Ev Blog Səhifə 1111

Rəhm, yoxsa, islahatların məntiqi davamı və dövləti borc?!..

0

“Azərbaycan Banklar Asossasiyası” İctimai Birliyinin Rəyasət Heyəti Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin bir nəfər ailə üzvünün 360 gündən çox gecikmiş faizi daxil olmaq şərti ilə 1000 manat məbləğində kredit borcunu, bankların öz vəsaitləri hesabına ödənilməsinə qərar verib.

Bu Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahədə davam etdirdiyi islahatların məntiqi davamıdır.

Başqa sözlə, bu digər dövlət qurumlarının, bankların, artıq sosial islahatlar təşəbbüsünə qoşulmasının göstəricisidir.

Bu eyni zamanda Prezidentin apardığı islahatların davamı olaraq, bank kreditləri məsələsində digər mümkün güzəştlərin geniş müzakirəsi üçün də zəmin yaradır.
Qərar həm də onu düşünməyə əsas verir ki, əslində çoxdan gözlənilən, necə deyərlər umulan proses güclənməkdədir.  Ən müxtəlif qurumlar, təkcə dövlət başçısının siyasi kursunu və qərarlarını dəstəkləmir. Həm də özləri bu kursa, sosial sferada atılan addımlara, öz təvsiyyələrini, konkret işlərlə verməyə başlayıblar.

Müsbət göstəricidir. Niyə də alqışlanmasın?!

Ancaq bütün yaxşı əməllərin mütləq bir irad tutanı vardır. Bu gün dövlətin, o cümlədən Prezidentin böyük uğuru budur ki, heç nəyə əhəmiyyət vermədən yola davam edirlər.

***

Qaldı ona  ki, guya dövlət şəhidə, qa buziyə, onların ailəsinə acıyır. Guya bu şəhid və qazi ailələrinə sədəqə verirmiş kimi əl uzatmaqdır…. Ey iş görüləndə də, görülməyəndə də narazılıqları, dodaq sözləri əksik olmayan, “mız” mütəxəssisləri. Daha dəqiqi psixoloji durumları yerində olmayan bir topa məxluq…

Əvvəla qazi və şəhid dövlət üçün can verib, dövlət onun yanında da, arxasında da durmalıdır. Ailəsini sahiblənməlidir. Bu dövləti borcdur.

İkincisi, dövlət şəhidinin, qazisinin arxasında olmasa, vətəndaşın, hərbçinin dövlətə, Ali Baş Komandanına günəvi qalmaz. Əsgəri dövlətinə güvənməyən məmləkətdənsə, məmləkət olmaz. Çünki o əsgər məmləkət üçün savaşa bilməz, mənəvi sınar. Biz sınmış əsgər obrazını yaratsaq, həmişə uduzan tərəf olaraq. Eyni zamanda düşmən üçün çox yaxşı səbəb, bəhanələr verərik. Illərdir anlaya bilmədiyiniz budur ki, dövlət buna nəyin bahasına olur olsun, yol verməz və bu mövqeyində israr etdiyi üçün son dərəcə haqlıdır.
Üçüncü və sonuncusu, şəhidin, qazinin yanında olmaq, rəhm göstəricisi deyildir. Dövlətin vətəndaşına minnətdarlığı, “siz olmasanız, dövlət var olmaz” etirafıdır.

Əgər bu gün Prezident, belə uğursuz məntiqli hücumlara rəğmən başladığı islahatları davam etdirirsə, birinci vitse-prezident qazilərlə görüşdə fəxarətini ifadə edirsə və bu hansısa dairələri narahat edib “mız” “ordusunu” tərpədirsə, demək, hədəfə vurulur. Əks halda məmləkətin nataraz təbdir salonlarından birində “ermənilər biz sizlə əvvəlki kimi yaşamaq istəyirik” şüarını tipi bəlli olmayan adamlar şəhid ailələri və qazilər qarşısında niyə səsləndirsin axı?!..

Bu üzdən elə indidən, bu dəqiqədən hər kəs dövlətini və onun dəyərlərini qorusun. Bizim müstəqil dövlət olaraq yüz yaşımız var. Yüz yaşlı müdrik “qocanı”  bir qrup kinli, kibirli, məqsədli və hikkəli adama qurban vermək olmaz.

O üzdən “Azərbaycan Banklar Asossasiyasının” İctimai Birliyinin Rəyasət Heyətinin qərarı alqışa layiqdir. Necə deyərlər, davamı gəlsin!..

İstinad: Qafqazinfo

 

Falkao oynamayacaq

0

“Monako”nun futbolçusu Radamel Falkao Fransa çempionatının 31-ci turunda “Qenqam”la oyunu buraxacaq.

Tərəfsiz.az-ın verdiyi xəbərə görə, kolumbiyalı hücumçu “Kan”la matçda əzələsini dartıb. Bu səbəbdən o, növbəti görüşdə oynaya bilməyəcək.

Qeyd edək ki, “Qenqam” – “Monako” matçı aprelin 6-ı keçiriləcək.

İstinad:Qol.az

Qardaş qardaşı öldürdü

0

Qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Tərəfsiz.az xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi aprel ayının 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, ağır cinayət 2018-ci ilin oktyabr ayında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun savxozu adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb.

Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu polis şöbəsinin əməkdaşları gəlib. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb. Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.
Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.

İstinad:Ölkə.az

Şagird məktəb binasından özünü atdı.

0

Bakıda özünü məktəbin pəncərəsindən atan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Tərəfsiz.az-ın məlumatına görə, 2004-cü il təvəllüdlü Y.Hacıyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Onun xəsarətləri qabırğaların və çanaq sümüyünün sınıqlarıdır. Hazırda xəstə nəzarət altındadır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məsələ ilə hüquq-mühafizə orqanları məşğul olduğunu bildirib.

Qeyd edək ki ki, bu gün Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

  • İstinad:Trend.az

“Hercai”serialı efirle vidalaşır

0

Azərbaycanda da kifayət qədər sevilən, reytinqləri yüksək olan “Hercai” serialı efirlə vidalaşır.

Tərəfsiz.az xəbər verir ki, 3 bölümdür tamaşaçı qarşısına çıxan ekran işi vaxtından əvvəl sezon finalına ayrılır.

Fenomenə çevrilən layihənin  6 həftə sonra, yəni mayın 31-də sonuncu bölümü yayımlanacaq. “Hercai” yeni sezona sentyabrın 20-də  başlyacaq.

İstinad:Qafqazinfo.az

Məhkəmə hakimlərinin sayı və maaşları artırılacaq

0

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq.

Terefsiz.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman”da qeyd olunur.

Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.

Bundan başqa hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması da nəzərdə tutulur.

qafqazinfo.az

Həbib arvadına sataşan Konorun cavabını bu foto ilə verdi – “Təcavüzçü”

0

UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqorun “sənin arvadın bir dəsmaldır” sözlərinə cavab verib.

Terefsiz.az xəbər verir ki, Həbib Tvitter səhifəsində Konorun Terri Mürreylə fotosunu paylaşaraq yazıb: “Sən təcavüzçüsən. Sadəcə təcavüzçü. Öz hərəkətlərinə cavabdeh olmayan ikiüzlü. Ədalət səni tapacaq. Biz hələ görüşəcəyik”.

Qeyd edək ki, Konorun Terridən 2018-ci ildə qızı dünyaya gəlib. Terri qızı üzərində atalıq hüququnu tanıması üçün Makqreqoru razı salmağa çalışır. Konor özü isə Di Devlinlə ailəlidir. Bu izdivacdan onun bir oğlu var.

İrlandiya polisi seksual zorakılıq şübhəsi ilə Konor haqqında araşdırma aparır.

istinad – qafqazinfo

İlon Mask kimdir?

0

İlon Mask dünyada tanınan çox mühüm sahibkarlardan biridir. O 28 iyun 1971-ci ildə Cənubi Afrikada anadan olub. 12 yaşında olduğu zaman Kanadada təhsil alırdı və hazırladığı oyun proqramını 500 dollara satıb, təhsilini tamamlamaq üçün Kanadadan ayrılıb Amerikaya köçdü. Fizika, menecmentlik kimi bir çox sahədə təhsil alan İlon Mask, bu məktəblərdəki təhsilini başa vurmadan ayrıldı. İşə qəbul üçün getdiyi zaman da universitet təhsilini ön plana qoymayan İlon Mask, satdığı şirkəti PayPal da daxil olmaqla 6 şirkətin baş icraçı direktoru vəzifələrini icra edirdi.

İlon Maskın yaratdığı şirkətlər və gördüyü işləri aşağıda sizə təqdim edirik:

1- PayPal

Bir çoxumuzun ebay.com və digər saytlarda keçərli olan, internet üzərindən çalışan, təhlükəsiz online bir ödəmə sistemi. Kredit kartı istifadə edərək və ya Kredit Kartı İstifadə etməyərək, internet üzərindən etibarlı alver edilməsini ya da istənilən adama yalnız bir e-poçt ünvanı vasitəsilə pul göndərilməsini təmin edir. 1999 – cu ildə X.com-u quraraq başlatdığı şirkətini, Confinity-i satın alaraq böyütdü və PayPalı ortaya çıxardı. Onlayn ödəmə sistemi olan PayPal, 2002-ci ildə dünyanın ən böyük mübadilə platformalarından olan Ebay-a 1.5 milyard dollara satıldı. 11.7% səhmə malik İlon Mask, buradan aldığı payla 3 böyük şirkətlə işə başladı, çünki ona görə gələcək “kosmos, internet və təmiz enerji” idi.

2 – SpaceX 

Simulasiya nəzəriyyəsini müdafiə etməsi ilə tanınan İlon Maskın fikirlərindən biri də, Marsı koloniləşdirməkdi. Raket texnologiyalarını inkişaf etdirmək istəyən Mask, 2002-ci ilin İyun ayında SpaceX-i qurdu. Fokslanmış fırlatma vasitələrini hazırlayan bir şirkət kimi SpaceX, ilk olaraq Falcon 1, Falcon raketlerini istehsal etdi. Sonra, Dragon (Əjdaha) adlı ilk kosmik vasitəni istehsal edən SpaceX, 2011-ci ildə istifadəsi dayandırılan Space Shuttle-ın yerini alan Falcon 9 raketi və Dragon-un Beynəlxalq Kosmos Stansiyasına 12 uçuşu üçün 23 Dekabr 2008 – ci ildə 1.6 milyard dollarlıq NASA razılaşması ilə təltif olunub.

3. Tesla

İnsanların çoxu hələ elektrik avtomobil sektorunda işlərin olmadığı bir vaxtda məşhur alim Nikola Teslanın adını daşıyan şirkəi quran İlon Mask, təmiz enerji sektoruna beləliklə də daxil olaraq bu işi etdi. Həm qurucu otaq, və eyni zamanda məhsul dizayneri sədri olaraq, bir neçə həmtəsisçi ilə birlikdə 2004-ci ildə Tesla Motors şirkətini yaradıcısı olur. Tesla Motors şirkəti ilə dəfə idman elektrik avtomobili – Tesla Roadster buraxır.Tesla Roadster-i istehsal etdi və təxminən 2500 ədədini 31 ölkədə satdı. Daha sonra, fərqli modellər inkişaf etdirməyə davam edən Mask, digər şirkətlərə də infrastruktur dəstəyi verib. Və bu sektordakı bazarı isbat edən Mask, Tesla üçün uzun dövrlü investorları da tapdı.

4. SolarCity

2006-c ildə xalası uşaqları Lyndon və Peter Rive ilə SolarCity-ni birgə təsis etdi. Mask ən çox səhmdar olaraq qalır. Hal-hazırda ABŞ-da SolarCity iknci ən böyük günəş enerjisi sistemlərinin təchizatçısıdır.

SolarCity-nin və Tesla-nın maliyyələşdirilməsi üçün əsas motivasiya bu şirkətlərin qlobal istiləşmə qarşı apardığı mübarizədir.

Evlərə, iş yerlərinə və dövlətlərə günəş enerjisi sistemini quraraq oradan tələbatlarını ödəməyi hədəfləyən şirkət,  15.000 işçiyə sahib olan Solarcity, quruluş, maliyyə və sistem müşahidəsi kimi bir çox sahədə məsuliyyəti üzərinə götürərək xidmət verir. Estetik dizaynı ilə də diqqətini çəkən günəş panelləri, müştərilərindən quruluş üçün heç bir ödəniş tələb etmir və gələcəyi xərcsiz şəkildə qarşımıza qoyur. Həmçinin SolarCity Tesla ilə birləşib və bu o deməkdir ki, günəş enerjisini elektromobil şirkətində daha da böyük işlərə atdım atacaq, çünkü günümüazdə günəş enerjisini istifadə edərək istehsal oolunan avtomobillər getdikcə daha da polpulyarlaşır və təbiyətə daha az ziyan vurur.

5. OpenAI

Bütün dünyanı süni zəkaya qarşı xəbərdar edən İlon Mask, süni zəkanın dünyanın sonunu gətirəcəyinə və bəşəriyyəti məhv edəcəyinə  inanır. Və buna görə də, qazanc məqsədi olmayan OpenAl şirkətini açaraq, insanlara kömək ola biləcək və dost olan süni zəka araşdırmaları aparmaq və bunları inkişaf etdirməkdir. Bu məsələ ilə bağlı hətta Facebook-un İcraçı Direktoru Mark Zuckerberg-lə də mübahisə edən Maskın sonuna qədər müdafiə etdiyi tək şey, süni zəkaya qarşı diqqətli olmağımız və onun yanlış əllərə keçməsini mane olmağımızdır. Bu bir növ bizə James Kameronun Terminator 2 filmini xatırlatdl, deyil mi?
Təbii ki, hər bir işin yalnız xeyir məqsədi ilə istifadəsinə diqqət etməliyik.

Hyperloop

ABŞ-ın əhalisi ən çox olan bölgələrindən olan Cənubi Kaliforniyada uzun müddətdirki tıxac problemləri var. Bölgədə yaşayan insanların sayı artdıqca yollarda hər gün tıxac daha da ciddi vəziyyət alır. Dövlət rəsmiləri buna çarə kimi Los Angelesdən San Fransiskoya qədər yola 70 milyard dollarlıq yüksək sürətli qatar yolu inşaat etməyi təklif etdilər. Mask Hyperloop adlı sistemin cəmi 6 milyard dollara başa gələ biləcəyini və məsafəni 30 dəqiqəyə qət etməyin mümkün olacağını iddia etdi. Hyperloop sanki gələcəkdən gələn qəribə tunellərə bənzəyir. Tunel sayəsində sərnişinlər uzun bir balonun içində və bərpa edilən enerji ilə hərəkət edəcəklər. Əgər bu layihə həyata keçərsə nəqliyyatda yeni bir dövr yarada bilər.

İlon Maskın bəlkə də özünə görə “ən asan” layihəsi tıxacda sıxılıb qalmasından sonra fəaliyyət göstərməyə başladı. Yerin altından tunellər qazaraq Kaliforniyadakı yol problemini azaltmağı hədəfləyən Elon Maska, sahibkar olan Riçard Branson da ortaq oldu. Tunellərin prototipini internetə təqdim etdi. 600 km sürətə çatan tunellər, yenə də gələcəkdən bir ssenari nümayiş etdirir.
Haqqında bir çox kitab yazılan Mask, bütün dünyanın maraqla izlədiyi adlardan biridir. Gənclərə ən böyük tövsiyəsi maraq hissindən heç vaxt əl çəkməmələri olan Mask, Nikola Tesla, Albert Eynşteyn kimi adların tərcümeyi-hallarının oxunmasını hamıya təklif edir. Gələcəyi İnşa Edən adam, Elon Mask – Tesla, SpaceX və “Möhtəşəm Gələcəyin Arxasınca” kitablarını oxuyaraq özü haqqında daha çox məlumat ala bilər.
Terefsiz.az
Yazıda, wikipedia və Simge İçen (Red Bull) məqalələrindən istifadə edilib.

Britni Spirs psixi müalicə üçün klinikaya müraciət edib.

0

Məşhur Amerika müğənnisi Britni Spirs psixi müalicə üçün klinikaya müraciət edib.

“Terefsiz.az” – ın məlumatına görə, bu barədə TMZ portalı bildirib.

Portalın məlumatına görə, Spirs artıq bir həftəyə yaxındır klinikadadır. O, daha 30 gün klinikada qalmalıdır.

Bildirilir ki, Spirs atasının özünü pis hiss etməsinə görə psixi sarsıntı keçirib. Son zamanlar Ceyms Spirs səhhətindəki problemlərə görə iki dəfə cərrahi əməliyyat keçirib. İkinci əməliyyatdan sonra onun səhhəti gözlənilmədən ağırlaşıb. Müğənni atasına kömək etmək üçün özünün konsert turunu ləğv edib.

Britni Spirs 2007-ci ildə də keçmiş əri Kevin Federlaynla boşanmaya, alkoqola və narkotikə görə problemlərlə üzləşib.

Daha əvvəl bildirilib ki, Britni Spirs haqqında yeni televiziya filmi çəkilib.

 

Lalə Məmmədovanın keçmiş həyat yoldaşı intihar həddinə çatdığını bildirib

0

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

Terefsiz.az xəbər verir ki, o Media.Az-a gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.

“Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim” deyə, İlham bildirib.

O iddia edib ki, Məmmədova ondan polisə şikayət edib:

“O, 2015-ci ildə polisə şikayət verib dedi ki, guya onu öldürmək istəmişəm. Lakin mən sübut etdim ki, bu, əsassız ittihamdır. Məni sərbəst buraxdılar. İmkansızlıq olduğundan üç min manat borc yığılmışdı. Ödəyə bilmədiyim üçün bunun əvəzində isə mənim avtomobilimi müsadirə etdilər. 57 yaşındayam, daimi işim yoxdur. Tərcüməçiliklə məşğulam. Rusiyadan gələn turistləri müşayiət edirəm. Bu iş isə həmişə olmur.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:

“Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə qalib gəlib. Mənim sağlamlığımda problem var. Ürəyim xəstədir. Lalənin üç rəsmi iş yeri var, toylara isə 8 min manata gedir. Amma bu, ona bəs etmir”.

Qafarov bildirib ki, sənətçi ona uşaqları ilə görüşməyə icazə vermir:

“O, uşaqlarımı mənə qarşı “doldurub”. Kiçik qızımı cəmi üç dəfə görmüşəm. Böyüyü ilə isə ən son iki il öncə görüşmüşəm. Onlar mənə nifrət edirlər. Biz boşanandan sonra hər şey yaxşı idi. Bütün bunlar mən evlənəndən sonra başladı. Lalə bunu etməklə, məndən qisas alır”.

O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu da qeyd edib:

“Hazırda mən valideynlərimin evində yaşayıram. Xətai rayonunda 43 min dollara aldığım evi anasının adı rəsmiləşdirib. Onun ikinci evi isə Nizami rayonundadır. Lalə məni ümidsizliyə düçar edir. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Borcumu dərhal ödəmək gücündə deyiləm. Ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram”.

Qeyd edək ki, Lalə Məmmədova və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinarə adlı iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.