Ev Blog Səhifə 1125

“Əcəb edir, günah onu efirə buraxanlardadı” – Rasim Balayev

0

Xalq artisti Rasim Balayev müğənni Afət Fərmanqızının onu və həmkarı Flora Kərimovanın təhqir etməsinə cavab verib. 

“Terefsiz.az” xəbər verir ki, tanmış aktyor Rasim Balayev Demokrat.az-a açıqlamasında Afət Fərmanqızını “virus” adlandırıb:

“Bunlar adam deyillər, virusdur, bakteriyadır. Belə baxanda əcəb edir. Onu efirə buraxanlardadır günah! Təqsir onu himayə edənlərdə, efirə buraxanlardadır. Belə adamı nə saytlara, nə də efirlərə buraxmaq olmaz. Mən bunu dəfələrlə demişəm. Ancaq çox təəssüf ki, mənim fikirlərimi sayan yoxdur. Telekanal efirlərində özbaşınalıq və yiyəsizlik baş alıb gedir. Efirləri açıq qapıya döndəriblər. Kimi gəldi ora buraxırlar. Ona görə də bunlar bu qədər qürrələnir”.

Xalq artisti Afət Fərmanqızı kimi şəxslərin efirə buraxılmasına görə telekanal rəhbərlərini günahlandırıb:

“Günah onları efirə buraxan telekanalların rəhbərlərindədir. Sizə bir misal çəkim. Bu yaxınlarda məni telekanallardan birində yayımlanan verilişə çağırmışdılar. Mən onlara etirazımı bildirdim. Dedim ki, mən sizin telekanala gəlmək istəmirəm. Çünki orada çox səviyyəsiz verilişlər verirlər. Həmin adam mənə dedi ki, onların verilişə dəvət edilməsi bizlik deyil, həmin verilişləri prodakşınlar aldığı üçün onları da efirə prodakşın çağırır və sairə. Yəni, bugünki biabırçı reallıq budur. Bu qədər səviyyəsizlik olmaz! Efirlərdə yayımlanan verilişləri prodakşın alır və nə istəyirsə, onu da edir. Axı bu nə qanundur? Efir bu cür yiyəsiz qalıb”.

Aqressiv Uşaqlara Necə Davranmalı?

0

Uşaqlarda aqresiya son zamanların ən aktual mövzularındandır. Aqressiv uşaqların sayı sürətlə artır. Bu çoxlu sayda xoşagəlməz faktorların təsirindən yaranır:

1) Uşaqların həyatinin sosial durumunun pisləşməsi;

2) Ailə tərbiyəsinin düzgün təşkil olunmaması;

3) Məktəbdə uşaqların sinir-psixi vəziyyətinə diqqət yetirilməməsi;

4) Uşağın baş beyninin zədələnməsi kimi ağırlaşmalarla nəticələnən pataloji hamiləlik və doğuşların sayının artması, bundan başqa kütləvi informasiya vasitələrinin də böyük təsiri var.

Aqressiv uşaqlarla necə davranmalı:

1) Səs tonunuza diqqət edin. Yüksək səslə danışmaq Uşağı daha aqressiv edir. Şüuraltı olaraq mənfi təsir göstərir.

2) Fiziki cəza olmaz. Qəzəbinizi idarə etməyi bacarın. Uşağınıza qarşı səs yüksəltmək, vurmaq heç də doğru üsul deyil. Əgər uşağınızın qışqırmasını isətmirsirnizsə, ilk növbədə siz bu cür davranmalısınız.

3) Nümunə olun. Siz düzgün davranın ki, uşağınız sizi nümunə götürsün. Unutmayın ki, uşaqlar böyükəri təqlid edərək böyüyür.

4) Müsbət davranışları mükafatlandırın. Mükafatlandırma hansısa bir hədiyyədən daha çox sözlə ifədə olunmaqla daha müsbət tərəfə yönəltməklə həyata keçirilsə daha yaxşı olar. Məsələn, “Afərin sənə, sözünü tutdun”, “Mən bilirdim ki, sən verdiyin sözləri tutursan”, “Səninlə fəxr edirik” və .s.

5) Səbrli olun və izah edin. Hər şeyə qadağa qoymaq düzgün deyil. Nəyi nə üçün qadağan etdiyinizi səbrlə izah edin. Zərərlərini, itirə biləcəklərini açqlayın.

6) Sosial normaları izah edin. Cəmiyyətdə necə davranmalı olduğunu, böyüklərə, yaşlılara, qadınlara, uşaqlara, valideynlərinə hörmətlə yanaşması gərəkdiyini, hansı davranışların müsbət, hansıların mənfi olduğunu hər fürsətdə izah edin. Hər kəsə qışqıran, aqressiv davranan insanın insanlar tərəfindən sevilmədiyini, dostlarını itirə biləcəyini söyləyin.

7) Uşağınızı taniyin. Onu hirsləndirə biləcək şeyləri müəyyənləşdirin və mümkün olduğu qədər məntiqli şəkildə bunlardan uzaq durun.

8) Səhvlərini deyin. Aqressiv olduqda sakitcə otağına göndərin. Əgər getmirsə onun yanından uzaqlaşın. Lakin, sonra nəyi səhv etdiyini və nə üçün ona”olmaz” dediyinizi izah edin.

9) Ailə üzvlərinin sözü bir olsun. Belə şəraitdə ailə üzvlərindən biri sərt, digəri həddən artıq yumşaq davranarsa uşaq daha da ərköyünləşər, inadkar və eqosit olar.

10) Uşağınıza qarşı “sən tərssən” , “aqressivsən” və.s. ifadələr işlətməyin. Belə olduqda o, daha da aqressivləşər.

Ən əsası övladınızı bir şəxsiyyət kimi qəbul edin və ona hörmət edin. Unutmayın ki, uşağınızın gələcəyi sizin bu gün onu tərbiyə etməyinizdən asılıdır.

GTC 2019 konferensiyasında NVİDİA Aİ Playground meydançasını anons elədi.

0

GTC 2019 konferensiyasında NVİDİA Aİ Playground meydançasını anons elədi. Orada hər kəs şirkətin neyroşəbəkə layihələrini sınaqdan keçirə bilər.

LAYİHƏLƏR

Hələki yalnız üçü istifadəyə açıqdır:Image InPainting, Artistic Style Transfer və Photorealistic ImageSynthesis.

Birincisi nöqsanlı pikselləri olan və kəsilmiş hissəli şəkilləri bərpa edir və şəbəkə şəkil redaktəsi üçün də istifadə oluna bilir.

İkincisi bir şəkilin qrafik tərzini digərinə və ya videoya köçürə bilir.

Üçüncüsü isə videonun daxilindəki obyektləri dəyişdirmək imkanı verir.

Tezliklə bu siyahıya GTC 2019-da elan olunan GauGAN neyroşəbəkəsi də əlavə olunacaq. Şəbəkə sxematik şəkilləri realistik fotolara çevirə bilir.

İstehlakçının inam indeksi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb

0
  • Banker.azın Business Insight şirkətinə istinadən verdiyi məlumata əsasən, şirkət “İstehlakçının inam indeksi (Consumer confidence index, CCI)”nin müəyyən edilməsi ilə bağlı növbəti sorğusunu həyata keçirib.

    Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 9 iqtisadi rayonda 1401 respondentlə həyata keçirilib.

    Sorğunun nəticələri ilə bu linkdən tanış ola bilərsiniz.

Azərbaycan MDB-yə üzv olan ölkələr arasında səyahət etmək üçün 3-cü ən yaxşı ölkədir

0
Azerbaijan flag on the Flaming Tower. The Flaing Tower compreised of 3 towers, as offices and a luxurious hotel. It stands out from the old town of Baku from this angle.

Azərbaycan MDB-yə üzv olan ölkələr arasında səyahət etmək üçün 3-cü ən yaxşı ölkədir. 

Bu, “TurStat” analitik agentliyinin apardığı araşdırma nəticəsində məlum olub.

Azərbaycana səfər edənlər daha çox ölkənin fərqli və gözəl təbiətini bəyənirlər.

Reytinq cədvədlində 1-ci yeri Belarus,2-ci yeri isə Qazaxıstan tutub, 4-cüyerdə Özbəkistan, 5-ci yerdə isə Ermənistan qərarlaşıb.

Agentlik həmçinin bəyan edib ki, MDB ölkələrində bir həftəlik ekskursiya üçün adambaşına orta hesabla 800 ABŞ dolları xərcləmək lazımdır.

İstinad: report.az

Dohada (Qətər) İdman gimnastikası üzrə Dünya Kuboku keçirilib.

0

Bu həftəsonu, Dohada (Qətər) İdman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Tokio Olimpiya Oyunlarına təsnifat xarakterli ilin sonuncu kubokunda Azərbaycanın qadın və kişi təmsilçiləri də mübarizə aparıblar.

Gimnastlarımızdan ən yaxşı nəticə isə qadın idmançımız Marina Nekrasovaya aid olub. Belə ki, dayaqlı tullanma hərəkətlərində Marina 6-cı yerdən finala vəsiqə qazanıb. Yekun mərhələdə isə hakimlərdən 13.216 xal alan gimnastımız, yarışları 8-cı yerdə başa vurub.

” KREML BALETİ ” MİN BİR GECƏ İLƏ BAKIDA

0

Aprelin 11 və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdu.

İki pərdəli baletdə “Kreml baleti” teatrının solistləri əməkdar artistlər və bir çox beynəlxalq müsabiqələr lauretları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Rusiyanın xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Qeyd edək ki, Rusiyanın xalq artisti, Dövlət mükafatı laureatı Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.

Saat 19:00-da başlayacaq tamaşanın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 20 – 120 manat təşkil edir.

 

İstinad: Medeniyyet.info

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq.

0

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.
Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir.

Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq.

 

İstinad: Milli.Az

Suriyada terrorçularla döyüş zamanı üç Rusiya hərbçisi həlak olub.

0

Fevral ayının sonunda Suriyada terrorçularla döyüş zamanı üç Rusiya hərbçisi həlak olub.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, günorta avtomobil ilə Deyr-əz-Zorda yerləşən yaşayış məntəqələrindən birinə humanitar yardım aparmaqdan qayıdan hərbçilər yaraqlıların pusqusuna düşüblər. Nəticədə tərəflər arasında silahlı toqquşma olub. Döyüş zamanı rusiyalı hərbçilər itkin düşüblər.

Hadisə barədə məlumat daxil olduqdan sonra onların axtarışına başlanılıb. Nəticədə avtomobilə hücum edən yaraqlılar müəyyən edilib, həmçinin hərbçilərin öldüyü təsdiqlənib.

Hücumda iştirak edən 30 nəfərdən ibarət dəstə məhv edilib. Hərbçilərin cənazəsi Rusiyaya göndərilib.

” Mən həmişə kişi olmuşam,bu sadecə bir şou idi “

0

Avroviziya 2014-cü il qalibi xarici görünüşündə dəyişiklik edib.
Müğənni saçını və saqqalını ağardıb.O ,sosial media hesabında paylaşdığı fotosuna bu şərhi yazıb:
“Mən həmişə kişi olmuşam,bu sadecə bir şou idi”.
Xatırladaq ki, müğənni Avroviziya müsabiqəsində uzun saç və saqqalı qadın obrazı ilə yadda qalmışdı.