Ev Blog Səhifə 1110

İlham Əliyev sərəncam imzaladı

0

Prezident İlham Əliyev Daşkəsən rayonunun Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalyıb.

Sərəncamda qeyd edilir ki, üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27 km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon (səkkiz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi turizmin hərtərəfli inkişafına yeni imkanlar açır.

0

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi turizmin hərtərəfli inkişafına yeni imkanlar açır.

Terefsiz.az bildirir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisinin açılış mərasimində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədovun sözlərinə görə, artıq ənənəvi olaraq keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisi turizm sənayesində mövcud meyillərin və çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır:

“Müasir dövrdə iqtisadiyyatın bütün sektorlarında rəqabət qaydaları əvvəlki dövrlərdən fundamental dərəcədə fərqlənir. Belə bir şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar və tələblər ilə ayaqlaşmalıdır.

Bu gün ölkələr turist axınının cəlb edilməsi uğurunda ciddi mübarizə aparırlar. Bu əsasən gəlir əldə etmək, məşğulluq yaratmaq və ölkəyə valyuta gətirmək kimi iqtisadi prioritetlərə söykənir.

Bu baxımdan, ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində mühüm diqqət yetirilir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açır. Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turistlərin Azərbaycana cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür”.

Agentlik rəhbərinin sözlərinə görə, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur:

“Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının bu sahəyə geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir.

Əminəm ki, birgə səylərimiz nəticəsində, turizm fəaliyyəti üzrə kiçik və orta sahibkarların aktivliyi artacaq, bütövlükdə isə turizm qeyri-neft sektorunda aparıcı sahələrdən birinə çevriləcəkdir.

Bir daha təşkilatçılara minnətdarlığımı bildirir və sərginin işinə uğurlar arzulayıram”.

NATO: Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana daşımalar üçün töhfələr verir

0

NATO: Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana daşımalar üçün töhfələr verir

Cari ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib.

Terefsiz.az – ın verdiyi məlumata görə, iclas NATO-nun 70-ci ildönümünə həsr olunub. NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Baş katib Y.Stoltenberq ələlxüsus 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.

Azərbaycan Respublikası 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir.

Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

2017-ci ilin 30 oktyabr tarixində açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcəkdir. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.

İstinad: Trend.az

” Diqlas ” ticarət mərkəzi haqqında rəsmi qərar

0

“Diqlas” ticarət mərkəzi söküləcək.

Terefsiz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatı çatdırır.

Bildirilib ki, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” ticarət mərkəzi söküləcək.

Türkiyənin növbəti prezidenti Ekrem İmamoğludurmu?

0

İstanbul hazırda paralel reallıqlar şəhəridir.

Gündəlik mətbuat konfranslarında və Twitter hesabının bioqrafiya hissəsində müxalif CHP partiyasının üzvü Ekrem İmamoğlu özünü yeni mer kimi təqdim edir.

Həftə sonu baş tutan bələdiyyə seçkisinin ilkin nəticələri onun 25 min səslə qalib gəldiyini göstərib.

Lakin şəhər boyunca hakim AK partiyası, İstanbulda qələbə qazanacağı düşünülən namizəd Binali Yıldırımın və prezident Recep Tayyip Erdoğanın şəkilləri olan plakatlar asıb.

Hökumət İstanbul nəticələrinə etiraz edərək, səslərin yenidən sayılmasını istəyib.

Hakim partiya Türkiyənin bir çox bölgəsinə qalib gəlsə də, paytaxt Ankara və İzmirdə məğlub olub. AKP həm də CHP-nin Ankaradakı qələbəsinə etiraz edir.

Görünür ki, prezident Erdoğan İstanbulu əldən buraxmaq niyyətində deyil. Bir vaxtlar özünün də mer olduğu bu şəhər, Türkiyənin iqtisadi güc mənbəyidir.

AKP etibarsız səslərlə seçki nəticələrinin dəyişildiyini deyir və bunu “Türkiyə demokratik tarixinin ən böyük ləkəsi” adlandırır.

“Əlbəttə ki, razı deyiləm,” cənab İmamoğlu deyir.

“Dünənə qədər hökumət və hakim partiya Türkiyənin mükəmməl səsvermə sistemi olduğuna iddia edir və təriflər yağdırırdı. Həmin gecə səsvermə məntəqələrində bir milyon insan çalışıb. Əgər hər hansısa şübhəli fəaliyyət olsa idi, onlar həmin halı qeydə alar və yazılı məruzə hazırlayardılar. Burada rəsmi prosedur belədir”, o deyir.

“Vəziyyəti yalnız bu cür izah edə bilərəm: onlar məğlubiyyətlərinə görə bəhanələr uydururlar”, cənab İmamoğlu əlavə edir.

Hökumətin etirazı “riyakarlıq” iddialarına səbəb olub. Hökumət, müxalifətin 2014-cü il seçkilərində Ankara nəticələrinə etiraz haqqını tanımamışdı.

Və Türkiyənin siyasi sistemini prezident Erdoğannın xeyrinə dəyişən 2017-ci il referendumunda səslərin hesablanmasını, möhürlənməmiş seçki bülletenlərini də qəbul edən seçki idarəsi aparıb.

 

Müxalifət partiyaları o zaman saxtakarlıq barədə iddialara reaksiya versələr də, hökumət tərəfindən susdurlublar.

Ankara, İstanbul və başqa bir neçə şəhərdəki məğlubiyyət cənab Erdoğan və 16 illik hakimiyyəti üçün ciddi zərbə ola bilər.

Ekrem İmamoğluna sual verirəm ki, vəziyyət, prezidentin hakimiyyətinin sonunun başlanğıcı ola bilərmi?

“Hər şeyin bir sonu var,” o cavab verir.

“Partiyaların, hökumətlərin, həyatın da. Cənab Erdoğan hakimiyyətdə 17-ci ilini başa vurur. Problemlər və bizim bəyənmədiyimiz şeylər mövcuddur, lakin bu, siyasi qələbədir. Bunun da bir sonu olacaq, əlbət.”

CHP-nin İstanbul və Ankarada açıq qələbəsi müxalifətin tənəzzülü və parçalandığı düşüncəsini dəyişdi. Və bu, cənab Erdoğanın sarısılmazlıq havasını da qırdı.

Bəs Türkiyənin növbəti prezidenti Ekrem İmamoğludurmu deyə, sual edirəm.

“Allah bilir,” o, gülərək cavab verir.

” Sinə üstündə pişik “

0

Sinə üstündə pişik.

Hamımız qocalırıq. Son zamanlar qocalıq haqqında çox düşünməyə başlamışam. Bu fikirlərə mənə qonşumuz Sədaqət xalanın ölümü sövq edib. Doğulursan, böyüyürsən, gənclik, cavanlıq, qocalıq və ölüm. Bu etaplarda fərqli şeylər yaşayırıq. Amma sonu istənilən halda ölümdür.

Sədaqət xalanı məhəllədə ara sıra görərdim. Baxımsız, saçı, başı ağarmış, ancaq üstü-başı həmişə tər-təmiz idi. Ailə qurmamışdı. Bəlkə də qurmuşdu, dəqiq bildiyim o idi ki övladı yox idi. Vaxt aşırı qohumlarından bir-iki nəfər ona dəyməyə gələrdi. O da ki bayramdan bayrama gəlsəydilər böyük şey idi. Qadın aldğı qəpik-quruş təqaüdünə dolanırdı. Uzun illər hansısa dövlət strukturunda çalışsa da, təqaüdə çıxdıqdan sonra evində sıxılırdı. Məhəlləyə çıxıb, skamyalarda əyləşib, saatlarla xəyala dalmağından, kitab oxumağından başa düşürdüm. Sonra hər şey dəyişdi. Daha az görməyə başladım onu. Əvvəlcə fikirləşdim ki bəlkə xəstələnib. Baxma, nə qədər olmaya yaşlı adamdı. Sən demə yox, xəstələnməyib. Sadəcə başını qatmağa səbəb tapıb.

Binamızın aşağı mərtəbəsindəki marketə girmişdim. Deyəsən özümə qazlı içki alacaqdım. Niyə deyəsən deyirəm, çünki Sədaqət xalanın süd aldığını gördüm. Təəccüblü heçnə yox idi. Süddür də, di gəl ki satıcı ilə üzü gülə-gülə nəyisə müzakirə etməsi fikrimi onların söhbətinə yönəltdi. Sən demə, Sədaqət xala məhəllə pişiyinin balasını evinə götürüb. Sonra yadıma düşdü ki hə, axı məhəllədə pişik balalamışdı. Balalarının çoxu maşın altında qalmışdı. Sağ qalanını Sədaqət xala evinə aparıb. İndi də o bala üçün süd alır. Hələ çox körpə olduğundan, pipetlə südü balanın ağzına damcıladır. Qadın həqiqətən də qayğı görsətmək üçün obyekt tapıb. Bunu onun sevincindən hiss etməmək olmazdı. Mağazadan necə çıxmışdımsa, evə çata-çatda yadıma düşdü ki güya mən özümə qazlı su alacaqdım.

Vaxt keçdi, Sədaqət xalanı mağazadan pişik yeməyi alan gördüm. Bala əməlli-başlı böyümüşdü. Artıq pişik qidası yeyirdi. Elə həmin mağazada Sədaqət xalayla rastlaşdıq. Marağımı gizlədə bilmədim, salamlaşdım və bala haqqında soruşdum. O, əvvəlcə üzümə şübhəylə baxdı. Amm sonra təbəssümlə dediki yaxşıdır. Hətta dedi, əgər ürəyimdən keçirsə, gəlib baş da çəkə bilərəm. Mən də eləmə tənbəllik, balaca paketdə pişik yeməyi alıb, düşdam xalanın dalınca.

Ev iki otaqlıydı,qapıdan girən kimi solda, böyük qonaq otağı, düz istiqamətdə mətbəx, sağda hamam-tualeti idi.Qonaq otağının içindən digər otağa keçid vardı. Digər otaq anladığım qədəriylə yataq otağıydı. Pişiyin yeri qonaq otağının ən sanballı yerindəydi. Lap pişiyə paxıllığım tutdu. Qəşəng, məncə əl işi olan toxumalı döşəkcə üstündə xumarlanan pişik, məni görcək miyoldadı. Xala dediki xoşuna gəlmisən haaa, məndə fürsət bilib, pişiyi tumarlamağa başladım. Nəvazişdən, az qala əriyən pişik yuxuya getdi. Xala çaya qonaq etdi məni. Ünsiyyətimiz yaxşı alınmışdı. Həyatından, işindən danışdı. Bir xeylax söhbət edəndən sonra, telefonuma zəng gəldi. Dostum görüşə çağırırdı. Nəsə, əlqərəz xalayla sağollaşıb, mənzildən çıxdım.

Ara sıra, pişiyi bəhanə edib, xalaya baş çəkərdim. Kiril əlifbasıyla yazılmış, maraqlı kitabları vardı. Əməllicə kitabxana düzəltmişdi. Kitablara marağımı görüb, hansı kitabı istəsəm götürməyə icazə verdi, ancaq qaytarmaq şərtiylə.

O ərəfələr başım sessiyama qarışmışdı. İlk qış sessiyam idi deyə, imtahanlara hazırlaşmalıydım. Bütün ayı imtahan verməklə keçirdim. Sonra digər semstr başlanana qədər tətilə çıxdıq. Yadıma düşdü ki xalaya artıq bir müddətdir baş çəkmirəm. Meyvə və pişik yeməyi alıb, xalagilə getdim. Qapını bir müddət döyəndən sonra, xala gecdən gec qapını açdı. Sən demə, qadın xəstələnib. Yataqdan yıxıla-dura qapını açıb, məni içəri çağırdı. Hal-əhval tutdu, imtahanlar haqda soruşdu, uzun uzadı söhbət etdik. Söz verdim ki tez-tez baş çəkəcəyəm. Çox sevindi, dedi qohumları son vaxtlar ümumən baş çəkmirlər. Əvvəllər heç olmasa baramdan bayrama gəlirdilərsə, indi heç bayramda da gəlmirlər. Ən azı həftədə bir dəfə yolumu xalagildən salırdım.

Novruz bayramı ərəfəsində kəndə getməli oldum. Öz qohumlarımı da görmək, bayramı kənddə keçirmək istədim. Çoxdandı getmirdim, həm xalanın qohumlarının belə etməsi pisimə gəlmişdi. Özüm də onun qohumları kimi unutqan olmaq istəmirdim. Bayramı kənddə keçirdim. Telefonla anamla danışrdım, qəflətən anam dediki, o baş çəkdiyin Sədaqət xanım neçə gündü məhəlləyə çıxmır. Dedim yəqin yenə xəstələnib deyə imkanı yoxdu mağazaya, ya məhəlləyə düşsün. Amma nəsə narahatlıq keçirdim. İki gün sonra şəhərə qayıtdım. Evə gəlincə, rahalanıb, mağazadan iki üç şey alıb, xalagilə getməyi qərara aldım. Məhəllə mağazasına girdim, həmişəki kimi alış-veriş etmişdim ki mağazadakı satıcı məndən soruşdu ki Sədaqət bibigilə gedirəmsə, getməyim. Təəccüb dolu baxışlarımı üzünə zillədim. Niyə, nə məsələdi? Satıcı anladı ki mənim baş verən hadisələrdən xəbərim yoxdur.

İki gün qabaq işıqpulunu qapının boşluğuna salmaq istəyən oğlan, qapının açıq olduğunu görüb. Səadəq xalayla həmişə işıqpulunu gətirəndə xoş-beş etməyi sevən gənc oğlan, xalanı çağırsa da cavab verən olmayıb. Maraq üstəlib onu və o evə daxil olub. Qonaq otağında gördüyü mənzərə onu şoka salıb. Sədaət xala divanında uzanmış halda, üstündə də pişiyi. Artıq bir neçə gün olub ki Səadət xala keçinib, meyidi artıq iy verməyə başlasa da, nədənsə heç kim xəbər tutmayıb. Pişiyi də canını tapşıbmış, elə xalanın sinəsinin üstündə qalıb. Oğlan əvvəlcə özünü itirib, sonra aşağı düşüb, əvvəlcə təcili yardıma zəng vurmağa cəht edib, təlaşdan zəng vurmaq alınmayıb. O da yeknəsək mağazaya girər-girməz, gördüklərini satıcıya danışıb. Satıcı təcili yardımı yığaraq, vəziyyət haqqında xəbər verib. Təcili yardım da öz növbəsində polisə xəbər edib.

Xalanı hansısa qəbirstanlıqdan birində dəfn ediblər. Dəfn üçün pulu əşyalarının içində tapıblar. Qadın ayrıca dəfni üçün təqaüdündən yığıb. Onu aylarla axtarmayan, aramayan qohumları evinə tez bir zamanda sahib çıxıb. Sahib çıxmaqları bir qırağa evi hətta satışa belə qoyublar.

Evə kor-peşman qayıtdım. Anam dediki mənə xəbəri bilərəkdən deməyib. İstəmirmiş ki bayram tətilim bərbad keçsin. Çox məyus olmuşdum. Ən məyusedici isə, onun vicdansız qohumlarının qadını tez-bazar basdırıb, evini satışa çıxarmağı idi. Nə yuğurdum, nə yapdım, hazırca kökə tapdım deyib, fürsəti əldən verməyiblər.

Tətildən sonra dərslər başladı və mən səhər dərsə gedəndə, rəfimdən yerə kitabları saldım. Bir bir kitabları stola qoyurdum ki, axırıncı dəfə Sədaqət xaladan aldığım kitab gözümə dəydi. Xaladan mənə yadigar qalan kitab oldu və onun pişiyinə sevgisi oldu.

O günlərdə özüm də pişik balasına sahiblənmişəm. Deyirəm həyatın işini bilmək olmaz. Bəlkə bir gün mən də tək qaldım. Yanımda qalacaq pişiyim olsun.

Xanım Əliyeva

Vəzifəli şəxs qəfildən öldü

0

Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin Şəmkir rayon şöbəsinin əməkdaşı qəfil vəfat edib.

Tərəfsiz.az.xəbər verir ki, idarənin aparıcı məsləhətçisi, 1981-ci il təvəllüdlü Əliyev Elşad Əli oğlu bu gün qəfil dünyasını dəyişib.

Məlumata görə, 3 gün əvvəl özünü pis hiss edən E.Əliyev idarənin rəhbərliyindən icazə alıb. Bu gün qəfil komaya düşən 38 yaşlı məmur dünyasını dəyişib.

İstinad:Publika.az

Rejissor sətəlcəmdən öldü

0

Rusiyanın məşhur rejissoru Georgi Daneliya 88 yaşında vəfat edib.

Tərəfsiz.az xəbər verir ki, sənətçi fevralda sətəlcəm olaraq Moskvada xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyada yatıb.

Qeyd edək ki, Daneliya 25 avqust 1930-cu ildə Tiflisdə dünyaya gəlmişdi. O, “Mimino”, “Payız marafonu”, “Otuz üç” kimi filmləri ərsəyə gətirib.

İstinad:Axşam.az

Diş fırçasını düzgün seçmək üçün…

0

 

Ümumdünya səhiyyə təşkilatı tərəfindən təsdiqlənmiş diş fırçası markaları dünyanın hər yerində asanlıqla istifadə edilir. Fərdi olaraq diş sağlamlığı üçün düzgün gigiyenik qaydalara əməl olunmalıdır. Bəs hərkəs diş fırçasını düzgün seçə bilirmi?

1. Fırçanın tellərinin sərtlik dərəcəsi

Tərəfsiz.az bildirir ki, gündəlik ağız baxımında diş ətlərinə zərər verməmək önəmlidir. orta dərəcədə sərtlikdə  fırça telləri ola məhsul qətiyyən istifadə edilməməlidir.ciddi diş əti problemi olanlar,o cümlədən ağız boşluqlarında hər hansı əməliyyat olmuş insanlar daha yumuşaq, incə telli fırçalardan istifadə etməlidir.

2. Fırçanın boyu

Diş fırçası ağız boşluğunuzun ölçüsünə uyğun olmalıdır. Belə ki, kiçik ağıza sahib olanlar böyük diş fırçasından istifadə etməməlidir. Bu zaman ağız boşluğu dar olacaq və fırçanın hərəkətində müxtəlif maneələr yaranacaq. Nəticədə isə ideal təmizlikdən söz gedə bilməz.

3. İnterfeys fırçaları

Əksəriyyət insanlar İnterfeys fırçaları haqqında məlumatlıdırlar. Onlar normal fırçaların çatmadığı bölgələri asanlıqla təmizləyir.

4. Elektron diş fırçaları

Müasir dövrdə müxtəlif fırçalar var. Hər qiymətdə, hər ölçüdə və müxtəlif qiymətlərdə. Əgər normal fırça ilə ağız gigiyenasına yetərində nail ola bilmirsinizsə elektron diş fırçalarından istifadə edə bilərsiniz.

5. Mütəxəsiss tövsiyəsi

Mütamadi olaraq diş müayinələrindən keçin,ən düzgün tövsüyəni həkiminizin öhdəsinə buraxın. Mütəxəsislər bildirir ki, hər altı aydan bir diş müayinəsi mütləq olunmalıdır. Bu yarana biləcək hər hansı problemlərin daha erkən təsbit edilməsi baxımından vacibdir.

İstinad:Medicina.az

 

Makqreqor Fikrini Dəyişdi.

0

Makqreqor Fikrini Dəyişdi.

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.

Terefsiz.az xəbər verir ki, 31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Twitter” hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib.

Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə ötən ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.