Ev Blog Səhifə 1128

ABŞ-da yaşayan azərbaycanlı yazıçı: “Dedi ki, sən buranın adamı deyilsən…”

0
İlk gətirdiyi sitat Şah İsmayıl Xətaidən oldu- “Bir mən var, məndən içəri”…
Bəli, daxilən zəngin insanlarla söhbət etmək həmişə maraqlı olub. Necə deyərlər, “sarı sim”ə toxundun ki, sehirli bir aləmə düşürsən, qalanı zövqdən, təfəkkürdən asılıdır…
Deyir ki, “Mənim içimdə bir qızcığaz var, azad və şıltaqdır. Həmişə nəyisə axtarır, nəyisə tələb edir. Əgər mən onu öldürə bilsəydim, rahat yaşayardım”…
Bu gün haqqında danışmaq istədiyim Sədaqət xanım ƏliyevaBakının Türkan kəndində dünyaya gəlib. 1984-cü ildə həmin kənddə 119 nömrəli orta məktəbi bitirib. Üç il sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qiyabi şöbəsinə qəbul olunub. 1992-ci ildə oranı başa vuraraq teatr kollektivinin rəhbəri ixtisasına yiyələnib. Eyni zamanda Türkandakı mədəniyyət evində çalışıb. 1992-ci ildə yenidən bitirdiyi universitetə sənəd verib və 1998-ci ilədək əvvəl axşam, sonra isə qiyabi şöbədə oxuyaraq, bu dəfə oranı teatrşünas ixtisası ilə bitirib. 1994-cü ildən 1999-cu ilədək “Yuğ” teatrında işləyib. Bir müddət özünü yeni doğulan övladlarına həsr edib.
2004-cü ildən ABŞ-ın Ayova ştatının De Moyn şəhərində yaşayır. Buraya gələndən bir neçə il dil, kompyuter kurslarına gedib. 2009-2012-ci illərdə De Moyn ərazi icma kollecində qrafik dizayn ixtisası üzrə təhsil alıb. Sonra bir il həmin kollecdə işləyib. 2013-2016-cı illərdə müxtəlif orta məktəblərin kitabxanasında çalışıb. 2016-cı ildən qonşu Klayf şəhərinin ictimai kitabxanasında işləyir…
…Ömür-gün yoldaşı Əbdülqəyyum Muxtar Moskvada indiki Rusiya Teatr Akademiyasını bitirib, ixtisasca teatr rejissorudur. Bakıda yaşayarkən “Yuğ” teatrının quruluşçu rejissoru olub. Üç övladı var- bir oğlan, iki qız…
Sulu boya, karandaşla rəsm çəkməyi, şeir və hekayə yazmağı xoşlayır. Rəsmlərini üzə çıxarmasa da şeir və məqalələri Azərbaycan mətbuatında çox dərc olunub. Amerikaya gələndən sonra isə Ayova Universitetinin nəşr etdiyi hekayələrdən ibarət “We the inter woven” adlı kitabda üç müəllifdən biri kimi dörd hekayəsi çap olunub. Hazırda “Amerikanın tapılması səfəri” adlı ingilis dilində kitab üzərində işləyir…
Deyir ki,- “Orta məktəbdə oxuyarkən bir dəfə dayım qızı mənə- “Sən bura adamı deyilsən. Sən xaricdə yaşamalısan”- söyləmişdi. Sanki ürəyinə dammışdı. Tale məni xaricə- Amerikaya gətirdi. Azərbaycanda xeyli əziyyət çəkmişəm. Maddi və mənəvi çətinliklərim çox olub…
Amerikada insanlar öz düşüncələrini azad şəkildə ifadə edə bilirlər. Məni burada olduğum kimi qəbul ediblər. Bir sözlə, Amerikaya gələndən sonra mən özümü və rahatlığımı tapmışam, indi həyatım çox maraqlıdır. Rumi gözəl deyib- “Sənin axtardığın həmişə səni axtarır…””
Çox istedadlı xanımdır. 2014 və 2016-cı illərdə Ayovanın De Moyn şəhər teatrının kollektivinin iştirakı ilə rejissor kimi iki tamaşaya quruluş verib. Səhnələşdirdiyi bu tamaşalara görə Lova Beynəlxalq Mərkəzinin “Zənginliyə Pasport” mükafatına layiq görülüb…
Arzuları bir-birindən gözəldir. Bütün analar kimi övladlarını xoşbəxt görmək istəyir. Qələmə aldığı əsərlərdən ibarət ingilis, azərbaycan dillərində kitab nəşr etdirməyi planlaşdırır. İnsanlara isə tövsiyəsi, bu oldu:- “Hər kəsin öz ömür yolu var. Heç biri təkrar olunmur. Adamlar bir-birinə sevgi ilə yanaşanda həyat da gözəl olur”…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Yetkinlik yaşına çatmayan şəxslərdən tütün məmulatları alan zaman sənəd tələb olunaca

0
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayb.
Dəyişikliyə görə, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edəcək.

Azərbaycan əhalisi qida üzündən ölən ilk 10 ölkə arasında 6-cıdır

0
Azərbaycan düzgün qidalanmama üzündən ölüm hallarının ən yüksək olduğu ölkələr arasında 6-cıdır.
Virtualaz.org xəbər verir ki, bu barədə “Daily Mail” qəzetinin dərc etdiyi reytinqdə deyilir.
Reytinqə əsasən Azərbaycanda hər 100 min adamdan 313-ü düzgün və keyfiyyətli qidalanmama üzündən ölür. Bu siyahıda birinci yeri Özbəkistan tutur-hər yüz min adamın 394-ü düzgün qidalanmama səbəbindən həyatını itirir. Sonrakı yerlərdə Türkmənistan (376), Qırğızıstan (350), Ukrayna (349) və Azərbaycan gəlir. İlk onluqda Tacikistan, Qazaxıstan və Rusiya da yer alır.
Öz növbəsində qida keyfiyyətinə görə vəziyyətin ən yaxşı olduğu on ölkə arasında İspaniya liderlik edir. Bu ölkədə hər yüz min adamıncəmi 43-ü düzgün qidalanmamaya görə ölür. İlk onluqda İsrail (43), Fransa (46) Niderland (52), Andorra (54), Danimarka (59), İsveçrə (60), habelə Norveç və İtaliya da var.
Zərərli qida vərdişlərinə görə ən yüksək ölüm səviyyəsi MDB ölkələrindədir. Alimlərin araşdırmalarına görə 2016-cı ildə düzgün qidalanmama Avropada ölümlərin yarıdan çoxunun səbəbini təşkil edib. Qitə əhalisinin 2 milyon nəfərə yaxını qidada yüksək duzluluq səviyyəsi, tərəvəzdən, qozdan və taxıl məhsullarından az istifadə üzündən ölüb.

Millət vəkilindən onlayn oyunlarla bağlı xəbərdarlıq

0
“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili Sevinc Fətəliyeva və 9 yaşlı Arzu olub.
Sevinc xanım söhbət zamanı uşaqlıqda həkim olmaq arzusundan danışıb:
“Əvvəlcə həkim olmaq arzum var idi, bir müddət sonra isə müəllim olmaq istəyirdim. Daha sonra musiqi ilə məşğul olurdum, musiqiçi olmaq istəyirdim. Sonra həyat elə gətirdi ki, mən Xarici Dillər Universitetinə daxil oldum və orada müəllim kimi çalışdım. Uşaq vaxtı kitab oxumağa meyilli idim”.
Sevinc xanım söhbətin davamında uşaqları onlayn oyunlardan uzaq durmağa səsləyib:
“Uşaqlar onlayn oyunlar oynayanda oradakı təhlükələrə qarşı diqqətli olmalıdırlar. Burada qəti şəkildə şəxsi məlumatları paylaşmaq olmaz”.
Balaca Arzu isə sehirli çubuq arzuladığını dilə gətirib:
“Sehrli çubuğum olsaydı, insanları sevindirərdim. Onlara yaşadığı bədbəxt hadisələri unutdurardım”.

Azərbaycanda şübhəli saytlarla bağlı “qara siyahı”

0
Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Bakıda keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “blacklist.gov.az” informasiya resursunu təqdim edəcək.
Bu barədə Qaynarinfo-ya Mərkəzdən bildirilib.  Söhbət insanları zərərli kontentlərdən qoruyan resursdan gedir ki, onun digər əsas funksiyalarından biri istifadəçi IP-lərinin virusa yoluxması barədə məlumatlandırması olacaq.
“Burada insanları hədəfə alan, özündə zərərli məzmun saxlayan resursların siyahısı yerləşdiriləcək. İstifadəçilər özləri də şübhə doğuran saytlarla bağlı şikayət yollaya biləcəklər”, – deyə Mərkəzdən bildirilib.

“Aparıcı olduğuma görə məni almırdılar”

0

“Oğlum çox vaxt mənə hirslənir. Məktəbə iclasa gedəndə deyir ki, ana kimi geyin gəl, uşaq kimi yox! Mən çox vaxt şalvar, kofta geyinirəm. Bu “ana kimi” deyəndə mənim anamın geyimini nəzərdə tutur”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkas “X maqazin” proqramında qonaq olarkən deyib. O, oğlu Vakkasın bloqqer olmaq istədiyini, bu səbəbdən tez-tez mübahisə etdiklərini bildirib:

“Oğlum bloqqer olmaq istəyir. Evdə bu səbəbdən dava edirik. Mən buna razı deyildim. İndi ona söz vermişəm ki, məktəbdən qızıl diplom gətirsə, 3 ay ona telefon verəcəm ki, özünü bloqqer kimi sınasın”.

Bundan əlavə, Çiçək proqramda qeyd edib ki, aparıcı olduğuna görə, onunla ailə qurmaq istəməyiblər:

“Aparıcı olduğuma görə məni almırdılar.  O zamanlar çox fikir edirdim, ağlayırdım. Deyirdim ki, kaş vaxtında atama qulaq asardım, aparıcı olmazdım. İndi amma vecimə almıram. Amma oğlum hansı müğənnini bəyənsə, ona evlənməyə icazə verərəm”.

Məşhur aktyor intim görüntülərinə görə şantaj olundu

0

“Kiralık Aşk” serialı ilə populyarlaşan aktyor-aparıcı Onur Büyüktopçunun başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, o, polisə müraciət edərək şantaj edildiyini bildirib. 

Belə ki, aktyor instaqramda saxta hesabdan ona intim görüntülərinin atıldığını, həmin videoların sosial şəbəkələrdə yayılacağını qeyd edib.

Naməlum şəxs 50 min TL verəcəyi təqdirdə həmin görütüləri siləcəyini vurğulayıb. Onur əvvəlcə qeyd olunan bank hesabına pulu yatırsa da, daha sonra həmin şəxsin onun dostu olduğunu öyrənib.

Büyüktopçu bundan sonra polisə müraciət edərək şikayətçi olub.

 

Əfv sərəncamının icrası başa çatdı

0

Dünən Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən 431 nəfər bu gün azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, onlardan 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Külək reklam lövhələrini uçurtdu – Foto

0

Bakıda dünən axşamdan güclənən külək fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, güclü külək nəticəsində, bir sıra ərazilərdə ağaclar aşıb, reklam lövhələri uçub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda bildirilirdi ki, Bakıda və Abşeron yarımadasında martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir.

Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə martın 17-si gündüz qərb rayonlarından başlayaraq martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti martın 17-19-da arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Moskvadan uçan “Boeing” Soçidə məcburi eniş etdi

0

Moskvadan uçan “Boeing-738” layneri Soçidə məcburi eniş edib.

“Qafqazinfo” REN TV-yə istinadən xəbər verir ki, məcburi enişə səbəb təyyarədə yaranan nasazlıq olub.

Laynerin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 106 sərnişin olub. Xəsarət alan yoxdur.