Ev Blog Səhifə 1114

Qardaş qardaşı döydü

0

Cəlilabad rayonunda qardaşlar arasında dava olub.

Tərəfsiz.az-ın  məlumatına görə, hadisə rayonun Məşədilər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Əsəd Kürşad oğlu Səfərovqardaşı tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İstinad:Report.az

“Yuventus”da 9 zədəli

0

Yuventus” İtaliya A Seriyasının 30-cu turunda “Kalyari” ilə qarşılaşacaq.

Tərəfsiz.az xəbər verir ki, Turin təmsilçisi səfər qarşılaşmasına ciddi itkilərlə çıxacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus”da qapıçı Mattia Perin, müdafiəçilər Andrea Barzaqli, Leonardo Spinaççola, yarımmüdafiəçilər Sami Kxedira, Duqlas Kosta, Xuan Kuadrado, hücumçular Mario Mancukiç, Paulo Dibala və Kriştiano Ronaldo zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.

İstinad:Milli.az

43 yaşlı model cavan qalmaqın sirrini açıqladı

0

Məşhur model Tina Kandelaki istirahət üçün Dubaya yollanıb. 

Tərəfsiz.az xəbər verir ki, 43 yaşlı Kandelaki məşhur Burc-Xəlifə, brend mağazalar və çimərlik qarşısındakı şəkillərini izləyiciləri ilə bölüşüb.

“Hər səhər idmanla məşğul oluram. Buna görə də səhər yeməyində yumurtadan tutmuş, yağlı ərzaqlara qədər hər şey yeməyə icazə verirəm. Balıq, yumurta yeyirəm. Ətdən çox az istifadə edirəm. Çalışıram paxlalı bitkilər yeyim. Uzun müddətdir şirniyyatdan, çörəkdən, kartofdan imtina etmişəm. Son on ildir ki, kolbasa çörək həsrətindəyəm” deyə, Tina formada qalma sirrini bölüşüb.

Model tez-tez spa salonlara getdiyini, kosmetoloqa müraciət etdiyini də söyləyib.

İstinad:Axşam.az

Çılpaq etiraz aksiyası

0

İngiltərə parlamenti ölkənin Avropa İttifaqından ayrılmasının şərtlərini ehtiva edən müqaviləyə alternativ variantları səsə qoymaq üçün ikinci dəfə iclas keçirib.ə

Tərəfsiz.az xəbər verir ki, millət vəkillərinə təqdim edilən 4 variantdan heç biri səs yığa bilməyib. Səsvermədən əvvəl isə bir qrup aksiyaçı soyunaraq etirazlarını bildiriblər.

Kritik səsvermədən əvvəl bir qrup şəxs soyunaraq millət vəkillərinə etiraz ediblər. Ətraf mühit aktivistləri olduqlarını açıqlayan etirazçılar “Extinction Rebellion” qrupu adından açıqlama verib. Saiştirakçıları bir anda soyunaraq arxalarını təhlükəsizlik şüşəsinə çevirərək şüar səsləndiriblər.

“Biz soyunaraq özümüzü asan istifadə edilən hala gətirdik.Təbiət , – deyə etirazçıların şüarlarında bildirilib. Təhlükəsizlik xidməti isə onları saxlayıb.

İstinad:Ölkə.az

4 otaqlı ev yandı

0

Şirvanda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 117 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və mətbəxinin yanar konstruksiyaları 82 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

İstinad:Milli.az

Məşhur müğənni ölümlə hədələndi

0

Müğənni Tuğba Yurt keçmiş sevgilisi Okan Genç tərəfindən ölümlə təhdid edilib.

Tərəfsiz.az xəbər verir ki, sənətçi 3 il birlikdə yaşadığı, eyni zamanda menecerliyini də edən Okan Gençdən yanvarda ayrılıb. Ayrılığı qəbullanmayan Genç sənətçinin konsert səbəbi ilə İstanbulda olmadığını öyrənib.

Bundan sonra Genç Tuğbanın qaldığı otelə zəng vuraraq, ona hədə-qorxu gəlib, bıçaq şəkli göndərərək “Qapının qabağında, hava limanında, təyyarədə, səhnədə harda tapsam səni öldürəcəm” deyib.

Tuğba bu mesajdan sonra konserti 10 nəfərlik mühafizə komandası ilə bitirmək məcburiyyətində qalıb. Ardından məhkəməyə müraciət edərək Gençdən şikayətçi olub.

İstinad:Axşam.az

Ögey uşaqlı analara güzəşt…

0

 

Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edib.

Bu, Palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır.

İstinad:Report.az

Xalq artisti əxlaqsız videodan yazdı: Kimin qeyrəti varsa…

0

Mən deyəndə, bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. “Nə var burada”, “nə oxuyub ki”, “niyə qarışırsız”, “mənə dəxli var” deyib keçdiyinizin əks-sədasıdır. Gözəl Çin atalar sözü var – Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igidsə bir ordunu məhv edir.

İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganənəliklə 31 Mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə… Qadın adının məsuliyyəti kişi adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər?!

Terefsiz.az  xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova İnstaqramda 3 qızın çılpaq videosu haqqında fikir bildirərkən deyib. Sənətkar bu barədə geniş rəy yazıb:

“Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideynləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözükölgəli, başıqapazlı etdilər! Tək dərd budurmu, millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur! Di, qalxın bunun altından! İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, ETDİ! Nə düşündüyün dilinə gətirməməli idi, DEDİ! Açıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxtlar deyəndə ki, olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməzlikdən gəldiniz (söhbət nüfuz sahiblərindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu! Bunu görmək çoxmu çətin idi? Təəssüflər olsun ki, artıq ilmələr sökülüb. Baş prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, baş prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir? Bu olmamali idi, bunu yaşamamali idik, bu yerə çatdırmamalıydıq”.

publika.az axar.az

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.

0
  • Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.
  • Terefsiz.az xəbər verir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

    Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.

    Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

    Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

    Qeyd edək ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Amma artıq o çətin günlər arxada qalıb. Dağlıq Qarabağın və ətrafındakı rayonların işğaldan azad olunması istiqamətində mütəmadi addımlar atılır. Azərbaycan dövləti torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli addımlar atır. Bununla yanaşı, bu gün qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də məqsədyönlü fəaliyyət nümayiş olunur. Artıq çadır şəhərcikləri ləğv olunub, yeni qəsəbələr salınır. Bu isə bir daha güclü, iqtisadi cəhətdən möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir. Bütün kəlbəcərlilər yaxın zamanda torpaqlarımızın işğaldan azad olunacağına inanır və öz yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Galatasaray FİFA-ya şikayət etməyə hazırlaşır

0
  • Galatasaray FİFA-ya şikayət etməyə hazırlaşır

    Galatasaray Səudiyyə Ərəbistanının Al-Hilal klubundan FİFA-ya şikayət etməyə hazırlaşır.

    Terefsiz.az-ın yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi qarşı tərəfin tələbləri yerinə yetirməməsindən narazıdır.

    Cari mövsümün əvvəlində “cim-bom”dan Batefimbi Qomisi alan ərəblər 2 milyon avroluq son ödəməni hələ etməyib. Klublar arasındakı razılığa əsasən, bu məbləğ martın 1-də İstanbul nəhənginin hesabına köçürülməli idi. Lakin üstündən bir ay vaxt keçməsinə baxmayaraq, Galatasaray nə pulu alıb, nə də qarşı tərəfdən kimləsə əlaqə saxlaya bilib.

    Türklər Səudiyyə Ərəbəstanı klubuna daha 10 gün vaxt verib. Əgər aprelin 10-dək pul hesaba köçürülməsə, “sarı-qırmızılılar” FİFA-ya şikayət edəcək.