Ev Blog Səhifə 1099

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İndoneziyanın “Pertamina” şirkəti əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

0

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İndoneziyanın “Pertamina” şirkəti əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Terefsiz.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

O bildirib ki, hazırda şirkətin böyük nümayəndə heyəti Bakıda səfərdədir.

Vitse-prezidentin sözlərinə görə, danışıqlar zamanı tərəflər treydinq, “upstream” və investisiya layihələrinin reallaşdırılması sahələrində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Qeyd edək ki, “Pertamina” şirkəti İndoneziyada “Chevron”dan sonra ikinci ən iri neft istehsalçısıdır. Şirkət 1968-ci ildə “Pertamin” və “Permina” şirkətlərinin birləşməsindən yaranıb.

Terefsiz.az

Qaret Beylin qiyməti açıqlandı

0

Qaret Beylin qiyməti açıqlandı

Conatan Bernatt meneceri olduğu Real Madrid-in futbolçusu Qaret Beylin təzminat qiymətini açıqlayıb.

Terefsiz.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uelsli oyunçunu transfer etmək istəyən klubun 175 milyon avro ödəməli olduğunu deyib. Bundan başqa, menecer 29 yaşlı hücumçunu alacaq klubun oyunçuya illik 19 milyon avro maaş verməli olacağını da söyləyib.

Qeyd edək ki, Madrid klubunun Beyli yayda satmağa qərar verdiyi iddia olunur. Onunla Manchester United və Bayern-nin maraqlandığı yazılır.

İsmayıl Abdullayev

Terefsiz.az

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı.

0

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı.

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Terefsiz.az-ın məlumatına görə, UEFA 1/4 final mərhələsində baş tutan 4 qarşılaşmadan sonra namizədlərin adlarını açıqlayıb.

Bunlar Liverpool-un hücumçusu Roberto Firmino, Tottenham-in yarımmüdafiəçisi Hun Min Son, Ajax-ın orta sahə oyunçusu Frenki de Yonq və Barcelona-nın müdafiəçisi Jerar Pikedir.

Firmino 1 qol, 1 assist, Son 1 qolla yadda qalıbsa, de Yonq 91 faizlik dəqiq ötürmə ilə seçilib. Pike isə 10 dəfə topu qapı qarşısından uzaqlaşdırıb və ötürmə dəqiqliyi 94 faiz olub.

İsmayıl Abdullayev

Türkiyə XİN Makronun soyqırımı qərarına sərt münasibət bildirdi

0

Türkiyə XİN Makronun soyqırımı qərarına sərt münasibət bildirdi

Fransa prezidenti Emmanuel Makron 24 apreli qondarma “erməni soyqırımı qurbanlarının” xatirə günü elan edib.

O, bununla da prezident seçkilərindən öncə, həmçinin bu ilin fevralında Fransa Erməni Təşkilatları Şurasının tədbirində verdiyi sözü tutub.

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib.

Türkiyə XİN-in bəyanatında deyilir:

“Fransanın Türkiyəyə qarşı dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək. Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur ”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Terefsiz.az

“ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə artıq yaxın olan münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm”.

0

“ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə artıq yaxın olan münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm”.

Terefsiz.az saytı xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

“Əməkdaşlığımız üçün bütün sahələr mühümdür. Hərçənd humanitar, mədəni mübadilə məsələsini xüsusi qeyd etmək istərdim. Ölkələrimiz, xalqlarımız arasındakı təmasları bundan sonra da artırmaq niyyətindəyəm”, – diplomat deyib.

İstinad: report.az

“Heyətdə 5-6 dəyişiklik etmək haqda fikirləşirəm” – Sarri

0

“Heyətdə 5-6 dəyişiklik etmək haqda fikirləşirəm” – Sarri

Avropa Liqasının 1/4 final mərhələsində Slavia ilə qarşılaşacaq Chelsea-nin baş məşqçisi Mauritsio Sarri oyunla bağlı fikirlərini bildirib.

Terefsiz.az UEFA-nın saytına istinadən xəbər verir ki, Sarri, Çexiya təmsilçisinin çətin rəqib olduğunu deyib:

“Diqqətli olmalıyıq, bizi çətin rəqiblə oyun gözləyir. Slavia çox təhlükəli rəqibdir. Sevilla-ya iki oyunda 6 qol vurublar. Çox sürətli oyun sərgiləyirlər. Müdafiədə sıx oynamalıyıq.

Eden Hazardın oynayıb-oynamayacağına oyun saatında qərar verəcəm. Heyətdə 5-6 dəyişiklik etmək haqda fikirləşirəm”.

Slavia – Chelsea matçı bu gün, saat 23:00-da start götürəcək.

İsmayıl Abdullayev

Terefsiz.az

Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvolu təsdiqləndi

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Əsasnaməyə görə, Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

Sözügedən bayraq üç növdə hazırlanır:

Etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

Dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;

Kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Ali Baş Komandanının bayrağının təsvirinə gəldikdə isə, Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağın hər iki üzünün ortasında Ali Baş Komandanının emblemi təsvir edilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılıb.

Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.

Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.

Terefsiz.az

Azərbaycan nefti ucuzlaşdı

0
11974903

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 72,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,3 dollar/barel azdır.

Terefsiz.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,87 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 70,82 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.

Terefsiz.az

BMT Liviyadakı tərəfləri sülhə dəvət edib

0

BMT-nin baş katibi Antonio Quterreş, BMT Təhlükəsizlik Şurasının yığıncağından sonra Liviyada siyasi dialoqa ehtiyacın olduğunu bildirib.

Terefsiz.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT-nin baş katibinin sözlərinə görə, atəşkəs elan edilməsinin, şiddətin qarşısını almağın və pis vəziyyətdən can qurtarmağın zamanıdır.

Qeyd edək ki, Quterreş Xalifə Haftar tərəfindən Tripoli şəhərindəki aeroportun tutulmasını pisləyib. O, ölkədəki hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Terefsiz.az

Rob Sobhani: “Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi üzrə qətiyyətli addımları Azərbaycanın beynəlxalq statusunun yaxşılaşmasında əsas amil oldu”

0

” Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi üzrə ölçülüb-biçilmiş və qətiyyətli addımları Azərbaycanın beynəlxalq statusunun yaxşılaşmasında əsas amil oldu “.

Terefsiz.az saytı bildirir ki, bunu Trend-ə açıqlamasında “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.

O bildirib ki, Prezident İlham Əliyevin aqrobiznes, yüngül sənaye, sahibkarlıq, turizm, ətraf mühitin yaxşılaşdırılması və informasiya texnologiyalarına xüsusi diqqəti beynəlxalq KİV nümayəndələri tərəfindən Azərbaycanın düzgün istiqamətdə irəliləməsinin göstəricisi kimi qeyd edilib.

R.Sobhani deyib ki, Prezident İlham Əliyevin Azərbaycanı Avropada enerji daşıyıcılarının idxalçıları üçün etibarlı, təhlükəsiz və uzunmüddətli tərəfdaş kimi təqdim etməsi faktı ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir: “İtaliya xəstəxanalarının, Bolqarıstan və ya Yunanıstan məktəblərinin, bu ölkələrin enerji ehtiyatlarına çıxışı olmayan ucqar bölgələrinin işıqlandırılması Azərbaycanın təbii qazı sayəsində mümkün olacaq. Avropalı istehlakçılar əmin ola bilər ki, onların enerji tələbatları hər zaman ödəniləcək, çünki bu irimiqyaslı layihənin başında Azərbaycan Prezidenti İlham Əliyev dayanır”.

“Caspian Group Holdings”in baş direktoru vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanı sakit olmayan regionda sabitlik adası kimi təqdim edib: “Üstəlik, Azərbaycan ərazilərinin işğalına baxmayaraq, Prezident İlham Əliyev Ermənistanla münaqişəni sülh yolu ilə nizamlamağı arzulamaqla dünya liderlərindən biri olduğunu göstərdi. Məhz bu səbəbdən biz Birləşmiş Ştatların hökumətinin xüsusilə də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana və regiona səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına marağının artmasını müşahidə edirik”.

R.Sobhani qeyd edib ki, vacib amillərdən biri də İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində fərdi liderlik keyfiyyətləridir.

O əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəyə iqlim dəyişiklikləri və konfessiyalararası dialoq kimi dünya ictimaiyyəti üçün vacib olan bir çox məsələlərin həlli baxımından platformaya çevrilməyə imkan verir.

Terefsiz.az