Ev Blog Səhifə 1118

Xatirə İslam Əməliyyatdan Sonra Bədəninin Formasını Göstərdi– FOTO

0

Xatirə İslam bədəninin son formasını nümayiş edib.

Terefsiz.az xəbər verir ki, müğənni “bədənnüma şəkli”ni paylaşaraq formasından razı olduğunu ifadə edib:”Məncə ən gözəl qadın özünü sevən qadındır. Görəsən özünü sevən qadınlar necə olmalıdır?”

Ardınca müğənni onu şəkillərini fotoşopla düzəliş edərək paylaşmaqda qınayanları ittiham edib:

“Fotoşop edənin də atasına lənət, bilmədən yazanın da. Əl çəkin, Xatirə formadadır”.

Müğənninin paylaşdığı fotonu təqdim edirik:

Orman.Az

Neftçalada Istehsal Olunan “Peugeot”Un Qiyməti Açıqlandı – İNANILMAZ

0

Azərmaş” ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobillərinin satışına başlanılıb.

Terefsiz.az xəbər verir ki, bu barədə “Report”a şirkətin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.
Onun sözlərinə görə, fevral ayının sonundan daxili bazara çıxarılmış və qiyməti 17 500 manat olan bu maşınlara maraq böyükdür: “Həmin minik avtomobilləri satılır. Hazırda onların ölkədən ixracı ilə bağlı iş aparırıq”
sfera.az

Yeni avtomobillərdə sürət məhdudiyyəti olacaq

0
Yol qəzalarından sonra ölüm və xəsarət hallarını minimuma endirmək üçün Avropa Komissiyası avtomobillərdə sürət məhdudlaşdırıcı texnologiyanın quraşdırılmasını nəzərdə tutan təkliflər hazırlayıb. Avropa Şurası təklifləri qəbul etsə o zaman Avropa İttifaqına daxil olan ölkələrdə aşağı sürətli avtomobillər istehsal ediləcək. Ölkəmizə avropadan xeyli avtomobilin idxal edildiyini nəzərə alsaq bizim yollarda da belə avtomobilləri bir neçə ildən sonra görə biləcəyik.
Bir neçə ildən sonra Avropa İttifaqi ölkələrində yeni avtomobillərdə sürət məhdudiyyəti sistemi tətbiq ediləcək.Avropa Komissiyasinin təsdiq etdiyi bu təkliflər Avropa Şurası və Avropa Parlamentinin təsdiqindən sonra qüvvəyə minəcək.
Avropa Komissiyasının məlumatında deyilir ki, hər il yol qəzalarında 25 min insan dünyasını dəyişir. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bəyan edib.
Avropa İttifaqı ölkələrindən hər il ölkəmizə minlərlə avtomobilin idxal edildiyini nəzərə alsaq məsələ aktuallaşır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, sürətin məhdudlaşdırılması bir neçə formada həyata keçiriləcək
Ekspertin sözlərinə görə bu variant daha çox istifadədə olan avtomobillərdə sonradan quraşdırıla bilər. Amma qərarın qüvvəyən minməsindən sonra aşağı sürətli avtomobillərin istehsalı gündəmə gələ bilər
Ərşad Hüseynov deyir ki, qərarın qəbul olunacağı təqdirdə bir müddətdən sonra ölkəmizdə də aşağı sürətli avtomobillərə rast gəlmək mümkün olacaq
Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur. (Xəzər TV)

Azərbaycanda proqramçılar nə qədər əmək haqqı alır? (ARAŞDIRMA)

0
Yerli IT ekosisteminin nümayəndələrini tez-tez Azərbaycanda IT sahədə iş barədə suallar maraqlandırır.
“Ən çox tələbat nəyədir?”, “müəyyən vəzifənin məvacibi nə qədər olmalıdır?”, “hansı texnologiyalar aktiv istifadə olunur?”, “tələbat nəyədir?” və sair bənzər suallara cavab tapmaq üçün bu sahənin əsas üzvləri olan – proqramçılar arasında kiçik bir sorğu keçirdik. Sorğu onlayn formada və iştrakçıların anonimliyini qorumaq şərti altında keçirilmişdir. İştrakçıları sorğunun konfidensiallığında əmin etmək üçün sorğuda heç bir e-mail, əlaqə nömrəsi, işlədiyi müəssənin adı soruşulmamışdır. Proqramçıların yer aldığı xüsusi qruplarda keçirilən bu sorğuda toplam 169 nəfər proqramçı iştirak etdi. Sorğunun nəticələrini şərh edərək sizlərlə bölüşürük.

 

Azərbaycanda bilinən texnologiyalar
Hesablamalara ilk öncə yerli proqramçıların hansı biliklərə yiyələnmiş olduqlarını öyrənməkdən başladıq. Qeyd edək ki, aşağıda gördüyünüz cədvəldə dil və ya “framework” kimi bölünmələr yoxdur. Söhbət ümumən bütün sahə ilə əlaqədar olan texniki biliklər barədədir. Cədvəl faiz dərəcələri əsasında formalaşıb. Məsələn, sorğuda iştirak etmiş 169 nəfərdən 87.6 faizi HTML texnologiyasını bildiyini qeyd edib.
İş yerlərində istifadə olunan texnologiyaların reytinqi
Sorğunu tərtib edərkən bilərəkdən proqramçıların bildikləri texnologiyalar hissəsi ilə iş yerlərində onlardan tələb olunan texnologiyaları ayırdıq. Məsələ burasındadır ki, adətən proqramçılar biliklərə tələbat əsasında yox, maraq nəticəsində yiyələnirlər. Məsələn, yuxarıdaki cədvəldə gördüyünüz kimi iştirakçılardan 2.4 faizi GO proqramlaşdırma dili bilirlər, lakin yalnız 1.2 faizi bu biliklərini iş yerində istifadə edir. Bu o deməkdir ki, ya proqramçı bu dili şəxsi marağı olduğu üçün öyrənib və ya dil ona öncəki iş yerində lazım idi. Aşağıdakı cədvəldə iş yerlərində istifadə olunan texnologiyaların sıralamasını görürsünüz.
Biliklərin yararlılıq göstəriciləri
Öncəki iki reytinqi “toqquşduraraq” yararlılıq göstəriciləri formalaşdırmağı qərara aldıq. Az öncə qeyd etdiyimiz kimi, əksər hallarda proqramçılar biliklərə tələbat əsasında deyil, maraq nəticəsində yiyələnirlər. Bəs bu marağ nə qədər özünü doğrulda bilir deyə bir sual ortaya çıxardıq. Və nəticədə hər iki reytinqi bir-biri ilə qarşılaşdırdıq. aşağıdakı qrafik bizə çox maraqlı nəticələr gösərir. HTML, CSS, PHP və Jquery kimi biliklər özlərini doğruldurlar. Mysql, Git və Bootstrap-ın istifadə faizləri çox sürətlə düşmüş olduğu üçün onların çox tanınmalarına nisbətən şirkətlərdə o qədər də zəruri olmadıqlarını görürük.
Linux ƏS az tanınır və istifadəsi də çox aşağıdır. Spring çox maraqlı nəticə göstərir. Bütün istifadə göstəriciləri aşağı düşməyə davam edərkən Spring sürətlə qalxıb özünə olan maraq dərəcəsinə yaxınlaşır. PHP OOP və Java müqaisələri də maraqlı nəticə göstərirlər. Sass texnologiyası isə təəssüf ki, ümumiyyətlə lazımsız kimi görsənir. Maraq nəticəsində çox bilinsə də, iş yerlərində tələbatın o qədər də olmadığını görürük. Yaxın qonşusu Python daha yüksək nəticə göstərir. Qrafikin ən sonunda olan Kotlin-i gözdən qaçırmayın. Az tanısa da və az tələb olunsa da tələbat bütünlüklə marağı qarşılamış olur, və bu texnologiyanın perspektivli olduğunu göstərir.
Sahə
Nəticələr onu göstərir ki, ölkədə tələbat ən çox web sahəyədir. Qlobal bazarda mobil tətbiqlər bumunun çoxdan bitdiyini, web texnologiyalarının isə durmadan sabit formada inkişaf etdiyini nəzərə alsaq, göstəricilərin belə olması heç bir təəccüb doğurmur. Həmçinin nəzərinizə çatdıraq ki, sahə olaraq oyun developerlərinin də mövcud olması bizim marağımızı cəlb etdi. Dünya bazarında “mobile app” sahəsinin getdikcə sırf mobil oyun və ya sadəcə oyun developmentinə tərəf meyilləndiyini bildiyimiz üçün yerli IT ekosistemdə də gələcəkdə oyun yaratmaq həvəskarlarının artacağına ümid edirik.
Yön
Burada hansı sahəyə baxsaq backend tərtibatçıların çoxluğunu görürük. Hətta maraqlı bir fakt ilə də qarşılaşdıq ki, frontend yönündə işləyənlər təcrübələrinin 3 ilə qədər olduğunu dedikləri zaman, daha çox təcrübəsi olan backender-lərin bilikləri sırasında frontend yönünün texnologiyaları az deyildi. Bununla biz yerli ekosistemdə bir növ zamanla “backend-ləşmənin” baş verdiyini deyə bilərik.
Əmək haqqı barədə
Mövzuya aid qruplarda, sosial şəbəkələrdə, iş elanı saytlarında şərh hissəsində tez-tez maaş ilə bağlı narazı fikirlərlə rastlaşırıq. Sorğuda toplanılmış məlumat əsasında hər bir vəzifə mütəxəssisinin nə qədər maaş aldığını müəyyən etmişik. Lakin bu suala cavab tapmaq bəlkə də toplanılmış məlumatlar üzərində gedən işin ən çətin məqamı idi. Çünki, eyni işə görə, eyni təcrübə və bilikləri olsa da bir işçinin 300 AZN digərinin isə 1000 AZN məvacib aldığı hallar çox idi. Bu səbəbdən qərar verdik ki, bu cədvəldə yalnız çox rast gəlinən və norma hesab oluna biləcək hallar nəzərə alınsın. Ona görə də məvacib mövzusunda sərbəst işləyənlər, freelance işləyənlər, yarım ştat işləyənlər, bu sahədə işçilərin sayı həddindən artıq az olanlar və istisna hallar nəzərə alınmamışdır. Nəticə etibarı ilə həmçinin DevOps yönlənməsi çıxılmışdır, frontend sahəsində isə yalnız 3 ilə qədər fəaliyyət göstərənlərin nəticələri nəzərə alınıb. Lakin müqaisəli məqamlardan birini cədvələ daxil etdik. Yuxarıdaki cədvəldən görüldüyü kimi web sahədə 3 ilə qədər backend developer olaraq işləyənlərin bir 35 faizi 500-800 manat arası məvaciblə işləməyi ilə eyni zamanda digər 35%-i 1000-1500 AZN məvacib ilə işləməyi üstün tuturlar.
Biliklər necə əldə olunur
İşrtirak edənlərin 87 faizi bilikləri YouTube, Github, Manual və sair kitablardan əldə etdiklərini qeyd ediblər. Ali təhsil isə yalnız 30 faiz hallarda faydalı olub. Bu nəticələrə əsaslanaraq sizə bir xoş və bir pis xəbər verə bilərik. Yaxşı xəbər: Ölkədə IT sahəsində mütəxəssis olmaq üçün və uğurlu iş ilə təmin olmaq üçün Ali təhsil zəruri deyil. Pis xəbər: Bu nəticələr bizə Ali təhsil müssələrində tədris proqramının hətta kurslar ilə müqaisədə də geridə qaldığını və mütəxəssisin yetişməsində yalnız 30% rol oynadığını göstərir.
Yaş
Nəticələr bizə bu sahədə 22-25 yaş aralığında olan şəxslərin çoxluq təşkil etdiyini göstərir. 18-21 yaşlarında olan gəclər isə 22.5 faizdir.
Cins
Yerli poqramçılar arasında cins çoxluğun kişilərə tərəf olması təəccüblü deyil. Məqsədimiz fərq dərəcəsini öyrənmək idi. Həmçinin tolerantlıq naminə cins sualında LGBT seçimini də qoymuşduq. Nəticə: Kişi: 91,1%, Qadın: 7.1%, LGBT: 1.8%
Tanışlıq
Ölkədə IT sahə kiçik olduğu üçün şirkətlər tez-tez kadrları soruşub, axtararaq cəlb edirlər. Bu müxtəlif tədbirlərdə iş tanışlıqları, dost və ya rəqib şirkətlərin araşdırılması və sosial şəbəkələr sayəsində baş verir. Həmçinin iş üçün müraciyət etmiş şəxsin mütəxəssislik dərəcəsinin müəyyən edilməsinin şirkətlər üçün çətin olduğu üçün şirkət rəhbərləri adətən mövcud işçilərdən tanıdıqları mütəxəssisləri yeni vakansiyaya cəlb etmələrini istəyirlər. Bu dediklərimiz sorğu iştirakçılarının 43% bəli cavab vermələrində də özünü təsdiq edir. Ona görədə proqamçılara özlərinə qapanmamalarını, sosial şəbəkələrdə aktiv olmalarını, işləri ilə əlaqədar tədbirlərdə iştirak etmələrini və ən əsası bacarıqlarını göstərməkdən çəkinməmələrini məsləhət görürük.
Mənbə: Technote.az

Mart soyqırımında həlak olan Osmanlı generalının qəbri Salyanda tapıldı

0
1918-ci ilin mart soyqırımı zamanı erməni silahlı dəstələri indiki Hacıqabul, Salyan və Neftçala rayonlarının ərazisində böyük qırğınlar və talanlar törədib. Erməni vəhşiliyinin qarşısını alarkən həlak olan Qafqaz İslam ordusunun əsgərlərinin və onlara qoşulan yerli sakinlərin dəfn olunduğu məzarlar  düz 100 ildir ki, Qubalıbaloğlan kəndində bu evin sakinləri tərəfindən qorunub. Türkiyə səfirliyinin dəstəyi ilə məzarlıqda abadlıq işləri aparılıb və üzərində abidə ucaldılıb.
ONA-nın məlumatına görə, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər yalnız Bakı ilə məhdudlaşmayıb.
Bolşevik-erməni silahlı dəstələri ölkənin digər bölgələrində, o cümlədən Hacıqabul (Şamaxı qəzası), Salyan-Neftçala (Cavad qəzası) və Muğan bölgəsində də kütləvi qətllər, basqınlar və talanlar törədiblər.
Hacıqabuldan olan araşdırmaçı Mübariz Xəlilov bildirib ki, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan istintaq materiallarının surətlərində rayonda törədilən qətllər haqqında dəhşətli faktlar öz əksini tapıb. İstintaq materiallarından aydın olur ki, ermənilər kəndlərdə əhaliyə dəhşətli işgəncələr verib. Hacıqabul rayonunun Nəvahi kəndində yüzlərlə azərbaycanlı qətlə yetirilib. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq naminə özlərini kəndin nohuruna atıblar. 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, yəni o vaxtkı Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq öldürülüb. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər qətlə yetirilib. Ümumiyyətlə, Hacıqabul rayonunda ümumilikdə 1972 nəfər – 1080 kişi, 525 qadın, 367 uşaq vəhşiliyin qurbanı olub.
Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Erməni quldurları tərəfindən 2 minə yaxın ev yandırılıb, 17 min iribuynuzlu, 105 min xırda buynuzlu heyvan qarət edilərək mənimsənilib, taxıl və ərzaq anbarları talanıb. Məktəb, idarə binaları, məscid, ərzaq anbarı, dəyirman, ticarət köşkləri, mağazalar yerlə-yeksan edilib. Ümumilikdə dəyən ziyanın məbləği o vaxtkı pulla 280 478 000 rubl idi.
Qeyd edək ki, Qubalı Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri, qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.
Hənifə Mövlayevin qızı Nigar Əkbərova deyir ki, qırğınların 100 illiyi ərəfəsində Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral şəhid məzarlığının və abidənin açılışında iştirak edib. Abidənin önündə Türkiyə və Azərbaycan bayraqları qaldırılıb: “Erməni-daşnak birləşmələri döyüşdə Nuru Paşanın şəhid olan 6 əsgərini və 6 nəfər yerli sakini o vaxt burada bizim həyətdə dəfn ediblər. O vaxtdan indiyə qədər biz bu qəbirləri qoruduq. Sonra da Türkiyə səfirliyi burda şəhid məzarlığı saldı, abidə ucaltdı. Qəbirləri həyətimizdə qoruyub saxladığımıza görə minnətdarlıq əlaməti olaraq bizim üçün ev tikdilər. Allah şəhidlərə rəhmət eləsin!”
Salyandan olan tədqiqatçı Sahib Həsənov qeyd edir ki, 1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. Belə ki, Sentrokaspi Diktaturası 1918-ci ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən dırnağadək silahlanmış 900 nəfərədək əsgəri və hərbi sursatlarla dolu 6 gəmini Bakıdan Salyana göndərir. Düşmən Xəzər dənizindən Kür çayına keçərək, Bankə qəsəbəsinə daxil olur. Çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərir. Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılır. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilir. Bu zaman köməyə gəlmiş Qafqaz İslam Ordusunun zabitləri Ömər Paşa və Ramazan Paşanın 400 nəfərlik nizami qüvvəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayır və “Demosfen” adlı gəmini vuraraq batırır. Bundan sonra silahlı quldurlar pərakəndə halda geri çəkilir.
Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər Paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 10 nəfəri Neftçalanın Bankə kəndində, Ömər Paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.
qaynarinfo.az

Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub

0

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.

Terefsizs.az xəbər verir ki,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.

Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.

1news.az

Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş başa çatıb

0

Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 

Terefsiz.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, hazırda görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

“Prezident İlham Əliyev Ermənistan – Azərbaycan münasibətlərini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla Vyanada görüşür. Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir”- deyə, H.Hacıyev qeyd edib.

1news.az

On minlərlə BMW avtomobili geri çağırılır

0

BMW şirkəti Rusiyada 28,631 avtomobili geri çağırır.

Terefsiz.az xəbər verir ki, buna səbəb işlənmiş qazların təkrar dövretmə sisteminin radiatorunda yarana biləcək problemlərdir.

Sözügedən radiatorun qermetik olmaması yağ qalıqlarının alovlanmasına gətirib çıxara bilər.

Bildirilir ki, 2011-2015-ci illər ərzində satılan F84, F01, F02, F06, F07, F10, F11, F12, F13, F15, F16, F22, F25, F26, F34 seriya avtomobilləri, habelə 2014-2016-cı illərdə satılan F10, F15, F21, F22, F25, F26, F30, F32, F33, F34, F36 seriya avtomobilləri geri çağırılır.

Ria novosti

“Hyundai” avtomobilləri Qazaxıstanda istehsal olunacaq

0

Qazaxıstanın Almata şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.

AZƏRTAC-ın məlumatına görə, yerli “Astana Motors” şirkəti yaxın vaxtlarda “Hyundai” markalı minik avtomobillərinin istehsalı üçün zavodun tikintisinə başlayacaq.

Zavodda ilkin olaraq ildə 30 min, sonra isə 45 min avtomobil istehsal olunacaq.

Bu layihə Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edəcək. İstehsal olunacaq avtomobillərin MDB ölkələrinə ixracı da nəzərdə tutulur.

Layihənin investisiya dəyəri 25 milyard ABŞ dolları təşkil edir.

 

Britaniyada sovet maşınlarının “qəbiristanlığı” aşkarlandı

0

Böyük Britaniyada köhnə sovet maşınlarının “qəbiristanlığı” aşkarlanıb.

Terefsiz.az xəbər verir ki, “Facebook” istifadəçisi Ceyms Smit“qəbiristanlığ”ın şəkillərini paylaşıb.

Fotolarda VAZ-ın 2101, 2102, 2104 və 2107 modelləri əks olunub. Maşınların hamısında sükan sağ tərəfdədir.

Şəbəkə istifadəçiləri C. Smitdən “qəbiristanlığı”n dəqiq yerini öyrənməyə çalışsalar da, imtina cavabı alıblar.

oxu.az