Ev Blog Səhifə 1112

Tramp Ərdoğana söz verdi: Silah tədarükü böhranı həll olunacaq

0

Tramp Ərdoğana söz verdi: Silah tədarükü böhranı həll olunacaq

ABŞ prezidenti Donald Tramp  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana iki ölkə arasında  “F-35” qırıcı təyyarələri ilə bağlı yaranmış  böhranı həll etməyə söz verib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu məlumat yayıb:

“Tramp özü etiraf etdi ki, ABŞ “Patriot” HHM sistemlərini Türkiyəyə satmamaqla səhv edib. Və o, prezident Ərdogana söz verdi ki, bu məsələnin həllinə çalışacaq. Tramp  “F-35” qırıcı təyyarələrinin, həm də “S-400” silahlarının tədarükü ilə bağlı yaranan böhranın həllinə söz verdi”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyanın yüksək texnologiyalı silahlarına əldə etmək istəyinə qarşı çıxaraq rəsmi Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq ediləcəyini bildirmişdi.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu , ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya “F-35” qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq Rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.

Keçmiş “siyasi məhbus” kimi tanınan Qiyas İbrahimov azadlığa buraxıldıqdan həftələr sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduqdan sonra buraxılıb.

0

Keçmiş “siyasi məhbus” kimi tanınan Qiyas İbrahimov azadlığa buraxıldıqdan həftələr sonra Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduqdan sonra buraxılıb.

Onun sözlərinə görə, polis işçiləri onun yazdığı Facebook statusunu çap edərək prezidenti təhqir etdiyini idia ediblər.

“Statusumu çap edib göstərirlər ki, sən diktator yazmısan, prezidenti təhqir etmisən. Əgər sübut olsaydı, yəqin ki, inzibati qaydada həbs edilərdim. Təhqir etdiyimə dair sübut olmadığına görə, pərdəarxası söhbət apardılar ki, bundan sonra belə olmasın. Dedilər nə yazırsan yaz, amma təhqir etmə”.

Çərşənbə günü Nizami rayonu 25-ci polis bölməsinin işçiləri Qiyas İbrahimovun evinə gələrək onu Bakı Şəhər Baş Polis idarəsinə dəvət ediblər.

Novruzqabağı əfv sərəncamı ilə azadlığa çıxan Qiyas İbrahimov bunun üçün rəsmi bildiriş və səbəbin göstərilməsini tələb etdikdən bir neçə saat sonra ona rəsmi bildiriş göndərilib.

NİDA hərəkatının üzvü Qiyas İbrahimov və bu əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan həbs olunduqdan sonra bu ilim martında azadlığa buraxılmışdılar.

İctimai fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar, onlar bu ittihamları rədd etmiş və həbslərini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah etmişdilər.

Bayram Məmmədov bir neçə gün öncə yenidən saxlanılıb və ona 30 sutka həbs cəzası verilib. Tərəfdarları səbəbin onun həbsdən çıxdıqdan sonra yerli mediaya verdiyi müsahibə ilə əlaqəli olduğunu deyirlər.
Qiyas İbrahimov deyir ki, Bayram Məmmədov yenidən həbs olunanda sosial şəbəkələrdə bununla “siyasi məhbuslar sahəsindəki islahatlara inamsızlıq” barədə status yazıb və bu status polis idarəsində ona göstərilib.

DİN: “Təhlükəli heç nə yoxdur”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov daha öncə  deyib ki, “Qiyas İbrahimovun polisə dəvət olunmasında təhlükəli heç nə yoxdur”.

Cənab Zahidov söyləyib ki, “prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış hər kəs ərazi polis orqanlarına dəvət olunur və onlarla fərdi söhbət aparılır, qayda-qanun izah olunur”.

Polis idarəsinə çağırış vərəqəsində səbəbin olmaması sualına cavab verən Ehsan Zahidov deyib ki, “burada təhlükəli heç nə yoxdur. Onunla söhbət aparılacaq və evə buraxılacaq”.

Novruzqabağı əfv sərəncamı ilə azadlığa çıxan Qiyas İbrahimov Bakı şəhər Baş Polis idarəsinə gətirilib.

Nizami rayonu 25-ci polis bölməsinin işçiləri ona rəsmi çağırış vərəqəsi veriblər, amma bildirişdə səbəb göstərilmir.

Vərəqədə deyilir ki, 25-ci polis bölməsinin rəisi Qiyas İbrahimovu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb və o, çərşənbə günü saat 16:00-dan 18:00-dək ora getməlidir.

Qiyas İbrahimov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmasının səbəbini bilmədiyini deyib. Onu evindən polis idarəsinə qədər mətbuat nümayəndələri izləyib və canlı yayımla hadisələri sosial şəbəkələrdə yayıblar.

“Belə olmasaydı, polis idarəsinə belə gəlməsəydim, mən də tutulacaqdım”, – Qiyas İbrahimov söyləyib.

 

Qiyas İbrahimov kimdir?

NİDA hərəkatının üzvü Qiyas İbrahimov və bu əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov 2016-cı il mayın 10-u gecə saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

İctimai fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.

Qiyas İbrahimov və Bayram Məmmədova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onlar bu ittihamları rədd edirlər və həbslərini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah ediblər.

Rəsmilər onların “konkret cinayət əməlinə görə” həbs edildiyini bildirib.

İstinad: BBC NEWS Azərbaycan

Pes Mobile Azerbaycan iOS çempionatında nəticələr bəlli oldu

0

 

Pes Mobile Azerbaycan iOS çempionatında nəticələr bəlli oldu

Azərbaycanda ilk dəfə Elgün Mustafayevin təşkilatçılığı ilə diviziya şəklində keçirilən Pes mobile iOS ligasinda Master Ligaya yüksələn iştirakçılar bəlli oldu. Növbəti mərhələyə yüksələnlərə uğurlar arzulayırıq.

  • İsmayıl Abdullayev

Şirvanda uşaq itkin düşüb

0

Şirvan sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Fəqan Cavadov martın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində mavi rəngli cins şalvar, mavi rəngli gödəkcə və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İstinad:Day.az

Autizim xəstəliyinin sindiromları…

0

Bu gün Ümumdünya autizm xəstələri haqda informasiya günüdür.

Autizm xəstəliyi adətən 3 yaşından öncə başlayır və ömür boyu çəkir. Münasibət problemləri yaradan və beynin inkişafına maneə olan xəstəlik növüdür.

Tərəfsiz.az bildirir ki, bu zaman beyinin müxtəlif bölgələri bir arada çalışa bilmir. Belə uşaqlar insanlarla əlaqə qurmaqda çətinlik çəkirlər. Erkən diaqnoz və müalicə bu münasibət çətinliyinin azalmasında təsirli olur.

Yaranma səbəbi tam olaraq bilinmir. Bəzi elm adamları bunun genetika ilə bağlı olduğunu düşünür, ancaq hazırda məhz hansı genin buna səbəb olduğu araşdırılır.

Bəzi araşdırmalar isə buna müəyyən dərmanların səbəb olduğunu vurğulayırlar.

Bəs autzim xəstəliyinin əlamətləri nədir?

Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü göstərir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.

-Diqqət toplamaq çətinliyi olur ki, bu zaman da gözünü bir nöqtəyə dikərək ya baxa bilmir, ya da bu çox az halda olur.

-Autizmli uşaqlar ətrafa qarşı maraqsızdırlar.

-Adı səsləndiyi zaman reaksiya vermirlər.

-Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar.

-Bəziləri təmasa icazə vermirlər və xoşalmırlar.

-Bir ortama daxil olduqları zaman əksər zaman insanları deyil, cansız varlıqları seçirlər.

-Təqlid bacarıqları olmur.

-Söylənənləri tutuquşu kimi təkrarlayırlar.

-Uyğunsuz məqamda gülə bilərlər.

-Streotipləri var (Əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi).

-Oyuncaqlarla gərəkdiyi kimi oynamırlar

-Hər zaman eyni oyunlara üstünlük verirlər.

-Bəziləri çox inadkardır.

-Bəziləri hətta soyuğa, istiyə qarşı reaksiya veməyə bilər.

-Səbrsiz olurlar.

Valideynlər hansı yaşdan etibarən uşağının digərlərindən fərqli olduğunu anlaya bilərlər?

Körpənin ikinci ayında heç bir dinləmə və göz təmasının olmaması

4-5 aylarda ana, ataya qarşı sevincli səslə və ya gülərək qarşılıq verməmək

8-9 aylarda qarşılıqlı münasibət qurmamaq

Özü işarət etmək yerinə digərinin əlindən istifadə edərək nəisə göstərmək

12 ayda ən az bir-iki kəlmə ilə də olsa münasibət qurmamaq

2 yaşında təqlid oyunu oynamamaq

36-48 aylarda kim, harada, nə üçün suallarına cavab verməmək

İstinad:Medicina.az

“Qarabağ”-“Neftçi”oyununun vaxtı müəyyənləşdi

0

Azərbaycan birinci divizionunda 22-ci turun oyun cədvəli məlum olub.

Tərəfsiz.az xəbər verir ki, aprelin 11-i və 12-si keçiriləcək görüşlərin hamısı saat 15:00-da başlayacaq.

11 aprel (cümə axşamı)

“Qarabağ-2” – “Neftçi-2”
“Azersun Arena”

“Ağsu” – “Zaqatala”
Ağsu şəhər stadionu

“Sumqayıt-2” – “Sabah-2”
“Kapital Bank Arena”

“Şüvəlan” – “Kəpəz”
“AZAL Arena”

12 aprel (cümə)

MOİK – “Keşlə-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

“Səbail-2” – “Qaradağ Lökbatan”
“Bayıl Arena”

“Zirə-2”  – “Turan Tovuz”
“AZAL Arena”

İstinad:Qol.az

6,5 ballıq zəlzələ olub

0
Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2017-01-25 08:47:09Z | http://piczard.com | http://codecarvings.com

ABŞ-ın Alyaska ştatında yerləşən Aleut adalarında 6,5 bal gücündə zəlzələ baş verib.

Tərəfsiz.az-ın verdiyi xəbərə görə, yeraltı təkanların episentri Aleut adalarından 31 km şimal-qərbdə, ocağı 19,1 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar olmayıb.

İstinad:TASS Agentliyi

Gədəbəy sakini biz udub

0

Gədəbəy sakininin udduğu biz boğazında ilişib.

Tərəfsiz.az-ın verdiyi məlumata görə, rayonun Söyüdlü kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Arzu Tahir oğlu iti ucluqlu bizi udub. İti dəmir parçası onun boğazında ilişib qalıb. A. Məmmədov əvvəlcə rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan xəstəxanaların birinə aparılıb.

A. Məmmədovun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilir.

İstinad:Qafqazinfo.az

“Azərbaycan gözəli-2019” qalibi məlum olub

0

Azərbaycanlı gözəli- 2019″ müsabiqəsinin qalibi məlum olub.

Tərəfsiz.az xəbər verir ki, yarışmada 16-35 yaşda olan xanımlar birinclik uğrunda mübarizə aparıblar.

Final gecəsində 14 xanım arasında seçim təkcə münsiflərin qərarı ilə deyil, eyni zamanda tədbirdə iştirak edən tamaşıçıların verdiyi səslər əsasında müəyyənləşib.

Səsvermə zamanı “Azərbaycanlı gözəli”nin birincisi Melissa Nuriyeva olub. O, “Show news” proqramına açıqlamasında xaricdə Azərbaycanı təmsil etmək aruzunda olduğunu bildirib

İstinad:Qafqazinfo.az

Məktəbə bıçaqlı hücum

0

Çinin cənub-şərqindəki Hunan əyalətində bıçaqla silahlanmış şəxs ibtidai məktəb şagirdlərinə hücum edib.

Tərəfsiz.az-ın  məlumatına görə, hadisə nəticəsində iki şagird həlak olub, daha iki nəfər isə xəsarət alıb.

İstinad:Trend.az