Ev Blog Səhifə 1106

2019 Yaz – Yay Dəbi

0

Mövsüm trendləri son bir neçə ildir dəyişməz olaraq qalır. Bununla belə vintaj fasonlara və köhnə dəbə müraciət edən dizaynerlər qeyri-adi elementləri və gözlənilməz gedişləri bizi təəccübləndirə bilir.

Ötən həftə yazın gəlişini rəsmi və təntənəli şəkildə qeyd etsək də, mülayim bahar günlərinin özünü nə vaxta çatdıracağı bəlli deyil. Bakının iqlimi nəzərə alsaq, aprelin də isti keçəcəyinə bel bağlamaq olmaz. Lakin biz nə edirik? Əlbəttə ki, ümidsizliyə qapılmır, “Pis hava olmur, pis seçilmiş paltar olur” şüarını əldə rəhbər tutmağa davam edərək yaz qarderobu hazırlıqlarına start veririk.

Kim bilir, bəlkə gələn ay həyatınızı dəyişdirəcək hadisələrlə əlamətdar olacaq. İstənilən halda həyatın xoş sürprizlərinə hazır olmaqda fayda var. Psixoloqlar və bionergetiklər də şiddətlə tövsiyə edir ki, fikirlərimizi hər daim nikbinliyə, nikbinliyə və yenə də nikbinliyə yönəltmək lazımdır. Pozitivdən nə qədər çox yapışsaq, arzuların reallaşma ehtimalı bir o qədər yüksəkdir. Çox danışdığımın fərqindəyəm, odur ki, sizi yormadan əsas mövzuya – mövsümün trendlər siyahısına keçək.

Terefsiz.az havaların isinməsini səbirsizliklə gözləyən modapərəstləri 2019-cu ilin yaz-yay trendləri ilə tanış edir.

Asiya

“Geyşanın memuarı” və ya Akira Kurosavanın klassikasına baxın, Asiya printləri ilə işlənmiş ipək kimono və ya plaş alın, bu, sizə mövsümün ən dəbli qızı adı qazanmağa zəmanət verəcək. Şərq təranələri podiumları ələ keçirib və biz qətiyyən əleyhinə deyilik!

Memarlıq printləri

Gözəl binaların və mürəkkəb printlərin pərəstişkarı sevinə bilər: Dizaynerlər yeni mövsümdə başdan-ayağa şəhər mənzərə təsvirləri ilə bəzənmiş geyimləri məsləhət görür.

Balet kostyumu

Uşaq ikən balerina olmağı arzu edən xanımları bu ilin yazında xəyallarını reallaşdıra bilər. Balet kostyumları mövsüm trendinin əsas mövzularından biri olub. Onları həm zərif dikdaban, həm idman ayaqqabıları, həm də yastıdaban baletkalarla tamamlaya bilərsiniz.

Bandana

Quldur bandaları bu mövsüm yeni həyatını yaşayır: Əgər 90-cı illərin nostalji trendi üçün darıxmısınızsa, bandanı istər boyunuza, istər çantaya, istərsə də saçınıza bağlaya bilərsiniz. Qorxmaq lazım deyil, çünki bu, mövsümün böyük aksessuar trendlərindən biridir.

İri bantlar

Əgər sizin daxili Mariya-Antuanettanız gözəl bir paltar tələb edirsə, yaxşı xəbərimiz var: iri bantları olan paltarlar və geyimlər yaz kolleksiyalarında üstünlük təşkil edir.

Bej dəri

Artıq-urtuq heç nə və sadəlik baharın növbəti trendidir. Qəhvəyi rəngli dəri və zamşa bu bahar qarderobunuzda mütləq özünə yer tapmalıdır. Bu, plaş, şalvar və dəri köynək və s. ola bilər.

Başdan-ayağa krem rəngləri

Zövqünüzdən asılı olaraq kişi kostyumu və ya döşəməyə qədər uzanan qat-qat əlbisənin krem çalarları 2019-cu ilin trendləri arasında güclü təsir yaradacaq.

Bəyaz minimalizm

Başdan-ayağa qədər ağa bürünmək yazın ənənəvi minimalist trendlərindəndir. Bu soyuq trend qızmar yay günəşinin təsirini azaldacaq. Odur ki, sınamağa dəyər.

Həcmli şlyapalar

Zəhlətökən pərəstişkarlardan gözlərinizi bax belə incə üsulla gizlətmək mümkün olacaq. Üzərində örtüyü olan enli şlyapalar yenidən dəbə qayıdır.

Velosipedkalar

Ötən yayda velosipedkaları geymək üçün vaxt tapmayan hər kəs yeni trendi bu yaz sınaqdan keçirə bilər. Moda həftələrində idman qarderobunun ayrılmaz hissəsi olan bu geyim üstünlük təşkil edirdi. Hətta əfsanəvi dizayner Karl Lagerfeld də bu tendensiyaya ayaq uydurmuşdu.

Viktorian dövrü

Baharda bizi gözəl bir dövrün qayıdışı gözləyir: növbəti mövsümün kolleksiyalarında Viktoriya modasının böyük retrospektivi ortaya çıxdı. Odur ki, keçmişin yerə qədər uzanan, volanlı donları, sıx korsetləri, qabarıq qolları, lentləri, krujevaları və digər elementləri geyinməyə hazır olun.

Dəbli üzgüçü geyimi

Yay mövsümə idman zalından hazırlaşmağı tövsiyə edirik, çünki bizi velosipedlə rəqabətə girə biləcək başqa dəb cərəyanı gözləyir. Dizaynerlər yazda isti və seksual üzgüçü geyimində gəzməyi təklif edir, belə bir moda trendini görməzdən gəlməyin.

Xallı donlar

Qızların qəlbində romantik xallı geyimlər üçün həmişə bir yer var. Podiumlarda biz onun müxtəlif və dəyişik versiyalarını gördük. Bu bahar klassik ağ-qara ilə yanaşı tamamilə rəngli xallar da gözə dəyəcək. Bizi yenə də xal printinin dəbli seli gözləyir!

Qaynadılmış və rəngi qaçmış cinslər

Artıq 1980-ci illərin filmlərini seyr etməyə başlaya və qaynadılmış cinslərin yenidən qayıdışını qeyd edə bilərsiniz. İstər pencəklərin, istər şalvarların, istər kombinezonların, istərsə də ətəklərin solmuş və qaynadılmış kimi görünən versiyaları artıq birinci il deyil ki, öz mövqeyini geri qaytarır.

Yağmurluq

Dizaynerlər də bilir ki, yaz ayları yağmursuz ötüşmür. Onlar bu faktı əldə rəhbər tutaraq modapərəstlər üçün incə, yarı şəffaf, çiçək şəkilləri ilə bəzədilmiş və ya tək rəng yağmurluq versiyaları təklif edir.

Həcmli çiyinliklər

1980-ci illər inadla bizi tərk etmək istəmir. Yaz modapərəstlər üçün həmcli çiyinlikli pencəklər hazırlayıb.

 

Dəri

Yazda bir dəri kurtka ilə məhdudlaşmayın: real dəri terroruna hazır olun. Moda həftələrində modellərin dəri obrazları bu trendin hələ uzun müddət dəbdə olacağını xəbər verdi.

Tor

Ənənəvi “nənə sandığı” cərayanlarından biri də tor şəklində şalvar və sarafanlar oldu. Belə geyimləri sadəcə çimərlikdə deyil, sadə və düz kəsimli libasların üzərindən də geyinə bilərsiniz. Mürəkkəb toxuculuq işləri yeni mövsümdə modapərəstlərin qəlbini fəth edəcəyinə heç bir şübhə yeri qalmır.

Qabarıq qollar

Viktoriya dövründən sonra xanımları razı salacaq ən romantik trend qabarıq qollardır.

Pambıq krujeva

Krujeva donları keçmişin qalıqları olduğunu düşünənlərin hamısı indi şübhəsiz ki, fikrini dəyişəcək, çünki pambıq krujevalar rəsmi şəkildə yenidən dəbə qayıdır. Toxunma krujeva olmadan bu yaz “sevimli qız” obrazını yaratmaq qeyri-mümkündür.

Həddən artıq mini

Artıq daha çox idman etməli və ayaqları incətlməli olacaqsınız. Çünki bu mövsüm qısa donlar aktualdır.

Zərxara

Moda həftələrinin payız mövsümündəki ən zəngin tendensiyalarından biri zərxara parçalar idi. Zərxaranı yazda da geyinməkdən çəkinməyin. Gündəlik həyatda belə bir parıltıya hazır olmayan hər kəs onu gecə mərasimlərinə geyinə bilər. Lakin bir çox dizaynerlər əmindir ki, zərxara parça gündəlik həyatda da ayrı bir yerə malikdir.

Qırçın

Bu vintaj trend növbəti mövsümün əsas dəb cərəyanlarından biri olaraq qalır. Şübhəsiz ki, qırçınlı ətək, don və kiçik qırçın dekoru olan plaşları seçməkdən savayı şansımız yoxdur.

Əyilmiş və ya sallanmış çiyinlər

Əyilmiş çiyinli paltar və bluzlardan bu mövsüm də gizlənməyə yer tapa bilməyəcəyik. Onlar boş və rahat geyinməyi sevən xanımların qarderobunda bu mövsümün ən yaxşı dostları olacaq.

İlan naxışı

İnsanlara daxilinizdəki vəhşi mahiyyəti göstərməkdən qorxmayın və ilan naxışlarına üstünlük verin.

Parçadan qızılgüllər

Keçmişin qadın dəbi istinadlarından biri də parçadan hazırlanmış qızılgüllərdir. Belə dekorlar asanlıqla istənilən aksessuarı əvəz etməyə qadirdir.

Qollar kəmərdə

Yazda bel xəttini vurğulamaq üçün başqa bir yol var: köynək və ya kurtkaları belə bağlayın.

Maksimum nəhəng qatlar

Konfet kağızı kimi bər-bəzəkli geyinməyi sevənlər bu yaz arzularını həyata keçirə biləcək. Moda mütəxəssisləri təvazökar qadınlar üçün qara və ağ kimi sakit rəngləri, çılğınlar üçünsə parlaq çəhrayı kimi tonlarını təklif edir.

İplə yığılma

Beldə, qolda və yarıqlarda iplə yığma üsulu baharda qadınlara bədən quruluşunu vurğulamağa kömək edərək uşaqlığınızdakı rezin bantları xatırladacaq.

Hərbçi stili

Hərbçi və güclü qızlar yeni mövsümdə başdan-ayağa qədər dəri və xaki rəngində geyinməlidir. Diz nahiyəsində iri cibləri olan şalvarlar xüsusi ilə aktualdır.

Gül inqilabı

Növbəti yay hər bir modapərəstin qarderobunda güllü donlar və geyimlər üstünlük təşkil etməlidir. Yay əhval-ruhiyyəsini yüksəltməkdə çiməkləri rolu danılmazdır. Odur ki, sizi bu trendlə ayaqlaşmağa dəvət edirik. Paltarınız nə qədər çox güllüdürsə, xoşbəxtlik saçmaq funksiyası bir o qədər güclü olacaq.

Etnik motivlər

Şərq motivləri bu yaz da həyatımıza gəlməyi vəd edir: bir çox dizaynerlər sanki sözləşərək mürəkkəb ornamentlərlə işləmiş xalat-yubkalar təklif edir.

Mini çantalar

Nəhəng geyim əşyalarını sevənlər bu yaz dəb rinqinə miniatür antaqonistlərlə çıxacaq. Kiçik ölçülü çantaların bu mösvüm çox iddialı versiyaları dəbə minib.

Terefsiz.az

Liviyada vətəndaş müharibəsi davam edir – Çoxlu sayda ölənlər var

0

Liviyada vətəndaş müharibəsi davam edir – Çoxlu sayda ölənlər var

Liviyanın paytaxtı Tripolidə hökuməti qüvvələri ilə və Marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu arasında silahlı toqquşmalar nəticəsində ən az 21 nəfər həlak olub.

Terefsiz.az  RİA Novosti – yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, BMT nümayəndəliyi zərərçəkmişlərin evakuasiya edilməsi üçün münaqişə tərəflərinə iki saatlıq atəşkəsə əməl etməyi tələb edib.

Qeyd edək ki, Qəddafinin süqutundan sonra ölkədə böhran davam edir. Ölkənin cənub hissəsinə Xəlifə Həftar, şimal hissəsinə isə hökumət qüvvələri nəzarət edir.

Ərəb dünyasının dəstəklədiyi X.Həftar BMT-nin xətti ilə yaradılmış milli birlik hökumətini zor gücünə buraxmağı planlaşdırır. Bu hərbi kampaniyanı feldmarşal “Tripolinin azadlığı uğrunda əməliyyat” adlandırıb. Bu əməliyyat Müəmmar Qəddafının 2011-ci ildə öldürülməsindən bəri davam edən hakimiyyət uğrunda çəkişmələri daha da kəskinləşdirib.

Tripolidə isə qanuni hökumətin müdafiəsi üçün özünümüdafiə qüvvələri toplanır.

Terefsiz.az

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olundu – YENİLƏNİB

0

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda hiss olundu – YENİLƏNİB

Zaqatala stansiyasından 43 km cənubda, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Terefsiz.az bildirir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla 12:27-də qeydə alınmış zəlzələnin gücü 4,5 bal olub. Yeraltı təkanların ocağı 15 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Azərbaycan ərazisinin episentrə yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Azərbaycanda 4,4 bal gücündə zəlzələ baş verib.

Terefsiz.az bildirir ki, Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtlsa saat 12:27-də qeydə alınan yeraltı təklanların episetnri Qaxdan 24 kilometr cənub-qərbdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Terefsiz.az

Bü gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 27659 şagird üçün buraxılış imtahanı keçirilib.

0

Bü gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 27659 şagird üçün buraxılış imtahanı keçirilib.

Terefsiz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.

DİM-də operativ qərargah fəaliyyət göstərib və müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb, imtahan prosesinin gedişi nəzarətdə olub.

Aprelin 8-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqələrinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq.

İmtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.


***08:58

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Mərkəzdən  verilən məlumata görə, həmin gün ümumilikdə 27659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayacaq.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.

Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsini;

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 63 imtahan mərkəzi ayrılıb. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

İmtahanda 27659 (Bak şəhəri Yasamal rayonunda 2383, Binəqədi rayonunda 3118, Səbail rayonunda 1230, Xətai rayonunda 2944, Xəzər rayonunda 1874, Nərimanov rayonunda 2393, Suraxanı rayonunda 1747, Sabunçu rayonunda 3037, Nəsimi rayonunda 1709, Qaradağ rayonunda 1339, Nizami rayonunda 2026, Pirallahı rayonunda 246, Naxçıvan Muxtar Respublikasında 2915, Şirvan şəhərində 698) nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 189 imtahan rəhbəri, 2192 nəzarətçi müəllim, 207 buraxılışı təşkil edən əməkdaş, 63 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə aprelin 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.

İstinad: report.az

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

0

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

Terefsiz.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, MSK prezident seçkilərində səsvermənin nəticələri üzrə məntəqə seçki komissiyalarının protokollarının 100 fazini “emal edib”.

Qeyd olunub ki, seçkilərdə səsvermə hüququ olan 30 milyon 470 min 302 nəfərin 18 milyon 893 min 864 nəfəri iştirak edib.

Yekun nəticəyə görə, şoumen Vladimir Zelenski 5 milyon 714 min 34 səs (seçicilərin 30,24 faizi), hazırkı dövlət başçısı Petro Poroşenko 3 milyon 14 min 609 səs (seçicilərin 15,95 faizi) toplayıb.

“Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkoya isə 2 milyon 532 min 452 nəfər səs (seçicilərin 13,40 faizi) verib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərində ikinci turun keçiriləcəyini açıqlayıb.

Terefsiz.az

Yunanıstanla Şimali Makedoniya arasında enerji sektorunda münasibətlərin bərpası iki ölkə enerji təchizatı şəbəkələri arasındakı əlaqənin bərpası ilə başlaya bilər, bu həm də ümumi infrastrukturun inkişafını tələb edə bilər.

0

Yunanıstanla Şimali Makedoniya arasında enerji sektorunda münasibətlərin bərpası iki ölkə enerji təchizatı şəbəkələri arasındakı əlaqənin bərpası ilə başlaya bilər, bu həm də ümumi infrastrukturun inkişafını tələb edə bilər.

Terefsiz.az  Trend-ə istinadən bildirir ki, bunu Yunanıstanın energetika və ətraf mühit naziri Yorqos Statakis deyib.

O, iki ölkənin şəbəkələrinin birləşdirilməsinin və Şimali Makedoniyanın “Cənub Qaz Dəhlizi”nin tərkibinə daxil olan TAP layihəsini və Yunanıstan-Bolqarıstan interkonnektorunu əhatə edən daha geniş şəbəkəyə inteqrasiyasının vacibliyini vurğulayıb.

Y.Statakis qeyd edib ki, üçlü interkonnektorun yaradılması fikri aradan qaldırılmayıb. Yunanıstan hökuməti hesab edir ki, üçlü interkonnektor fikrinin reallaşması ilə Şimali Makedoniya Cənubi Balkan regionunun aparıcı enerji qovşağına çevrilməsində vacib iştirakçı ola bilər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Terefsiz.az

İlk iş günü üçün olan hava proqnozu

0

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yelərdə zəif duman. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək.

Terefsiz.az

Yol Polisindən xəbərdarlıq! Maşınlara gerb şəkli yapışdırmaq olmaz!

0

Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir.

Terefsiz.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir.

Dövlət atributlarının yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür:
“Dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur”.

Terefsiz.az

Eser Yenenler və sevgilisi Berfu Yıldız evlənir

0

İki ildir eşq yaşayan Eser Yenenler və sevgilisi Berfu Yıldız evlənir.

Terefsiz.az xəbər verir ki, onların toy tarixini Eser aparıcısı olduğu proqramda açıqlayıb.

O söyləyib ki, cütlük 9 iyunda nikah bağlayacaq.

Qeyd edək ki, aktyor bir neçə ay öncə Berfuya evlilik təklif etmişdi. Onun sevgilisinə aldığı üzük lağa qoyulmuşdu.

Terefsiz.az

Avstriyanın paytaxtı Vyanada “uçan taksi” uğurla sınaqdan keçirilib

0

Avstriyanın paytaxtı Vyanada “uçan taksi” uğurla sınaqdan keçirilib.

Terefsiz.az xarici mediaya istinadən xəbər verir ki, “EHang 216” adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti “FACC” və Çinin “EHang” pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.

 

Sınaqlar zamanı “uçan taksi” Avstriyanın “Generali Arena” stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

 

Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan “uçan taksi”nin çəkisi 340 kiloqramdır. Saatda 150 kilometrədək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.

 

Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.

Terefsiz.az