bürünc medal) və voleybolçu Raziyə Əliyeva (2018 yeniyetmələr arasında voleybol çempionatı, qizil medal) iştirak edib.

Daha çox, nəsillərin məşəli bir-birinə ötürməsi kimi xarakterizə olunan mərasimdə Fərid Mansurov məşəli Yanej Koyançiçə, o isə gənc Raziyə Əliyevaya təqdim edib.

Terefsiz.az

Burun sındırmağın cəzası 5 milyon oldu

0

Burun sındırmağın cəzası 5 milyon oldu

Moskva “Spartak”ı azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb.

Terefsiz.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı yarımmüdafiəçinin ötən gün Moskva küçələrinin birində amerikalı turistlə dalaşması olub.

Paytaxt təmsilçisi avtomobillə turistin həyatı üçün təhlükə yaradan, daha sonra isə onun burnunu sındıran futbolçunu əvəzedici komandaya göndərib. Onun ikinci komandada oynamasına da icazə verilməyib. Quliyev orada ancaq məşq edə bilər.

Bundan başqa, Ayazın 5 milyon rubl (təqribən 77 min dollar) cərimə olunacağı bildirilib

İsmayıl Abdullayev

Prezident və Birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasınıTAPŞIRIB

0

“162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı çox müzakirə olunur. Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar və populist çıxışlar edirlər: “Xüsusilə qeyd etmək lazımdır ki, bu iş ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Bununla bağlı bütün dövlət qurumlarına ( Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə şeylərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbər uşağın və ailənin hüquqlarından gedir” .

 

Istinad – xeberaz.az