Ev Blog Səhifə 1113

Bakıda Mədəniyyət Evində Yanğın

0

Bəşir Səfəroğlu küçəsində yerləşən 3 mərtəbəli binanın sonuncu mərtəbəsində yanğın hadisəsi baş verib.

Terefsiz.az  xəbər verir ki, hadisə Mədəniyyət Evinin elmi-metodiki mərkəzində qeydə alınıb.

Yanğın 50 kvadratmetr ərazidə baş verib. Tarixi bina kimi Mədəniyyət Nazirliyinin balansında olub. Hazırda yanğın söndürülüb, xəsarət alan və ya ölən yoxdur.

İstinad: Qafqazİnfo

Tələbələrin nəzərinə:

0

Tələbələrin nəzərinə: təqaüdlərinin verilməsi qaydası dəyişdi

Ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də, magistratura üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə, peşə təhsili müəssisələrində tələbələrə akademik məzuniyyətdən qayıtdıqda sonra təqaüd verilməsi şərtləri dəyişib.

Terefsiz.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na yenidən baxıb.

Əvvəlki qaydaya əsasən, hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant və tələbələrə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilib.

Dəyişiklikdən sonra ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin, magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödəniləcək və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqdan sonra ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla veriləcək.

Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılacaq və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.

 

İstinad: oxu.az

Mehriban Əliyeva Aprel qələbəsinin üçüncü ildönümündən yazıb

0

Mehriban Əliyeva Aprel qələbəsinin üçüncü ildönümündən yazıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “Instagram” səhifəsində Aprel qələbəsinin üçüncü ildönümündən yazıb.

Paylaşımda qeyd olunub:

“Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.

 

Terefsiz.az

Əlcəzair prezidenti istefa verdi

0

Əlcəzairin 82 yaşlı prezidenti Əbdüləziz Buteflika vəzifəsindən istefa verdiyini elan edib.

RİA Novosti-nin verdiyi xəbərə görə, prezident Əbdüləziz Buteflika dövlət başçısı kimi səlahiyyətlərinin dayandırılması haqqında qərarını Konstitusiya şurasının rəhbərinə rəsmən bildirib.
Yaxın saatlarda Buteflikanın istefa qərarı ilə bağlı Konstitusiya şurasının iclası gözlənilir.

Qanunvericiliyə əsasən, prezidentin səlahiyyətlərini üç ay müddətinə şuranın spikeri  icra edəcək.

Bu müddətdə isə ölkədə yeni prezident seçkiləri keçiriləcək.

Xatırladaq, Əlcəzairdə fevralın 22-dən bəri Buteflika hökumətinə qarşı irimiqyaslı aksiyalar keçirilib. Kütləvi etirazlardan sonra ölkə prezidenti beşinci müddətə prezidentliyə namizədliyini irəli sürməyəcəyinə söz vermişdi.

Hökumət narazılığa səbəb olan problemlərin aradan qaldırılması üçün ümummilli konfrans təşkil etməyi öhdəsinə götürmüşdü.

Terefsiz.az

“Sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək”.

0
  • Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov Diqlas Ticarət Mərkəzində zərərçəkən sahibkarlarla görüş zamanı deyib ki, “sahibkarlara dəymiş bütün zərər dövlət tərəfindən ödənəcək”.

    Bakının Nizami Rayonu ərazisində yerləşən 5 mərtəbəli, yüzlərlə mağazası olan “Diqlas” ticarət mərkəzində martın 26-da yanğın baş verib.

    Prezident İlham Əliyev cümə axşamı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirib və deyib ki, “bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir”.

KREDİTLƏR BAĞIŞLANACAQ

0
  • Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı həlak olanların bir nəfər ailə üzvünün banklara olan 1 000 manata qədər borcu bağışlanacaq.

    Azərbaycan Banklar Assosiasiyasının məlumatına görə, bununla əlaqədar olaraq, cümə günü qurumun Rəyasət Heyətinin iclası keçirilib.
    Qərarda deyilir ki, Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı həlak olanların bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 manata qədər kreditləri (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilsin.

    Həmçinin deyilir ki, banklara tövsiyə edilib ki, bu kateqoriyada olanlara əlavə güzəştlər edilməsi imkanları araşdırılsın.

    Azərbaycan Banklar Assosiasiyasının məlumatında deyilir ki, bu qərar prezident İlham Əliyevin fevralın 28-də verdiyi “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə bağlıdır.

    Fərmanda deyilirdi ki, “banklara tövsiyə edilsin ki, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər”.

    İlham Əliyev fevralın əvvəlində fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verib.

    Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək.

  • İstinad: BBC NEWS

YENİDƏN…

0
  • ” YENİDƏN “

    Adam getdiyi yerə özünü də aparırsa,
    demək, getmək qeyri-mümkündü əslində;
    gerçək olan yalnız yerdəyişmədi –
    A nöqtəsindən B nöqtəsinə.

    Adam nə qədər təklənir təklənsin həyatda,
    özünə deməyə bir-iki kəlməsi varsa, bir-iki həqiqəti,
    yəni ürəyiylə danışa bilirsə, vəssalam,
    kim nə deyir-desin, boş verməli…

    Adam yolları bağlananda, topuğu qanayanda,
    toxtaq ola bilirsə, keçmirsə qürurundan,
    bir başı kəsiləndə, min baş çıxara bilirsə Ximera kimi,
    min qılınc parıldasın, min xəncər itilənsin, vız gələr.

    Adam sərin bir yaz gecəsi küçəyə baxanda,
    düşünəndə ötənləri, damağında sonuncu siqaret,
    xatırlayanda ölülər izdihamına qarışan dostları,
    birdən çox adi şeyləri yenidən başa düşür…

     

  • Qismət Rüstəmov (2015)

Mənə bir məktub göndər…

0
  • Mənə bir məktub göndər..

    Susuzluqda su təki
    Bəlkə yadına düşəm.
    Mənə bir məktub göndər
    Bilim ki, ölməmişəm.

    Səndən başqa bilən yox,
    Dərdimə bir dərman yaz.
    İki kəlmə nədi ki,
    Ay gözünə qurban, yaz.

    Çox yox , bir varaq göndər,
    Vaxtın yoxsa ağ göndər,
    əllərinin izini
    evimə qonaq göndər.

    Bilim harda solursan,
    Ay gülüm, ay bənövşəm.
    Mənə bir məktub göndər,
    Bilim ki, ölməmişəm.

  • Emin Piri

31 mart bələdiyyə seçkiləri İstanbulun siyasi mənzərəsini ciddi şəkildə dəyişdirdi.

0

31 mart bələdiyyə seçkiləri İstanbulun siyasi mənzərəsini ciddi şəkildə dəyişdirdi.

Ən böyük dəyişiklik səs sayını artıran Cümhuriyyət Xalq Partiyasının (CHP) 25 il sonra böyükşəhər bələdiyyəsində qələbə qazanması oldu.

Rəsmi olmayan nəticələrə görə, Millət İttifaqının CHP-dən olan namizədi Ekrem İmamoğlu səslərin 48,79%-ni qazanaraq 24 min 408 səs fərqiylə bələdiyyə başqanı seçildi.
Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul seçkisinin nəticələrinə etiraz etməyə hazırlaşır.

Cümhur İttifaqının AKP-dən olan namizədi Binali Yıldırım 1 aprel tarixli açıqlamasında 319 min 500 səsin etibarsız sayıldığını demişdi: “Bundan başqa edilən bəzi pozuntular, səhv cəhdlər var”.

AKP İstanbulun bəzi qəsəbələrində uduzdu, 4 qəsəbədə bələdiyyə başqanları dəyişdi, bəzilərində yeni balans yarandı.

Bu dəyişikliklərin detalları nədir və bunlar necə baş verdi?

İYİ partiyasının CHP-yə təsirləri
31 mart seçkilərində CHP Böyükşəhərdən başqa, həm də bu qəsəbə bələdiyyələrində qalib gəldi – Adalar, Ataşəhər, Avçılar, Bakırköy, Beşikdaş, Bəylikdüzü, Böyükçəkməcə, Esenyurd, Kadıköy, Qartal, Kiçikçəkməcə, Maltəpə, Sarıyer və Şişli.

CHP bütün qəsəbə bələdiyyələrində də səslərini artırdı.

Böyükşəhərdə və ittifaq qurulan qəsəbələrdə İYİ-nin CHP-yə təsiri böyük oldu.

Millət İttifaqı çərçivəsində CHP Arnavutköy, Bağçılar, Esenlər və Kağıthane-də İYİ-nin namizədlərini dəstəklədi.
Beşikdaş, Bakırköy, Beykoz, Fatih və Şile-də İYİ seçkilərə CHP-dən ayrılıqda öz namizədləriylə qatıldı. Yerdə qalan bütün qəsəbələrdə və böyükşəhərdə isə CHP-ni dəstəkllədi.

İYİ-nin ən az səs aldığı yer “Fatihi suriyalılara təslim etməyəcəm” plakatları mübahisələrə səbəb olmuş İlay Aksoyun namizəd olduğu Fatih olub. O, seçkini 4.4% səslə başa vurdu.
İYİ ən yüksək nəticəni AKP-nin güclü olduğu Şile-də əldə etdi – 33,45%.

Səslərin hesablanması göstərir ki, bu partiya 24 iyun seçkilərində əldə etdiyi səs səviyyəsini qoruya bilib, böyükşəhərdə və ittifaq qurulan qəsəbələrdə isə İYİ-nin tərəfdarları CHP-yə səs veriblər.
HDP-nin seçki strategiyası İmamoğluna necə kömək etdi?
31 mart seçkilərində Xalqların Demokratik Partiyası (HDP) Qərb zonasında AKP-ni zəiflətməyi hədəfləyən strategiya tətbiq etdi.

24 iyun parlament seçkilərində HDP 12,52% səviyyəsinə yüksələ bilmişdi.

Partiya bu seçkilərdəki strateqiyasına uyğun olaraq bir çox vilayət və qəsəbələrdə İYİ deyil, CHP namizədlərini dəstəklədi.

31 mart seçkilərində partiya bəzi qəsəbələrdə seçkiyə qatılmamağa, bəzilərində sadəcə bələdiyyə və məclis üzvü namizədləriylə, bəzilərində isə həm qəsəbə, həm də bələdiyyə məclisi üzvlüyünə namizədlərlə qatılmağa üstünlük verdi.
Bütün seçki kampaniyası boyu HDP öz seçicilərini CHP-yə səs verməyə çağırdı.

Bəzi anket şirkətlərinin göstəricilərindən də bəlli olduğu kimi, zaman keçdikcə HDP tərəfdarları buna daha çox meylləndilər.

Ekrem İmamoğlunun HDP elektoratına müsbət mesajlar verən açıqlamaları da onların seçiminə təsir etdi.

Nəhayət, HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Selahattin Demirtaş-ın partiya tərəfdarlarını səsvermədə iştiraka və CHP-yə səs verməyə çağırması da HDP elektoratının Ekrem İmamoğluna yönəlməsinə yardım etdi.

Esenyurt və Küçükçekmece-də HDP təsiri

HDP-nin CHP-yə dəstəyi bəzi qəsəbə bələdiyyələrinin uzun illərdən sonra AKP-dən CHP-yə keçməsinə səbəb oldu.

İlk sırada yarım milyondan çox seçicisi, təqribən 850 min əhalisi olan, İstanbulun böyük miqrasiya nəticəsində qurulmuş rayonu Esenyurt durur.

Əsasən kürdlərin yaşadığı ərazidə 24 iyun 2018-ci il parlament seçkilərində AKP 39,4%, CHP 22,7%, HDP 22%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 8,5%, İYİ 5,9% səs toplamışdı.
15 il ərzində CHP üzvü Gürbüz Çapan-ın idarə etdiyi Esenyurt bələdiyyəsi 2004-cü ildə AKP-yə keçmişdi. İndiki seçkilərdə ilk növbədə HDP-nin, sonra da İYİ-nin dəstəyilə orada yenidən CHP-nin namizədi qalib gəldi.

HDP-nin güclü olduğu daha bir qəsəbədə – Küçükçekmece-də oxşar vəziyyət yarandı.

Nəticə etibarilə orada CHP 6% fərqlə seçkini uddu.

AKP-nin qalası sayılan, xeyli sayda kürdün yaşadığı Sancaktepe-də HDP-nin dəstəyi sayəsində CHP-nin səsləri 2014-cü ildəki bələdiyyə seçkilərindəki 34,8%-dən 47,12%-ə yüksəldi.

AKP-nin qalib gəldiyi digər bələdiyyələrdə – Bahçelievler, Esenlər, Gaziosmanpaşa, Güngören, Zeytinburnu, Tuzla, Beyoğlu və Arnavutköydə də CHP-nin səslərinin artdığı müşahidə olundu.

AKP 24 qəsəbədə qalib gəldi, Çatalca-nı CHP-nin əlindən aldı

İstanbulun bəzi qəsəbələrində geriləyən və İstanbul böyükşəhər seçkisini uduzan AKP 24 qəsəbədə bələdiyyə başqanlığını qazandı.

Həmin qəsəbələr bunlardır: Beykoz, Beyoğlu, Çatalca, Çekmeköy, Esenler, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Güngören, Kağıthane, Pendik, Sancaktepe, Sultanbeyli, Sultangazi, Şile, Tuzla, Ümraniye, Üsküdar və Zeytinburnu.
CHP-dən AKP-yə keçən yeganə qəsəbə Çatalca oldu.

Qəsəbədə AKP 51,58%, CHP 46,30% səs qazandı.

MHP-dən AKP-yə əhəmiyyətli dəstək
Ənənəvi olaraq İstanbulda güclü siyasi oyunçu olmayan MHP hər dövrdə qoruduğu bəlli bir səviyyədəki səsini Cümhur İttifaqına qataraq

AKP-yə əhəmiyyətli səviyyədə dəstək vermiş oldu.

Nəticədə AKP CHP-yə aid bəzi qəsəbə bələdiyyələrində kiçik faizlə də olsa qalib gəldi.
Məsələn, AKP Üsküdar-da 48,25% (CHP – 45,42%), Zeytinburnu-da 50,42% (CHP – 46,08%), Bayrampaşa-da 49,29% (CHP – 44,75%), Sancaqtepe-də 49,91% (CHP – 47,12%) səs toplaya bildi.

Həm bu cür qəsəbələrdə, həm də böyükşəhərdə MHP-nin dəstəyi AKP üçün həyati əhəmiyyət daşıdı.

MHP ilk dəfə İstanbulda bələdiyyə qazandı
Cümhur İttifaqı çərçivəsində İstanbulun ancaq Maltepe, Beşiktaş və Silivri bələdiyyələrinə namizəd verən MHP sonuncusunda əhəmiyyətli bir qələbə qazandı.

CHP-çilər həmin bələdiyyədə 6,7% səs toplamış DSP namizədi Selami Değirmenci-ni səsləri bölməkdə günahlandırdı.

MHP-nin namizədi Volkan Yılmaz bələdiyyə başqanı seçilməklə həm CHP-nin güclü olduğu qəsəbədə bələdiyyəni onun əlindən almış oldu, həm də partiyasına ilk dəfə İstanbulda bələdiyyə qazandırmış oldu.

MHP-nin seçkilər boyu bu qəsəbədə ciddi kampaniya aparmaması və daha çox “həyatda qalmaq” mövzusuna önəm verməsi diqqət çəkdi.

Şişlide”Sarıgül dövrü bitdi”

İstanbuldakı seçkilərin diqqət çəkən nəticələrindən biri də Şişlinin keçmiş bələdiyyə başqanı Mustafa Sarıgül-ün məğlubiyyəti oldu.

Sarıgül və komandası bundan əvvəlki seçkilərdə CHP-nin bələdiyyə başqanı Hayri İnönü ilə böyük problemlər yaşatmışdı.
Sarıgül bu seçkidə CHP-nin namizədi olmaq istədi, ancaq partiya ona Eyüp bələdiyyəsini təklif etdiyi üçün Şişli-də seçkiyə Demokratik Sol Partiyanın namizədi olaraq qatıldı.

Seçki kampaniyası xeyli mübahisəli keçdi. Bu dönəmdə üzə çıxan “zibil böhranının” arxasında Sarıgül-ün olduğu iddia edildi. Özü bu ittihamları rədd etdi.

Seçki CHP namizədi Muammer Keskin-in qələbəsiylə (48,54%) başa çatdı. Sarıgül cəmi 28,82% səs toplaya bildi.

Bəzi şərhçilər bu duruma “Şişlidə Sarıgül dövrü tamamən bitdi” deyə münasibət bildirdilər.

Müğənni məhkəmədə ifadə verdi

0

Bakıda dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.x

Tərəfsiz.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə müğənni Abbas Bağırov ifadə verib.

O, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib. Hakimlərdən Orxan Mehrəliyevə köməklik göstərməsini xahiş edib.

Növbəti proses aprelin 9-da davam edəcək.

İttihama görə, Orxan Mirəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

İstinad:Teleqraf.com