-
Pensiya və müavinət alanlara şad xəbər – Bu gündən artım olacaq
Prezident İlham Əliyevin I qrup əlilliyə görə əmək pensiyasının, müharibə əlilləri və onlara bərabər tutulanlara, beşdən çox uşağı olan qadınların hər uşağına görə verilən müavinətlərin artırılmasını nəzərdə tutan sərəncamı qüvvəyə minib.
Terefsiz.az məlumat verir ki, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən, yaşa görə sosial müavinətin məbləğinin 130, sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150, II qrup əlilliyə görə 130, III qrup əlilliyə görə isə 110, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150, ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması əksini tapıb.
Eyni zamanda, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdləri təsis olunub.
Sənədə əsasən, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği I qrup əlilliyə görə 250, II qrup əlilliyə görə 230, III qrup əlilliyə görə 210 manat təşkil edir.
Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləği 100 manata çatdırılıb.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırılıb.
- İstinad: oxu.az
Pensiya və müavinət alanlara şad xəbər – Bu gündən artım olacaq
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam qüvvəyə minib.
- Bu gündən Prezident İlham Əliyevin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam qüvvəyə minib.
Terefsiz.az xəbər verir ki, sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Yəni müavinət 40 manatdan 60 manata çatdırılıb.
Vahid aylıq müavinətin artımı 496 557 nəfər məcburi köçkünə şamil olunacaq.
- İstinad: report.az
İşçilərin əksəriyyəti düşünürlər ki…
İşçilərin əksəriyyəti düşünürlər ki, nə qədər çox çalışsalar, vəzifədə bir o qədər tez yüksələ bilərlər. Faktiki olaraq isə bu qayda yalnız məktəb və universitetlərdə işləyir. Biznes daha mürəkkəb bir sahədir və burada sizin yalnız çalışqan olmağınız kifayət deyil.
Türkiyədə keçirilən seçkilərdə AKP irəlidədir
Türkiyədə keçirilən seçkilərdə AKP irəlidədir
Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinə səsvermənin ilkin nəticələri açıqlanmaqdadır.
D Kanal xəbər verir ki, yerli vaxtla saat 20.00-nin məlumatına görə, artıq seçki qutularının 40 faizi açılıb.
Birinci yerdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı”, ikinci yerdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) ilə İYİ Partiyasının “Milliyyət ittifaqı” bloku gedir. “Cümhur ittifaqı”nda əsas üstünlük AKP-yə məxsusdur.
“Napoli”dən “Roma”ya 4 qol
İtaliya A Seriyasında 29-cu turun oyunları keçirilir.
Tərəfsiz.az xəbər verir ki, son vaxtlar uğursuz çıxış edən “Roma” evdə “Napoli” ilə qarşılaşıb. Görüş qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.
“Roma” – “Napoli” – 1:4
Qollar: Milik, 2 (0:1), Perotti, 45+4 (1:1), Mertens, 50 (1:2), Verdi, 55 (1:3), Yunes, 81 (1:4)
Qeyd edək ki, “Napoli” 63 xalla 2-ci, “Roma” 47 xalla 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 78 xalla “Yuventus” başçılıq edir.
İstinad:Qol.az
Tovuzda azyaşlı yanıq xəsarətləri aldı
Tovuzda 4 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Tərəfsiz.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.
Kənd sakini, 2015-ci il təvəllüdlü F.Əkbərov yaşadığı evdə içində qaynar su olan qabı üzərinə aşırıb və nəticədə yanıq xəsarətləri alıb.
Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İstinad:Report.az
Qablaşdırılmış məhsul alarkən nəyə diqqət etmək lazımdır?
Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılaralıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Bəs bu qablaşdırma materialları qidaya necə təsir edir? Qablaşdırılmış məhsul alarkən nəyə diqqət etmək lazımdır? Əməkdaşlarımız mövzunu araşdırıblar.
Tərəfsiz.az bildirir ki, plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materialları…
Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu var və buna görə də istehsal zamanı qablaşdırmadüzgün seçilməlidir. Mütəxəssislər bildirirlər ki, qablaşdırma düzgün seçilmədikdə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya təsir edə bilər.
Qida Təhlükəsizliyi Agentliyinin böyük məsləhətçisi Cavid Quliyevin sözlərinə görə qablaşdırılma materialının üzərində bununqida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
Qablaşdırılma materiallarından məhsullara keçə biləcək zərərlərin qarşısını almaq üçün, qida məhsullarının istehsalçıları mütamadi olaraq qablaşdırılma materiallarının toksikoloji və digərtestlərə tabe tutmalarının vacib olduğu bildirilir.
İstinad:Xezerxeber.az
Yağışlı hava şəraiti
- Aprelin 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Terefsiz.az – averilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85% olacaq.
Aprelin 1-dən axşam saatlarından aprelin 2-də səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti təşkil edəcək.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılca və məxmərək xəstəliyi ilə bağlı epidemioloji nəzarət və immunlaşdırma tədbirlərini yüksək qiymətləndirib.
- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda qızılca və məxmərək xəstəliyi ilə bağlı epidemioloji nəzarət və immunlaşdırma tədbirlərini yüksək qiymətləndirib.
Terefsiz.az Trend-ə istinadən bildirir ki, ÜST-nin Azərbaycan üzrə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib.
Onun sözlərinə görə, ÜST-nin ölkəmizə immunizasiya proqramı çərçivəsində səfər edən missiyası məxmərək və qızılca laboratoriyasının işinin təşkili, akkreditasiyası ilə maraqlanıb, epidemioloji nəzarət üzrə vəziyyətlə tanış olub. Ekspertlər bu sahədə işlərin ÜST-nin tövsiyəsinə uyğun həyata keçirildiyi qənaətinə gəliblər.
Səfərlərini başa vuran ÜST ekspertləri təşkilatın ölkə ofisinin heyəti ilə birlikdə Səhiyyə Nazirliyi və digər müxtəlif dövlət qurumlarının nümayəndələri ilə də görüşüblər.
C.Süleymanova əlavə edib ki, ekspertlər Səhiyyə Nazirliyinin tabeliyində olan məxmərək və qızılca laboratoriyasının işini də nəzərdən keçiriblər.Bu laboratoriyanın hər il ÜST tərəfindən akkreditasiyadan keçirildiyini deyən C.Süleymanova ekspertlər növbəti akkreditasiya üçün sənədlərin hazırlanmasına dəstək də göstəriblər.
Xatırladaq ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb. Əmrə əsasən, mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri keçiriləcək.
Beren Saatın halı pisləşib.
- Son günlər boşanma xəbərləri ilə gündəmdən düşməyən Beren Saatın halı pisləşib.
Terefsiz.az türk mətbuatına istinadən xəbər verir ki, “Atiye” serialının çəkiliş meydançasında vəziyyəti gərginləşən aktrisa xəstəxanaya aparılıb.
Həkimlərin müdaxiləsindən sonra Beren özünə gəlib və evinə göndərilib.
Qeyd edək ki, Saatın Kenan Doğulu ilə boşanma xəbərləri bir aydır gündəmdədir. Sonuncu dəfə aktrisanın qayınanası ilə marketdə dalaşması diqqət çəkib.