Ev Blog Səhifə 1103

MTRŞ Vaqif Mustafayevə ciddi tapşırıq verdi

0

“Müğənni Rüfət Axundovun efirə buraxılmaması ilə bağlı artıq bu gün televiziya və radio kanallarının rəhbərlərinə şifahi olaraq məlumat verilib”.

Bu barədə TEREFSİZ.AZ “Qafqazinfo”ya Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyevin verdiyi məlumatına əsasən xəbər verir. O, bildirib ki, bu barədə rəsmi yox, şifahi olaraq məlumat verilib: “Təbii ki, “Space” kanalının rəhbərliyi də bu məsələdən xəbərdardır. Dedilər ki, bununla bağlı problem yoxdur.

Televiziyanın 5000-8000 manat məbləğində cərimələnməsi məsələsinə isə hakim özü baxacaq. Biz ayın 4-də Yasamal rayon məhkəməsinə müraciət etmişik. Kanalın aparıcısı Anar Vaqifoğlu artıq işdən uzaqlaşdırılıb. Efir rejisosoru Etibar Mustafayev də işdən uzaqlaşdırılıb. Kanalın rəhbərliyinə də ciddi tapşırıq verilib”.

Kanalların şifahi xəbərdarlığa əməl etməyə borclu olub-olmamasına gəlincə isə, A. Hacıyev qeyd edib ki, kanallara sadəcə xəbərdarlıq edilir:

“Artıq bundan sonrakı məsələ kanalların öz işidir. Dəvət edə və etməyə də bilərlər. Biz kanalların yaradıcılıq işinə qarışa bilmirik. Ona görə də şifahi olaraq xəbərdarlıq edirik. Məsələni bu cür qoymuşuq ki, qeyri-etik ifadə işlədən adam necə olur ki, başqa kanallara dəvət olunsun?!

Müğənni öz səviyyəsini, mədəniyyətini bununla göstərdi. Televiziyalara camaat  baxır. Afət Fərmanqızı ilə bağlı məsələni qoyduq və əməl olunub. Biz Milli Teleradio Şurası olaraq öz üzərimizə düşən işi gördük”.

A. Hacıyev kadrın montaj edilib-edilməməsindən də danışıb. O, vurğulayıb ki, montaj məsələsini aydınlaşdırmaq üçün videoya bir neçə dəfə baxılıb: “Müğənni özü deyir ki, montaj edilib. Biz Rüfət Axundovu tanımırıq ki?! Dəfələrlə baxdıq və gördük ki, montaj söhbəti yoxdur. Özü də veriliş canlı yayımlanıb. Rüfət Axundov özü yerləşdiyi videoda həmin hissəni montaj edib. Özünə haqq qazandırmaq istəyir, bu isə artıq gecdir”.

Cənab Prezident və xanımı Azərbaycanın 10 milionuncu sakininin ailəsi ilə görüşüb

0

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.

Terefsiz.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Cənab Prezident İlham Əliyev və xanımı ölkəmizin 10 milionuncu sakininin ailəsi ilə görüşərək, körpəni ziyarət edib. Həmişəki kimi Cənab Prezident öz qayğısını xalqdan əskik etmir. Fotoları sizə təqdim edirik.

Prezident 10 milyonuncu vətəndaşa ev hədiyyə etdi

0

Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu sakinin ailəsinə mənzil bağışlayıb.

terefsiz.az xəbər verir ki, bu gün keçirilən görüşdə ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.

Xəbəri körpənin atası Rauf Həsənov təsdiqləyib.

“Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə cənab prezidentə və xanımına təşəkkür edirəm”.

Uşaq nə zaman psixoloqa getməlidir? Ailələr hansı problemlərdə uşağı psixoloqa aparmalıdırlar?

0

Uşaq nə zaman psixoloqa getməlidir? Ailələr hansı problemlərdə uşağı psixoloqa aparmalıdırlar?

Psixoloqa getmək bir çox insan üçün hələ də çətindir və bu addımı nə zaman atmalı olduqlarını bilmirlər. Eyni zamanda bu proses bir ailə üçün də keçərlidir. Uşağı nə zaman və hansı problemlərdə psixoloqa aparmalı olduğunu bilməyən ailələr bir çox çətinliklərlə üz – üzə gəlirlər, problemləri çözmək üçün müəyyən yollardan istifadə edirlər. Başqa ailə və ya böyüklərdən məsləhət alırlar bəzən məsləhətlər üst – üstə belə düşmür bu zaman ailə daha da çıxılmaz vəziyyətə düşür və problem getdikcə dərinləşir. Valideynlər bu cür çıxılmaz hallarda qalmasın deyə mən bir neçə umumi simptomlar sayacam və bu problemlərlə üzləşən valideynlər vaxt itirmədən uşağını psixoloqa aparmalıdır .

1) qorxu və ya fobiyaları varsa;

2) davranış pozunutusu varsa;

3) hər şey üçün ağlayırsa;

4) təkliyə meyilliyi artıbsa;

5) nitq və ünsiyyət problemi yaşayırsa;

6) cəmiyyət içində davrana bilmirsə (utancaqlıq);

7) aqressiv və olduqca tələbkar davranırsa;

8) ana ve ata ilə güvənsizlik problemi yaşayırsa;

9) enurez (gecə alt islatma) varsa;

10) hipperaktiv və diqqət dağınıqlığı;

11) dırnaq yemək, barmaq əmmək;

12) kəkələmə;

13) yemək ve yuxu pozuntusu;

14) qısqanclıq;

15) cinsi istək və ya masturbasiya

ves problemlər seziriksə mütləq ilk növbədə psixoloqa gəlməliyik.

Ümumiyyətlə, uşağınızı ələxsus da 2-6 yas aralığında psixoloqa aparmaga səbəb olmasa belə siz bu müayinədən keçməklə Övladınız IQ səviyyəsini, inkişaf prosesini gələcəkdə yarana biləcək problemləri öncədən təyin etmək  və ümumi psixoloji durumunu öyrənmək üçün də apara bilərsiniz.

” Uşaq psixoloqa gettiyini bilməlidirmi? ”
Bəzən valideynlər uşağı aldadaraq “həkim” ” müəllimə ” hətta ” xala ” ” əmi ” deyerek psixoloqa gətirirlər, bu bir mənalı olaraq, yalnış fikirdir . Uşaq psixoloqa gəldiyini , yaş və problemdən asılı olaraq, hansı səbəbə gəldiyini bilməlidir . Yaş və problemdən asılı olaraq, ifadəmə bir açıqlama gətirmək istəyirəm . Əgər övladımız 6/7 yaş qrupundadır və siz onun bəzi alışqanlıqlar ilə başa çıxa bilmirsiz (telefon, komputer, televizor asılılığı, söyüş söymək vəs ) Bu zaman təbii ki, biz uşağa – səni psixoloqa aparmaq səbəbi bu alışqanlıqlarını aradan qaldırmaqdır. Təbii ki, uşaq müəyyən kaprizlər edərək bu seanslara getmək istəməyəcəkdir.

Problem ve yaş qrupundan asılı olmayaraq, valideynlər uşaqlara ” Biz psixoloqa gedirik və o sənlə söhbət edəcək ” fikrini vurgulamalıdır. Valideynlərin ən böyük səhvlərindən biri də odur ki , uşaqlarda problemi sezdikde ya cəza metodları seçirlər, ya qohumlarla məsləhətləşirlər ves. Bu hallarda uşaq və valideyn arasında böyük uçurum olan güvənsizlik yaranır.
Sonda bir daha valideynlərinə uşağınızı psixoloqa gətirməkdən çəkinməməyi məsləhət görürəm.

Psixoloq İlahə Dəmirbəy

Bertolt Brechtdən şeir ( Türkçə tərcümə)

0

….

Anladık iyisin,
Ama neye yarıyor iyiliğin?
Seni kimse satın alamaz,
Eve düşen yıldırım da
Satın alınmaz.
Anladık dediğin dedik,
Ama dediğin ne?
Doğrusun, söylersin düşündüğünü,
Ama düşündüğün ne?
Yüreklisin,
Kime karşı?
Akıllısın,
Yararı kime?
Gözetmezsin kendi çıkarını,
Peki gözettiğin kiminki?
Dostluğuna diyecek yok ya,
Dostların kimler?
Şimdi bizi iyi dinle:
Düşmanımızsın sen bizim!
Dikeceğiz seni bir duvarın dibine,
Ama madem bir sürü iyi yönün var;
Dikeceğiz seni dibine iyi bir duvarın,
İyi tüfeklerden çıkan,
İyi kurşunlarla vuracağız seni.
Sonra da gömeceğiz,
İyi bir kürekle,
İyi bir toprağa…

Bertolt Brecht

İOS Master Liqanın 1/4 final iştirakçıları bəlli oldu

0

İOS Master Liqanın 1/4 final iştirakçıları bəlli oldu

Azərbaycanda ilk dəfə Elgün Mustafayevin təşkilatçılığı ilə diviziya şəklində keçirilən İOS MASTER LİQANIN 1/4 Finalına vəsiqə qazanan iştirakçılar bəllidir.

Təbriklər
Pərviz Qubadov A1 FC BARCELONA
Kenan Ismayilov A2 FC BARCELONA
Ismayil Abdullayev B1 Nakhican United
Seyidoff Teymur B2 REAL MADRİD
Zəka Verdiyev C1 FENERBAHÇE
#NicatXəlilov C2 FC BARCELONA
Hesen Gonag D1 RED BULL BRASİL
Jamal Akhmedov D2 FENERBAHÇE

Bütün iştirakçılara uğurlar

İsmayıl Abdullayev

Məşhur dizayner öz həmcinsi ilə evləndi

0

Məşhur dizayner Mark Ceykobsun Nyu-Yorkda baş tutan toyu dəblə bağlı lentə alınan filmləri xatırladıb. 

Terefsiz.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, yüksək təbəqəyə aid olan bütün modelyerlər gecənin qonaqları siyahısında olublar.

Onların hamısı “Marc Jacobs” kolleksiyasındakı geyimləri geyiniblər. Manhettenin ən bahalı restoranında olan toyda modelyer həmcinsi ilə nikah bağlayıb.

Mark model sevgilisi Çarli Defrançeskoya ötən il evlilik təklifi edib. O, meksikan restoranda onun üçün xüsusi tədbir edib və fləşmod keçirib. 

Toyda qonaqlar arasında Hadid bacıları, Anna Vintur, Keyt Moss, Rita Ora da yer alıblar.

Terefsiz.az

 

Barselonadan acı etiraf

0

Barselonadan acı etiraf

“Barselona”nın prezidenti Yosep Maria Bartomeu “Mançester Yunayted”in futbolçusu Paul Poqba ilə bağlı açıqlama verib.

Terefsiz.az saytı xəbər verir ki, klub rəhbəri 26 yaşlı futbolçu ilə 4 il əvvəl maraqlandıqlarını, amma həmin vaxt transferi reallaşdırmaq üçün maddi imkanlarının yetərli olmadığını bildirib:

“2015-ci ilin yayında “Yuventus” rəhbərliyinə Poqbanı satmaq istəyəcəkləri halda onunla maraqlanacağımızı söylədik. Daha sonra bizə etməli olduğumuz təklifi çatdırdılar. Amma həmin vaxt tələb olunan məbləği ödəmək gücündə deyildik.

Qeyd edək ki, “Yuventus” Poqbanı 2016-cı ildə “Yuventus”dan 105 milyon avroya “Mançester Yunayted”ə satıb. Həmin vaxt bu transfer rekordu hesab olunurdu. Onun rekordunu 222 milyon avroya “Barselona”dan PSJ-yə keçən Neymar qırıb.

İsmayıl Abdullayev

Nabil Dirar’ın sosial medyayı çalxalayan videosu

0

Nabil Dirar’ın sosial medyayı çalxalayan videosu

Fənərbaxça – Galatasaray derbisi öncəsində Nabil Dirar’a aid olduğu zən edilən video sosial mediaya damğa vurarkən, Terefsiz.az saytı “BEYAZ TV” yə istinadən bildirir ki, “Beyaz TV” şərhçiləri Əhməd Çakar ve Sənan Engin video ilə bağlı rəy bildirdilər.

Dirar’ın Galatasaray ilə bağlı söyüşlü bir ifadəsinin yer aldığı videoda, Mərakeşli oyunçunun “Dirar Cimbom’un anasını s…” dediyi eşidilir .

“DİRAR’A 5 OYUN CƏZA VERİLMƏLİ”

Əhməd Çakar, bu video ilə bağlı Dirar’a 5 oyun cəza verilməsini qeyd edərkən; “Bu ölkədə f… off dediyi üçün oyundan atılan futbolçu varsa, Fatih Terimə açıqlamaları səbəbi ilə 10 oyun cəza verildiysə, Dirara da bu video səbəbi ilə lazım olan cəza verilməlidir. Bunun haqq qazanılacaq bir tərəfi yoxdur. Buna görə Dirara ən az 5 oyum cəza verilməlidir.” sözlərini dedi.

İsmayıl Abdullayev

Erməni güləşçi məğlubiyyətə etiraz etdi

0

Erməni Azərbaycanlıya qarşı etiraz etdi

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev RUMINİYA paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradıb. Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb.

Terefsiz.Az xəbər verir ki, məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib.

İsmayıl Abdullayev