Ev Blog Səhifə 5

Hava haqqında məlumat

0

Bakıda və Abşeron yarımadasında oktyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

 

terefsiz.az

Zəngilanda Azərbaycanla İran arasında körpünün əsası qoyuldu.

0

Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumları tərəfindən Şahin Mustafayevə və Mehrdad Bəzrpaşa ətraflı məlumat verilib.

Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.

651fce2607f7c651fce2607f7d1696583206651fce2607f7a651fce2607f7b

Azərbaycan Ermənistanla Qranada şəhərindəki görüşdən imtina edib.

0

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Azərbaycanın görüşdə imtina etməsinin səbəbləri açıqlanıb.

TEREFSİZ.AZ saytı “APA”ya istinadən xəbər verir ki, Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.

Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə, Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.

Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.

Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.

 

terefsiz.az

Nəqliyyat vasitələrinin tıxacı aradan qaldırılacaq.

0
TEREFSİZ.AZ saytı xəbər verir ki, yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumatda bildirilib.
Xəbərə görə, paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatları götürülərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edilib və bunun əsasında təklif hazırlanıb:

“Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” metro stansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyə dönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər”.

Qeyd edilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

 

terefsiz.az

Dolların məzənnəsi qalxır – səbəb?

0

ABŞ-ın güclü iqtisadi məlumatlarının Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha uzun müddət daha yüksək saxlayacağına dair fikirləri gücləndirdikdən sonra dollar çərşənbə axşamı 11 ayın ən yüksək səviyyəsinə çataraq, yapon yeninin potensial intervensiya (müdaxilə) zonasına yaxınlaşmasına səbəb olub.

TEREFSİZ.AZ saytı xəbər verir ki, Avrozonanın vahid valyutası və ingilis funt-sterlinqi də dollara qarşı minimumlara düşüb. Avro/dollar yanvarın 1.0482 minimumunun altına düşüb.

Avstraliya dolları, Avstraliya Ehtiyat Bankının (RBA) məzənnələri saxlamaq qərarından sonra 11 ayın ən aşağı səviyyəsinə enib, Moskva Birjasında Rusiya rublu isə erkən ticarətdə bir qədər bərpa olunmadan əvvəl dollara nisbətdə psixoloji həddi olan 100-ü keçərək zəifləyib.

Bazar ertəsi keçirilən sorğuya görə, fabriklər tərəfindən daxilolmalar üçün ödənilən qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü göstərən bir hesabata görə, ABŞ istehsalatında sentyabr ayında bərpaya doğru addımlar görünür.

ABŞ dollarının altı əsas valyuta səbətinə qarşı ölçülən indeksi 107.19 bəndə qədər yüksəlib. Bu da 2022-ci ilin noyabrından bu yana görünən ən güclü göstəricidir.

Son həftələrdə ABŞ-ın güclü iqtisadi məlumatları, FED-in faizləri daha uzun müddət yüksək saxlayacağına dair gözləntiləri yüksəldir, bir sıra siyasətçilər inflyasiya gözlənildiyi kimi yavaşlamaya davam etməsə, daha da sərtləşmə riski barədə xəbərdarlıq ediblər.

ABŞ Xəzinədarlığının gəlirləri də müsbət məlumatların açıqlanması, habelə hökumətin “shutdown”nın qarşısını alan son dəqiqə razılaşması ilə birlikdə dollara güclü təkan verir.

Dollardakı ralli yen üzərində daha da təzyiq göstərərək onu psixoloji cəhətdən əhəmiyyətli 150 səviyyəsinə yaxınlaşdırdı ki, bu da bildiyimiz kimi Yaponiya hakimiyyət orqanları üçün intervensiyaya təkan verə bilən səbəbdir. Öncəki ildə bununla bağlı bir neçə müdaxiləsi ilə rastlaşmışıq.

Dollar/yen cütlüyünün məzənnəsi çərşənbə axşamı 149.93 səviyyəsinə çatıb.

Bu arada, Yaponiyanın maliyyə naziri Şinuçi Suzuki çərşənbə axşamı rəsmilərin valyuta bazarını yaxından izlədiklərini və iqtisadi əsasları əks etdirməyən spekulyativ hərəkətlərə qarşı xəbərdarlıq edərək cavab verməyə hazır olduqlarını deyib.

Bazar ertəsi Avrozonada vəziyyət ürəkaçan deyil və bu da avronu keçən ilin dekabrından bəri ən aşağı səviyyə olan 1,04595 dollara qədər ucuzlaşdırıb. Sterlinq də 1.2061 dollara qədər ucuzlaşıb.

Avstraliya Ehtiyat Bankının pul komitəsinin iclasında bazar gözləntilərini yerinə yetirməsi və məzənnələri sabit saxlamasından sonra Avstraliya dolları 0.7%-dən çox ucuzlaşaraq 0.63135 ABŞ dollarına düşüb.

İstinad: banker.az

 

Terefsiz.az

“Taxi”lərin ödənişləri artıq belə həyata keçiriləcək.

0

Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları müəyyənləşib.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Qanuna əsasən,  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi hallarda müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması barədə məlumatlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edilməlidir.

 

İstinad: banker.az

 

terefsiz.az

Qarabağdakı ermənilər bu vergilərdən azad ediləcək. ( ƏTRAFLI LİNKDƏ )

0

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərin nümayəndələri ilə Yevlax və Xocalı şəhərlərində baş tutan görüşlər barədə açıqlama yayıb.

Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Bildirilir ki, Qarabağın erməni sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

 

terefsiz.az

“Aqrar Sığorta Fondu”nun risklər siyahısına quraqlıq daxil ola bilər.

0

Azərbaycanda quraqlıq hadisəsi ilə bağlı sığorta Aqrar Sığorta Fondunun risklər siyahısına daxil edilə bilər.

bunu jurnalistlərə açıqlamasında Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bilidirib ki, quraqlıq sığortası Fondun qarşısındakı ən vacib vəzifələrdəndir:

“Ölkəmiz quraqlığa məruz qalacaq ölkələr siyahısında ilk onluqdadır. Hazırda fermerlərə quraqlıqdan hansı formada təminat verə biləcəyimizi təhlil edirik. Bu il ölkədə 200 min hektara yaxın əkin ərazisi quraqlığa məruz qalıb. Bizim vəzifəmiz növbəti dövrdə bu xidməti fermerlərə təqdim etməkdir. Biz öncədən bilirik ki, bu zərərli bir sığorta təminatıdır. Təkcə Türkiyə təcrübəsini götürsək, hər alınmış 100 manata görə 900 manat ödəniş edilib. Öncədən bəllidir ki, toplanan sığorta haqları həmin ərazilər üzrə edilən ödənişlərdən dəfələrlə az olacaq.

Bu, tariflərin dəyişməsinə səbəb olacaq. Çalışırıq sistemi elə genişləndirək ki, dayanıqlılıq təmin olunsun. Bu gün aqrar sığorta xidməti yeni formalaşır. Biz ilk günlərdən aqrar sığorta xidməti olaraq quraqlıq təminatını verərək fondu müflis etsək, bu sistemin gələcəyini məhv edərik. Odur ki, mərhələli şəkildə inkişaf etməyi planlaşdırmışıq və düşünürük ki, növbəti dövrlərdə hansısa formada gəlir itkisinin olmasa da, ən azı istehsal xərclərinin qarşılanması həcmində bu təminatı fermerlərə verək”.

Fuad Sadıqov hesab edir ki, quraqlıq təminatının verilməsi ilə şiddətli quraqlığa davamlı məruz qalan ərazilərdə tariflərin ikiqat artması mümkündür: “Bunun qarşılığında dövlətin bu sahədə dəstəyinin neçə faiz olması da müzakirə mövzusudur. Ola bilər ki, dövlət dəstəyi 50 % deyil, 60-70 % olsun. Bunlar müzakirə edilir və dövlət büdcəsinə yarancaq yük hesablanır. Çünki Fond dövlət təşkilatıdır və təzminatlar və sığorta haqlarının bir hissəsi büdcə vəsaiti hesabına qarşılanır. Bizim əsas məqsədimiz ölkədə bir il quraqlı təminatı verib sonra müflis olmaq deyil, daha davamlı və dayanıqlı sistem yaratmaqdır”.

 

terefsiz.az

Mərkəzi Bankın sədrinin imzaladığı ilk pul tədavülə buraxılır.

0

TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Banker.az-a istinadən, AMB-nin mətbuat xidmətindən bildirilir.

İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

manat

1s

” Bakı Kristal Zalı ” İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi.

0

“Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” dəyişiklikdə bildirilir. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların SİYAHISI:

 

1. “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs.

2. “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxs;

2.1. “İqtisadi Zonaların İnkişafı Agentliyi” publik hüquqi şəxsin nəzdində “Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs.

3. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs.

4. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs.

5. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs;

5.1. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin tabeliyindəki “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxs.

6. “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs.

7. “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

8. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

9. “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:

10.1. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:

11.1. “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs;

11.2. “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs;

11.3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs;

11.3.1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyindəki ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər);

11.3.2. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

11.4. “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti.”

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar:

12.1. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs;

12.2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs;

12.3. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs;

12.4. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Terefsiz.az