Ev Blog Səhifə 1124

“Xorvatlar şoka düşdülər ki, Azərbaycan bizə qol vurub” — Sənan Şəfizadə

0

 

“Oyundan əvvəl yerli azarkeşlər bizə “5-6” göstərirdilər. Demək istəyirdilər ki, yenə sizə 5, 6 qol vuracağıq”.

Terefsiz.az xəbər verir ki, bu sözləri  ATV kanalının idman aparıcısı Sənan Şəfizadə “Yeni Sabah”a AÇ-2020-nin seçmə mərhələsində keçirilən Xorvatiya – Azərbaycan (2:1) oyunu haqqında danışarkən deyib.

O, xorvatların komandamızdan bu qolu gözləmədiyini bildirib:

“Nəzərə alsaq ki, ötən rəsmi oyunlarda komanda ümidləri doğrultmamışdı, buna görə də əksəriyyət komandamızdan yaxşı nəticə gözləmirdi. Xorvatiya dünya çempionatında 2-ci yer tutan komandadır, çox güclü heyəti var. Oyundan gözləntimiz çox az idi, amma oyun göstərdi ki, Yurçeviç rəqibi çox yaxşı tanıyır, onları çox yaxşı təhlil edib. Real qol imkanları yaratdıq. 1-ci epizodda şansımız oldu, alınmadı. Lakin 2-ci epizodda Ramil Şeydayev gözəl qol vurdu. Bəlkə, başqa futbolçumuz olsaydı, bu şansdan yararlana bilməzdi, amma Şeydayev fərdi ustalıq göstərdi. Bu qoldan sonra stadionda çox fərqli anlar yaşandı. Xorvatlar şoka düşmüşdü ki, Azərbaycan bizə qol vurub. Çünki oyundan əvvəl yerli azarkeşlər bizə “5, 6″ göstərirdi. Yəni, sizə yenə 5, 6 qol vuracağıq demək istəyirdilər”.

Aparıcı xorvatların oyununu da dəyərləndirib:

“0:1 hesablı nəticədən sonra rəqib özünə gəlməyə başladı. Çətinlik çəkmədən 2 qol vurdular. Deyə bilərəm ki, xorvatlar bizimlə oyunda bütün potensialını göstərmədi. Çünki Luko Modriçə İspaniyadakı oyunlar daha vacibdir, nəinki seçmə mərhələ”.

S.Şəfizadə milli komandada potensiallı futbolçuların az olduğunu və qrupdan çıxacaq şanslı komandalar sırasında olmadığımızı söyləyib:

“Yığmamızın oyunu haqqında nəsə demək tezdir. Yurçeviçin işi çox çətindir. Çünki komandamızda potensiallı futbolçular azdır. Səlahət Ağayev ilk dəfə olaraq diqqəti cəlb etmişdi. Start heyətdə yer almışdı, həyəcanlı idi, müəyyən epizodlarda çaşırdı, səhvləri olurdu. Səlahətə bir neçə oyun şans vermək lazımdır ki, ümidləri doğrultsun.

Məncə, ümumilikdə qrupdan çıxacaq şanslı komandalar sırasında deyilik. Çünki qrupda güclü komandalar çoxdur. Mənə elə gəlir ki, məsələnin əsası iyun ayında Bakıda keçiriləcək rəsmi oyunlar zamanı bəlli olacaq. Qrupdan çıxmaq istəyiriksə, xal deyil, xallar qazanmalıyıq.

Azarkeşlər arasında ümidsizlik o qədər idi ki, heç olmazsa, baxımlı oyun istəyirdilər, müəyyən mənada komanda nəsə etməyə çalışdı. Daha yaxşı nəticə üçün isə zaman lazımdır. Çünki bizim nə Modriçimiz var, nə Rakitiçimiz var. Açıq danışaq ki, oyunçularımız çox zəifdir. Bununla belə milliyə inanırıq və hər zaman komandamızın yanındayıq”.

“Azərbaycandakı ticarət mərkəzi və bazarları sığortalamaq mümkün deyil” — Sığorta eksperti

0

“Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girb məsuliyyəti öz üzərinə götürməz”.

Terefsiz.az  xəbər verir ki, bunu “Ölkə.az”a açıqlamasında sığorta eksperti Xəyal Məmmədxanlı deyib.

Onun sözlərinə görə, birincisi, ildə ticarət mərkəzlərində bir neçə dəfə yanğın olur:

“Digər tərəfdən ticarət obyektlərində yanğın təhlükəsizliyi sıfır vəziyyətindədir. Yanğın təhlükəsizliyinə riayət olunmur”.

O, əlavə edib ki, belə olan halda sığorta şirkəti xeyriyyə qurumu deyil, kimsə hansısa bədbəxt hadisəyə görə ziyan çəkdiyi üçün ona kompensasiya versin: “Sığorta şirkətləri normal risk idarəetməsini həyata keçirirlər”.

Ekspert deyib ki, sığorta məsələsi ancaq vətəndaşın belə bədbəxt hadisələr baş verən zaman yadına düşür:

“Vətəndaş başa düşməlidir ki, belə hallarda yeganə kompensasiya vasitəsi sığortadır. Ancaq kütləvi ticarət mərkəzlərinin sığortasını heç kim etməkdə maraqlı deyil. Çünki, o yerlərdə risk olduqca böyükdür, heç bir təhlükəsizlik qaydalarına əməl edilmir. Yəqin ki, binanın sığortası olub. Ən azından FHN bina tikiləndə icbari sığortanı tələb edir. Amma şübhə etmirəm ki, bina sahibləri də sadəcə formal olaraq şəhadətnamə alıblar. Kiçik məbləğə sığortalayıblar ki, kağızı FHN-ə göstərsinlər. Guya bina sığortalanıb. Vətəndaşların özlərinə gəldikdə isə 99 %-inmalları sığortasızdır”.

O, bildirb ki, səbəb isə insanlarımızın səhlənkarlılğındadır:

“Gedib qapılarını döyürsən ki, 50 manat ödə, 25 000 manata evini sığortala, birdən hadisə olar. Əksəriyyəti deyir ki,əşi Allah kərimdir, heç nə olmaz”.

“Diqlas” T/M-əki yanğına gəldikdə isə ekspert deyib ki, burada başqa bir problem də orada satılan malların rəsmi uçotunun olmaması ilə bağlıdır:
“Heç istəsən belə, onların mağazadakı mallarını sığortalamaq mümkün deyil. Ona görə ki, heç birinin rəsmi uçotu yoxdur. Rəsmi uçot olmadığından yanğın və ya başqa hadisə baş verəndə orada nə qədər malın olduğunu müəyyən etmək mümkün deyil. Nə qədər mal olub. Və ən əsası qiyməti nə qədər olub”.

Ekspert hesab edir ki, “Binə”, “Sədərək” və digər böyük ticarət mərkəzlərində də vəziyyət eyni ilə belədir:

“Bu obyektlərdə heç bir texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir. İnsanlar ən kustar üsulla hazırlanmış sobalardan və texnikalardan istifadə edirlər.

Heç bir əməkdaş adi yanğın təhlükəsizliyi təlimatını bilmir. O baxımdan ticarət obyektlərindəki problem ciddidir. Ona görə də insanlarımız məsuliyyət hiss edib, bu məsələlərə həssas yanaşmalıdır”.

Ekspert bildirib ki, FHN bir az ciddi nəzarət edən kimi hamı şikayət edərək, onları çörək pulu qazanmağa imkan verməməkdə ittiham etməyə başlayır:

“Ancaq sahibkar öz malına, mülkünə məsuliyyət hiss etməlidir. Dövlət gəlib onların malını qorumalı deyil axı? Siz təsəvvür edin “Sədərək” və “Binə “ ticarət mərkəzlərininin hərəsindi gün ərzində 200-300 min insan olur. Orada hansı təhlükəsizlikdən danışmaq olar. Bu yerlərdə hər şey taleyin ümidinə qalıb. Halbuki insanların kütləvi toplandıqları yerlərdə çox ciddi nəzarət olmalıdır”.

O, qeyd edib ki, ona görə də obyektlərdə yanğın təhlükəsizliyi standartlarına riayət olunmalı, malların rəsmi uçotu aparılmalı, şəffaflıq təmin edilərək rəsmi fəaliyyət həyata keçirməlidirlər. Sığorta şirkəti malları sığortalayanda gərək siz ona rəsmi siyahı təqdim edəsiniz ki, dükanda nə var və bunun maya dəyəri nə qədərdir.

Bunu çox az sahibkar təqdim edə bilər, qalanları çemadan ticarəti edirlər. Bu olmadığından belə hadisələr ortaya çıxanda ciddi problemlər yaşanır”.

 

 

Güney Azərbaycanda təbii fəlakət!

0


Aparma Sel Saraları Pənah tapmır balaları
Gedib diyən də olmadı Xan Çobana Apardı sellər Saranı Xan çoban qucağın açmışdır Selə bəlkə Sara amanda qaldı amma boğdu zalım Sel Xanıda_Saramıda
Türkəmən elim Yaralıdır Təbrizimdən Aralıdır.

Bayramımız yasa döndü...

Üç – dörd gün bayrama qalan hər kəs öz ailəsini aparar bazara, bayram paltarı almaq üçün uşaqlar bayramı gözlər ki, bayram gələcək bayramın şənliyi bir başqadır. Adı da başqadır bizdə. Uşaqkən gözləyərdik bu bayram çıxmadan qabağımızdakı bayramın gəlməsin güdərdik.

Novruz bayramı ərəfəsində əlimizə ağır sel düşdü… 

Bu yağıntılar dağ basdı ürəyimizə . Türkmən elimizi sel apardı Aq qalamı sel apardı amma iran tehran merkezi hüküməti bu konunu ört basdır etməkdədir. Bu xəbər sadəcə sanal mediadan yayımlaqdadır. Bunu yayanlar da sadəcə Güney Azərbaycan xalqı yanı Təbriz, Qaradağ, Urmu, Zənqan, Ərdəbil və belə deməliyik ki, İran adlı coğrafiyada yaşayan bütün Türklər bu məsələ hələ Tehran mərkəzi hükümət tərəfindən və fars faşizmi tərəfindən  boykot olmaqdadır. Amma bu boykotlara o rəğmən Güney Azərbaycanın bütün şəhərlərindən, kəndlərindən Türkmən elinə dəstək gedir. Hərənin nəyə gücü çatırsa, alıb göndərirlər. Bayram gəlir il təhvil olur, amma hələdə dövlət işçilərindən xəbər yox.Türkmən bölgəsindəki dövlət sorumluları sued dən finlandan baş çııxardır ki, bayram tətillərin bir ay qabaqcadan başlayıb əylənməyə gediblər. Bu arada İranın xaricdə olan fars faşizminin çalışqanları da bu movzunu boykot etməyə çalışırlar və elə göstərirlər ki, orda heç nə baş verməyib, sadəcə biraz yağış çox yağıb buna baxmayaraq ki, neçələri anasız və anaların körpələrini seldə əldən verməyiblər. Bu gün bayramdan 6 gün gedir yəni, sel on gündür üz verib, on gün keçəndən sonra hələ təzə başa düşüblər ki, ərteş qüvəsini yardım üçün Türkəmənə göndərələr. Bu arada bizlər və bütün xalq özgürcə yəni dövlətə heç bir bağlılıq olmadan, şəxsi məkanlarda xiyabanlarda çadır qurub, Türkmən xalqına dəstək toplayırıq. Amma dövlət tərəfindən gəlib bizi təhdid edib, məkanı bağlayırlar . Burası təəccüblüdür ki, fars faşizm dövləti yardım etmir, heç şəxsləri də yardım etməyə qoymur. Güney Azərbaycandan Səslənirəm Dünyanın hər bir yanında bir məzlum Türk Milləti varsa biz ona dəstəyik! Buna baxmayaraq ki, indilik özümüz dustaqdayıq, İran adlı dustaqda…


Türkün Türkdən Başqa dostu yox!

 

Qandaş Cahangiri

Azərbaycanlı yazıçı Fransaya dəvət aldı.

0

Strazburq Universiteti filologiya fakültəsinin dekanı Jan-Pol Meyerin Fransada təqdimatı keçirilən “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabına salınmış hekayəm haqqında yüksək fikirlər söyləməsi öz nəticəsini verdi; Fransadan romanlarım üçün dəvət gəldi. Müsbət rəy alsam, orda çap olunacam.

İnamlıyam!

Şərif Ağayar adlı azərbaycanlı yazıçı Facebook sosial şəbəkəsi üzərindən Fransadan dəvət olduğu xəbərini oxucularına və izləyicilərinə belə çatdırıb. Hörmətli Sərif Ağayar, Tərəfsiz.az saytı olaraq, sizi təbrik edirik.

Birliktə rasional cəmiyyətə doğru

0

Birliktə, rasional cəmiyyətə doğru

Hər bir fərdin ideoloji, siyasi və dini görüşünün fərqliliyi ölkədə sivil mübarizəni sağlamlaşdıran amillərin başında gəlir. Hər kəsin eyni fikirdə olduğu cəmiyyətdə mübarizə düşüncəsi məhv olacaq və prinsip etibarilə cəmiyyətin inkişafı azalacaqdır. Əlbəttə ki, mübarizə aparmaq dediyim zaman sağlam mübarizəni nəzərdə tuturam. Təhqirə yol vermədən, milli, dini, ailəvi, ideoloji və siyasi dəyərlərə toxunmadan aparılan mübarizəni.

Fərdlərin ən təbii haqqı təmsil elədikləri topluluğun təbliğatını aparmalarıdır. Təbliğat zamanı diqqət edilməsi gərəkən nüanslardan biri və belə deyərdim ki, ən başlıca olanı isə görüşünə əks olan görüşə maksimum dərəcədə hörmət etməyindir .” Vətən xainləri istisna olmaqla”

Beləliklə, bizlər belə olduğumuz müddətdə birliktə, rasional cəmiyyətə doğru irəliləyirik. Mübarizəmiz Dövlətçilik maraqlarımızın naminə vahid düşmənə qarşı aparılmalıdır. Bir millətçi müharibə zamanı sırf millətçilər üçün savaşmaz. O bütövlükdə Azərbaycan üçün savaşır və bu yolda gərəkdiyi zaman canını ortaya qoyur.
Biz şəxslərin hər daim ideologiyalarının inkişafında böyük xidmətləri olduğunun,  amma ideologiyaların şəxslərdən daima yüksək olması prinsipi ilə çalışırıq.
Mübarizəmizi heç vaxt şəxsi mənafeyimiz üzərində deyil, yalnız ideoloji zəmində aparmışıq və bu daima belə olacaqdır.
Görüşlərin fərqliliyi ideologiyaların inkişafına əvəzsiz xidmət edir.

Milli – mənəvi dəyərlərə hörmət etdiyi müddətcə, dövlətimizin ərazi bütövlüyünün əksinə çağırışlar etmədikcə, başqa bir ölkəyə müstəmləkə olmaq istəmədikcə bir liberal, ateist, müsəlman, xristian, sol görüşlü biri heçbir zaman bizlər üçün təhlükə obyektinə çevrilmir.

Mənim üçün xoşdur cəmiyyətdə insanların ideoloji görüş bildirməsi. Ən azından ideologiya nədir bilən və özünü tapdığı ideologiyanı təbliğ edən gənclik var.
Dünyada var olan hər bir şeyin əksi yəni inkarı vardır.

Məsələn, yaxşı-pis, ağ-qara, dindar-dinsiz , iqtidar-müxalifət və başqaları.
Millətini, dövlətini sevməyin və vətənpərvər olmağın əksi isə vətən xainliyidir.

Mərdan Orucoğlu

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor karyerasını başa vurub.

0

Yüngül çəkidə Absolyut Döyüş Çempionatı (UFC) versiyası üzrə sabiq dünya çempionu, irlandiyalı Konor MakQreqor karyerasını başa vurub.

Terefsiz.az xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. 30 yaşlı sabiq dünya çempionu “Twitter” səhifəsində məlumat verib:

“Dostlar, kiçik bir elanım var. Bu gündən etibarən MMA karyeramı bitirdiyimi açıqlayıram. Məsləkdaşlarıma qarşıdakı mücadilələrdə uğurlar arzulayıram”.

  • Qeyd edək ki, Konor son döyüşündə rusiyalı döyüşçü Həbib Nurməhəmmədova uduzub.

Gənc jurnalistin ” Diqlas ” ticarət mərkəzində baş vermiş yanğınla bağlı üsyanı

0
  • Bu günki yanğından nə qədər səbr elədim ki, yazmayım yenə də sakit dura bilmədim!!! Yazacam!!! İnciyirlər, CƏHƏNNƏMƏ incisinlər!!!

    Başa düşdük hadisədir, oldu! Hamının başına gələ bilər, heç kim sığortanmayıb. Lakin diqqətimi çəkən bəzi insanların , əlxüsus da jurnalistlərin davranışları idi. Yəni bu qədər də vecsiz olmaq olarmı? Yazıq insanların pis vəziyyətdə olduğunu görə – görə belə sevincli şəkillər çəkdirib paylaşmaq olarmı?

    Hanı vicdan? Hanı şərəf?

    Sinənizə döyüb mən jurnalistəm deməklə jurnalist olunmur!!! Jurnalistika əlində mikrofon tutub hansısa qurumun TULA sı olmaq demək deyil !!! Bayramlarda hədiyyə gözləmək deyil, dilənçilik edib kimdənsə 50, 100 manat alıb yalandan tərif vurmaq deyil !!! Müğənnilərin soyunmağın manşet etmək deyil jurnalistika!!! Hanı bir normal xəbəriniz? Orda olan 90 % jurnalistin hazırladığı xəbərdə öz cümləsi belə yox idi. Hamısı qurumdan deyilən məlumatın eynisi idi. Bəs harda qaldı sizin işiniz? Sizin qələminiz? Yazınız!!! Yazmırsan , yazma. Cəhənnəmə yaz! Başı bədəndə gəzdirməklə deyil ki. Əgər o baş ancaq yaltaqlığa işləyirsə, kəs onu at ! Bax sizin kimilərə görə jurnalistika bu gündədir!

    Dükanı yandı ! Evinə çörək apara bilməyəcək! Dükanda işçilər vardı! Onlar da qaldı ac, çarəsiz! Evini satıb işə başlayanlar var idi, qaldılar qara gündə! Onların qara günündə siz belə edəndə biz kimdən nə gözləyək?! Bax, buna görə də bu gündəyik! Xain, əclaf insanlar elə öz içimizdədir! İnciyənlər, CƏHƏNNƏMƏ incisin!!!

    Şəkillər bu günki yanğın zamanı çəkilib!!!
    Bir şəkildə yanğın olduğunu eşidib xəbər arxasıyca qaçan “jurnalist” lə FHN-nin mətbuat katibi. Yəni bir yanğın xəbəri bu qədərmi təbəssüm yaradar insan üzündə?! Yəni başqasının pis gününə, pis vəziyyətdə olmasına bu qədərmi sevinər bir insan ? Yəni bu zaman şəkil çəkdirməyə vaxt tapıldı? Axı jurnalist orada xəbər arxasıyca qaçmalıdı, kadr tutmalıdı, qeyri adı yanaşması olmalı idi oradakı “jurnalistlərin”. Hanı sizin işiniz? İşinizi görə bilmirsinizsə heç olmasa vicdanınız hanı? O da yandı kül oldu?

    Yanğında kimlərsə gələcək həyatını , kimlərsə övladının təhsilini, kimlərsə də xəstəsini yandırdı. Kimlər evsiz qaldı, kimlər işsiz! Axı bu halda necə üzdə təbəssüm şəkil çəkdirib sevinərək paylaşmaq olar?!

    Hanı qürür? Hanı şərəf?!

 

Bu pafoslu fikirləri gənc jurnalist Xanlar Mehdiyev bildirib. O, həmkarlarına facebook sosial internet şəbəkəsindən bu yazı ilə narahatlıq və narazılığını çatdırıb.

Səhiyyə Nazirliyi: Ticarət mərkəzindəki yanğınla bağlı iki sahibkarın səhhəti pisləşib

0

Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı iki sahibkarın səhhəti pisləşib.

Terefsiz.az – a bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.

O deyib ki, hadisə yerinə göndərilən təcili tibbi yardım briqadaları daha 4 nəfərə ilkin tibbi yardım göstərib:

“Onlardan 2 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, iki nəfər isə sahibkardır. Malları yanan sahibkarlardan ikisinin səhhətində problem yaranıb və təcili tibbi yardım briqadası dərhal həmin şəxslərə yerində yardım göstərib. Bir FHN əməkdaşı isə sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib”.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində “Diqlas” Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib. Yanğın davam edir.

 

Bakıda Ticarət Mərkəzində yanğın

0

Diqlas Ticarət Mərkəzi yanır.

Terefsiz.az xəbər verir ki, Bakıda 8-ci kilometr qəsəbəsində yerləşən Diqlas ticarət mərkəzində yanğın baş verib. Yanğın söndürənlər hadisə yerindədir. Hələlik yanğının səbəbi məlum deyil.

Aprel ayından müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

0

Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

terefsiz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.

Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir.

Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq.