Ev Blog Səhifə 1102

Renat Dadaşov Portuqaliyanın ən məşhur klubunun maraq dairəsində

0

Renat Dadaşov Portuqaliyanın ən məşhur klubunun maraq dairəsində

Azərbaycanın 21 yaşadək millisinin futbolçusu Renat Dadaşov Portuqaliya nəhəngi olan “Benfika”nın maraq dairəsinə düşüb.

Bu barədə Portuqaliyanın “Mais Futebol”nəşri yazıb.

Məlumatda bildirilir ki, Lissabon klubu “İşturil” komandasında çıxış edən sabiq yarımmüdafiəçisi Filipi Suareşi və Renat Dadaşovu heyətinə qatmaqda maraqlıdır.

Terefsiz.az

İsraildəki seçkilərdə Netanyahu da, rəqibi də özünü qalib elan etdi.

0

İsraildəki seçkilərdə Netanyahu da, rəqibi də özünü qalib elan etdi.

İsrailinn baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama verib.

Terefsiz.az saytı xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

Eyni zamanda “Kahol-Lavan” mərkəzçi blokunun lideri, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans İsraildə Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib.

Parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsaasən, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə daha çox yer qazanıb.

Terefsiz.az

“ QALATASARAY ” ciddi itki ilə üzləşib.

0

“ QALATASARAY ” ciddi itki ilə üzləşib.

Terefsiz.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Kristian Luyindama cəzalı olduğundan Superliqanın növbəti turunda “Fənərbaxça” ilə keçiriləcək oyunu buraxacaq.

Konqolu müdafiəçi Türkiyə kubokunda “Malatyaspor”la görüşdə birbaşa qırmızı vərəqə alıb. Türkiyə Futbol Federasiyası isə onu iki oyunluq cəzalandırıb.

Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” oyunu aprelin 14-də keçiriləcək.

İsmayıl Abdullayev

Qismət Rüstəmov – Bob Dilan. ” Şiddətli leysan “

0

Bob Dilan. ” Şiddətli leysan “

De, görüm hardaydın, oğlum, gözü dənizim?
De, görüm hardaydın, mənim canım, əzizim?

On iki sirli dağın ətəyində büdrədim,
Altı kələ-kötür yolda yeridim, iməklədim,
Yeddi qəmli meşənin içində ayaq döydüm,
Ölmüş okeanların sahilində göründüm,
10 min mil uzaqdakı bir qəbrin başındaydım
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.

De, nə gördün, oğlum, gözü dənizim?
De, nə gördün, mənim canım, əzizim?

Mən bir çağa gördüm ki, yanında qurd ulaşır,
Almazdan bir yol gördüm, orda kimsə dolaşmır,
Qapqara budaq gördüm, hər yerindən qan damır,
Bir otaq adam gördüm, çəkicləri qanayır.
Bəyaz pilləkən gördüm, sular altında qalmış,
On min danışan gördüm, dilləri parçalanmış,
Tüfəng, qılınc gəzdirən balaca uşaqlarmış…
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.

De görüm, nə eşitdin, oğlum, gözü dənizim?
Nə eşitdin, de görüm, mənim canım, əzizim?

Şimşək səsi eşitdim, xəbərdarlıq kimiydi,
Dalğalar coşurdular, düz dünyanı tutmağa,
Yüzlərcə barabançı güc vermişdi toxmağa,
Min-min pıçıltı vardı, qulaq asan yox idi,
Bir ac inildəyirdi, ona gülən çox idi,
Bir təlxək ağlayırdı küçələrin birində –
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.

Kimlərlə tanış oldun, oğlum, gözü dənizim?
Kimlərlə tanış oldun, mənim canım, əzizim?

Bir uşaqla görüşdüm ölmüş atın yanında,
Ağ adamla tanış oldum, qara it gəzdirirdi,
Mən bir qadın tanıdım alovlanır bədəni,
Mən bir qızla görüşdüm mənə göyqurşağı verdi.
Mən bir kişi tanıdım məhəbbətdən yaralı,
Bir başqasın tanıdım kin-nifrətdən yaralı –
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.

İndi neyləyəcəksən, oğlum, gözü dənizim?
İndi neyləyəcəksən, mənim canım, əzizim?

Leysan başlamamış geriyə dönəcəyəm,
Qaraağız meşənin içinə girəcəyəm,
O yerdə ki, insan çox, fəqət acdı camaat,
O yerdə ki, suyumuz zəhərlənir hər saat,
O yerdə ki, evimiz bir nəmli zindan olur,
O yerdə ki, cəlladın üz-gözü pünhan olur,
O yerdə ki, ruh qalmayıb, aclıqdan iy yayılır,
O yerdə ki, qara rəng, sıfır rəqəm sayılır,
Mən bunları düşünüb, bunları danışacağam,
Bunu hamı görsün deyə dağlara yazacağam;
Sonra batana qədər duracağam su üstə,
Dilimdə gəzişəcək oxuduğum bu bəstə –
Şiddətli, şiddətli, yaman şiddətli,
Leysan başlayacaq, bir azdan leysan.

P.S. Bob Dilan 2016-cı ildə “Amerika nəğmə ənənəsində yeni poetik dil yaratdığı üçün” Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Tərcümə: Qismət Rüstəmov

Azərbaycanda Porno şirkəti yaradılır! Video çəkilişlərə seçim mərhələsi!

0

Azərbaycanda Porno şirkəti yaradılır! Video çəkilişlərə seçim mərhələsi!

 

Terefsiz.az saytı məlumat verir ki, Ceyhun Məmmədov adlı şəxs Facebook profilində Azərbaycanda yaradılacaq İlk Porno şirkətinin ilk video çəkilişi ilə bağlı seçim mərhələsi haqqında məlumat paylaşıb. Statusu sizə təqdim edirik:

” Azərbaycanda yaradılacaq porno şirkətinin ilk video çəkilişi üçün seçim mərhələsini youtube kanalından canlı olaraq izləyə biləcəksiniz. Seçim mərhələsində 24 nəfər (14 qız, 10 oğlan) iştirak edəcəkdir. İlk senaryo üzrə seçim mərhələsinin tarixi: 21.04.2019, saat: 23:00-da başlayacaqdır “.

Terefsiz.az

Almaniya klubu baş məşqçisini qovdu

0

Almaniya klubu baş məşqçisini qovdu

Almaniyanın “Auqsburq” klubu baş məşqçisi Manuel Baumla yolları ayırıb.

Terefsiz.az saytı klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə göndərilib.

Qeyd edək ki, almaniyalı məşqçi 2016-cı ildən “Auqsburq”u çalışdırırdı. Komanda hazırda Bundesliqada 28 turdan sonra 25 xalla 15-ci pillədə qərarlaşıb.

İsmayıl Abdullayev

Rusiya və Türkiyə ABŞ-ın birqütblü dünya planını pozur

0

Türkiyə Qafqaz regionu və Dağlıq Qarabağ münaqişəsi məsələləri çərçivəsində Rusiyanın Ermənistana təzyiq mexanizmlərindən istifadə etməsini istəyir.
Kremldə Rusiya və Türkiyə prezidentləri arasında baş tutan görüş siyasi müşahidəçilər tərəfindən diqqətlə izlənilir. Ölkə başçıları ikitərəfli əməkdaşlıq, birgə reallaşdırılan layihələri – “Türk Axını” qaz kəmərini, “Akkuyu” AES-nin tikintisini, həmçinin Türkiyə tərəfinə “S-400” zenit-raket komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər. Bundan əlavə, Putin və Ərdoğanın Suriya problemini müzakirə etdikləri də ehtimal edilir. Moskvaya səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə Türkiyənin Suriyada yeni hərbi əməliyyatını müzakirə etmək niyyətindədir.
“Bizim sərhəddə əməliyyata hazırlığımız başa çatıb. Əməliyyat üçün hər şey hazırdır. İstənilən vaxt biz əməliyyata başlaya bilərik. Rusiyaya səfərim zamanı biz bu məsələni də digər məsələlər sırasında üz-üzə müzakirə edəcəyik” – deyə Ərdoğan Moskvaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Daha əvvəl isə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Rusiya və Türkiyə prezidentləri aprelin 8-də Moskvada görüşəcəklər. Həmçinin, bu ölkələrdən olan iş adamları ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlər Böyük Teatra gedəcəklər: “Liderlər orada mədəniyyət və turizm illərinin açılışı mərasiminə qatılacaqlar. Liderlər açılış mərasimində nitq söyləyəcəklər”.

Siyasi analitiklər bildirirlər ki, iki ölkə arasında ticarət dövriyyəsi və birgə layihələrin sayı artır. Ərdoğan Moskvada rusiyalı həmkarıyla görüşündə hədəfini bir daha təkrarladı – ticarət mübadiləsinin həcmi 100 milyard dollara çatdırılmalıdır.
Hazırda Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə görə Qərb tərəfindən təzyiqlərlə üzləşir. ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya konkret xəbərdarlıq ünvanlayıb: “Ya NATO ilə əməkdaşlıq edəcəksiniz, ya da Rusiyadan S-400 raketləri alacasınız”. Ərdoğan S-400 raketlərini alacağını bildirib. Bu isə Türkiyə ilə NATO dövlətlərini üz-üzə qoya bilər.

Ərdoğan-Putin görüşünün aktuallığı isə ilk növbədə Suriyadakı hadisələrlə bağlıdır: Son açıqlamalara görə, ABŞ və Rusiya arasında Suriyadakı vəziyyətlə bağlı böyük ziddiyyətlər yaranıb. Eyni zamanda, ABŞ-ın bəzi kürd qruplarını dəstəkləməsi Türkiyənin narazılığına səbəb olub. Digər məsələ Suriyanın gələcəyi ilə bağlıdır.

Türkiyə-Rusiya münasibətlərinə təsir edən regiondakı hadisələr də müzakirə edilməlidir. Məsələn, Türkiyə Qafqaz regionu və Dağlıq Qarabağ münaqişəsi məsələləri çərçivəsində Rusiyanın Ermənistana təzyiq mexanizmlərindən istifadə etməsini istəyir. Türkiyə ilə sərhəddə yerləşən Ermənistanın müasir silahla silahlanması Ankaranı narahat etməyə bilməz. Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları bəllidir və bu məsələ Ankaranı narahat edir.

Bundan başqa, Qara Dəniz hövzəsindəki siyasi vəziyyət də Ankara və Moskvanın müzakirə etdiyi məsələlərdəndir. Onu da vurğulayaq ki, hazırda Türkiyəni daha çox Rusiya ilə münasibətlərin qaydaya salınması və möhkəmləndirilməsi maraqlandırır. Türkiyə hər zaman Qarabağ mövzusunda Azərbaycanı dəstəkləyib. Bundan sonra da fərqli bir mövqedə dayana biləcəyi istisnadır.
Bölgədə cərəyan edən proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə cərəyan edir.

Rusiya-Türkiyə münasibətlərinə təsir edən daimi və keçici amillər də mövcuddur. Ankara və Moskva müxtəlif sahələrdə bir-biriləri ilə həm əməkdaşlıq edir, həm də rəqabət aparırlar. Lakin “münasibətlərin inkişafı Dağqlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsir göstərə bilərmi” sualı açıq qalır. Rusiya-Türkiyə münasibətlərinin strateji əməkdaşlıq ranqında olduğu zamanlarda Rusiya-Türkiyə münasibətlərinin pozitiv inkişafının, əməkdaşlığın genişləndirilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi bir təsiri olmadı. Baxmayaraq ki, Türkiyə və Azərbaycan strateji müttəfiqlərdi, Ankaranın öz maraqları var və bu amili Bakı da nəzərə alır.

Onu da vurğulamaq lazım gəlir ki, Moskva və Ankara nə qədər əməkdaşlıq eləsələr də, onlar eyni zamanda rəqibdirlər. Rusiya Türkiyənin bölgəyə müdaxiləsini və Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirməsini istəmir. Türkiyə isə Rusiyanın Ermənistanla hərbi əməkdaşlığına qarşıdır. Rusiya və Türkiyə münasibətlərindəki yaxınlaşma ABŞ-ın birqütblü dünya qurmaq istəyinə qarşı formalaşdırılan bir əməkdaşlıqdır. Maraqlar sözügedən ölkələri bu mərhələdə tərəfdaşa çevirir…

Terefsiz.az

İstinad: sputnik.az

” 9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir “.

0

” 9 Aprel və 20 Yanvar böyük faciələrdir, acılarımız birdir “.

 Terefsiz.az saytı xəbər verir ki, bunu 9 Aprel Tbilisi hadisələrinə həsr olunan fotosərgidə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

“Gürcülərin böyük faciəsindən 30 il ötür. Ölkəmizin gələcəyi naminə, müstəqilliyi naminə günahsız insanlar həlak olublar. Bu faciə həm də qürur yerimizdir. Baş verən hadisədən iki il keçəndən sonra Gürcüstan müstəqilliyini elan etdi”, – deyə qeyd edən diplomat Azərbaycanla Gürcüstanı eyni ağrı-acı birləşdirdiyini dilə gətirib.

“1990-cı ilin 20 yanvar günü Sovet İttifaqının totalitar rejimi azadsevər Azərbaycan xalqına divan tutub. Tbilisiyə nisbətən Bakıda qurbanların sayı daha çox olub. İndi biz onların unudulmaması, xatirəsinin daim yaşaması üçün hər şey etməliyik. Övladlarımız millətin qəhrəmanlarını tanımalı və yad etməlidirlər”, – səfir vurğulayıb.

Qeyd edək ki, 9 aprel 1989-cu il tarixində Tbilisi şəhərinin mərkəzində Sovet ordusunun Gürcüstanın müstəqilliyinin tərəfdarlarının kütləvi mitinqinə amansızlıqla hücum etməsi nəticəsində aralarında 16 qadın olmaqla 21 nəfər həlak olmuş, 290 nəfər xəsarət alaraq əlil olmuş, 300-ə yaxın insan isə xüsusi tərkibli qazla zəhərlənmişdir.

İstinad: Report.az

Terefsiz.az

2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 3,4 faizədək arta bilər.

0

2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempi 3,4 faizədək arta bilər.

Terefsiz.az saytı Trend-ə istinadən bildirir ki, Fondun proqnozlarına əsasən, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,1 faiz artacaq.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında o da qeyd olunub ki, Azərbaycanın iqtisadi artım göstəriciləri MDB-nin (müvafiq olaraq 2,2 və 2,3 faiz artım) və MDB-dəki enerji ehtiyatları ixracatçılarının göstəricilərini (müvafiq olaraq 2,1 və 2,2 faiz artım) üstələyir.

Hesabatda həmçinin bildirilir ki, bu ilin birinci yarısında qlobal iqtisadiyyat zəif artım nümayiş etdirəcək, ilin ikinci yarısında isə bir sıra təşəbbüslər sayəsində artım sürətlənəcək. Məsələn, ABŞ Federal Ehtiyatlar Sistemi artan qlobal risklərə cavab olaraq dolların baza uçot dərəcəsinin yüksəldilməsini dayandırıb ilin sonunadək dərəcəni artırmayacağı barədə xəbərdarlıq edib.

2019-cu ildə qlobal iqtisadi artım 3,3 faiz, 2020-ci ildə 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Terefsiz.az

Azərbaycan respublikası İrana humanitar yardım edəcək

0

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq.

Terefsiz.az saytı bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Terefsiz.az