Ev Blog Səhifə 1097

47 yaşlı kişi dərsdən qayıdan 11 yaşlı qızı yolda tutub zorladı – Tovuzda DƏHŞƏT

0

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda dərsdən qayıdan məktəbli qızı zorlayan şəxsin məhkəməsi başlayıb.
Terefsiz.az news24.az-ın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə 48 yaşlı Mehralıyev Raqif Vaqif oğlunun barəsindəki işə baxılır.
R.Mehralıyev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni 14 yaşı tamam olmamış şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə və 149.3.3-cü, yəni 14 yaşı tamam olmamış şəxsi zorlama maddələri ilə iş açılıb.
Belə ki, hadisə keçən il oktyabrın 9-da Tovuzun Yuxarı Öysüzlü kəndində baş verib. Yolun kənarında 2 qıza hücum edərək onlardan birini yerə yıxaraq zorlamağa çalışan 1971-ci il təvəllüdlü Mehralıyev Raqif Vaqif 11-12 yaşlı qızlar məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən onlara hücum edib.
Ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara cumub. O, əlindəki butulkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız – 11 yaşlı Ə.M. qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlayıb. Hadisə vaxtı yeniyetmə qız müxtəlif dərəcəli xəsarətlər alıb.
Günahı sübuta yetiriləcəyi təqdirdə Raqif Mehralıyevi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qəbələ Beynəlxalq Musiqi Festivalı

0

Qəbələ Beynəlxalq Musiqi Festivalı son illər Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun çox uğurlu layihələrindən biri hesab olunur və sorağı dünyanın hər yerindən gəlir. “Gilan Holdinq”in dəstəyi ilə ənənəvi olaraq hər il təşkil olunan Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı yaradır.

Terefsiz.az AZƏRTAC-a istinadla xəbər verir ki, hazırda Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Litva və Sloveniyadan dünya şöhrətli dirijorların, görkəmli musiqiçilərin, bədii kollektivlərin və solistlərin iştirak etdikləri IX Qəbələ Beynəlxalq Musiqi Festivalında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi abu-hava hökm sürür.

Bu beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq iyulun 30-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olub. Bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə pianoda bəstəkar G.Enesku, V.A.Motsart, A.Dvorjak, F.Şopen, K.Debüssinin əsərlərini səsləndirib.

Həmçinin “Furioso” kvartetinin musiqisevərlər üçün konserti də böyük marağa səbəb olub. Məlumat verilib ki, “Furioso” kvarteti Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, professor Nazmiyyə Abbaszadənin rəhbərliyi və tələbələr Süleyman Babakişizadə (violin), Zərifə Alxasova (violin), Üzeyir Mahmudbəyli (viola), Murad İbrahimov (violonçel) və Kəmalə Neymanovanın (piano) iştirakı ilə 2011-ci ildən fəaliyyətə başlayıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 3-də başa çatacaq.

1news.az azertag.az

Mark Eliyahu Bakıda konsert verəcək

0

25 may 2019-cu ildə məşhur musiqiçi Mark Eliyahu Bakıda konsert verəcək.

Terefsiz.az xəbər verir ki, bu ilin may ayında məşhur yəhudi kamança ifaçısı Bakıda solo konsert ilə çıxış edəcək.

Mark Eliyahu 1982-ci il 28 mayda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovunrəhbərliyi altında kamança dərsləri almağa başlayır.

1999-cu ildə Eliyahu “The Spirit of the East” adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımovvə onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,“Voices of Judea“ adlı ilk solo albomunu buraxır.

Biletlər şəhərin kassaları və iticket.az saytından maraqlana bilərsiniz

Image result for mark eliyahu

MarkEliyahu.jpg

İstinad – wikipedia

Azərbaycan nefti bahalaşıb

0

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 10-da 73,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,24 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,59 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,72 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 71,56 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

trend.az –  iqtisadiyyat

Millimiz Latviya ilə ikinci dəfə qarşılaşacaq

0

Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək.

terefsiz.az  AFFA-ya istinadən verdiyi məlumata görə, Liepaya Olimpiya Mərkəzində oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qarşılaşmanı Eduard Ratkuyins, İnqus Purins və Qunar Roqa idarə edəcəklər.

Qeyd edək ki, bu komandalar arasında bir gün əvvəl keçirilmiş oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb.

İsrailin bir sıra şəhərlərində “Nəsimi – 650” festivalı keçiriləcək

0

Terefsiz.az xəbər verir ki, “Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyası İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu ilin mayında İsrailin bir sıra şəhərlərində “Nəsimi – 650” festivalı təşkil edəcək.

Trend bu barədə Assosiasiyaya istinadən məlumat verir.

Festival proqramının əsas hadisəsi poeziya müsabiqəsi olacaq. Müsabiqədə doğulduğu ölkədən, dilindən və şeirin mövzusundan asılı olmayaraq hər kəs iştirak edə bilər. Daha ətraflı məlumatı “Azİz”in saytından əldə etmək olar.

Birinci turda oxucularımız ən yaxşı şairləri açıq səsvermə yolu ilə seçəcək, ikinci turda isə “Maqsud İbrahimbəyov” yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti qalibləri müəyyənləşdirəcək. Qalibləri qiymətli mükafatlar gözləyir: Bakıya səyahət və planşetlər.

“Nəsimi – 650” poeziya müsabiqəsində iştirak edən şeirlərə səs verməyi arzulayanlar bu keçiddən istifadə edə bilərlər: “Nəsimi – 650” poeziya müsabiqəsinin iştirakçıları

Poeziya müsabiqəsi ilə yanaşı, festival çərçivəsində Maqsud İbrahimbəyovun sonuncu kitabı “Cəhənnəm soyudu” əsəri təqdim olunacaq.

Bundan başqa, festival zamanı “İmmolatio” pyesinin müəllifləri – çexiyalı şairə Leyla Cəfərova Beqim və İsrail kinematoqrafçısı Yefim Abramovla görüş keçiriləcək. Pyes iki böyük etirazçı – azərbaycanlı İmadəddin Nəsimi və çex Yan Qusun talelərinin mistik oxşarlığına həsr olunub.

Festival çərçivəsində, həmçinin “Azərbaycanın 7+7 möcüzəsi” fotosərgisi keçiriləcək.

Bütün arzu edənləri “Nəsimi-650” festivalında iştirak etməyə çağırır.

trend.az

“Moody’s” Azərbaycanın reytinqini təsdiqləyib

0

Terefsiz.az xəbər verir ki, “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

“Moody’s” reytinqin eyni səviyyədə qalmasını davam edən fiskal islahatlar fonunda hökumətin kredit mövqeyinin möhkəmlənməsi və bank sektorunda risklərin azalması ilə izah edir.

“Moody’s” həmçinin “Cənub Qaz Dəhlizi” QSC-nin təminatsız prioritet bondlarının reytinqini “stabil” səviyyədə təsdiqləyib.

Agentliyin analitikləri proqnozlaşdırır ki, yeni fiskal qaydaların reallaşdırılması və dövlət borclarının idarə olunması üzrə hökumət strategiyası ölkənin təmiz kredit mövqeyini gücləndirəcək.

istinad – Bakı. Azad Həsənli – Trend

“Heç kim də çıxıb açıqlama vermir ki, bu uşaq niyə öldü?”

0

Artıq 14 yaşlı Elina Hacıyevanın ölümündən 6 gün keçsə də, onun vəfatı ilə bağlı hələ də yeni ittihamlar səsləndirilir, bu ölümdə günahkar kimi bir neçə hədəf göstərilir. Amma ittihamlar nə qədər ağır olsa da, Təhsil və Səhiyyə Nazirliyi istintaq işinin davam etdiyini əsas gətirərək heç bir detallı açıqlama vermir. 

Hadisədə müəllim, şagird və valideyn üçbucağını, məktəbdə psixoloq işini, intihara cəhd zamanı həkim müdaxiləsini, məsələnin mətbuatda necə işıqlandırıldığını və hazırkı sosial sferada necə təbliğ olunduğunu sual etdik.

Uşaqların bir-birinə rəftarında ailədən gələn səbəblər, Elinanın psixoloji vəziyyəti…

Psixoloq Elnur Rüstəmov da əksər şəxslər kimi düşünür ki, ailədaxili konfiliktlər, çalışan valideynlərin uşağa yetəri qədər zaman ayıra bilməməsi uşaqların psixologiyasına birbaşa təsir edir:

Bütün bu problemlər də özünü daha çox məktəbdə ifadə edir. Kimisi aqressiv olur, kimisinin sosial fobiyası yarana bilər. Bu hadisədə daha çox orta məktəbdəki psixoloji iş vurğulandı, ancaq düşünürəm ki, məktəblərdə psixoloq işinin aktivləşdirilməsi üçün artıq hüquqi baza yaradılıb. Bu gün orta məktəblərdə psixoloqlar öz işini yaxşı görə bilmir, deyə bilmərik. Sadəcə say azdır.

Bu hadisədən gəldiyimiz nəticə odur ki, valideynlər xüsusən diqqətli olmalıdır. Əgər uşağın ünsiyyətində narahatlıq, davranışlarında özünəqapanıqlıq hiss olunursa, ilk növbədə özləri bunu həll etməyə çalışsın. Birinci növbədə, ailədaxili konflikt varsa, həll olunmalıdır. Bu konflikti uşağın üzərində yürütməsinlər.

Boşanmalar zamanı əksər hallarda müşahidə edirik ki, valideynlər bir-birlərinə olan acığı uşağın üzərinə yönəldir. Odur ki, biz məktəblə bərabər ailədaxili münasibətlərlə bağlı da maarifləndirmə işi aparmalıyıq. Məktəbin üstünə düşən görəvlər də var. Sadəcə psixoloji baxımdan yox, tibbi və təhlükəsizlik baxımından kollektiv hər zaman hazır olmalıdır.

Uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə daşıyır. Elinaya o şiddəti, bullinqi yönəldən insanların hər biri də müxtəlif ailələrdən gələn məktəbli, yeniyetmədir. Kiminsə, poblemi ola bilər, ancaq onu damğalayıb psixoloji zorakılıq göstərmək doğru deyil. İndi hər kəs danışır. Yaxşı, sual olunur: O qızı gözümçıxdıya salanlar bəs kim idi? Uşaqlar. Bəs o uşaqları kim böyüdüb? Valideynlər.

Bu gün bizim bütün müzakirələrimiz mühakimə üzərindən gedir. Ən böyük problemimiz budur. Bəs çıxış yolu nədir? Çıxış yolu ailədaxili problemi həll etməkdir.

Elina öz intiharı ilə təhsildəki hansı boşluqları göstərdi?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu gün məktəblərdə psixoloq kimi çalışanların bu sahədən xəbərləri yoxdur:

“Elina hadisəsi onu göstərir ki, bu gün bizim 4472 təhsil müəssisəmizin hər birində olan psixoloq ştatı dövlət büdcəsindən ayrılmış vəsaitdən başqa bir şey deyil. Bu gün məktəblərdə psixoloq kimi çalışanların bu sahədən xəbərləri yoxdur. Böyük əksəriyyəti qeyri-ixtisas sahəsində – baytarlıq, meşəçilik, heyvandarlıq üzrə təhsil alıb daha sonra 2-3 aylıq kurslar keçməklə məktəblərdə psixoloq kimi fəaliyyət göstərir.

Bu, bir siqnaldır. Baş verən hadisə onu göstərir ki, bizim orta məktəblərimizdə müəllim, şagird və valideyn üçbucağı işləmir. Müəllimlərimizin şagirdlərlə doğru rəftar etmədiyini, onları dinləmədiyini göstərir. Hazırda direktorların çoxunun başı sadəcə pul yığmağa qarışıb. Bizim 700 bal toplayan şagirdlərimiz, yüksək nəticələrimiz ola bilər, ancaq təhsil haqqında qanuna görə, məktəblərin əsas vəzifəsi ali məktəbə kadr hazırlamaq yox, şəxsiyyət yetişdirməkdir. Bəs yetişdirə bilirmi? Bilmir. Bu gün bizim məktəblərimizdə sağlam təhsil sistemi yoxdur və bu problem həll olunmadıqca sözügedən xoşagəlməz halların sayı daha da artacaq”.

Hər bir məktəbin tibb otağı, tibb bacısı olduğu təqdirdə Elinaya niyə tibbi yardım göstərilmədi?

Elina hadisəsində ən dəhşətli məqam da 2 saat ərzində təcili yardım çağırılmaması və daha sonra da yanlış informasiya verildiyi üçün zəhərlənmə diaqnozu ilə xəstənin toksikologiya şöbəsinə aparılaraq əlavə vaxt itirməsi oldu.

Tibb eksperti Adil Qeybullanın sözlərinə görə, məktəbdə şagirdə nəsə olarsa, təcili tibbi yardım maşını gələnə kimi tibb bacısı ilkin yardım göstərməlidir və o, birbaşa xəstənin vəziyyətinə görə məsuliyyət daşıyır. 

Həkim Vasif İsmayıl prosesi izlədiyi zaman tibbi cəhətdən Elinanın menecmentinin heç bir maddədə düzgün aparılmadığını gördüyünü deyir:

“Lazım gəlsə, o vəziyyətdə xəstəni yerindən tərpətmək olar, ancaq 2 saat boyunca heç bir tibbi yardımın edilməməsi dəhşətdir. 2 saatdan sonra da necə edilib, o da məlum deyil. Təbabət bu uşaqları bu gün əməlli-başlı yaşada bilir. Bu, çox böyük bir ayıbdır. Mən sizi inandırım ki, bu qızın yaşama şansı 50%-dən daha çox idi. Heç kim də çıxıb açıqlama vermir ki, bu uşaq niyə öldü? Problemi nə idi? Hansı həkim baxıb? Hansı analizlər olunub? 2 saat gözlədilməyi başa düşdüm, onu cəmiyyət, hüquq-mühafizə orqanları həll edər. Mənim sualım həkimlərədir: Nə etdiz bu qıza? Necə oldu ki, öldü? Hər intihara cəhd edən şəxs ölmür axı…”

Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də günlərlə susqun qaldığı üçün az qınanmayıb. Komitə sədri Hicran Hüseynova bu gün verdiyi açıqlamada istintaq işinin getdiyini və məsələnin araşdırılmalı olduğunu bildirib:

“Dərk etmək lazımdır ki, hələ istintaq işi gedir. Bu araşdırmalar olmalıdır. Kim bu işdə günahkardırsa cinayət işinə cəlb olunacaq və əlbəttə ki, cəzasını alacaq. Mən təəccüblənirəm ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar irad tuturlar və populist çıxışlar edirlər. Bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib. Eləcə də Təhsil Nazirliyinə. Rəhbərim olduğum komitəyə və Daxili İşlər Nazirliyinə ciddi formada bu işlərin araşdırılması ilə bağlı tapşırıq verilib”

14 yaşlı qızın ölümündən sonra səsləndirilən bir çox iddia ilə yanaşı, onun intihar videosunun mətbuatda işıqlandırılması da birmənalı qarşılanmadı. Bəs mətbuat bu kimi hallarda nələrə diqqət etməlidir? 

Sualımızı media eksperti Seymur Kazımov cavablandırır:

“Mətbuatın işi informasiya verməkdir. Amma göründüyü kimi, hazırda yalnız təbliğatla məşğuldur. Məktəblinin intihar videosunun yayımlanması birmənalı olaraq doğru deyil. Bu, peşə etikası baxımından yanlış məsələdir. Ancaq gəlin bir məsələyə baxaq, bu gün ölkəmizdə fəaliyyət göstərən hansı media qurumunun öz etik kodeksi var? Yoxdur.

Sözügedən video cəmiyyət üçün deyil, hadisənin obyektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarına lazımdır.

Ancaq bir məsələ də var. Hadisə məktəbdə baş verib. Bilavasitə Təhsil Nazirliyi bu məsələdə maraqlı olmalıdır ki, cəmiyyət doğru informasiya ilə təmin olunsun. Ancaq biz nə görürük? Nazirlik də sadəcə söz yığınından ibarət açıqlamalar verir ki, istintaq gedir. Belə olmalı deyil. Aydın məsələdir ki, məsələ hüquqi tərəfdən aparılır. Bəs təhsil siyasətinə rəhbərlik edən bir qurum bundan sonra nə edəcək? Biz bunu bilmək istəyirik. Elina hadisəsi ilk deyil, ancaq artıq bu kimi halların qarşısının alınması üçün nə kimi işlər görüləcək? 162 nömrəli məktəbə rəhbər seçilən şəxs cəmi 3 illik fəaliyyət müddəti ilə necə direktor təyin olunub?

Bu hadisə artıq xəbər janrından çıxıb. İndidən sonra mediada analizlər, araşdırma yazılar verilməlidir. Peşəkar təhsil ekspertləri, psixoloqlar danışmalıdır. Beynəlxalq təcrübəyə baxılmalıdır”.

Hadisə artıq günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. DJ Tural Yusifov da Elinaya qarşı alçaldıcı sözlər deyən, onu intihar həddinə çatdıran uşaqların valideynlərini günahlandıraraq onlara səslənib:

“Uşaqlar həmin qızcığazla pis davranıb? Niyə? Çünki valideynləri onları belə böyüdüb. Çünki valideynlərin başı onun-bunun qeybətinə qarışıb, onun-bunun paltarını, həyatını müzakirə etməyə. Uşaq vaxtı övladlarına “əmini söy”, “əmini söy” deyiblər. Sonra bağçadakı övladının ərköyünlüyündən, başqasını incitməyindən fəxrlə danışıb, uşağı zorbalıq edən zaman onu təqdir edib və sonda özü kimi alçaq bir övlad böyüdüb. İndi nə deyirsiz? Biz övladımızı bu ölkədə oxutmayaq? Bir onu bilirəm ki, Elina kimi uşaqlar hələ də var və problemlərini heç kimlə bölüşə bilmirlər”.

Bundan başqa, ictimai şəxslər, məşhur simalar da sosial şəbəkələrdə Elinanın ölümü ilə bağlı paylaşımlar edir, öz başlarına gələn analoji hadisələri paylaşırlar. 

PR menecer Vüqar Baba sosial şəbəkə vasitəsilə başladılmış maarifləndirmə kampaniyasının uğurlu olduğunu vurğulayır:

“Bullinq (uşaqların incidilməsinə səbəb olan, ixtiyari və təkrar olaraq törədilən aqressiv davranış) beynəlxalq bir termindir. Hazırda əsas hədəf kütlə bu məsələyə cavabdeh dövlət qurumları və vəzifəli şəxslərdir. Bu termin də onların anlayacağı dildədir. Valideynlər üçün isə sosial şəbəklərdə daha loru və anlaşılan dildə alternativ sözlərdən istifadə oluna bilər.

Elina başına gələn fəlakətlə yanaşı, bu problemin cəmiyyətdə necə kəskin olduğunu göstərdi. Sosial şəbəkə istifadəçiləri başına gələn hadisələrdən yazaraq əslində bu halın sıx yaşandığını, məktəblərdə bu kimi təzyiqlərin tez-tez baş verdiyini göstərdi. Bu baxımdan hadisənin ictimaliləşdirilməsi, təbliğatın aparılması çox yaxşıdır. Bir az da genişləndirilib şaxələndirilə bilər”.

Günel Hacı  http://qafqazinfo.az/news/detail/hec-kim-de-cixib-aciqlama-vermir-ki-bu-usaq-niye-oldu-249296 

“Heç kim də çıxıb açıqlama vermir ki, bu uşaq niyə öldü?”

Son on ildə Naxçıvanda 37283 yeni iş yeri yaradılıb

0

Son on ildə Naxçıvanda 37283 yeni iş yeri yaradılıb

2019-cu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun 51,8 faizi və ya 182 milyon 610 min manatı məhsul istehsalından, 45,4 faizi və ya 160 milyon 237 min 900 manatı göstərilən xidmətlərin dəyərindən, 2,8 faizi və ya 9 milyon 712 min 700 manatı isə məhsula və idxala xalis vergilərdən yaranıb. 2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun 42,9 faizi məhsul istehsalından, 52,1 faizi göstərilən xidmətlərin dəyərindən, 5 faizi isə məhsula və idxala xalis vergilərdən yaranıb.

Terefsiz.az saytı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilib.

Muxtar respublikada iqtisadiyyatın hərəkətverici qüvvəsi sayılan sahibkarlığın inkişafı məqsədilə təkcə 2019-cu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə 2 milyon 483 min 600 manat dəyərində kreditlər verilib. 2019-cu ilin fevral ayının sonuna muxtar respublikada 383 növdə məhsul istehsal olunub ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır.

Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilib.

2009-cu ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 37 min 283 yeni iş yeri yaradılıb ki, bunun da 33 min 866-sı və ya 90,8 faizi daimi iş yerləridir. Açılmış daimi iş yerlərinin 1488-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10 min 549-u mövcud müəssisə və təşkilatlarda, 46-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 21 min 783-ü isə fiziki şəxslərdə yaradılıb.

Terefsiz.az

Avropa çempionatı: Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq

0

Avropa çempionatı: Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə yarışa start veriləcək.

Terefsiz.az saytı xəbər verir ki, 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən güləşçilər döşək üzərinə çıxacaqlar.

Bütün çəkilərdə təmsil olunan Azərbaycan pəhləvanları mübarizəyə təsnifat mərhələsindən başlayacaqlar.

55 kq

Təsnifat. Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)

63 kq

Təsnifat. Taleh Məmmədov – Donior İslamov (Moldova)

77 kq

Təsnifat. Elvin Mürsəliyev – Roland Şvarts (Almaniya)

87 kq

Təsnifat. İslam Abbasov – Denis Kudla (Almaniya)

130 kq

Təsnifat. Sabah Şəriəti – Stepan David (Çexiya).

İstinad: report.az