Ev Blog Səhifə 1100

Gürcüstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

0

Gürcüstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirməyə hazırdır.

Terefsiz.az saytı Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında azərbaycanlı deputat Qənirə Paşayevanın sualına cavab verərkən deyib.

O bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır:

“Birlikdə biz tarixi layihələr reallaşdırırıq. OnlardaN bəzilərini xatırladım: Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”. Biz hesab edirik ki, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verə bilərik. Avropalı həmkarlarımızla bu sahədə dialoqlar aparırıq. Məsələn, Bakı-Tbilisi-Ceyhan kəmərinin gücü var və əlbəttə ki, biz Azərbaycanla birgə bu dəhlizlə enerji ehtiyatları tədarükünün artırılması imkanlarını nəzərdən keçirə bilərik”.

Terefsiz.az

DƏLİ AFƏT

0

Dəli Afət

Məktəbdə oxuduğum zamanlarda məktəbimizin yaxınlığındakı baxçada 16-17 yaşlarında gənc və çox gözəl bir qız qalırdı. Həqiqətən çox gözəl idi. Yaşımız ondan az olsa da bütün sinif, hətta bütün məktəb ona heyranlıqla baxırdı. Yamyaşıl gözləri, qızıl sarısı saçları, süd kimi ağ dərisi, ay kimi parlaq siması…
Dəmir hasarın arxasında oturar, gələn-gedən bütün uşaqlara təbəssüm edər, qucağındakı qundağı əzizləyərdi. Düşünürdük ki, niyə məktəbə getmir, nə tez ana olub?
Bir müddət sonra hamı onu “Dəli Afət” deyə çağırmağa başlamışdı. Səbəbini anlamağa çalışırdım. Axı dəli deyildi o. Gözləri elə gözəl gülürdü, təbəssümü elə gözəl idi ki. Necə dəli ola bilərdi axı o? Niyə belə gözəl afətə “Dəli Afət“ deyirdilər?
İllər ötdü, biz böyüyüb məktəbi bitirmək çağına gəldik. Afət yenə həmişəki kimi baxçanın dəmir məhəccərlərlə əhatələnmiş hasarının arxasında oturub gəlib-gedən uşaqlara baxır, yenə gülümsəyir, yenə qucağındakı qundağı əzizləyirdi.
“Aradan 6-7 il keçib. Bu necə ola bilər axı? Bu uşaq heç böyümür”? sualları məni həmişə maraqlandırırdı, lakin soruşmağa heç kimin cürəti çatmırdı. Kim də ki, cəsarətini toplayıb yaxınlaşıb nəsə soruşmaq istəsə, Afət qundağını götürüb evə qaçırdı.
Artıq məktəbi bitirməyimizdən 16-17 ildən çox zaman keçmişdi. Afəti demək olar ki, tamamən unutmuşdum. Bir gün dedilər “Dəli Afət özünü də qundağını da asıb”.
Bütün qəsəbə əhli ora tökülüşmüşdü. Anası saçlarını yolur, bacıları üzlərini cırır, qohum-əqrabanın fəryadından buludlar parçalanmış, göy göz yaşlarını tuta bilmirdi. Leysan və fırtınanın müşayətində Afəti ambulansa qoyub apardılar. Qundağı isə asılı qalmışdı.
Hardasa 20 ildən çoxdur böyüməyən qundaq mənim diqqətimi çox çəkirdi, gözüm onda qalmışdı. Aranın seyrəkləşməsindən istifadə edib qorxu və vahimə ilə qundağa yaxınlaşdım. Asıldığı ipdən endirib üst-üstə sarılmış bez parçalarını bir-bir açmağa başladım. Hər bez parçasını açanda “kiril əlifbası” ilə yazılmış, qırışından yazıları güclüklə oxunan bir kağız parçası çıxırdı. Əlim-ayağım əsə-əsə, ətrafa boylana-boylana bütün parçaları açdım və 10 kağız toplayıb qoynuma gizlədərək qaçar addımlarla arxama baxmadan oradan uzaqlaşdım. Özümü oğurluq etmiş kimi hiss edir, sanki arxamdan kimlərinsə gəldiyini duyurdum. Çox qorxurdum, lakin kağızlarda yazılanların marağı daha ağır basırdı.
Qaçaraq evə gəldim və otağıma keçib oxumağa başladım.
Kağız 1.
– Ata, hardasan? Niyə bizi tək qoydun? Şəhid olmağın vaxtı idi? Axı mənim sənə çox ehtiyacım var… O saqqallı kaftar mənə təcavüz edəndə niyə başını əzmədin? Bağışla, ata. Qoruya bilmədim namusunu. Mələyinin bədənini murdar əlləri ilə kirlətdi. Bilirsən özü də kim idi? Sənin sürücün. Sənin önündə baş əyib sənə yaltaqlıq edən Haqo…
Kağız 2.
– Öldürdüm onu, ata. Üstümdən qalxıb əynini geyinəndə mənə arxasını dönmüşdü. Bədənimin hər yeri ağrısa da, ayaqlarımı hiss etməsəm də ən başdan bəri stolun üstündə olan bıçaqda idi gözüm. Qalxıb soxdum kürəyindən düz ürəyinə. Həm də dəfələrcə. Mənə təcavüz elədiyi kimi yüzlərə dəfə soxub-çıxartdım hər yerinə. Qisasımı aldım, amma yenə də səndən çox utanıram, ata.
Kağız 3.
– Bilirsən mənə nə deyirdi, ata? “Öyündüyünüz saf qanınıza bizim qanımızı qatacağıq, hamınız bizim uşaqları doğacaqsınız, hamınızın övladları bizim qanımızı daşıyacaq”.
Günlərlə meşədə onun sözlərini düşündüm və qaçdım. Ayaqlarımı hiss etmirdim, bədənim titrəyirdi, hüşumu itirmişəm.
Ayıldığımda Bakıda qospitalda idim. Bütün yaralarım sağalmışdı. Bircə…
Kağız 4.
– Ata, sənə bir söz deməliyəm. Bilmirəm necə deyim, utanıram səndən. Ata mən hamiləyəm. O şərəfsizin uşağı var qarnımda. Anam deyir heç kimin xəbəri olmasın, biabır olarıq. Aldırmağa da aparmır ki, eşidilər. Məni otaqdan çölə qoymur. Çoxlu dərmanlar alıb gətirir ki, “iç, uşaq düşsün”. Düşmür, ata. Elə bil bərk-bərk yapışıb bədənimdən.
Kağız 5.
– Bu gün hamiləliyim 5 ayı tamam oldu, ata. Ölmür itin balası. Qarnıma ağacla vururam, şalla bərk-bərk sıxıram, stolun üstünə çıxıb yerə tullanıram. Xeyri olmur ki olmur. Mənə bir yol göstər, nə olar? Bu otaqda ağlımı itirəcəm. Mən də çölə çıxmaq istəyirəm, mən də məktəbə getmək istəyirəm, mən də oxumaq istəyirəm. Anam həbsxana həyatı yaşadır mənə. Kaş sağ olaydın, ata.
Kağız 6.
– Nəvən oldu, ata. Oğlandı. Çox gözəldi, amma ona hər baxdığmda o şərəfsizi xatırlayıram, dediklərini düşünürəm, öz uşağıma nifrət edirəm. Sənin məni əzizlədiyin kimi əzizləyə bilmirəm onu, ata.
Kağız 7.
– Oğlum öldü, ata. Anam gecə ilə götürüb onu harasa basdırdı. Oğlumun qəbrinin yerini də bilmirəm sənin qəbrin kimi. İçimdə yasını saxlayıram. Artıq anam mənim küçəyə çıxmağıma izin verir. Hətta mənə elçi düşənlər də var. Anam deyir birinə verəcəm, get. İstəmirəm, ata. Bundan sonra kiminsə qadını ola bilmərəm . Həmişə o gün gələcək yadıma…
Kağız 8.
– Özümü dəli qələminə vermişəm, hamı mənə “Dəli Afət” deyir, ata. Əslində bu mənə sərf edir. Hamı “Afət dəli olub” deyəndən sonra elçilərin ayağı kəsildi. Düzdü, insanların mənə yazıq-yazıq baxmağı, bəzilərinin “dəli” deyib məzələnməyi məni incitsə də, ən azından o illərdəki işgəncə və əzabı xatırlayıb hər gün yenidən yaşamaqdan qurtulduğum üçün sevinirəm.
Kağız 9.
– Ata, sənə bir etiraf etmək istəyirəm. Uşağım ölmədi. Bunu etmək çox çətin idi, çox düşündüm. Yatanda ağzı üstə qoydum ki, ölsün. Onun sözləri yadıma gəldikcə dəli olurdum. Mən onun oğlunun böyüməsinə, qanımızın kirlənməsinə izin verə bilməzdim, ata. Bilirsən bir ananın bunu etməsi nə qədər çətin işdi? İllərdi gecələr ağlamaqdan, qəlbimi dağlamaqdan halım qalmayıb. Baxma gündüzlər gülməyimə. Özüm hamıya gülümsəyirəm ki, qoy desinlər “Afət dəlidi”. Dəli deyiləm mən, bağrımın başı göynəyir, ata.
Kağız 10.
– Yox, ata. Mən dayana bilmirəm artıq. İnsanların aşağlamalarına, övladımın acısına, sənin yoxluğuna dayana bilmirəm. Hələ erməniləri Bakıya gətirmələri, onlarla barışmaq, onlarla bərabər yaşamağımızı istəmələrini demirəm. Mən növbəti erməni xəyanətini görmək istəmirəm, Haqoların Afətlərə təcavüz etməsinə göz yumub heç nə olmamış kimi onlarla bərabər yaşamaq istəmirəm. Qəbrinin yerini bilməsəm də, özünün harda olduğunu bilirəm. Yanına gəlirəm, ata. Aç qollarını. Yenə qucaqla məni, yenə mələyim de, yenə sığalla qızıl saçlarımı, yenə öp gözlərimdən…

Donub qalmışdım. Əllərim əsir, bədənim buz kimi olmuşdu. Gözlərimdən qeyri-ixtiyari axan yaşları durdura bilmirdim. Qəribə bir boşluğa, qəribə bir yoxluğa qərq olmuşdum. Sən demə llərcə “dəli” dediyimiz Afət hamımızda ağıllı və qeyrətli imiş.

– Rauf Qərib Alagöz

Xəlifə Həftarın ordusu Liviya hökumətinə məxsus hərbi təyyarəni vurub

0

Xəlifə Həftarın ordusu Liviya hökumətinə məxsus hərbi təyyarəni vurub

Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) Tripoli yaxınlığında Milli Razılıq Hökumətinin hərbi hava qüvvələrinə məxsus təyyarəni vurub.

Terefsiz.az RİA NOVOSTi – nin verdiyi xəbərə istinadən bildirir ki,  LMO-nunbriqada generalı Əhməd əl-Mismari açıqlamasında deyib:

“Hərbi qüvvələrimiz Misuratdakı hərbi bazadan Tripoli istiqamətində havaya qalxan hərbi təyyarəni vurub”.

Qeyd edək ki, Qəddafinin süqutundan sonra ölkədə böhran davam edir. Ölkənin cənub hissəsinə Xəlifə Həftar, şimal hissəsinə isə hökumət qüvvələri nəzarət edir.

Ərəb dünyasının dəstəklədiyi X.Həftar BMT-nin xətti ilə yaradılmış milli birlik hökumətini zor gücünə buraxmağı planlaşdırır. Bu hərbi kampaniyanı feldmarşal “Tripolinin azadlığı uğrunda əməliyyat” adlandırıb.

Həftarın qüvvələri aprelin 4-dən etibarən Tripolinin ələ keçirilməsi uğrunda hücum əməliyyatına başlayıb.

Terefsiz.az

Məktəb direktorunu döyməkdə ittiham edilən aktyorun məhkəməsi başladı

0

Məktəb direktorunu döyməkdə ittiham edilən aktyorun məhkəməsi başladı

Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Terefsiz.az saytının oxu.az-ın verdiyi xəbərə istinadən, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, digər təqsirləndirilən Toğrul İbrahimlinin vəkili məhkəməyə gəlməyib.

Buna görə proses aprelin 17-dək təxirə salınlb.

Qeyd edək ki, martın 4-də Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin və 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin məhkəməsinin ilkin hazırlıq iclası olub. Lakin hakim Ələddin Cəfərov işə baxmaqdan imtina edib. O bildirib ki, tərəflər arasında baş verən insidentin şahidi olub və obyektivlik təmin olunsun deyə öz-özünə etiraz qərarı verib. Cinayət işini başqa hakimin icraatına vermək üçün proses qeyri-müəyyən günədək təxirə salınmışdı.
Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən münaqişə dava ilə nəticələnib. Dava zamanı xəsarət alan Tural Mirzəliyev məhkəməyə müraciət edib.
Fakta bağlı Cinayət məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) və 221.1-ci (xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozma, zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Terefsiz.az

Tramp “qanunsuz ifritə ovu”ndan və dövlət çevrilişinə cəhddən danışdı

0

Tramp “qanunsuz ifritə ovu”ndan və dövlət çevrilişinə cəhddən danışdı

 

Terefsiz.az saytı xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərindən öncə onun seçki qərargahı və Rusiya arasında guya gizli saziş olması barədə  aparılan araşdırmaları dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.

“Bu dövlət çevrilişi cəhdi idi. Prezidenti vəzifəsindən kənarlaşdırmaq cəhdi idi. Ən pisi də budur ki, bu cəhdi edənlər cəzalandırılmayıb”,- deyə o bildirib.

“Mən indi hər şeydən çox araşdırılmaların başlandığı ana qayıtmaq istəyirəm. Mən bunda maraqlıyam. Bu “qanunsuz ifritə ovu” idi. Mən prokuror Müllerin hesabatını oxumamışam.Çünki, iftiraya uğradığım aydın oldu”.

Terefsiz.az

Sinfin nənəsi və intihar edən Elina

0

Sinfin nənəsi və intihar edən Elena

Mən 1994 – cü ildə anadan olmuşam. 7 yaşımda ilk dəfə  orta məktəbin birinci sinfinə getmişəm. Bacımın və mənim oxumağı, təhsil almağı ən çox atamın ən böyük arzusu olmuşdu. Həvəslə yola salındığım ibtidai sinifdə valideynlərimin ali savadı yox idi deyə birinci və ikinci sinfində öz sinif rəhbərim olan Bəsti müəllimənin yanına hazırlığa gedirdim. Lakin mən üçüncü sinifdə oxuduğum zaman atamın işlərində problem yarandı. Maddi baxımdan çətinliyimiz yarandı deyə, məni üçüncü sinifdə hazırlığa qoya bilmədilər. Mənim pulgir sinif rəhbərim isə 9 yaşlı bir parça uşaqla prinsipə girdi. O vaxt beyindaxili təzyiqdən əziyyət çəkirdim. Bu gözlərimə bir az təsir etmişdi deyə, gözlərim zəifləmişdi. Həkim mənə eynək yazdı. Hazırlığa gedə bilmədiyim həmin il Bəsti müəllimə mənim qiymətimi kəsməyə başladı öncə, eynəyə keçdikdən sonra isə məni ” sinifin nənəsi ” elan etdi. Hər gün sinifdən evə pis əhvalla və əsəblə qayıdırdım. Oxuduğum sinfin 90 faizi varlı ailədən olan uşaqlar idi. Onların ailələri Bəsti müəlliməni yaxşı təmin edirdi. Etməyən ailənin uşaqları isə mənim kimi psixoloji təzyiqə məruz qalırdı. Məktəbdə heç bir dostum yox idi. Hətta öz sinif yoldaşlarımla belə məndə alınmırdı. Lakin tənəffüslərdə bir neçə uşaqla tanış olmuşdum. Bizim məktəbdə oxuyurdular. Mənimlə yaşıd idilər. Amma başqa sinifin uşaqları idi. Onlar məndən fərqli olaraq, öz müəllimlərini sevirdilər. Bu isə mənə qəribə gəlmişdi. Artıq onlarla birgə oxumağa qərar vermişdim. Çox qəribədir, elə deyilmi? Mən üçüncü sinif şagirdi olmağıma baxmayaraq, şəxsiyyət kimi bir qərar vermişdim. Qalmışdı bu qərarı icra etmək! Həmişə olduğu kimi evə qayıtdım. Bu dəfə əsəbimi, psixoloji gərginliyimi evdə bildirdim. Anam nə qədər deyirdisə, dur dərsini et, mənim cavabım ” Mən daha məktəbə getməyəcəm ” idi. Axırda anam gördü ki, məsələ ciddidir. Məndən səbəbini soruşdu, əslində demək də istəmirdim, amma dilə tuta bildi. Mən bütün hər şeyi anama danışdım. O həm əsəbləşdi, həm üzüldü. Amma atamla məsləhətləşməyi qərara aldı. Axşam atam evə gələndə qızın dərsə getmək istəmir deyib, bunun səbəbini atama deyəndə, atam lap əsəbləşdi. O hətta müəlliməni işdən çıxarılması üçün əlindən gələni edəcəyini dedi. Lakin anam; ” Yoldaşı yeni rəhmətə gedib, uşaqları yetim qalıb, camaatı çörəyindən etmə ” dəyərək, övladına qarşı edilən haqsızlığa rəğmən özünün nə qədər insani keyfiyyətləri olan biri olduğunu sübut etdi. Atamı sakitləşdirib, dilə tutdu ki, sabah qızın hansı sinifə istəyir, ora dəyişəcəm onu. Elə də oldu. İngilis dili dərsi idi. Anam dərsə gəlib, müəlliməmdən icazə istəyib və sağollaşıb, məni də çantamı da götürüb, gətirdi, direktorun otağına. Direktor səbəbini soruşmasın deyə ondan xahis edib,  istədiyim sinifin adını deyib ora dəyişdi. Mən böyük sevinclə dostluğunu qazandığım uşaqların sinifinə getdim. Sona qədər də həmin sinfin şagirdi oldum. Qəribəsi odur ki, mən köhnə sinfimdə nəinki müəlliməmə, sinif yoldaşlarıma da nifrət edirdim! Mənim sinifdən çıxdığımı dərsə gələndə bilən Bəsti müəllimə, arxamca, digər valideynlərin yanında; ” O qızdan zurnacı da olmaz ” deyə aşağıladığını eşitmişdim. Halbuki, o pulla qiymətini yüksək yazdığı şagirdlərin çoxu, bəlkə də hamısı universitet tələbəsi adını qazana bilməmişdi. Lakin aşağıladığı mən isə elə özünün gözü qarşısında diplomlarla təltif edildim, 17 yaşımda ” Bənövşə Sevgisi ” adlı ilk şeir kitabım çap olundum. Təhsil nazirliyinin rəsmi saytında isə adım məktəbin fəxr etdiyi şagirdlərin siyahısında idi.
Aprelin 4 – ü 162 saylı orta məktəbin şagirdi olan Elinanın intihar faktı mənə uşaqlığımı yada saldı. Ən doğrusu Bəsti müəllimənin mənimlə rəftarı və məğlubiyyəti… Mən 24 yaşımda bir daha dərk etdim ki, nə qədər də şanslı uşaq imişəm! Bilirsinizmi nə üçün? Çünki mən valideynlərimə problemimi deyən kimi, onlar məni müəllimənin ümidinə buraxmaq əvəzinə öz övladlarına sahib çıxdılar.
Elinanın yazdığı məktubda bu cümlələr qeyd olunub :
” Mən öləndə mənim qəbrimə gəlməyin, mənə deməyin ki, məni sevirsiz, çox istəyirsiz məni görmək, gərək belə olmazdı, məni istəyirsiz qucaqlamaq, öpmək, çünki bu sözləri mən sağ olanda demək lazım idi. Bezmişəm bu həyatdan, heç kim qulaq asmır. Hamısı da pislik edir. Niyə? Nə etmişəm? ”
Bəli! Onun heç bir günahı yox idi! Elina valideynlərinin və pis müəllimlərinin qurbanı idi! Niyə valideynlər deyirəm? Çünki Elina dəfələrlə onlara müraciət etmişdi, onlardan kömək istəmişdi. Lakin onun imdadına kimsə yetişməmişdi! Bu cümlələr hər şeyi deyir! Kömək istəməkdən bezmiş körpə bir qəlb… Nə qədər acı və rəzil mənzərədir! Elena… Sənin qarşında mən də üzüqarayam! Sənin kimi bütün uşaqlar intihar etmir, düzdür. Amma hər gün sənin kimi cismani olmasa da, ruhi – psixoloji ölən o qədər körpə qəlb var ki! Sizcə uşaqlar niyə dərslərində uğursuzdur? Sizcə uşaqlar niyə söyüş söyür, pis vərdişləri var? Sizcə uşaqlar niyə vaxtından əvvəl cinsi münasibətə başlayır? Sizə bunların açıqlamasını bir cümlə ilə verə bilərəm;
Pis uşaq yoxdur! Pis müəllim və pis valideyn vardır! ”

Ar olsun, eqosit müəllim və valideynlərə!

Bənövşə Mahmudqızı

Paytaxt klubu ərəblərə satıla bilər

0

Paytaxt klubu ərəblərə satıla bilər

Roma klubunda rəhbər dəyişikliyi gözlənilir.

Terefsiz.az xəbər verir ki İtaliya təmsilçisi satılır.

İddiaya görə, “canavarlar”ın yeni sahibi Qətər şirkətlərindən biri olacaq. Belə ki, qətərli bir iş adamı paytaxt klubu üçün 400 milyon avro təklif edib. Cari mövsümdən qətərlilərlə işbirliyi görünür, iş adamlarını hərəkətə gətirib.

Qeyd edək ki, güclü maliyyə dəstəyinə baxmayaraq, Roma bu mövsüm elə də uğurlu çıxış etmir. Komanda A seriyasında hazırda 6-cı pillədə qərarlaşıb.

Terefsiz.az

Montellanın təyinatı rəsmiləşdi

0

Montellanın təyinatı rəsmiləşdi

“Fiorentina” Vinçentso Montellanın təyinatını rəsmən açıqlayıb.

Terefsiz.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 44 yaşlı mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb. İtaliyalı mütəxəssis bu vəzifədə bir müddət öncə istefaya göndərilən Stefano Piolini əvəzləyib.

Qeyd edək ki, Montella 2012-2015-ci illərdə də “Fiorentina”nı çalışdırıb.

İsmayıl Abdullayev

Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib – FOTO

0

Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.

Terefsiz.az  bildirir ki, ADA Univesitetindən Trend-ə verilən məlumata görə, “Macarıstan Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib.

ADA Univesitetində keçirilən mərasimdə macar səfiri ölkəsinin prezidenti Yanoş Aderin adından təbrikləri və mükafatı təqdim edərkən vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.

Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O, deyib: “Vacibdir ki, hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirək ki, gələcəyimiz əmin əllərdə olsun.”
Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın Xarici Siyasət və Ticarət Naziri Piter Siyartonun ADA Universitetindəki çıxışı barədə nazirin yüksək təəssuratı ilə bölüşdü. O, qeyd etdi ki, nazir ADA tələbə və müəllim heyəti qarşısındakı çıxışı və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yadda qalan hissəsi kimi xatırlayır.

Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırladı və bildirdi ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.

Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim heyəti üzvünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd etdilər. Vurğulandı ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildirilər. ADA Universitetində “Vışeqrad qrupu”nun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olundu.

Terefsiz.az

Mançester itkilərlə üzləşdi

0

Mançester itkilərlə üzləşdi

“Mançester Yunayted” Çempionlar Liqasının 1/4 finalında saat 23:00-da başlayacaq “Barselona” ilə ilk oyun öncəsi kadr problemi ilə üzləşib.

Terefsiz.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Antoni Valensiya, Erik Bayi və Aleksis Sançes zədə səbəbindən Kataloniya klubu ilə matçı dəqiq buraxacaq.

Bundan başqa, Nemanya Matiç, Ander Herrera və Markus Reşfordun isə bu gün oynayıb-oynamayacağı məlum deyil.

İsmayıl Abdullayev