Ev Blog Səhifə 1121

Şamaxının ucqar kəndlərinə qar yağıb

0
  • Bu gün gündüz saatlarında Şamaxının ucqar kəndlərinə qar yağıb.

    Terefsiz.az xəbər verir ki, qar yağan kəndlər Sis və Qaleybuğurd kəndləridir. Qar yağıntısı bir neçə saat davam etmişdir.

    Rahil Məmmədov

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş yekunlaşıb.

0

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək görüş yekunlaşıb. 

Terefsiz.az Trend – ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunub.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

Daha sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edir.

———-

14:22

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Terefsiz.az Trend – ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

Polkovnikin bir milyonluq dələduzluq işində adı keçən şəxsə HÖKM

0
  • Polkovnikin bir milyonluq dələduzluq işində adı keçən şəxsə HÖKM

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik Sahib Şükürovla birgə dələduzluq etməkdə təqsirləndirilən Qədir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Terefsiz.az xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Q.Sultanov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, S.Şükürov ümumilikdə bir milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.

    İttihama görə, o, İlqar Əliyevi işə düzəltmək, Xanımbacı İsmayılovanın isə qızı və nəvəsinin cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

    S.Şükürov məhkəmədə ifadə verərkən bildirib ki, pulu Q.Sultanova verib. Adı cinayət işində keçən Q.Sultanov daha sonra həbs edilib. Onun cinayət işi ayrıca icraata alınıb. Həmin şəxs də məhkəmə iclasında şahid qismində dindirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Xatırladaq ki, zərərçəkmiş X.İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub.

    Həmin şəxslər qohumları R.Salmanovun dörd milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstinad: oxu.az

Higuain millidən getdi!

0
  • Higuain millidən getdi!

    Çelsi”nin futbolçusu Qonzalo Hiquain Argentina millisindəki karyerasını başa vurub.
    Terefsiz.az-ın məlumatına görə, bu barədə 31 yaşlı hücumçu “Fox Sports”a açıqlamasında deyib: “Çox düşündüm və millidən getmək zamanının gəldiyinə qərar verdim”.

    Qeyd edək ki, Hiquain Argentina millisində 75 matçda 31 qol vurub.

Kenan İmirzalıoğlunun yaxınlarından şad xəbər

0
  • Aktyor Kenan İmirzalıoğlunun qardaşı Derviş İmirzalıoğlu ailə qurub.

    Terefsiz.az-ın məlumatına görə, o, 4 il əvvəl boşandığı Özge adlı xanımla nikah masasına oturub.

    İkilinin özəl gününə yaxınları və ailələri qatılıb.

    Toydan fotoları aktyorun həyat yoldaşı Sinem Kobal və Özge sosial mediada paylaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gəlib.

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Avstriya Respublikasına işgüzar səfərə gəlib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ilə görüşüb.te

Terefsiz.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.

Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Macarıstanın XİN başçısı Azərbaycana gəlir

0
  • Macarıstanın XİN başçısı Azərbaycana gəlir

    Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlir.

    ONA-nın xəbərinə görə, nazir Azərbaycanda bir sıra görüşlər keçirəcək.

    Səfər çərçivəsində P.Siyarto sabah ADA universitetində mühazirə ilə çıxış edəcək.

Bənövşə Mahmudqızı ilə səmimi müsahibə

0

Bugün ki müsahibimiz şairə, “Mahmudqızı” brendinin müəllifi, şair, psixopedaqoq, terefsiz.az saytının rəhbəri Bənövşə  Mahmudqızıdır. Bənövşə xanım, zəhmət olmasa özünüzü oxuyucularımıza təqdim edin.

Mən Bənövşə Mahmudqızı, psixo-pedaqoq, yəni, həm uşaq psixoloqu, həm də uşaq pedoqoqu mütəxəssisi sayılsam da, özümü mütəxəssis adlandırmıram. Ancaq ixtisasım bu yöndərir və şairə, söylədiyiniz kimi “Mahmudqızı” brendinin ideya müəllifi və rəhbəri, 1994-cü ildə payız aylarından biri sayılan Noyabrda dünyaya gəlmişəm. 102 saylı tam orta məktəbi bitirmişəm. Uşaq vaxtından incəsənətə marağım olub, incəsənətin bir çox sahələrinə bacarığım var, bu bacarıqlara aktrisalıq, qiraət, şeir yazmaq, rəqs etmək, əməklə bağlı tikişlərim, eləcə də rəsm qabiliyyətim də var. Bunların arasında itib, getməyən ən çox şeir və ədəbiyyatla bağlıdır. Nəzm və ya nəsr, aralarında heç bir fərq qoymuram. Nəsrə yeni başlasam da, nəzmə lap uşaq vaxtından başlamışam. Onu da qeyd edə bilərəm ki digər sahələri inkişaf etdirə bilmədim. ( səbəb isə ailəmin buna imkan verməməsiydi ) Onu da bildirim ki ailədə beş nəfərik, atam, anam və məndən başqa iki bacım var və bacıların böyüyüyəm, bacılarım da incəsənət sahəsində bacarıqlıdırlar, onlar məndən fərqli olaraq, yollarını davam etdirmirlər. Mən bəli, indi sadaladıqlarımın hamısını bacarsam da, artıq uzun müddət məşğul olmadığımdan unudulmağa başlayıb. Məsələn, tikiş tikməyi çoxdan  unutmağa başlasam da, uşaq vaxtı, 4, 5-ci sinifdə oxuyanda əl işlərim məktəb üzrə sərgilərə qoyulurdu. Bundan savayı yaxşı rəsm çəkmək qabiliyyətim olsa da, bu aralar zəifləyib. Çünki çoxdandır  müəyən bir zaman çərçivəsində tərgitmişəm.
Şeir mənim üçün elə bir şeydir ki, nə zaman “gəlsə” yazıram deyə, zaman onu özü-özlüyündə inkişaf etdirdi. Həmçinin, bu arada sadaladığım qabiliyyətlərdən biri olan rəqsi çox sevirəm. Mənim üçün rəqs təkcə əyləncə yox, başqa bir dünyadır.

Siz şeir dediz. İlk şeirinizi nə vaxt yazmısız?

İlk şeirimi yazmamışam, çünki yazacaq yaşda deyildim. 4-5 yaşlarında öz-özümə qoşma, bayatı tipli şeirlər qoşardım. İlk şeirim nənəmə aid olub. Mən bunu xatırlamıram, düzünü desəm. Bibibim mənə bu haqda danışır. Məktəbə gedib, əlimə qələm almağa başlayandan sonra yazmağa başladım. Yazdığım şeirlərdən ilk çap olunanı məktəb qəzeti olan “Şəkər villası ” nda çap olunub. Amma bu yerdə də yaddaşım məni yanıldır. Xatırlamıram hansı şeirim idi, adı nə idi, ancaq dəqiq bildiyim odur ki o qəzetdə çap olunub. (müsahibim gülür)

Sizin ailəniz bu şeiriyyata, nəzmə, nəsrə marağınızı dəstəkləyirlər? Sualı daha dəqiqləşdirsəm, yəni ailəniz sizə təzyiqmi edir, ya əksinə kömək edirlər?

Ailəm, çox qayğıkeş, diqqətcil ailədir. Mənim təhsilimə, savadlanmağıma, önəm verib, diqqət yetiriblər. Lakin atam mənim və bacılarımın incəsənətdə olmağını istəməyib. Təhsildə və digər məsələlərdə də məni dəstəkləsə də, sənət məsələsində qətiyyən dəstəkləməyib. Mənim incəsənətin digər qollarında yadırğamağımda rolu olub. Çünki uşaq vaxtı rəsm çəkəndə, gəlib albomumu əlimdən alırdı ki “get, dərslərini oxu”, tikiş tikəndə “sağanaq” adlandırılan alət var, bu alət naxışların vurulmasında və parçanın səmtinin saxlanmasında yardım edən alətdir ki, onu əlimdən alırdı. İcazə vermirdi məşğul olmağa. Yəni, məşğul olmadıqca, bacardığım şeylərdə yadırğamağa başladım. Bayaq vurğuladığım kimi rəsm çəkmək bacarığım olduğundan, “Mahmudqızı” brendinin yaranması bu istedadıma qayıtmağa və onu inkişaf etdirməyə təkan oldu. Çünki o brendin əsas məğzi rəssamlıq üzərində qurulub.
Şeiriyyata gəlincə, sözün düzü, on yeddi yaşıma qədər atam həmişə deyirdi ki, boş –  boş şeylərdi, nəyinə lazımdır, yazma. Ancaq ziyalı insanların mənim şeirlərimə göstərdikləri diqqəti görüb, atam fəxr etməyə başladı və on yeddi yaşımda, doğum günümə hədiyyə olaraq, atam şeirlərimdən ibarət kitab nəşr etdirdi.

Siz bayaq “Mahmudqızı” brendini vurğuladız, siz bildirdiz ki, brendin ideya müəllifi və təsisçisiz. Bu brend necə yarandı, ağlınıza necə gəldi ki belə bir brend yaradasınız? Brendin əsas mövzusu nədir, məğzi nədir. Bu haqda danışardınız.

Brendin əsas mövzusu kreativlik, şablonluqdan uzaq, yaradıcılıq və əl işləridir. Kişi, qadın, uşaq – bunlar heç biri fərq etmir. Bütün yaş və cins kateqoriyaları nəzərə alınır. Çantalar üzərində rəsm boyaları ilə çəkilmiş hər bir insanın zövqünə uyğun ola biləcək rəsm əsərləri təsviri işimizin əsasıdır.
Mahmudqızı brendinin əsas yaranma səbəbi dünyada ən çox sevdiyim şəxs olan atam həyatımda önəmli yer tutduğundan brendə onun adını vermişəm. Atam sadə bir bərbər olsa da, övladlarına göstərdiyi diqqət, qayğı və verdiyi sevgi, hətta deyərdim bəzi mənəm-mənəm deyən atalardan mənim üçün daha üstün olması onun adının brenddə əbədiləşdirilməsini istədim. Bu səbəbdən də belə bir brend yaratmağı düşündüm və o brend də elə bilə, sıradan bir brend olmasın. Bütün diqqət və maraqları üzərində toplaya bilsin. Onu da deyim ki, brendi yaratdığım qısa zaman ərzində buna nail ola bildim. Belə bir brendi ayaqda tutmaq və davam etdirmək üçün mütləq ki bir kapital lazımdır. Hələ ki belə bir kapitalım yoxdur, ancaq çalışıram ki, belə bir imkanı özüm üçün yaradım. Brendimi inkişaf etdirməyi və işlərimi öz axarına qoymağa çalışıram və məncə, bu məndə alınır.

Sizin yazdığınız nəsr və nəzm əsərlər sizin təxəyyülünüzün məhsuludur, yoxsa sizin və ya ətrafınızda olan insanların başına gələn hadisələrdir?

Mən uşaqlıqdan təxəyyülü geniş uşaq olsam da, yazdıqlarım nəzm və nəsr, fərqi yoxdur, hər zaman real hadisələrə əsaslanıb. İstər öz başıma gələn olsun, istər müşahidə etdiklərim olsun, onu da deyim ki mən çox güclü müşahidəçilik qabiliyyətinə malikəm və onu da deməliyəm ki, elə müşahidələrim olub ki, onu öz üzərimdə baş verirmiş kimi hiss etmişəm və buna görə həmin mövzuya dair hər hansı bir əsəri ortaya çıxarda bilmişəm.

Sizə bir sual da verim. Deyirlər insanların məqsədləri ilə imkanları üst-üstə düşməlidir. Bəs sizin məqsədləriniz ilə imkanlarınız üst-üstə düşürmü? Əgər üst-üstə düşmürsə, düşməsi üçün siz nələr edirsiniz?

Məqsədlərim və imkanlarım üst-üstə düşür. O baxımdan deyirəm ki mənəvi və potensial baxımdan uzlaşır. Sadəcə olaraq, bir az maddiyyatda çətinlik çəkirəm. O isə qazanılmayacaq bir şey deyil. Hər şey üçün zaman lazımdır və əlimdən gəldiyi qədər nəyəsə nail olmağa çalışıram.

Siz bir çox məşğuliyyətlərinizi sadaladız – rəqs, rəsm, şeiriyyat. Siz mütəmadi olaraq, nəylə məşğul olursunuz və hobbinizin əsas hissəsini nə təşkil edir? Yəni ki boş vaxtınızda nə etməyi sevirsiniz. O anlaşıldı ki ilham pəriniz gəlir, siz şeir yazırsınız, amma bundan savayı siz boş vaxtınızda nə edirsiniz və bu sizə xüsusi bir zövq verir?

Mənim həm hobbim, həm zövq verən məşğuliyyətim, hətta deyərdim hobbidən artıq olan bir şey gəzintidir. Uzun yolları ayaqla qətt etmək və əsasən, belə gəzintiləri gün batdıqdan sonra, gün çıxana kimi həyata keçirməyi sevirəm. Çox sevirəm gəzintiləri. Gəzintini tək olanda da, yaxud yanımda kimsə olduğu halda belə həyata keçirmək mənə xüsusi zövq verir. Belə gəzintələr mənə az şey qazandırmır. Yəni, dostum da olsa, tanışım da olsa, hətta yad adam da olsa yanımda yol yoldaşı olur deyə, onu tanımaq imkanın çox olur.

Bildiyim qədəriylə yaxın zamanda öz əsərlərinizdən ibarət kitab nəşr etdirməyi düşünürsünüz. Bu haqda məlumatlandırardınız bizi.

Yaxın zamanda, Allah izniylə kitab nəşr etdirmək fikrim var. Bu sayca mənim ikinci kitabım olacaq. Birinci kitabım “ Bənövşə sevgisi ” adlanır. Qarışıq mövzulu şeirlər toplusundan ibarət idi. Yeni nəşr etdirəcəyəm kitab da qarışıq nəsr və nəzm əsərləri olacaq, ancaq əvvəlki kitabdan bircə şeylə fərqlənəcək ki, bu kitabım nəşrinin xüsusi məqsədi, yönləndirilməsi, həsr edilmə istiqaməti olacaq. Kitabın əsas mövzusu təcavüzə uğramış uşaqlarla bağlı olacaq. Mən sosial şeirlər və hekayələr çox yazıram. Uşaqlar mənim ən həssas nöqtəmdir. Bu məsələdən irəli gəlir ki, kitabın əsas səmtini təcavüzə uğramış bir uşağın dilindən yazdığım uşağın adıyla adlandırmaq istəyirəm. Ona görədə həmin kitabı bütün təcavüzə uğramış uşaqlara həsr etmək istəyirəm.

Çox ağır mövzuya toxunursuz. Məncə, cəmiyyət üçün də ağır olacaq bir kitab olacaqdır.

Azərbaycanda nəyi ilk etmək istəyən qadın, yaxud şəxs olmaq istərdin. Nəin ki Azərbaycanda, lap dünyada belə nəyi edən insan kimi tarixə düşmək istərdiniz? Sizcə bu nə ola bilərdi, nə etmək istərdiniz. Ümumən belə bir istəyiniz varmı?

Mən indiyə qədər etdiklərimlə, istər yazdıqlarım olsun, istərsə də başqa işlər olsun. Onları məşhurlaşmaq, tanınmaq, insanlar tərəfindən barmaqla görsədilmək üçün, ən çox sevilən, yaxud ən çox nifrət edilən adam olmaq üçün etməmişəm. Mənim etdiklərimin səbəbi dünyaya faydalı olmaqdır. Bu istiqamətdə bunun üçün çalışıram. Mən varlı olmaq istəyirəm. Məncə, çox insan varlı olmaq istəyir. Ancaq mənim varlı olmaq istəyimin bir istiqaməti də var ki, nəyin ki Azərbaycanda, əlim yetəcək hər yerdə qadınlara, uşaqlara, evi-eşiyi olmayan, həqiqətən ehtiyacı olan insanlara yardım edim. Bunların içində mənim üçün ən önəmli olan uşaqlar üçün sığınacaq açmaqdır və indi elə bir dövrdür ki, yaxşılıq belə etmək üçün pulu olması gərəkdir ki, müəyyən şeylər maneə olmasın, ürəyin istədiyi kimi, qidalanmasında, təhsilində ehtiyac olan hər şeyi verə biləsən. Mən bu fikrimi ən yaxşısı bir cümləylə ifadə edim. Mən istəyirəm ki, ehtiyacı olan uşaqların anası kimi olum və bu dünyaya mənəvi və fiziki sağlam insanlar qazandırım.

Bu qədər səmimi bir söhbət üçün, belə bir müsahibə üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl fikirlərin müəllifisiniz. Sizə gələcək işlərinizdə bol şanslar diləyirəm. Yeni müsahibələrdə görüşənədək.

  • Sizinlə birliktə Xanım Əliyeva idi.

Azərbaycanlı idmançının Yaponiyadakı uğuru

0

Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə seminarlar keçirilib.

Terefsiz.az xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu tədbirlərindən olan təhsil proqramında müxtəlif ölkələrdən məşqçilər iştirak ediblər.

Onlar bir ay müddətində Yaponiyanın tanınmış cüdo mütəxəssislərinin rəhbərliyi ilə təşkil olunan seminarlarda bu idman növünün sirlərinə daha yaxından yiyələniblər.

Seminarda ölkəmizi Rafael Şahverdiyev təmsil edib. Məşqçimizə Beynəlxalq Cüdo Təhsili Proqramının diplomu verilib.

R.Şahverdiyevə diplomu Yaponiya Cüdo Federasiyasının prezidenti Yamashita Yasuhiro təqdim edib. Təmsilçimiz öz növbəsində mötəbər tədbirdə iştirak etdiyi üçün federasiyaya təşəkkürünü bildirib:

“Mənə bu şəraiti yaratmaqda, ölkəmizə Yaponiyadan təhsil diplomunu gətirməkdə kömək göstərən Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Azərbaycanı burada təmsil etmək mənim üçün çox qürurverici idi”.

İstinad: oxu.az

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

0

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Binəqədi və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar qaz təchizatına məhdudiyyət qoyulacaq.

Belə ki, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının,eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq