Ev Blog Səhifə 1105

Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir:

0

Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil.

Terefsiz.az xəbər verir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir:

“Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından sözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsi üçün müvafiq imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır:

XİN rəsmisi deyib ki, bu günədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib:

“ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraq cari ilin 4 aprel tarixində Vaşinqtonda NATO Baş katibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Alyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib, həmçinin Azərbayanın NATO-nun “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb. Vurğulamaq istərdik ki, Baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edir və Baş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib”.

L.Abdullayevanın sözlərinə görə, bununla yanaşı, son günlər Almaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı, kiminsə qərəzliliyindən xəbər verir:

“Əsassız ittihamları özündə əks etdirən bu məlumatlar konkret faktlara əsaslanmır. Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. Azərbaycan NATO üzv ölkələrinin müraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir”.

Terefsiz.az

Turizm obyektləri ilə bağlı tələb.

0

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.

Terefsiz.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Turizm haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.

Layihəyə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.

Qeyd edilən obyektlərin fəaliyyəti ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli üsullar tətbiq edildikdə həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.

Terefsiz.az

Emil Balayevə Dəstək

0

Emil Balayevə Dəstək

Qazaxıstan Premyer Liqasının son turunda “Aktobe” ilə görüşdə kobud səhvlə yadda qalan “Tobol”un qapıçısı Emil Balayev azarkeşlərin dəstəyini alıb.

Terefsiz.az xəbər verir ki, “Tobol” fanatları sosial şəbəkə vasitəsilə millimizin üzvünü ruhdan düşməməyə çağırıblar.

Balayev isə İnstaqram səhifəsində ona dəstək olan fanatlara və komanda yoldaşlarına təşəkkür edib.

Xatırladaq ki, “Tobol”un 2:1 hesabı ilə qalib gəldiyi oyunun son dəqiqələrində Emil Balayev qapı qarşısında rəqib futbolçusunu aldatmaq istəsə də, topu itərərək qola səbəb olub.

Terefsiz.az

” istədiyim alınmır ” – Şəhriyar Məmmədyarov

0

“Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük”.

Terefsiz.az saytı bildirir ki, ONA-nın məlumatına istinadən, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib. 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2019” superturnirində VII tura yekun vurulub. Hesabat turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan qrossmeysterimiz mətbuat konfransında oyunu haqqında danışıb: “Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq. Ümumiyyətlə, Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı”.

Məmmədyarov bildirib ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış edib: “Səhv etmirəmsə, beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdur. Təəssüf, sona iki tur qalmış liderdən çox aralı düşmüşəm”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 7 turdan sonra 2,5 xala malikdir və 9-cu pillədə qərarlaşıb.

Terefsiz.az

Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb

0

Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazanıb – FOTO

Azərbaycan cüdo yığması Qran-pridə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 75 ölkə arasında 2-ci yeri tutub

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.

Terefsiz.az saytının məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda braziliyalı rəqibi Beatris Souzanı məğlub edib.

Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.

Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.

İstinad: Report.az

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa İttifaqının bölünməsinə qarşı çıxıb.

0

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa İttifaqının bölünməsinə qarşı çıxıb. 

Terefsiz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yunker yerli radiolardan birinin efirindəki çıxışı zamanı bildirib.

O qeyd edib ki, indiki şəraitə ittifaqın qərb və şərq zonalarına bölünməsi qəbuledilməzdir: “Mən buna son qoyulması istiqamətində çalışıram.” – sitatın sonu.

Bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron da “Brexit” prosesini Avropadakı böhranın rəmzi adlandırıb.

Bu arada, siyasi elmlər namizədi Anna Aryamova mövcud vəziyyəti şərh edərkən, krallığın ittifaqı tərk etmənin qurum daxilində ciddi siyasi böhrana səbəb olacağını bildirib.

Terefsiz.az

ABŞ-da bəzi namizədlər seçki kampaniyasının büdcəsini açıqlayıb

0

ABŞ demokratlarının təmsilçisi, Nyu-Cersidən olan senator Kori Buker 2019-cu ilin ilk yarısında qarşıdakı prezident seçkilərində iştirak kampaniyası üçün 5 milyon dollar ianə toplaya bilib.

Terefsiz.az saytının TASS-a istinadən verdiyi məlumata görə, bu vəsaitdən əlavə onun senata seçkilər zamanı qənaət etdiyi 4.1 milyon dolları da var ki, bu vəsaiti də Buker əsas seçki təbliğatına xərcləmək niyyətindədir.

Onun digər həmkarı Berni Sandersə gəlincə, o özünün təbliğatına 18 milyon dollar ayıracağını açıqlayıb. Texas Ştatından olan sabiq konqresmen Beto O`Rurk isə mətbuata müsahibəsində 9.4 milyon dollar həcmində təbliğat tədbirləri keçirəcəyini bildirib.

Xatırladaq ki, digər potensial namizədlər hələ seçki büdcələrini açıqlamayıb. Demokratlar partiyasının qurultayı isə 2020-ci ilin 16-20 iyul tarixləri arasında keçiriləcək və namizəd də həmin qurultayda bəlli olacaq.

Terefsiz.az

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən gedir.

0

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən gedir.

Terefsiz.az – ınTASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ lideri Donald Tramp özünün “Twitter” səhifəsində yazıb:

“Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm” – sitatın sonu.

Ağ Evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək.

Qeyd edək ki, son günlər mətbuatda Donald Trampın Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar yer alıb.

Terefsiz.az

Tottenham-dən 11 futbolçu ayrıla bilər

0

Tottenham-dən 11 futbolçu ayrıla bilər

 

1 milyard funt-sterlinqə başa gələn yeni stadionunun açılışını edən Tottenham mövsümün sonunda heyətində böyük dəyişikliklər edəcək.

Terefsiz.az The Sun-a istinadən xəbər verir ki, London klubu 11 futbolçusunu satmaq qərarına gəlib.

İddiaya görə, Tottenham-in satmaq istədiyi futbolçulardan biri Kristian Eriksendir. Avropa nəhənglərinin hədəfində olan danimarkalı ulduza indiyədək gələn təklifləri rədd edən klub rəhbərliyi bu dəfə müsbət cavab verəcək.

Baş məşqçi Maurisio Poçettinonun gedişinə icazə verdiyi fubolçular arasında Kevin Tripye, Serj Orye, Danni Rouz və Tobi Alderveyreld də var.

Tottenham həmçinin Vitor Vanyama, Georges-Kevin Nkudu və Fernando Llorente ilə yollarını ayıracaq. Məşqçilər korpusu alternativlər tapacağı halda Erik Lamela və Mussa Sissoko da satışa çıxarılacaq. Bundan başqa icarə əsasında Fenerbahçe-də çıxış edən Vinsent Yanssenin də transfer hüququ satılacaq.

Terefsiz.az

100 milyon funt-sterlinqlik üzr

0

100 milyon funt-sterlinqlik üzr

İngiltərə Premyer Liqasını tərk edəcək klublardan biri Fulham olacaq. Watford-a 1:4 hesabı ilə yenilən London təmsilçis gələn mövsüm Çempionşip-də çıxış edəcək.

Komandanı mövsüm ərzində 3 mütəxəssis – Slavişa Yokanoviç, Klaudio Ranyeri və Skott Parker çalışdırıb. Bu mövsüm 15 transfer edən rəhbərlik bunun üçün 100 milyon funt-sterlinq ödəyib. Lakin bütün bunlar komandanın xilası üçün yetərli olmayıb.

  1. Terefsiz.az xəbər verir ki, Fulham-in prezidenti Şahid Xan komandanın Premyer Liqanı tərk etməsi rəsmiləşəndən sonra azarkeşlərdən üzr istəyib: “Sizi xəyal qırıqlığına uğratdığımız üçün üzr istəyirik. Bu nəticənin olacağını avqustda düşünə bilmədik və səhvlərimizi aradan qaldırmaq üçün ümidsizcə bir həmlə etdik. Amma nəticə ürəkaçan olmadı”.

Qeyd edək ki, Pakistan mənşəli amerikalı iş adamının 6,8 milyard dollar sərvəti var.

Terefsiz.az