Ev Blog Səhifə 1101

Halddorssondan açıqlama

0

Halddorssondan açıqlama

Hələ Yeni il ərəfəsində mənə deyildi ki, sən “Qarabağ”da az oynayacaqsan”.

Terefsiz.az-ın xəbərinə görə, bu sözləri İslandiya millisinin qapıçısı Hannes Halldorsson deyib. Bugünlərdə Ağdam komandasından ayrılan 34 yaşlı qolkiper dünən ölkəsinin “Valur” klubu ilə müqavilə imzalayıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Halddorson “Qarabağ” karyerası barədə də danışıb.

“Danışıqlar uzun çəkdi. “Qarabağ”a getməklə səhv etdim. Ora darıxdırıcı idi və qəribəlik vardı. Azərbaycandakı həyatımla bağlı kitab yaza bilərəm”.

Ümumilikdə isə Halldorsson son üç ili karyerasının ən uğurlu dövrü adlandırıb.

Qeyd edək ki, “Qarabağ”a mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olmuşdu. Bir neçə gün öncə Ağdam klubu onunla müqaviləni qarşılıqlı şəkildə ləğv etmişdi.

İsmayıl Abdullayev

İkinci Mbapbe gəlir

0

Fransa millisinin və PSJ-nin hücumçusu Killian Mbappenin 13 yaşlı qardaşı İtan Mbappe Klerfonten Futbol Akademiyasına qəbul oluna bilər.

Terefsiz.az saytının xəbərinə görə, o, aprelin 23-25-də keçiriləcək seçim mərhələsinə dəvət olunub.

Qeyd edək ki, Klerfonten Fransa Futbol Federasiyasının ən nüfuzlu 12 akademiyasından biri hesab olunur. Məşhur futbolçular Tyerri Anri, Nikolas Anelka, Xatem Ben Arfa, Blez Matuidi, Olivye Jiru məhz bu akademiyanın yetirməsidir.

Əlavə edək ki, İtan Mbappe istedadlı futbolçulardan hesab olunur. O, 11 yaşında PSJ-yə qəbul edilib. Məşqçilər qardaşı Killian Mbappe kimi onu gələcəkdə böyük futbolun ulduzları sırasına düşəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, bu ailənin daha bir üzvü, Mbappelərin atasının övladlığa götürdüyü Jires Kembo-Ekoko da futbolçudur. 31 yaşlı oyunçu hazırda Türkiyədə “Bursaspor” klubunda çıxış edir.

İsmayıl Abdullayev

Nazirlik Elina ilə bağlı iclas keçirdi

0

Nazirlik Elina ilə bağlı iclas keçirdi

Bu gün 162 saylı tam orta məktəbdə aprelin 4-də baş vermiş intihar hadisəsinin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 saylı tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Terefsiz.az

“Azəriqaz” əhalini “ağıllı” sayğaclarla təmin edir.

0

“Azəriqaz” əhalini “ağıllı” sayğaclarla təmin edir.

Cari ilin birinci rübü ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 29 972 yeni abonent qeydiyyata alıb. Bunun da 13 595-i Bakı, Abşeron və Sumqayıt, 16 377-i isə regionlar üzrədir.

Bununla bağlı “Azəriqaz” məlumat yayıb.

Yeni abonentlərin sayının artması abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin, təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması hesabına olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib.

Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 213 647-ə çatıb.

Bundan əlavə, cari ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, eləcə də, Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin, Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 83 min 682 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Terefsiz.az

Bakının bir hissəsində su olmayacaq

0

Bakının bir hissəsində su olmayacaq

Bakı şəhəri Suraxanı rayonu ərazisində içməli suyun verilişində fasilələr olacaq.

Bu barədə Terefsiz.az saytı xəbər verir ki,  “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İstinad: oxu.az

Azərbaycanda yeni – ikinci xəbər kanalı fəaliyyətə başlayacaq.

0

Azərbaycanda yeni – ikinci xəbər kanalı fəaliyyətə başlayacaq.

Terefsiz.az saytı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli parlamentin bu gün keçirilən komitə iclasında deyib.

O qeyd edib ki, artıq bununla bağlı müsabiqə elan edilib və yaxın vaxtlarda bu yöndə Şura tərəfindən müvafiq qərar qəbul ediləcək:

“Yaxın günlərdə yeni – ikinci xəbər kanalı ilə bağlı qərar verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, indiki zamanda buna ciddi ehtiyac var”.

 

Terefsiz.az

Rusiyalı nazir Azərbaycanda birgə müəssisələrin yaradılmasından danışdı

0

Rusiya ümid edir ki, kənd təsərrüfatı maşınqayırması sahəsindəki istiqamətlər yaxşı bazarın olması və Azərbaycanın kənd təsərrüfatı texnikasının satınalınması sahəsində dəstəyi ilə daha da inkişaf edəcək.

Terefsiz.az saytı Trend-ə istinadən bildirir ki, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu istiqamətdə ciddi əməkdaşlıq perspektivləri görür:

“Bu ilin fevralında Azərbaycanda “Azərmaş” müəssisəsi ilə birgə “QAZ” qrupunun yüngül kommersiya avtomobillərinin istehsalına və yığılmasına başlanması ölkələrimiz arasında bu sahədə, xüsusilə də birgə istehsalat müəssisələrinin yaradılmasında ikitərəfli marağı göstərir. Əlbəttə ki, bu ilin aprelində Bakıya işgüzar missiyanın səfəri zamanı müzakirə olunan ikitərəfli əməkdaşlığın bütün istiqamətləri müvafiq sazişlərlə möhkəmləndirilməlidir. Kənd təsərrüfatı maşınqayırması, sənaye sektorunda birgə layihələrin reallaşdırılması müddətlərinə gəldikdə isə hər şey ikitərəfli iqtisadi əməkdaşlığın nə dərəcədə səmərəli inkişafından asılı olacaq”.

Terefsiz.az

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşəcək.

0

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün sərbəst güləş üzrə daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşəcək.

Terefsiz.az saytının report.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçilərindən 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada polşalı Zbiqniyev Baranovskini sınağa çəkəcək.

Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) isə bürünc medal uğrunda yarışacaqlar.

Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar.

61 kq

Təsnifat – Əsgər Məmmədəliyev – Nikolay Oxlopkov (ROU) – 0:6

74 kq

Bürünc medal görüşü Hacımurad Hacıyev –

1/2 final – 1/2 final – Hacımurad Hacıyev – Frank Çamizo (İTA) – 2:6

1/4 final Hacımurad Hacıyev – Maksim Vasilioqlo (Rumıniya) – 11:1

1/8 final – Hacımurad Hacıyev – Georgi Paskalov (MDA) – 10:1

86 kq

Bürünc medal görüşü Murad Süleymanov

1/2 final – Murad Süleymanov – Vladislav Vəliyev (RUS) – 0:7

1/4 final – Murad Süleymanov – Teymuraz Naskidaeva (İspaniya) – 7:2

1/8 final – Murad Süleymanov – Ahmed Ruslanoviç (Almaniya) – 5:0

Təsnifat – Murad Süleymanov – Riçard Ferents Liqeti (HUN) – 5:0

92 kq

Final – Şərif Şərifov – Zbiqniyev Baranovski (Polşa)

1/2 final – Şərif Şərifov – İrakli Mtsituri (Gürcüstan) – 8:2

1/4 final – Şərif Şərifov – Məhəmməd Qurbanov (RUS) – 6:2

125 kq

Təsnifat – Seyid Məhəmmədrza Azərşakib – Eqzon Şala (KOS).

Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçilərindən Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.

Terefsiz.az

Amerikalı reperin ” 28 saniyəlik konserti “

0

Amerikalı reper Ar Kelli konsert verib.

Terefsiz.az saytı xarici mətbuata istinadən xəbər verir ki, lakin onun konserti 28 saniyə çəkib.

Belə ki, ifaçı konsert zamanı yalnız mahnılarından birini 28 saniyə züm-zümə edib.

O, daha sonra izləyiciləri ilə söhbətləşməyə və rəqs etməyə başlayıb.

Qeyd edək ki, reper fevral ayında 1990-cı ildən 2000-ci ilədək dörd qadını cinsi istismar etdiyinə görə ittiham edilib. Bu qızların üçünün həddi-buluğa çatmaması onun 900 min dollar cərimə ödəməsinə səbəb olub. O, 100 min dollar ödəyərək, zaminliyə çıxıb.

2017-ci ildə isə “BuzzFeed”in yaydığı məlumatlarda Kellinin qızların həyatına, geyimlərinə, yuxu saatlarına müdaxilə etdiyi ortaya çıxıb.

2018-ci ildə isə Kelli yenidən 14 yaşlı bir qızı cinsi istismar etdiyinə görə ittiham edilib.

Reperin eks-sevgililərindən biri 2011-ci ildən indiyədək Kelli ilə onun “seks zindanı”nda 10 dəfə sekslə məşğul olmağa məcbur edildiyini deyib.

Terefsiz.az

Çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi barədə fərmanla qanunvericiliyə dəyişikliklər edilib.

0

” Azərbaycan Prezidenti İlham Əliyevin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi barədə fərmanla qanunvericiliyə dəyişikliklər edilib və bununla əlaqədar olaraq biz rəqəmsal formatın tətbiq olunmasını planlaşdırırıq “.

Terefsiz.az saytı  Trend-ə istinadən xəbər verir ki,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, rəqəmsal formata keçid vətəndaşlarla məmurların ünsiyyətini tamamilə aradan qaldıracaq, eləcə də şəffaflığı artıracaq və bu prosesi sürətləndirəcək:

“Hazırda bir çox Avropa ölkəsində tətbiq olunan “Vahid pəncərə” mexanizmi hazırlanıb. “ASAN xidmət”lə birgə biz müvafiq mexanizmi hazırlamışıq və proses artıq işə salınıb. Beləliklə, artıq Bakıda elektron formatda icazənin alınması üçün müraciət etmək olar. Hələlik biz bu prinsipi ekspertizanın tələb olunmadığı tikililərə tətbiq edirik. Aprobasiya prosesi başa çatdıqdan sonra biz bu ilin ortalarında “Vahid pəncərə” formatını bütün növ icazələrə, ilkin ekspertizanın tələb olunduğu obyektlərə də tətbiq etməyi planlaşdırırıq”.

D.Dövlətxanov əlavə edib ki, yaxın gələcəkdə bu müsbət təcrübə ölkənin digər şəhər və regionlarında tətbiq olunacaq.

Terefsiz.az