Ev Blog Səhifə 4

Aleksey İsayev ” Qarabağ “da

0

“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, komanda “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Yeni transfer 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.

 

terefsiz.az

” Tesla ” liderliyini itirdi.

0

Amerikanın “Tesla” şirkəti bu ilin dördüncü rübündə satılan elektrikli avtomobillərinin sayına görə ilk dəfə rəqibi Çin avtomobil istehsalçısı “BYD”yə liderliyini itirib.

Bu barədə TEREFSİZ.AZ saytı “Bloomberg”ə istinadən xəbər verir.

Oktyabr-dekabr ayları arasında “Tesla” dünya üzrə 484 507 elektrikli avtomobil satıb ki, bu da üçüncü rüblə müqayisədə 11% çoxdur. Bununla belə, “BYD” ötən ilin son üç ayında 526.409 elektrikli avtomobil sataraq rəqibini geridə qoymağı bacarıb.

Cəmi bir il ərzində “Tesla” 1,8 milyon elektrikli avtomobil tədarük edib və hədəflərini üstələyib. “BYD” isə keçən il 1,6 milyon elektrikli və 1,4 milyon hibrid avtomobil satıb.

 

terefsiz.az

” 29 ildə 29 qanun ” – Bənövşə Mahmud qızından tövsiyələr

0

” 29 ildə 29 qanun “

Mən Azərbaycan adlı balaca bir Qafqaz ölkəsində yaşayan xanımam. Təqvimə görə Noyabr ayının 16-sı 29 yaşım tamam oldu. Yəni, artıq 30 yaşım var. Bu hələ yeni başlamış 30cu ilim, həyatımın nə qədəridir, bilmirəm. Uşaqlıqdan bu yana faydalı olmaq qayəsində olmuşam. Həm orta, həm ali təhsil almışam. Özümü alim hesab etmirəm. Məni çox savadlı görənlərə elə olmadığımı bildirəcək qədər təvazökar, özlərini alim və hər şeyin ən düzünü bilənlərə qarşı isə iddialı, özünə inamı olan insanam. Mən heç vaxt özümü gözəl hesab etməmişəm, uşaqlıqdan. Lakin böyüdükcə əks cinsin sayəsində gözəl olduğumu öyrəndim. Həyatın çox qatı olan bəzi qanunları var ki, çox insan bunu gec yaşlarda, bəziləri isə ümumiyyətlə, öyrənmədən bu həyatdan köçüb gedir. Çox şükür ki, ağır imtahanlarla da olsa, mən artıq 30 yaşım tamam olmadan, o qatı qanunların nələr olduğunu müəyyən qədər yaşayıb, dərsimi almışam. Bu yazını nə qədər oxumağa səbriniz çatacaq, bilmirəm. Amma mənim aldığım dərslər aşağıdakılardır;

 

1. Heç vaxt heç vaxt demə.
2. Heç kəsi qınama. (Lağ da etmə)
3. Heç kəs əvəzedilməz deyil.
4. Həyatda hər şey olur.
5. Görünüş insan üçün ən böyük sınaqdır, halbuki, ən bəsit şeydir.
6. Bütün insanları sev, amma fərd şəklində yox.
7. Bu möhtəşəmliyin mütləq bir Yaradıcısı var və onu sev.
8. İnanclı olmaq bir insan üçün ən vacib olan şeydir.
9. Ədalətli ol, içi özün daxil olmaqla, hər kəsə qarşı.
10. Sənə zərər verən insanlardan sadəcə uzaqlaş. Sənin uğurların onlar üçün ən böyük qisasdır.
11. Üzr istəyəcək qədər böyük insan ol, amma üzr istəməyi saqqız edəcək qədər arsız olma.
12. Bu həyatda ən önəmli şey verdiyin sözü tutmaqdır. Tuta bilməyəcəyin sözlər vermə.
13. Hər tərəfli olaraq, yalançı ümidlər vermə.
14. Aldığın ən bahalı geyim, yediyin ən bahalı yemək o qiymətə dəyərdimi? Ehtiyacı olan insanları düşün, bir gün sən də ehtiyac içində ola bilərsən deyə yox, təmənnasız şəkildə düşün.
15. Yaxşılıq etməyə məcbur deyilsən, yaxşılıq etdiyin adamın da sənə qarşılıq vermək məcburiyyəti yoxdur.
16. Tənqid etmək və təhqir etmək fərqli şeydir. Bunları ayırd edə bilmirsənsə, heç birini etmə.
17. Şiddətə qarşı olmaq axmaqlıqdır. Ancaq ən güclü silah sözdür.
18. İncidilmək və incitmək istəmirsənsə, sevgi və məntiqi bir yerdə idarə etməyi öyrənməlisən. Həyatına girəcək şəxs necə olmalıdır və sən necə bir yol seçmisən, bunu dəqiqləşdir. Bu qanun işlərə də daxildir.
19. Uşaqları çox sev, qoru və maarifləndir, onlar bizim xilaskarımız və ya qatilimizdir. Buna istiqamət verən insanlardan biri ol.
20. Gözəlliyə, yaraşığa, pulun az və ya çoxluğuna qapılma. Çünki görünüş bir qəzaya, pul isə bircə müflisliyə baxır.
21. Qüsurlarını gizlətmə, başqalarının da qüsurlarını özlərinə deməkdən çəkinmə. Onlara xoş olmasa belə.
22. Yaşadığın ölkənin sistemindən narazısan? Yaşadığın mühitdən, ailədən narazısan? Bəs sən düzəlməsi üçün hansı addımları atmısan?
23. Azadlığını birinci öz ailəndə qazan.
24. Yalnış yerdə, yalnış insanlarla olmaqdansa tək qalmaq yaxşıdır, buna əmin ol.
25. Üsyankar, pessimist olmaqdan əl çək, sən realist olmalısan, çünki axmaq deyilsən.
26. Həyat nə kitablardakı kimidir, nə də kinolardakı kimi.
27. Yalnız kitab oxumaqla savadlı, dünyagörüşlü olmaq olmur. Həyatı yaşayaraq öyrənmək lazımdır.
28. Həyatınızdakı hər bir kəsin öz rolu və öz vaxtı vardır. Vaxtı gələndə hər kəs gedəcək, belə və ya elə. Buna öyrəş.
29. Ruhunu kin ilə mundarlama.

 

Siyahını uzatmaq olar. Lakin çox gözəl bilirəm ki, sizi ən çox şəkillər cəlb edir və çox vaxt oxumursunuz yazılanları. Hər bir halda mən yazıram. İstər görünüşüm, geyimim, həyat tərzim, yazılarım, şeirlərim sizi narahat etsin, hər bir halda mən varam. Var olduğum müddətcə əlimdən gələni edəcəm, sizə xoş olan və ya olmayan, amma düz bildiyim hər şeyi. Mən öz ailəsində də azadlığı qazanmış, azad ruhlu, təcrübəli, istedadlı, haqqını bilən, tələb edən, amma hər şeyi bilməyən, bacardığım qədər düzlərin yanında olan, çoxunuzun eqoist kimi, bəzilərinin nəzərində isə öz əxlaqları kimi qara düşündüyü, sadə bir xanımam.

Bənövşə Mahmudqızı

 

terefsiz.az

sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.  İnzibati Xətalar Məcəlləsinə əsasən, buraxılış

0

Bu gündən sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.

– Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq.

– Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq.

– Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

– Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcək.

– Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalannın yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.

 

terefsiz.az

Taksilərlə bağlı yeni qərar

0

Bu gündən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 2 000 manat məbləğində cərimə olunacaq.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 80 manat məbləğində cərimə ediləcək.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

terefsiz.az

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək – SƏRƏNCAM

0

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Sərəncamda bildirilir ki, Məhəmməd Əmin Rəsulzadənin 2024-cü ilin yanvar ayında anadan olmasının 140 illiyi tamam olur:

“Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.

Terefsiz.az

Mobil cihazlar haqqında dövlət rüsumunda dəyişiklik edildi.

0

Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq ediləcək:

1. Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat.

Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:

1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;
2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;
3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;
4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;
5. bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;
6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 15 manat.
Qanunvericiliyə görə hazırda satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq edilir:

1. Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 20 manat.

Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:

1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
5. bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manat.

İstinad: banker.az

 

terefsiz.az

Çörəyin qiyməti ucuzlaşdı

0

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

Belə ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.

Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir.

Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

 

terefsiz.az

Əmək müqaviləsi ilə bağlı qərar qəbul olundu.

0

Konstitusiya Məhkəməsi məcburi əmək müqaviləsi ilə bağlı qərar qəbul edib.

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir.

 

terefsiz.az

Aygün Bəylər xəstəxanaya yerləşdirilib.

0

MAGAZİN1

Əməkdar artist xəstəxanaya yerləşdirildi – FOTO/ VİDEO

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, “Tez sağalın, əvəzsiz sənətkar” qısa şərhini yazıb.

A.Bəylərin prodüseri muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O, əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib.

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

 

İstinad: axşam.az