Ev Blog Səhifə 1127

Əli İnsanov hələ 2005-ci ildə İlham Əliyevdən bağışlanmasını istəyib – FAKT

0

Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkumların əfv olunması haqqında sərəncam imzaladı. Sərəncama əsasən azadlığa buraxılan şəxslər arasında həmçinin 2005-ci ilin oktyabrında həbs edilmiş keçmiş səhiyyə naziri Əli İnsanov da yer aldı.

Lakin hərtərəfli sübut olunmuş cinayətlər əsasında (vətəndaşlar İnsanovun evindən çıxan qızıl külçələrini hələ də yaxşı xatırlayırlar) həbs olunan keçmiş nazir jurnalistlərə ilk açıqlamasında əvvəlcə oğru dünyasındakı biliklərini nümayiş etdirərək, daha sonra bağışlanmasına görə qərbə və ABŞ-a təşəkkür edib.

Verdiyi bəyanatlarda özünü demokratiya uğrunda sarsılmaz mübariz kimi qələmə verməyə çalışan Ə. İnsanovun reallıqla əlaqələrini itirdiyi və yaddaş problemləri yaşaması kimi ehtimallar irəli sürməyə əsas verən məlumatlar əldə olunub.

Belə ki,  Əli İnsanov hələ 2005-ci ilin oktyabrında, yəni konkret ittihamlar əsasında həbs olunduqdan dərhal sonra bağışlanmaq üçün Prezident İlham Əliyevə müraciət edib.

Həmin müraciətlə tanış olan oxucular Ə. İnsanovda keçmişini unutmaq kimi bir vərdişin formalaşdığının şahidi ola bilərlər.

Beləliklə, 2005-ci ilin oktyabrında yazılmış müraciətin mətni Əli İnsanova hökm oxunan ərəfələrdə, 2007-ci ildə “525-ci” qəzetdə dərc olunub.

Qəzetin 12 aprel 2007-ci il tarixli 612-ci sayında “Əli İnsanov: Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlıqlı müraciəti yer alıb.

Həmin müraciətin mətnini heç bir dəyişikliksiz, redaktə etmədən təqdim edirik:

Azərbaycan Respublikasının
Prezidenti
Zati ailələri İlham Əliyev cənablarına
Müraciət

Möhtərəm cənab prezident!

Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam, aldanmışam. Mən 15 il əvvəl Ulu Öndər Heydər Əliyevin siyasi platformasına qoşularkən, məqsədim onu qara qüvvələrdən qorumaq, səhhətinin bərpa olunmasına yardımçı olmaq idi.

O illər mərkəzi qəzetlərdə (”Pravda” və s.) yazılara qarşı özümün və dostlarımızın redaksiyalara və mərkəzi Komitəyə teleqramlarımızı göndərərdik. Özünə yazdığım məktublar və teleqramlarla isə təsəllilərim və təbriklərim öz əksini tapardı. Hərdən bu məqsədlə Moskvaya da gedərdim. Ulu Öndərimiz haqqında (“Teatralnaya jizn”) jurnalında ilk müsbət yazıdan sonra Moskvaya gedərək jurnalın redaktoru ilə görüşüb, Azərbaycan ziyalılarının topladıqları çoxsaylı imzaları ilə təşəkkür məktubunu ona çatdırdım. Yazının müəlifi Andrey Karaulova isə hədiyyələr təqdim etdim.

Müraciəti “Pravda” qəzetinə də apardım,ancaq məzmununu bilib, məni qəbul etmədilər. Ulu Öndərimiz Heydər Əliyevin 20 yanvar faciəsi ilə bağlı Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransının video yazısını aldıq. Cəlal Əliyevdən götürüb dostum – diş həkimi Rəşidin Mərdəkandakı evində gecə səhərə kimi gizlicə üzünü köçürüb Bakıda və Respublikanın digər rayonlarında ziyalılara payladım.

O vaxtlar mən tibb elmləri doktoru kimi Bakda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunun direktoru və Tibb Universitetində kafedra müdiri işləyirdim. Alovlu Əliyevçi Əjdər Xanbabayevlə onun iş yerində görüşərdik. Bu görüşlər barədə onun bir həmkarının xatirələr kitabında yazılıb.

Unudulmaz liderimiz Heydər Əliyev Moskvadan Bakıya qayıdarkən Hava Limanına gül-çiçəklə mən də getmişdim.

Akademik Cəlal Əliyevin evində yaşadığı dövrdə isə demək olar ki, mən hər gün baş çəkir, səhhəti ilə məşğul olurdum.

1992-ci ildə böyük təzyiqlərlə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbayacan Partiyasını yaratdıq. 91-lərə daxil olan 13 nəfər həkim, professoru mən cəlb etdiyimə görə, mənə və ailəmə qarşı təxribatlar və hücumlar başladı. İnstitutda yaratdığım nadir elmi laboratoriyanı gecə vaxtı dağıtdılar və xəstələri mənim üzərimə qaldırmaq üçün su anbarını partlatdılar və “Azadlıq” qəzetində yazdılar ki, Əli İnsanov İnstitutla yox, Heydər Əliyevin siyasətilə məşğul olur.

Şəhərdə mənzilimizə sonra isə məcbur olub yaşam üçün köçdüyüm bağ evimizə gecə vaxtı basqın etdilər və məcburən ailəmlə uzun müddət professor Rafiq Yusifovun Pirşağıdakı bağ evində gizləndik.

Möhtərəm Cənab Prezident!

Sonrakı hadisələr və mənim həyatımın böyük rəğbətlə sevdiyim Heydər Əliyevlə bağlı hissəsi sizin gözlərinizin qarşısında keçib.

Ulu Öndərimizdən sonrakı dövrdə sanki mənim dünyam da dəyişdi, həyata, insanlara küskün düşdüm,mənə belə gəlir psixoloji durumum da dəyişdi,yəqin ona görə də bunu hiss edən müxalif qüvvələr ardı-arası kəsilmədən məni öz tərəflərinə çəkmək, təsirləri altına salmağa çalışırdılar.

Nəhayət Fikrət Yusifovla rastlaşdıq. O özünün və dostlarının mənə xüsusi münasibətləri olduğundan uzun-uzadı danışdı və günlərin bir günü Rəsul Quliyevin məndən Bakıya qayıtması illə əlaqədar pul istəməsini dedi,ancaq həmin pulun konkret nəyə istifadə olunacağını mənə açıqlamadı. Rəsul Quliyevin Fikrət Yusifovun vasitəsilə aldığı pulları səfərə və seçki kampaniyasına deyil,mitinqlər üçün istifadə edə biləcəklərini təəssüf ki, gec başa düşdüm.

Fikrət Yusifovla bir dəfə də görüş onun dəvəti ilə bağ evində olub. Əsas səbəb Eldar Salayevin gözünün mümkün cərrahi müalicəsi ilə bağlı olsa da, söhbət Rəsul Quliyevin Bakıya qayıtmaq istəməsi barədə davam etdirildi və o görüşdə onun qayıtmasına əks bir fikir söyləmədim. Həmin görüşdə Akif Muradəliyev də iştirak edirdi. Biz onunla qonşuyuq və birlikdə gəlmişdik. Ancaq Fikrət Yusifova pul verdiyim ərəfədəki görüşdə isə artıq Rəsul Quliyevin gəlmək arzusunu bilirdim və Fikrət Yusifova onun Bakıya qayıdışının əleyhinə olduğumu və bunun heç bir perspektivi, yaxşı nəticəsi olmadığını təkidlə söylədim.

Beləliklə, Fikrət Yusifovun vasitəsilə uzun illər boyu düşmən münasibətdə olduğum Rəsul Quliyev məni özünün avanturist planlarına bağlamış oldu. Mən düşünürəm Rəsul Quliyevə mənim yardımım yox, məni Sizin nifrətinizə tuş etmək, ona qarşı apardığım kampaniyaların əvəzində məni birdəfəlik məhv etmək lazım imiş.

Bununla belə çox təəssüflənirəm ki, Rəsul Quliyevin çirkin niyyətlərlə Vətənə qayıtmaq planları mənim üçün qətiyyən inandırıcı olmasa da bildiyim bu məlumatları Sizə çatdırmamışam.

Möhtərəm Cənab Prezident!

Mənim Rəsul Quliyev kimi perspektivsiz, ölkədə heç bir nüfuzu olmayan avanturistə qoşulmaları əcaib və bağışlanmazdır, nifrətə layiqdir. Ancaq Sizin yüksək humanistliyinizə və böyük qəlbinizin olmasına da bələdəm. Mənim Ümumilli Liderimiz Heydər Əliyevin qarşısında az da olsa xidmətlərimi nəzərə alıb ilk və son səhvimi əfv etməyinizi dönə-dönə xahiş edirəm.

Böyük mərhəmətinizlə 60 yaşımı, dəfələrlə cərrahi əməliyyatlara cəlb olunduğumu, hal-hazırda səhhətimdə baş verən ciddi problemləri nəzərə alaraq məni bağışlayasınız, ailə üzvlərimə hədsiz sevinc, mənim özümə isə ikinci həyat bağışlamış olarsınız.

Dərin hörmət və ehtiramla,
Əli İnsanov
30.10.05

 

İstinad: Oxu.az

” Zaman və Yerimiz “

0

Salam Allah! Salam tanıdığım, tanımadığım adı və qeyri-adi güclər! Salam bəşəriyyət! Salam aləm! Salam təbiət! Ən kiçik hüceyrəsindən, ən böyük canlılara, canlıların yaratdıqları cansızlara belə salam! Salam! Salam!

Mənim adım Bənövşədir. Məncə ruhumun adı da Bənövşə olsa yaxşı olar. Çünki Bənövşə adı mənə yaraşır. Siz məni tanıyırsınız, salam verdiyim hər şey, hər kəs məni tanıyır. Ürəyim sıxılanda, darıxanda, gözlərim dolanda, boşalanda, sakit duranda, qışqıranda, üsyan edib hayqıranda, tufana düçar olub, tufana qapılıb, sovrulunda, bu həyat yolunda alovlanıb qovrulanda, üşüyüb buz tutanda, ən xırda sevinclərimdən, ən böyük sevinclərimə qədər,ən saxta gülüşlərimdən, ən həqiqi gülüşlərimə şahid olan sizsiniz. Canlı və cansız, qüsurlu, qüsursuz şahidlərim, bir də mükəmməl şahidim… Nə yaşadıqlarımı yazmağa, danışmağa, məni nə qədər şair, yazıçı yaratsa da gücü yetmir sözlərin. Elə şahidliyiniz bəsdir, kifayətdir…
Saat 04:53-dür. Yenə bir gecəni sevə – sevə açıram… Mən gündüzlərdən qaçıram… Ən çox gündüzlər sıxılıram. Gecələr yatmamaq pis vərdiş imiş, ziyan imiş, zərər imiş… Amma mən gecələrdən heç zərər görmədim. Gecələr kimsə üstümə qışqırmadı, üzümə söymədi, kimsə döymədi. Gecələr gözümün qabağında kimsə kimsəyə haqsızlıq etmədi, mən isə o haqsızlığa susmadım. Mən hər gecə gündüzlərdə yaşadığım dərdi-səri, acını, zəhəri, yığılıb qalmış kədəri yazdım.
Yazmadan öncə çoxlu-çoxlu düşündüm. Düşündükcə yuxum qaçdı. Özümü dinləməyə başladım, mahnıların fonunda. Gecələri sevirəm… Gecələr mahnıları sevdirir, gecələr düşündürür, gecələr insana insan olduğunu xatırladır. Gecələrdə ümidlər ölür, gecələrdə ümidlər doğulur. Hər nə olursa, yaxşıya olur…
Şairin əlinə qələm keçdisə, şairliyi tutar eləcə… Kağızla qələm qovuşdu bu gün. Arzularıma qovuşmağı düşünərkən, qovuşmadiğım arzular bir-birinə həsrət qoyduğum kağız və qələmi qovuşdurdu…
Məni şair yaratdın, insandan əlavə… Amma bax, sənin qədər mükəmməl bir yaradıcı deyiləm. Həsrət qoymuşam kağızla qələmi bir-birinə. Nə olsun şeir yazıram yenə? Nə olsun ki, nələrsə yaradıram? Yaratdıqlarım vətənindən uzaq, mayasından uzaq. Doğur şeirlərim artıq telefon klaviaturalarinda. Bu gün yenə bir şeyin fərqinə vardım…
Arzularıma çatmağı arzularkən, mən burda arzularıma həsrətkən, sən demə, həsrət qoymuşam şairliyin rəmzi olan kağızı və qələmi… Kağız və qələm bir-birinə həsrət olanda belə şeirlər, əsərlər doğdu. Bu şeir və əsərlər yazılma səbəbləri nə olur, olsun kağız və qələmin biri-birinə həsrət ola-ola sevgilərindəki ümiddən doğub. Yenə şair-şair başa saldın məni… Arzularımıza olan sevgimizdəki, eşqimizdəki o ümid məni, səni, onu arzularımıza çatdıracaq.
Su axar, çuxurunu tapar… Mütləq ki, Allah hər kəsi, hər şeyi laiq olduğu yerə qoyar…
Yerimizi isə zamanla görəcəyik…

Bənövşə Mahmudqızı

Azərbaycanlı çeçen döyüşçünü nokauta göndərdi

0
Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib.
Azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb.

 

Bu gün İlaxır çərşənbə – Torpaq çərşənbəsidir

0
Bu gün Azərbaycanda İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunur.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.
Axır çərşənbəyə aid bəzi el adətləri: “Axır çərşənbədə çimərlər”, “Axır çərşənbədə evdən pul verməzlər”, “Axır çərşənbə günü borc un verməzlər”, “Axır çərşənbə günü zahı üstünə getməzlər”, “Axır çərşənbə gecəsi tez yatmazlar”, “Axır çərşənbə gecəsi evdə qazan asarlar”, “Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar” və s.
Torpaqla bağlı atalar sözləri : “Torpağa əyilən namərdə əyilməz”, “Torpağa xor baxsan, o sənə kor baxar”, “Torpaq müqəddəsdir”, “Torpaqda itki olmaz, kötüksüz bitki olmaz”, “Sular hərəkətlidir, Torpaq bərəkətlidir”, “Torpaq deyər: – Sən mənə tər ver, mən sənə zər verim!” və s.
İlaxır çərşənbəyə dair inanclar: “Çərşənbə günü təzə evə köçən bəlaya düşər”, “Axır çərşənbə axşamı küsülülər barışarlar”, “Axır çərşənbə gecəsində nəhs danışmaq olmaz”, “Axır çərşənbə gecəsi ərə verilən qızı tonqalın başına dolandırar və deyərlər: “Qoy odlu-ocaqlı olsun!”.

AZERBAIJAN IN WTM 2018 – “TAKE ANOTHER LOOK”

0

The Azerbaijani delegation is participating in the World Travel Market -2018, on 5-7 November in London, UK in order to promote the country’s tourism potential.

According to the information, the exhibition is attended by representatives of the State Tourism Agency and Azerbaijan Tourism Board, as well as Baku Tourism Information Center, Turizm.az MICE & DMC, Absheron Hotel Group, Baku Hospitality Group, Gilan Hospitality Group, ENC TOURS, Four Seasons Hotel Baku, “OK TOURS”, “Let’s GO”, “RVS Travel”, STI Azerbaijan, Salam Tourism & Travel, PASHA Travel, Millennium Tourism Congress DMC, Premier Tour, Weekend Travel, JW Marriott Absheron Baku “,” Baku City Circuit” and “Bakusightseeing.com ”

“World Travel Market” is one of the strongest platforms for the promotion of tourism opportunities and mutual dialogue by bringing together tourism experts from different continents around the world each year. The 190-square-meter Azerbaijani stand is designed and adapted to the new brands and presented to the exhibition participants.

On the second day of the exhibition – November 6, for the first time, there will be a large-scale presentation for the international community of the new Azerbaijani travel brand -“Take Another Look”. According to the Azerbaijan Tourism Board, the campaign is of strategic importance for demonstration of the new image of Azerbaijan, raising the tourist flow and doubling the number of visitors to the country by 2023.

Azerbaijan has been participating in the World Travel Market since 2002.

Azerbaijan is currently on the peak of tourism industry in its history as it welcomed a record number of in-bound visitors spending more than US$1.3 billion in 2017, making it one of the fastest growing tourist destinations in the world.

Azerbaijan’s recent investments in tourism and country promotion – including a simplified new electronic visa procedure – are expected to improve its ranking among countries with a high tourism contribution towards national GDP, according to the World Travel & Tourism Council 2018 Impact Report.

With high-profile sporting events such as Formula 1 Azerbaijan Grand Prix and UEFA Europe League Final in 2019; varied hospitality offerings that range from luxury collections to bed and breakfasts; a vibrant gastronomical experience; spectacular landscapes including summer countryside and winter ski slopes; adventure trails; and cultural events; Azerbaijan is in an excellent position to cater to high volumes of tourists seeking authentic local experiences.

HOW TO TRAVEL TO GEORGIA FROM AZERBAIJAN – BY GUNEL YASHAR

0

Azerbaijan and Georgia are two neighboring states in the South Caucasus sharing a lot in common in terms of culture and history. With both neighbors boasting a lot of tourist attractions, travel between the two is among the most popular touristic routes in the region. Azerbaijan and Georgia are linked by a highway, a railway connection and daily flights between the capital cities of Baku and Tbilisi.

Let’s look through in detail

By bus:

This is the most budget-friendly way to travel. From Baku’s central bus terminal, daily several buses leave for Tbilisi. Buses leave in the evening and arrive in Tbilisi in the morning hours. The ride takes about 10 hours on average (including and depending on the time to cross the border). The ticket costs 15 manats. Online tickets are also available. Though you will have to come earlier to the central bus terminal (preferably 30-40 minutes before departure so that you can find the relevant ticket office) to obtain the bus ticket receipt from the ticket office. Without it, you won’t be able to get on the bus.
If you hate night time journeys (like I do), you can go by bus to the Azerbaijani-Georgian border crossing point “Qırmızı körpü” [Girmizi korpu]. Daily from morning to evening several buses depart from the Central Bus Terminal for “Qırmızı körpü”. The ticket costs 8 manats (can be obtained online in an above-mentioned way). After a journey of 7 hours, you will reach the destination. The border can be crossed in about 10 minutes on average. Once you cross the Georgian checkpoint and you are in Georgia, you will see minibusses (“marshrutkas”) leaving for Tbilisi every half an hour. The ride costs 4 laris. The buses arrive in Tbilisi in less than an hour. The final destination is the metro station “Station Square” (Sadguri Moidani”). You can ask the driver to stop at any place on his route in Tbilisi.

By train:

This is among the most popular ways of traveling to Georgia. Trains depart from Baku’s central train terminal daily in the evening hours and in the morning arrive in Tbilisi. Ticket prices vary depending on the carriage class (3rd class sleeper cars with no compartments, 2nd class couchettes for 4 people, and 1st class compartments for 2 people). Most people prefer 2nd class couchettes (known as “coupe”). For this class, a ticket costs 34 manats.

By plane:

If you are ready to spend more on your comfort, then, you can head to Baku’s international airport to fly over to Tbilisi. Flights are operated by Azerbaijan Airlines (AZAL) and its low-coster subsidiary Buta airways. If lucky, you can book your flight from Buta airways for as low as 70 manats.

If you are an adventurous traveler and want to visit more places worth visiting on your way, then, you can try the northern route to Georgia as well. This route starts in Baku and then goes through Sheki, one of the top touristic towns in Azerbaijan. Then, heading northward, you will go through the districts with lush green mountains until you reach the border crossing with Georgia. Here you will cross from Azerbaijan’s Balaken district to Georgia’s Lagodekhi district. Lagodekhi boasts a rich nature with beautiful forests and mountains. From Lagodekhi, you can go to Sighnaghi, a picturesque little town with renovated buildings, a beautiful panorama of Caucasian mountains in front. To the border crossing with Georgia, you can go by train from the central train terminal or by bus. From one town to another in both Azerbaijan and Georgia, the most budget-friendly means to go is to travel in marshrutkas or shared taxis.

Kino sahəsinin effektiv inkişafı necə təmin edilməlidir? (AÇIQLAMA)

0
Bir müddət öncə prezident İlham Əliyev film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılıb.
Prezidentin kino ilə bağlı son sərəncamından gözləntilər nədir və Azərbaycan kinematoqrafiyasında hansı islahatlara ehtiyac var?
Bu barədə Qaynarinfo-ya danışan Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov prezidentin kino sahəsinin modernləşdirilməsi ilə bağlı imzaladığı sərəncamı təqdirəlayiq hesab etdiyini bildirib və bu sahənin effektiv inkişafının təmin edilməsi üçün atılmalı olan zəruri addımları açıqlayıb:
“Bu, çox sevindirici haldır. Ölkə prezidentinin bu qərarı bütün kinematoqrafçılar tərəfindən müsbət qarşılanır. Ayrılmış vəsait birbaşa istehsalata buraxılıb. Amma bununla bərabər 3 ay ərzində kinonun inkişafı konsepsiyası da hazırlanmalıdır. Bilirsiniz ki, ölkə başçısı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nı da təsdiqləmişdi. Təəssüf ki, o proqramın xeyli maddəsi yerinə yetirilməmiş qaldı. Düşünürəm ki, inkişaf haqqında konsepsiyanın hazırlanması da məhz bu ehtiyacdan doğur. Ona görə filmlərin birbaşa istehsalının maliyyələşməsi ilə yanaşı struktur dəyiklikləri haqqında da tədbirlər görülməlidir. Bilirəm ki, Mədəniyyət Nazirliyində işçi qrupu yaradılıb. Ümid edirəm kinomuzun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Fikrimcə, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda qoyulan məsələlər gec olsa da həyata keçirilməlidir.
– Dövlət tərəfindən prodüser kinosunun dəstəklənməsi
– Özəl şirkətlərin dövlət studiyaları ilə bir yerdə çalışması
– Özəl studiyaların dövlət studiyaları ilə eyni şəraitdə işləməsi
Yəni, bu 5 milyon uğrunda mübarizədə özəl studiyalarla dövlət studiyaları bərabərhüquqlu iştirak etməlidirlər. Kənd təsərrüfatında da, tikinti də, elmdə də dövlətin ayırdığı subsidiyalar uğrunda dövlət istehsalat mərkəzləri ilə özəl istehsalat mərkəzləri bərabərhüquqla yarışmalarda, tenderlərdə, müsabiqələrdə iştirak etməlidirlər və edirlər. Əvvəl Mədəniyyət Nazirliyində də belə idi. “Bu meydan, bu ekran” yarışması var idi, tammetrajlı filmlər üçün müsabiqələr keçirilirdi və tammetrajlı filmləri də, qısametrajlı filmləri də həm özəl studiyalar, həm də dövlət studiyaları yerinə çəkirdi. Son 5-6 ildə çox pis tendensiya formalaşıb. Dövlət studiyalarının, daha dəqiq desək “Azərbaycanfilm” kinostudiyasının monopoliyası yaranıb. Bu, çox pisdir və çox pis nəticələri oldu. Bu gün ölkədə 5 dövlət kinostudiyası var. Əgər dövlət studiyalarına üstünlük verilirsə, bunların 5-nə də verilərdi. Ya vermirsizsə, bir kinostudiyanı niyə seçmisiz?!
Qanunumuz, vaxtı keçmiş də olsa təsdiq olunmuş dövlət proqramımız tələb edir ki, bütün studiyalar ayrılmış vəsait uğrunda bərabərhüquqlu mübarizə aparmalıdır. Mübarizə necə olmalıdır?
Müstəqil, savadlı, peşəkar, mötəbər insanlardan ibarət komissiya yaradılmalıdır. Bütün özəl və dövlət studiyaları bura müraciət etməli və ssenarilərini təqdim etməlidir. Komissiya şəffaf qeyd etməlidir ki, hansı ssenari qalib gəlib, hansı ssenari isə məğlub olub və hamısı, məğlub olanlar da, qalib gələnlər də çap olunmalıdırlar. Onda heç bir narazılıq olmayacaq və heç kim “mənə niyə film verilmədi?” deməyəcək. Çünki görəcək ki, hansı ssenari zəifdir, hansı daha güclüdür. Bu olsa, 5 milyon manat effektiv xərclənəcək. Bir də ki, devalvasiyaya qədər “Azərbaycanfilm”də filmlərin orta büdcəsi 800 min – 1 milyon manat arası idi. Dəfələrlə demişik ki, Azərbaycanda tarixi olmayan, döyüş səhnələri, xüsusi çəkiliş effektləri olmayan, fantastik janrda çəkilməyən müasir həyatda baş verən realistik filmlərin orta büdcəsi 300-400 min arası, bəzi hallarda da daha azdır. Bizim sözümüzü təkzib edirdilər, amma devalvasiyadan sonra “Azərbaycanfilm” 2-3 film istehsal elədi ki, onların büdcəsi 150-300 min manat aralığında idi. Deməli, 150-300 min manata film çəkmək olar, özü də çox keyfiyyətli şəkildə və istedadlı, məşhur aktyorların iştirakı ilə. Azərbaycanda filmlərin büdcələrini süni şəkildə şişirtmək lazım deyil. Bu 5 milyona 15 tammetrajll film çəkmək olar.
Ümid edirəm ki, yeni inkişaf konsepsiyasında dövlət studiyaları ilə özəl studiyalara bərabər şərait yaradılacaq. Bu pullar hansı filmlərə ayrılacaqsa, həmin filmin şəffaf şəkildə seçilməsi üçün müsabiqə olacaq və ən əsası kinonu kurasiya edən orqan nazirlikdən asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərəcək. Məsələn, necə ki, bizdə Dövlət Turizm Agentliyi var, eləcə də kinonu idarə edəcək orqan, məsələn, Dövlət Kino Agentliyi adı altında müstəqil qurum və ya publik hüquqi şəxs ola bilər. Və bu qurum dövlətlə bütün istehsalçı şirkətlər arasında əlaqələri təmin etməlidir. Deməli, əsas odur ki, kinonu idarə edəcək qurum ayrı olsun, nazirliyin bazasında olmasın, özəl studiyalara dövlət studiyaları ilə bərabər şərait yaradılsın və təqdim olunan ssenarilər şəffaf yolla, müstəqil ekspertlər tərəfindən təsdiqlənsin. Bu 3 şərt yerinə yetirilsə, inkişafa və effektivliyə zəmanət vermək olar”.

Məşhur rus yazıçısı Vasili Belovun romanı Azərbaycan dilində

0
Ötən əsrin 60-cı illərinin ən populyar rus (Sovet) yazıçılarından biri Vasili Belovun “Olan işdi” (“Privıçnoye delo”) romanı Azərbaycanda nəşr olunub.
Əsəri azərbaycan türkcəsinə tanınmış yazıçı Elçin Hüseynbəyliçevirib. Ön sözündə tərcüməçi bir neçə il öncə daha bir məşhur rus yazıçısı Andrey Platonovun hekayərini dilimizə çevirdiyini xatırladır və yazır: “Andrey Platonov mənimçün üzslub hadisəsidirsə, Vasili Belov dil hadisəsidir, çox çətin olsa da, mən onları məmnuniyyətlə dilimizə çevirdim və azərbaycanca adekvat variantlarını axtarmağa çalışdım…”
Kitabı “Xan” nəşriyyatı nəfis dizayn və tərtibatla çap edib və  təqdimatını planlaşdırır.
Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına tərcümə nominasıyisa üzrə təqdim edilib. Yeni nəşri şəhərimizni kitab mağazalarından əldə etmək olar.

Məşhur britaniyalı müğənni Bakıya gəlir

0
Britaniyalı məşhur müğənni, çoxlu sayda mükafata layiq görülmüş Sem Smit Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə – aprelin 27-də axşam “Baku Kristal Hol”da konsert verəcək.
Qaynarinfo xəbər verir ki, 2012-ci ildə “Disklosur” qrupu ilə birgə ifa etdiyi “Latç” mahnısı ilə məşhurlaşan Sem Smitin daha sonra səhnə adı “Nauti Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La” mahnısı ilk pillədə yer alıb. 2014-cü ilin əvvəlində “BRITS Kritiks” “Çois” mükafatına layiq görülüb. Elə həmin il BBC tərəfindən yeni və istedadlı musiqiçilərin aşkarlanması məqsədilə keçirilən sorğuda birinci yeri tutub. Karyerasına başladığı vaxtdan “Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə birinci olub.
“Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnes Rekordlar Kitabına daxil olub. Sem Smit ümumilikdə 4 “Qremmi”, 2 “BRIT” və “Ən yaxşı orijinal film musiqisi” nominasiyasında “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Sem Smitin Bakıya gəlişi ilə bağlı bildirib: “Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günündə axşam saatlarında canlı konsert proqramı ilə çıxış edəcək Sem Smiti Bakıda qarşılayacağımız üçün çox şadıq. Özünəməxsus səsə malik bu musiqiçi yaradıcılığının ilk günlərindən etibarən dünyanın hər tərəfində özünə böyük dinləyici ordusu cəlb edib. Əminəm ki, Azərbaycanda da sadiq dinləyiciləri olan Sem Smitin sıralanma turundan sonra baş tutacaq konserti yarış həftəsonumuzun unudulmaz anlarından birinə çevriləcək. Buna görə də bütün avtoidman azarkeşlərini və musiqisevərləri biletləri indidən əldə etməyə və aprelin 26-28-də pilotların gərgin mübarizəsi fonunda baş tutacaq əyləncəli yarış həftəsonuna qoşulmağa çağırıram”.
Qeyd edək ki, bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı şəhər halqasından “Kristal Hol”a tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.