- Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.
Terefsiz.az – ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin şərhində qeyd olunub. Bildirilib ki, Ermənistan müdafiə naziri D.Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.
“Ermənistan Baş nazirinin Vyanada Azərbaycan dövlət başçısı ilə görüşü nəticəsində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması və sülh mühitinin yaradılması ilə bağlı qəbul edilən birgə bəyanatdan dərhal sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır və münaqişənin sülh yolu ilə həllinə və bu xüsusda Minsk Qrupunun həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxır.
Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır və beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır”.
Qeyd olunub ki, Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və ərazilər zəbt etmək fikrində deyil: “Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəsətəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır və bundan ən yaxşı xəbərdar olan elə məhz Ermənistandır.
Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu Nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?”
- İstinad: report.az
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən xəbər var!
” Heykəl məhbusu” kimi tanınan fəal Bayram Məmmədov azadlığa çıxdıqdan sonra “yenidən saxlanılıb”, onun atası bildirir.
- ” Heykəl məhbusu” kimi tanınan fəal Bayram Məmmədov azadlığa çıxdıqdan sonra “yenidən saxlanılıb”, onun atası bildirir.
Terefsiz.az BBC NEWS – a istinadən Azərbaycancaya danışan Bayramın atası oğlunun evdən “hansısa kağıza qol çəkmək üçün” aparıldığını deyib.
Fərman Məmmədov oğlunun həbsinin dəqiq səbəbini bilmir: “Guya yolda polisi söyüb… Ona 30 sutka həbs verildiyini deyirlər”, – Fərman Məmmədov oğlunun saxlanıldığı Sabunçu rayon Polis İdarəsindən telefonla bildirib.
“Sabunçu polisində idi. Ordan da dedilər ki, Binəqədi müvəqqəti saxlanma məntəqəsinə aparırlar”.Xəbər hazırlanarkən DİN-lə əlaqə saxlamaq mümkün olmayıb.
Bayram Məmmədov məhbəsi Novruz bayramı qabağı elan edilən əfv sərəncamı əsasında tərk edib.
O, 2016-cı ildə daha bir fəal – Qiyas İbrahimovla birlikdə, mərhum prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” şüarı yazıldıqdan sonra həbs edilib.
Narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham edilən gəncə 10 il həbs cəzası verildi.
Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi
” İzmirdəki Azəbaycanlı namizədimiz “
İzmir Dikilidə bir bələdiyyə başqanlığına namizədimiz var. Çox hörmətli Günay Zağlı. Demokrat Partiyadan namizəddir. Qısa bir müddət bundan öncə tanış olduq və sözün həqiqi mənasında dəyərli və dəyərlərə sahib çıxan bir Azərbaycan xanımı ilə tanış olmaqdan böyük zövq aldım. Siyasəti siyasət, mədəniyyəti mədəniyyət, alicənablığı alicənablıq olan bu xanıməfəndimiz Azərbaycandan buraya gəlmədən öncə pedaqoji fəaiyyət və incəsənətlə məşğul olub. Özü ilə bərabər qardaş Türkiyəyə bütövlükdə Azərbaycan sevgisini, Azərbaycan sevdasını yığıb gətirb. Məhz elə ona görədir ki, həyat yoldaşı Adnan bəyin də “Azərbaycan” – deyəndə ürəyi köksündən çıxacaqmış kimi olur.
Azərbaycanı və azərbaycanlıları, xüsusən də vətəndaş olan aydın olan ziyalı xanımlarımızı Türkiyə siyasətində görmək çox gözəl duyöudur. Günay xanım bir ilki gerçəkləşdirdi və böyük bir cəsarət nümayiş etdirdi. Bizə isə uğur diləmək qalır. Davamlı olsun!!!
Oktay Hacımusalı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib.
-
Prezident Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib.
- Terefsiz.az xəbər verir ki, müxbirin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları barədə sualına cavabında Azərbaycan Prezidenti İlham Əliyev deyib:
-Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, – siz yəqin ki, onunla tanışsınız, – çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.
Müxbir: Çox sağ olun, cənab Prezident.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelada yaranmış vəziyyətlə bağlı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.
- ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelada yaranmış vəziyyətlə bağlı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.
Terefsiz.az xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Tramp həmçinin qeyd edib ki, ola bilər, Venesuela məsələsini Çin Xalq Respublikasının sədri Si Çzinpinlə də müzakirə etsin.
“Mən çox insanlarla danışacağam – ola bilər, prezident Putinlə, və ola bilər Çin “prezidenti” Si ilə”, – deyə Tramp qeyd edib.
MƏŞHUR QRUPUN SOLİSTİ VƏFAT ETDİ
- Britaniyalı musiqiçi Çarleri Rocer 56 yaşında vəfat edib.
Terefsiz.az xəbər verir ki, dünyaca məşhur “The Beat” qrupunun yaradıcısı olan Rocer uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Onun ölümü barədə “Facebook”da məlumat yayılıb. Bildirilir ki, müğənni 26 mart tarixində dünyasını dəyişib.
Qeyd edək ki, səhhətində yaranan problemə baxmayaraq o, cari ilin yanvarında albom buraxmışdı. Həmçinin, Rocer özünün bioqrafik romanını ərsəyə gətirib. Kitab yay aylarında nəşr olunacaq.
Bakıda keçiriləcək mötəbər turnirin müddəti uzadıldı
-
Bakıda keçiriləcək mötəbər turnirin müddəti uzadıldı
Gələn il Bakıda keçiriləcək karate üzrə Avropa çempionatının günü artırılıb.
Terefsiz.az xəbər verir ki, Avropa Karate Federasiyası gələn ildən etibarən qitə çempionatlarında mübarizə günlərinin sayında dəyişiklik edib.
Belə ki, bundan sonra qitə çempionatının günü dörd gündən beşə artırılıb. Əvvəl Bakıdakı Avropa çempionatının 2020-ci ilin martın 26-dan 29-dək keçirilməsi nəzərdə tutulmuşdu.
Bundan başqa, İsveçin 2021, Türkiyənin 2022, Rusiyanın 2023-cü ildə Avropa çempionatını keçirmək hüququ təsdiqlənib. Yeniyetmələr, gənclər və U-21-lərin Avropa çempionatı isə Finlandiya (2021), Çexiya (2022), Kipr (2023) və Gürcüstanda (2024) keçirilməsi qərara alınıb.
Qeyd edək ki, karate ilk dəfə Yaponiyanın paytaxtı Tokioda gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına daxil edilib. Lakin breykdans idman növünün 2024-cü ildə Fransanın paytaxtı Parisdəki Olimpiadaya salınması ilə karate proqramdan çıxarılıb.
İstinad: oxu.az
QADIN HAKİMİ YANDIRDILAR
QADIN HAKİMİ YANDIRDILAR
Argentinada oyun zamanı hakimin üzərinə qaynar su töküblər.
Terefsiz.Az xəbər verir ki, hadisə 6-cı liqanın “Marquesado” – “San Martin” oyununda baş verib. Matçın son dəqiqələrində tribunadan bir nəfər yan xətt hakimi Rozana Pasın üzərinə butulkadan qaynar su töküb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 46 yaşlı qadın hakim xəstəxayana aparılıb.
Olayla bağlı danışan Rozana Pas “Kürəyimdə istilik hiss etdim. Əsas hakimi yanıma çağırdım və kürəyimə baxmasını istədim. Birdən kürəyim yanmağa başladı. O, tez soyuq su tökdü. Həkimlər ağır yanıq xəsarəti aldığımı dedi. Bunu edənin qadın və ya kişi olmasının fərqi yoxdu. Qorxub geri çəkilməyəcəm və işimi davam etdirəcəm. Futbolda qadın olmaq çətidi, amma məni dayandıra bilməyəcəklər” deyib.
İsmayıl Abdullayev
Bir ana övlad üçün kimdir?
İnsan ana (ata) olmadan, övlad və onun təlim-tərbiyəsi haqqqında uzun-uzun nələrsə deyə bilməz. Desə belə, təcrübə olmadan dəqiqliyi və ciddiyə alınması mübahisəli məsələdir. Dərd orasıdır ki, bu gün bizim toplumda “kimdə nə yoxdursa ondan danışır” misalı hökm sürür. Efirlərə baxırıq, ailəsi olmayan ailədən, övladı olmayan uşaq tərbiyəsindən, səsi olmayan oktavalardan, ruhu olmayan şeirdən danışır, fikir irəli sürür. Toplum da bunu izləyir, dinləyir. Ayırd edənlər də var, təbii.
Statusu olmayan şəxslər müəyyən məsələlər haqqında fikir söyləyə bilməzmi? Əlbəttə, bilər. Amma bu insan valideyn, ailə başçısı statusuna müvəffəq olmamış olsa belə, ən azından yüksək dəyəri və bəşəri mülahizələr etmiş, bu qavramların praktikasına yiyələnməsə də, nəzəriyyəsinə ciddi bələd olan biri olmalıdır.
Bir ana övlad üçün kimdir?
Öncə bu sualı aydınlaşdıraq. Ana statusunda olan bir şəxs kimi yazıram. Öncəliklə, ana övlad üçün yolgöstərən, bilgi yanlış və doğruları hiss etdirən, anladan biridir. Kompasdır ana. Bundan sonra övladın öyrədicisidir. Sonrasında əyləncə dostu, oyun yoldaşıdır.
Ən nəhayət, ana övlad üçün sığınacağı limandır. Bütün şərtlərdə övlad anaya sığınır – bəzən əsəbiləşən, qışqıran, hətta şiddət göstərən ana olsa belə. Tərif verəsi olsaq, ANA, qarşılıqsız sevginin ətə-sümüyə bürünmüş halıdır!
Bir oğlan uşağının qələmindən belə bir cümlə oxumuşdum: ana, gözləntisi olmadan börək bişirən insandır!
Bir də belə bir durum mövzu bəhsidir. Bioloji ana olmadan ana olmaq mümkünmü? Əlbət, mümkün! Çünki qadına analıq duyğusu fitrətən verilmişdir. Doğmasına gərək yoxdur. Elə möhtəşəm analar tanıyıram ki, övladlıq götürüb ana olan. Öz övladı olsa, ancaq bu qədər sevə biləcək olan. Məsələnin kökü qadının doğması deyil, analıq hissini qavraması və o hissi özündə kəşf etməsidir. Məncə, ən müdhiş ana doğmadan ana ola bilməkdir. Bu, daha kəskin, daha özdür. Sırf duyğudur, başdan ayağa hissdir, instinktir. Özündən olmayan bir uşağa analıq etmək,bu statusu özünə təlqin edib, yüksəyə çatdırmaq qadınlıqdır!
Bəs bir övlada necə tərbiyə vermək, onu necə böyütmək sualı ətrafında heç düşünmüsünüz mü? Mən hər zaman düşünürəm, özümdəki əksikləri götür-qoy edirəm. Elə bu yazını da ona görə sizlərlə paylaşıram.
Mənə görə, bir ana övladının öncə insan olması, insan kimi yetişməsi uğrunda savaşmalıdır. Bu savaşda şiddət, qorxu, təhdid və təhqir əsla yer almamalı. Çünki uşağın şüuraltı, informasiya toplamağa və onu ömürlük olaraq orada cəmləşdirməyə meyillidir. Ona travma yaşatsanız, travma, sevgiylə həyat versəniz, sevgi, hüzur, təhdid və təhqirlə yanaşsanız, ömrü boyunca etdiklərinizi yaşayacaq və yaşadacaq. Bu toplumda nə qədər travmalı insanlar var. Onlar doğuşdan elə olmayıb. Ən böyük düşmən sevgi əksikliyidir. Hər daim övladınıza sevgi verməlisiniz. Sevginin açmadığı qapı, sağaltmadığı xəstəlik yoxdur.
Şiddət! Ən böyük insan fəlakəti. Əsla! Övladınıza şiddət uyqulamayın. Bu, onun sonrakı həyatında ən güclü təsirdir. İnsanlıq halı, əsəbiləşə və ona əsəbinizi hiss etdirə bilərsiniz. Amma sonrasında onu qırmış, incitmiş olsanız belə, üzr diləməli, bağışlanmağınızı istəməlisiniz. Amma əsla əlləriniz onlara qarşı qalxmamalı! Bunun təlafisi olmayacaq!
Yeri gəldiyində özünüz psixoloq və psixiatr yardımı almalısınız. Bundan özünüzü çəkindirməyin.
Övladınızla özünüz arasında sərhəd saxlamayın. Nə kimi? Onun sizə hər şey danışmaq, paylaşmaq istəyini artırın. Həyatındakı ən önəmli insanın valideyn olduğunu, ilk onunla məsləhətləşməli, bölüşməli olduğunun fərqində olmasını təmin edin. Belə olan halda həyatdakı yanılqıları azalacaq.
Güvən! Qarşılıqlı hiss edilməsi gərəkən duyğu. Onun sizə güvəndiyi qədər, siz də ona güvənməlisiniz və övladınız bunu bilməli. Bilməlidir ki, anası (atası) ona güvənir, gözüqapalı ona etibar edir. Və bu güvən hissi onda daim məsuliyyət yaradacaq.
Hər şey bir-birilə o qədər bağlıdır ki. Ana olmaq güvənmək və güvən verə bilməkdir həm də. Hara qədər gedə biləcəyini və harada dayanması gərəkdiyini bilmək və bildirməkdir. Siz nəsinizsə, övadınız da o olacaq. Siz nə qədərsinizsə, övladınız da o qədər olacaq.
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya
Koroğlumu korun oğlumu ?
Koroğlumu korun oğlumu ?
Ya olduğun kimi görün yada ki , göründüyün kimi ol.
İnsanın hər çətinlikdə fərqli sifətə girməsi, fikir dəyişdirməsi və bu dəyişikliyin pis olduğunu cəmiyyətin bildiyinin fərqində olmasına baxmayaraq arsızcasına fəaliyyət göstərməsi çox qəribədir.
Kimə və nəyə görə insan mənəvi dəyərlərini maddi dəyərlərinə qurban verməlidir axı?
Daha yaxşı yaşamaq üçün insan ideologiyasına necə xəyanət edə bilər ?
Bilirsinizmi istər Sosial şəbəkələrdə istərsə də qatıldığımız konfranslarda birilərinin gözünə girmək üçün sabah hardasa mənədə vəzifə verərlər düşüncəsi ilə özünü Milli, Dövlətçi göstərməyə çalışan lakin cəmiyyətin hafizəsində heç də sağlam biri kimi yer tutmayan yüzlərlə insan mövcuddur.
Millətçilik insanın canında, qanında, ruhunda olur. Müəyyən bir yerə gəlmək üçün Millətçilikdən tramplin kimi istifadə etməyə çalışanlar sözsüz ki, tarixin tozlu səhifələrində itəcəklər.
Bunu tam əminliklə deyə bilərəm ki, qurd libasına bürünmüş çaqqallar heç vaxt heç bir şeyə nail olmayacaqlar.
Sosial şəbəkələrdə yalandan canfəşanlıq edənləri də, əslində millətin dərdinə yanan insanları da müşahidə elədiyim zaman həmişə ağlıma bir əhvalat gəlir .
“Deməli günlərin bir günündə bir gənc Koroğlu olmaq həvəsinə düşür. Oturub dərindən fikirləşməyə başlayır, mən necə Koroğlu ola bilərəm. Özü də dərk edirdi ki, onda Koroğluda olan cəsarət yox idi. Əvvəl axır bu qərar gəlir ki nə qədər igidlik göstərsə də Atasının gözlərini çıxartmamış kimsə ona Koroğlu deməyəcək. Beləliklə düşüncəsini həyata keçirmək qərarı alır və Atasının gözlərini çıxardır. Bu hadisədən sonra hərkəs ona Koroğlu deyil də, məhz Korun oğlu deməyə başlayır.
Çünki əsil Koroğlu şəxsi mənafeyi naminə deyil haqsızlığa boyun bükmədiyi üçün və haqq mübarizəsində Atasının gözləri çıxarıldı deyə o adı aldı. Korun oğlu isə sırf ad-san qazansın deyə atasının gözlərini çıxartdı”
Vətənini sevən, Millət, Dövlət yolunda eşq ilə çalışan və hər zaman haqsızlığa qarşı çıxan insanlar Koroğlu, pul vəzifə, yaxşı həyat üçün ideologiyasına xəyanət edən insanlar isə Korun oğludurlar.
Mərdan Orucoğlu