Ev Blog Səhifə 1107

Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.

0

Intihar edən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə 
paylaşımı ilə diqqət çəkib.

Terefsiz.az xəbər verir ki, o dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, oda da intihar edə bilər:

“Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o mənim üçün dostdan daha artıq idi… Bizim onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını intiharda suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavininin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdi ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edib ki, o ölmək istəyir”.

Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib:

“Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb mən inana bilmirdim”.

E. Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə özünə qəsd edəcək:

“Onun sinif rəhbəri də, ona təzyiq edib… Mənim sevgilim sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım…”

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin III mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.

Terefsiz.az

Fransa süd vəzisi implantlarına qadağa qoymuş ilk ölkə oldu

0

Fransada süd vəzisi iplantları nadir xərçəng növünə səbəb olduğu üçün qadağan edilib.

Terefsiz.az xarici mətbuata istinadla xəbər verir ki, Milli Əczaçılıq və Səhiyyə Məhsulları Agentliyindən verilən açıqlamada qeyd edilib ki, kəsmə səthləri olan süd vəzisi implantları ölkədə qadağan edilib.

Fransada bu implantlarla bağlı 59 qadının xərçəngə tutulması faktı qeydə alınıb. Bu faktlardan 3-ü ölümlə nəticələnib. Qeyd edilib ki, implantların üzərində olan kəsimlər artdıqca immun sistemə hücuma keçən anaplastik, böyük hüceyrəli limfoma riskini artırır.

Agentlik açıqlamasında bildirib ki, kəsmə səthə malik olan süd vəzisi implantları səbəbilə 2011-ci ildən bu günə qədər böyük hüceyrəli limfoma faktlarının sayı artıb.

 

Bu qərarla Fransa kəsmə səthli süd vəzisi implantların qadağa etmiş ilk ölkə oldu.

Terefsiz.az

Venesuela müxalifətinin lideri Xuan Quaydo iddia edib ki, ölkə hakimiyyəti təlaş içindədir.

0

Venesuela müxalifətinin lideri Xuan Quaydo iddia edib ki, ölkə hakimiyyəti təlaş içindədir.

Terefsiz.az xəbər verir ki, onun bununla bağlı fikirlərini TVV telekanalı yayımlayıb.

Karakasdakı mitinqdə çıxış edən müxalifət rəhbəri iddia edib ki, onun tərəfdarlarının küçələrə çıxması rəqibləri qorxuya salıb.

“Hakimiyyət təlaş içindədir. “Miraflores” Prezident Sarayıqorxudan əsir, çünki biz küçədəyik. Onlar hələ ki, 4 yaşayış məntəqəsinə nəzarət edirlər, biz bütün ölkə üzrə 358 etiraz nöqtəsi təşkil etdik”, – deyə müxalifətin lideri bildirib.

Quaydo həmçinin əlavə edib ki, dövlət əleyhinə mitinqlər və etiraz aksiyaları qurtarmayacaq. O, qeyd edib ki, aprelin 10-da “Azadlıq” əməliyyatının yeni mərhələsi başlanacaq. Lakin siyasətçi bu mərhələdə konkret nəyin nəzərdə tutulduğunu bildirməyib.

Bundan başqa müxalifətçi bildirib ki, şənbə mitinqləri zamanı saxlanan Milli Məclisin deputatları sərbəst buraxılıblar.

“Mənə yenicə bildirdilər ki, onlar deputatlar Noru Braço və Renso Prietunu azad ediblər. Bu küçələrdəki insanların sayəsində oldu, hansılar ki, onları aparmağa imkan verməyiblər”, – siyasətçi deyib.

Daha əvvəl Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyanın rəhbəri Xulio Qarsia Serpa ölkə televiziyasının efirində müxalifət lideri Xuan Quaydo barəsində cinayət işinin başlandığını bildirib.

Terefsiz.az

Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq tədarükünün başlanmasına qədər son yoxlamalar keçirilir.

0

Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq tədarükünün başlanmasına qədər son yoxlamalar keçirilir.

Terefsiz.az xəbər verir ki, bu barədə Trend-ə TANAP konsorsiumundan bildiriblər.

Konsorsiumdan deyilib ki, boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin qazla doldurulması iyunun sonunadək başa çatacaq.

Qeyd olunub ki, ilkin olaraq 40 milyon kubmetr qaz nəql olunacaq, daha sonra nəqliyyat həcmi 85 milyon kubmetrədək artacaq:

“Qaz həcmləri TANAP-da qalacaq, çünki bu kəmər hələlik Trans-Adriatik qaz kəmərinə qoşulmayıb”.

Bir müddət əvvəl TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol TANAP-ın birinci mərhələsi çərçivəsində sınaq tədarükünün 2019-cu il aprelin 15-də başlayacağını bildirmişdi.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

 

Tərəfsiz.az

RƏŞAD MƏHƏMMƏDOĞLU – ” Məktub “

0

MƏKTUB
Qapıdan içəri girən on bir yaşlı Aişə anasını səslədi. O biri otaqdan dəhlizə çıxan Zeynəb qızına yaxınlaşıb:
─Nə olub, qızım? – deyə soruşdu.
Aişə əlindəki qatlanmış və nazik iplə bükülmüş kağızı anasına uzatdı.
Zeynəb təəccüblə həm kağıza, həm də Aişəyə baxıb soruşdu:
─Bunu sənə kim verdi, qızım?
─Yuxarı mərtəbəyə təzə gələn kirayəşin var haa, Co əmi, bax o verdi – qız öz otağına dərslərini hazırlamağa getdi.
Yuxarı mərtəbədə kirayə qalan oğlanın əsl adını hələki kimsə bilmirdi. Qalın bığlı, saqqallı, hündür boylu həmin oğlan qonşularına özünü “Co” adı ilə tanıtmışdı. Heç kimə hardan gəldiyini, haralı olduğunu və harada işlədiyini bildirməyən Co şəxsiyyətini qonşularından gizli saxlamışdı. 15 gün olardı ki, Zeynəbgilin qonşuluğunda, iki mərtəbə yuxarıda kirayə qalırdı. Zeynəb özü də o adamla qarşılaşmamışdı, heç üzünü də görməmişdi. Yalnız bir dəfə otağının pəncərəsindən beş mərtəbədən aşağıda görmüşdü. Co özü də gec-gec görünərdi. Məhəllədə heç kimlə danışmaz, kişilər toplaşan yerə dönməzdi. Tezdən evindən çıxıb axşam gələrdi. İstirahət günlərini də evində keçirərdi.
Zeynəb kimi həyat yoldaşı Nazim də o adamın qonşuluqda yaşamasından bixəbər idi. Tezdən gedib, axşam gəlirdi. Son günlər işləri də yaxşı getmirdi, Nazimin. İçkiyə qurşanmışdı. Hər dəfə işlədiyi məkandan- dükandan evə gələndə yolda tanışları ilə kafeyə dönər, orada da yeyib içərdi. Evə bir qəpik də verməzdi. Ailədə maddi vəziyyət acınacaqlı idi. Zeynəblə hər axşam aralarında mübahisə olurdu.
Conu tanıyan qonşular isə onun mədəni, tərbiyəli, sakit adam olduğundan danışırdı. O gün yaxın qonşuluqda yaşayan 67 yaşlı Zubeydə xala lift işləmədiyindən əlində içi dolu ərzaq çantası ilə pillələrlə dördüncü mərtəbəyə qalxanda arxadan gələn Co bunu görüb qadının əlindən çantalarını alıb ona kömək etmişdi. Aişə də bunu görüb anasına:
─Böyüklər də böyüklərə kömək edərmiş, ana. Bayaq qonşumuz Co Zibeydə xalanın çantalarını əlindən alıb ona kömək etdi, – demişdi.
O adamı əsasən yaşlı qadınlar və uşaqlar çox istəyirdi.
Bayaqdan əlində qatlanmış və iplə sarğılı kağız parçasına baxan Zeynəb dərin fikirə getmişdi.
Zeynəb bəstəboy, qısa şabalıdı saçlı, ağbəniz 35 yaşında gözəl qadın idi. Nadir hallarda evdən bayıra çıxırdı. Nə də qonşularına gedib-gəlməzdi. Təkcə Co ilə qonşu olan Gülşən Zeynəbgilə gəlib-gedərdi. Zeynəb heç Gülşəndən o oğlan haqqında soruşmamışdı. Əslində, soruşmaq istəyirdi. Amma ayıb edirdi. Üzünü görməsə də, o adama günü-gündən marağı artırdı. Həm də qızı Aişə hərdən Cogilə gedirdi. Onun evindən də qayıdanda əlində konfet, peçenye olurdu.
Zeynəb Conun göndərdiyi məktuba baxıb belə qənaətə gəldi ki, yəqin ki oğlanın ondan xoşu gəlib. Bu məktubda etirafdan başqa heç nə olmadığını düşündü. Elə bu düşüncələrlə də məktubu açmadı. Ələ keçəcəyindən ehtiyat etdiyindən, məktubu cırıb tualetin unitazına atmağı qərara aldı. Tualetə tərəf addımlayırdı ki, qapı döyüldü. Tez fikrindən daşınıb, hələki məktubu xalatının cibinə qoydu. Ona elə gəldi ki, qapını döyən Codur. Çox həyəcanlandı. Daxilini qorxu bürüdü. Özündə cəsarət tapıb qapını açdı. Qarşısında qonşusu Gülşəni görəndə özünə gəldi.
Qapıdan dəhlizə girən Gülşən Zeynəbə baxıb dedi:
─Noolub? Həyəcanlısan!
─Heç nə olmayıb. Gəl otağa.
Gülşən sual dolu baxışlarla Zeynəbi süzdü. O, doğurdan da, həyəcanlı idi. Zeynəb də qonşusunun nə hiss etdiyini duymuşdu. Bunun üçün də həmin oğlan haqqında Gülşənə sual verməyin vaxtı idi. Neçə gündü içində yığılıb qalmış suallar Zeynəbi narahat edirdi. Cibindəki məktub da verəcəyi sualların səbəbi idi.
O, Gülşəni yaxşı tanıyırdı. Beş il idi ki, onunla qonşuluq edirdi. Keçmişindən ürək ağrısı ilə ona danışmışdı. Bu da sirr olaraq ikisinin arasında qalmışdı. Amma bu dəfə o “Co” deyilən sirli qonşusu haqqında Gülşənə sual verməyi düşündü.
Bir qədər susdu. Ürəyində götür-qoy etdi. Xalatının cibindəki bağlı məktubu da əli ilə qurdalıyırdı.
Gülşən yenə sual verdi:
─Nolub? Niyə dinmirsən?
Zeynəb yerində qurdalandı:
─Sənə suallarım olacaq, qonşu.
Sanki ondan suallar gözləyirmiş kimi gülümsəyən Gülşən:
─Buyur, suallarını ver, bacı, –dedi.
─Sizin mənzilin qapısı ilə üz-üzə qapısı olan oğlan var haa.
─Conu deyirsən?
─Aha… Yəqin ki əsl adı var onun…
─Sənə adı lazımdı, Zeynəb? – deyə gülümsəyən Gülşən sözünü davam etdi, –Onsuz da bu gün köçüb gedir.
─Nə vaxt?
─İndicə hazırlaşdığını eşitdim.
Zeynəb bir qədər fikrə getdi. Öz-özünə ürəyində deyindi: “O gedir, özü də mənə məktub göndərib gedir. Bu nə deməkdi?”
Qadına baxıb soruşdu:
─Bilmədin, niyə gedir?
─Ola bilsin ailəsinin yanına qayıdır.
─Onun ailəsi var ki?
─Eşitmişəm ki, var.
Zeynəb qonşusunun sözündən bir az əsəbləşdi:
─Elə “eşitmişəm” deyirsən… Sənə eşitdiklərini kim danışıb?
Gülşən susdu.
─Niyə susursan, Gülşən? Xahiş edirəm, mənə geniş danış. Bəlkə də o adam haqqında niyə sənə çox sual verdiyimi düşünürsən… Düzdümü?
─Elədi…
─Ay sağ ol. Buna səbəb o adamın mənə göndərdiyi məktubdur.
Gülşən təəccüb dolu baxışlarla Zeynəbə baxdı:
─Məktub? Hansı məktub?
Zeynəb əlini cibinə atıb həmin qatlanmış kağızı göstərib dedi:
─Bax, məktub. O mənə qızımdan məktub göndərib. Bəlkə xoşuna gəlmişəm, axı bilmirmi ki, mənim iki uşağım, yoldaşım var. Buna görədə məktubu açmadım. Məktubu açmamışdan bilirəm ki orda nə yazılıb.
─Səncə nə yazıla bilər?
─Bu bəllidi. Sevgi etirafı. “Səndən xoşum gəldi”, “Görüşək”, filan…filan sözlər… Eyib deyilmi? Utanmır, mənə məktub göndərir?!
Gülşən maraqla soruşdu:
─Açıb oxumayacaqsan?
─Yox! Aparıb tullayacam unitaza.
─Zeynəb, sənə məsləhət görürəm ki, məktubu açıb, oxuyasan. Sənlə uzun illərdi qonşuyam, mədəniyyətinə, əxlaqına da bələdəm. Sən namuslu qadınsan. Amma sənə bir oğlanın göndərdiyi məktubu açıb oxumaq ədəbsizlik deyil. Hələ bilmək olmaz orada nə yazılıb…
─Yox, açmayacam!
─ Sən o məktubu aç. Əgər o məktubdan sənin gözlədiyin sözlər çıxsa şəxsən mən özüm o məktubu bu dəqiqə aparıb soxuram Conun gözünə. Söz verirəm!
─Dəqiq?
─Əlbəttə! O çıxıb getməmiş onu bu məhəllədə rüsvay etməsəm mənə ləzgi qızı deməsinlər! –deyə Gülşən bir qədər coşdu.
Zeynəb öz xarakterinə bələd idi. Bilirdi ki Gülşən kimi edən deyil. Susub, ağlaya-ağlaya duracaq. Buna görə də məktubu oxuyub əsəbləşmək istəmirdi. Bir az susub dedi:
─Bax, açıram ha. Məktubu sən oxu.
─Xeyr, özün oxu!
Zeynəb heç nə demədən məktubun bağlanmış ipini açdı. Sonra qatını açdı. Məktubda yazılar uzun idi. Sanki bir sevgi əsəri idi:

“Qızın Aişə bizə gəlmişdi, mən də gecə ürəkağrısı ilə yazdığım məktubu qıza verib sənə göndərdim. Sonra ağlıma gəldi ki, birdən məktubumu açmaq istəmədən cırıb atarsan. Xasiyyətinə bələdəm. Ona görə də məsələni Gülşənə deyib, onun sizə gəlməsini xahiş etdim.
Ötən eşqimizin duyğuları düz 16 ildir mənim ürəyimin başından getmədi. Səni unuda bilmədim. Yaddaşımdan, yuxularımdan çıxmırdın. Səni görmək üçün Rusiyadan Bakıya gəlməyi qərara aldım. Ünvanını soraqlayıb tapdım. Məndən gizlədilən bütün həqiqətləri iki il əvvəl öyrənmişdim. Bircə səni görmək idi çətinliyim. İki ildən sonra geri döndüm. Yenə bu mənə asan oldu.
Əmin qızı Nahidə 16 il ərzində gizli qalan sirləri mənə danışdı. O zamanacan mən səni günahkar bilirdim.
O vaxt sən kənddən Bakıya oxumağa gedəndə, tələbə olmağına mən də sevinmişdim. Yadındadırmı, univeristitetin parkındakı görüşlərimiz? Biz bir-birimizi necə də sevirdik, İlahi! Bunu bütün kənd bilirdi. Səni başqalarından gizlədərdim həmişə. Göndərilən pulları da ananın atanın adından özüm verirdim sənə. İstəməzdim ki görüb almaq istədiyini ala bilməyəsən. Həmişə arzularımızın şən pıçıltıları ilə yaşamışam.
Sonra mən geri dönmək ümüdi ilə kəndə qayıtdım. Nahidə də Sumqayıtdan kəndə, sizə gəlmişdi. Bir gün Nahidə məni sizə çağırdı. Gizli söhbət etdik. Mənə dedi ki, əmim Zeynəbi şəhərdə yaşayan bir oğlana nişanlayıb. Əvvəl inanmasam da, hər şeyi dəqiqləşdirdim. Atam da atanla mübahisə etdi. Axı, valdeynlərimiz bizi bir-birimizə ad etmişdi. “Bəs, görəsən Zeynəbi necə razı salıblar, o başqasını sevə bilməz. Məcbur ediblər” –deyirdim özümə.
İnanmadım ki o oğlana gedəsən. Səhəri günü Bakıya gəldim. Səni məktəbdə tapa bilmədim. Neçə dəfə gəldim, kurs yoldaşlarından soruşdum yerini, bilən olmadı. Dedilər ki, nə vaxtdır məktəbə gəlmir. Sonra müəlliminizdən biri məni otağına çağırıb dedi ki, Zeynəbi bir oğlan istəyirdi. Qızla bir yerdə gəzirdilər. Onun “Qızla bir yerdə gəzirlər” ifadəsini eşidib dəli oldum.
İnanmırdım ki, sən o oğlanla gəzəsən.
Kəndə qayıtdım. Bir ildən sonra geri qayıtdığını eşitdim. Yadındadırmı, sizə gələndə? Öz dilinlə üzümə dedin ki, mən Nazimi sevirəm, onunla ailə quracam. Gözlərin bu sözü demirdi, nədənsə.
Buna baxmayaraq sən artıq onun idin, onun əlləri uzun saçlarına toxunmuşdu.
Toyunuza yaxın Rusiyadan gələn əmimlə Rusiyaya getdim. Sənə olan nifrətim 14 il səni mənə unutdurdu. Sənin timsalında bütün qızlara nifrətim artdı.
Bir gün kənddən şəhərə gəlmişdim. Bacımın uşaqlarını parkda gəzdirirdim. Əmin qızı Nahidəni də həmin parkda gördüm. Əvvəl ona yaxınlaşmaq istəmədim. Amma ona olan hörmətim, onu çox istəməyim ondan uzaqlaşmağa imkan vermədi. Əvvəl ətrafına baxdım ki, yoldaşı da yanında ola bilər. Ona yaxınlaşanda, məni görüb elə sevindi ki, hətta gözlərindəki axan sevinc yaşları dayanmırdı. Bir az ordan-burdan söhbət etdik. Atanın ölümündən də danışdıq. Allah rəhmət eləsin. Çox gözəl insan idi. Sonradan Nahidədən eşitdiyim həqiqətlər məni üzdü.
Demək sən o vaxt məktəbdə oxuyanda kursunuzun qızları, oğlanları ilə Nazimin ad gününə getmisiz. Nazim məclisdə sənin içəcəyin şirəyə yuxu dərmanı töküb. Rəfiqələrindən biri səni evinə aparıb. Rəfiqənlə Nazim hər şeyi planlaşdırıblarmış. Nazim yaxşı bilirdi ki, səni başqa cür əlimdən ala bilməz. Səhəri günü rəfiqəngildə yataqdan duranda hər şey sənə məlum olub. Bir ay həmin rəfiqəngildə qalıb məktəbə gəlməmisən. Nazimdən də qaçmısan. Sonra Nahidəgilə gedib hər şeyi Nahidəyə etiraf etmisən. Nahidə də ananla telefonda hər şeyi danışıb. Sənin Nazimə getməyinə razı olmayan atana da demisən ki, güya mən Nazimi sevmişəm. Sonra atan da həqiqəti bilib.
Deyirəm axı, kişi o vaxt niyə susqun idi. Sual işarəsi kimi əyilmişdi atamın qarşısında. 14 ildən sonra (iki il bundan əvvəl) bütün həqiqətləri öyrənəndən sonra nələr çəkdiyini, nə günlər yaşadığını təsəvvürümdə canlandırdım.
Bir də eşitdim ki dörd ildən çox müddət ərzində uşağın olmayıb. Sonradan əkiz uşaqların olub.Bunu eşidib çox sevindim.
O zaman niyə mənə həqiqətləri özün demədin? Desəydin, inan ki, yenə səni alardım. Səni alandan sonra isə o Nazimi öldürərdim!
Ərin haqqında da mənə demişdilər. İçkiyə qurşanıb, evə bir qəpik də vermir.
Sənə yaxın olmaq üçün sizin binadakı yuxarı mərtəbənin boş olduğunu görüb köçüb orda kirayə qaldım. Əvvəldən özüm bığımı, saqqalımı qırxmayıb
bığ-saqqal saxladım ki, məni görüb tanımayasan. Qonşularından da özümü, adımı gizlətdim. Təkcə mehriban qonşun Gülşəndən başqa. Ondan xahiş etdim ki, mənim haqqında kimsəyə heç nə deməsin. Əsasən də sənə. Bilirdim ki, burda olduğumu bilsən, dura bilməyəcəksən. Bu da qonşuların arasında söz-söhbətə səbəb olardı. Həmişə səndən özümü gizlədirdim. Sən məni görməsən də, mən sənlə gizli rastlaşmışam. İlk gündə səni görəndən sonra evə gəlib elə ağladım ki, “Hanı kəndimizin şahzadəsi, gözəl-göyçək o uzunsaçlı qız? Hanı o parlayan gözlər, qırmızı yanaqlar və nur çiləyən sevgi?
Eh… o günlər…
Qızın Aişə də elə gözəl, ağıllı qızdır ki! Oğlun Namiq də elə bil atasıdır. Nadincin biridir. Qızın mənim evimə çox gəlib gedirdi. Hər gələndə də öpüb qucaqlayıb bağrıma basırdım o qızı. Sənin nəfəsinin qoxusunu ondan alırdım. Çox şirin qızdı. Mənə atasının içməyindən, səni döyməyindən danışanda elə əsəbləşirdim ki. Deyirdi ki, anam ərzaqları dükandan borc alır, evdə paltar tikib satır, pul qazanır. Atam da evə hərdən bir az pul verir. Evimiz soyuq olur.
Sən evdə olmayan günü mən səni mənzilinə baş çəkmişdim. Pəncərələrinizin köhnə, rəngsiz taxtadan olduğunu, o taxtaların arasına soyuq qar dolduğunun da şahidi oldum. Qızın düz deyirmiş. Pəncərənizin təmiri üçün sizə lazım olan tikinti materialları alıb usta göndərdim. Ustalara da tapşırdım ki, ev sahibi soruşsa, deyin ki, pəncərənizin təmiri üçün rayonun MKTB (Mənzil Kommunal Təsərrüffat Birliyi) -dən gəlmişik. Dedim, sənə soyuq olmasın, üşüməyəsən. Axı, içində mənimlə döyünən ürəyin var, mən də ordayam, üşüyərəm.
Hə, birdə, Gülşənə bir az pul vermişəm, alıb xərcləyərsən. Mən binanızdan köçüb bacımgilə gedirəm, oradan da Rusiyaya, işlərimi görməyə qayıdacam. Əsas odur ki, sən sağ-salamat, xoşbəxt olasan. Özünü pis adamlar arasında qoruya bilmədin, heç olmasa övladlarını qoru. Məktubumu oxuyandan sonra izini itir, əzizim.
Sağ ol!
İmza: Keçmişdən gələn adamın Coşqun”
Zeynəb məktubu birnəfəsə oxuyub bitirdi. Məktubu büküb ürəyinə sıxdı. Yanağından axan göz yaşları içində öz-özünə dedi:
─Demək o oğlan Coşqun imiş! Mənim keçmişimin əziz adamı…
Nə isə yadına düşmüşkən tez Gülşənə baxıb dedi:
─Gülşən, görəsən o evdədi, getməyib? – deyə qapıdan eşiyə çıxdı. Cəld pillələri addımlayaraq yuxarı çıxıb Coşqun yaşayan mənzilin qapısını döydü.
Qapını döydü… Xeyli döydü. Açan olmadı. Yenidən aşağı addımladı. Evinə girib otağın pəncərəsindən yola tərəf boylandı. Coşqun çiynində, əlində iri çanta yolun kənarında marşrut gözləyirdi. Pəncərəni açıb “Coşquun! Getməə, gəlirəm, gözləə!” deyə yenidən evdən çölə çıxıb pillələri iti addımlarla addımlayaraq aşağı düşdü. Binanın girişindən yola tərəf yüyürdü.
Coşqunu yolun kənarında, dayanacaqda görə bilmədi.
Təkcə oradan uzaqlaşan qara rəngli taksini görə bildi. Zeynəb yerə çömbəlib göz yaşı içində peşiman halda taleyinə qarğışlar yağdırdı. O, arzuları kimi sevdiyini də əldən buraxmışdı.

RƏŞAD MƏHƏMMƏDOĞLU

Ronaldiyonun oğlu Braziliya klubuna keçdi

0
  • Ronaldiyonun oğlu Braziliya klubuna keçdi

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun oğlu Joao Mendes “Kruzeyro”ya keçib.

Terefsiz.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən uğurla keçən 14 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. O, hələlik “Kruzeyro”nun U-14 komandasında çıxış edəcək.

Qeyd edək ki, Ronaldinyo özü Braziliyada “Qremio”, “Flamenqo”, “Atletiko Mineyro” və “Fluminense”nin formasını geyinib. Avropada isə PSJ, “Barselona” və “Milan”da oynayıb.

Terefsiz.az

Fərda kariyerasını bitirdi

0

Aktyor Fərda Xudaverdiyev karyerasına son qoymaq qərarına gəlib.

Tərəfsiz.az xəbər verir ki, bu barədə o, İnstaqram hesabında yazıb:

“23 ildir Azərbaycanda özünəməxsus yumora, komediyaya xidmət edən Fərda Amin olaraq gecikmiş futbolçular kimi karyeramı bitirmək istəyirəm. Həqiqətən çox yorulmuşam, səbəblər çoxdur. Məni sevənlər bu xəbərlərdən üzülməsinlər. Məni bu yaşda belə populyar etdiyiniz üçün təşəkkür edirəm. Sevməyənlərə də bir sualım var: Sadəcə niyə sevmədiniz ki?”.

İstinad:Qafqazinfo.az

Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək

0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

Tərəfsizv.aza–  verdiyi məlumata əsasən, Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edəcək.

İclas çərçivəsində ikitərəfli münasibətlər, regional məsələlər, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq. Həmçinin müxtəlif razılaşmaların imzalanması planlaşdırılır.

Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin həmçinin hər iki ölkənin iş adamları ilə görüşəcək.

İstinad:Trend.az

Xəzərdə zəlzələ oldu

0

Bu gün günorta saatlarında Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən  verillən xəbərə görə, zəlzələ saat 12:33-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin dərinliyinin 62 km, maqnitudası 3,8 olduğu bildirilir.

İstinad:News24.az

Tramp məhkəməyə verildi

0

Amerikanın 20 şatatı prezident Donald Trampı məhkəməyə verib. 

Tərəfsiz.az xəbər verir ki, ştat rəhbərlərinin bu addımına D.Trampın Meksika ilə sərhədə inşa etmək istədiyi divardır.

Onlar prezidentin divar üçün federal fonddan 1,6 milyard dollar xərcləməsinin qarşısını almaq istəyirlər.

Qeyd edək ki, 15 fevral tarixində Donald Tramp Meksika ilə sərhədin cənib hissəsində fövqəladə halın elan olunması ilə bağlı bəyənnamə imzalayıb.

O, bunun üçün federal fonddan Konqressin icazəsi olmadan ümumlikdə 8 milyard dollar pul xərcləməyi planlayır.

İstinad:News24.az