Ev Blog Səhifə 7

Hava haqqında məlumat

0

Qeyri-sabit hava şəraiti avqustun 30-dək davam edəcək, küləyin sürəti 20-23 m/s-dək güclənəcək.

Bu barədə Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, avqust ayının 29-u gecə saatlarında Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə isə Daşkəsən, Gədəbəy, Goranboy, Gəncə və Böyük Qafqazın bəzi ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunub:

“Belə ki, şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu gün günorta saatlarında Goranboy rayonunun bəzi kəndlərinə yağan intensiv leysan yağışları nəticəsində yamaclardan daxil olan yağış suları Gorançayın aşağı axınında sel əmələ gətirib.

Bu gün axşam saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə isə leysan xarakterli yağış yağacağı, yarımadanın bəzi yerlərində şimal-qərb küləyinin 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bölgələrdə isə avqust ayının 30-dək qeyri-sabit hava şəraiti davam edəcək. Belə ki, yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacağı gözlənilir. Həmçinin şimal-şərq küləyinin bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək. Gözlənilən intensiv leysan yağışları ilə əlaqədar respublikanın dağ çaylarında, Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Lənkəran, Astara bölgəsi, o cümlədən Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunun ərazisindən axan bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır”.

 

terefsiz.az

Rəsmi Bakı Fransa Prezidentinə xəbərdarlıq edib: “Kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq”

0

“Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq”.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

 

“Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən bu ölkənin nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı”, – XİN rəsmisi vurğulayıb.

Terefsiz.az

Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür

0

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.

TEREFSİZ.AZ saytı “report”a istinadən xatırladır ki, Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 31 il ötür.

 

Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.

 

Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.

Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

İstər Ballıqaya, istər Qaradağlı, istərsə də Xocalı və Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qisasın alınmasına nail olunub. Baxmayaraq, Ermənistan silahlı qüvvələri hətta Vətən müharibəsi günlərində də dinc əhaliyə qarşı hərbi cinayətini davam etdirib. Azərbaycan əsgərinin qarşısında tab gətirməyən düşmən döyüş meydanından qaçaraq o zamankı cəbhəyanı ərazilərdə yerləşən və eləcə də cəbhəyanı ərazilərə yaxın olan şəhər və rayonları ballistik raketlərlə bombalayıb. Gəncə və Bərdə şəhərlərinin düşmən tərəfindən ballistik raketlərlə bombalanması nəticəsində neçə-neçə günahsız insanın, azyaşlıların, qadınların həyatına son qoyulub. Eləcə də Mingəçevir, Yevlax, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması nəticəsində uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insan qətlə yetirilib.

Bütün bunlar dinc azərbaycanlılarla düşmənçilik edən ermənilərin – erməni silahlı birləşmələrinin ideologiyasının əsas qayəsidir.

Amma onların bu ideologiyası da, mifologiya üzərində quraraq özlərini inandırmağa çalışdıqları yenilməz orduları da məhv edildi. Məhz qətiyyətli Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının birliyi və Azərbaycan ordusunun şücaəti sayəsində. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da, tarixi ədalət bərpa olundu və qələbə qazanıldı. Tarixən azərbaycanlılara qarşı kütləvi qırğın, qətliam və soyqırımı törədən erməni silahlıları və onların tör-töküntüləri isə döyüş meydanında yerindəcə məhv edildi. Əldə olunmuş Zəfərə, qazanılmış qələbəyə baxmayaraq, Azərbaycan xalqı ermənilərin törətdiyi kütləvi qətliamları heç bir zaman unutmayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə çıxışlarında Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağını və buna görə Ermənistanın hüquqi müstəvidə cavab verməyə məhkum ediləcəyini bildirib.

Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:

A.S.A Doğum tarixi Yaşı
Azyaşlı uşaqlar
1 Hümbətov Elçin Vəzir oğlu 1980 12 yaş
2 Hümbətov Bəxtiyar Vəzir oğlu 1982 10 yaş
3 Hümbətov İsmayıl Vəzir oğlu 1984 8 yaş
4 Hümbətov Nəvadi Vəzir oğlu 1986 6 yaş
5 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
6 Hümbətov Canpolad Vəzir oğlu 1992 6 ay
Qadınlar
1 Abdullayeva Səadət Abdulla qızı 1973 19 yaş
2 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
3 Mehdiyeva Ayna Hümbət qızı 1967 25 yaş
4 Mehdiyeva Bəyim Aydın qızı 1959 33 yaş
5 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
6 Mehdiyeva Süraya Məhəmməd qızı 1956 36 yaş
7 Kalbalıyeva Nubar Muradxan qızı 1952 40 yaş
8 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
9 Alməmmədova Minaya Əbilqasım qızı 1930 62 yaş
10 Alməmmədova Zeynəb Şəmil qızı 1972 20 yaş
11 Alməmmədova Kəmalə Şəmil qızı 1976 16 yaş
12 Hümbətova Hürzaman Qara qızı 1959 33 yaş
13 Hümbətova Gülnar Vəzir qızı 1988 4 yaş
Qocalar
1 Abdullayev Abdulla Bədəl oğlu 1934 58 yaş
2 Mehdiyev Hümbət Əbulqasım oğlu 1930 62 yaş
3 Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı 1935 57 yaş
4 Mehdiyeva Gülayə Əli qızı 1925 67 yaş
5 Vəliyeva Zeynab Hüseyin qızı 1899 93 yaş
6 Alməmmədova Minaya Əbilqasım qızı

Avqustun 28-də gözlənilən hava şəraiti

0

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

TEREFSİZ.AZ

Binalarda enerji sərfiyyatı ilə bağlı yeni qərar

0

Binalar üçün minimum enerji effektivliyi normaları təsdiq edilib.

 

TEREFSİZ.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırmaqla on səkkiz ay müddətində binalarda enerji effektivliyini təmin etmək məqsədilə qüvvədə olan tikinti norma və qaydalarının təkmilləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla bu Qərara əsasən təkmilləşdirilmiş tikinti norma və qaydaları əsasında “Binalarda enerji sərfinin hesablanması metodologiyası”nı altı ay müddətində hazırlayıb təsdiq etməlidir.

Qaydaya əsasən, binalarda enerji sərfinin hesablanması metodologiyası binaların enerji sərfiyyatına təsir edən və bu Normalarda qeyd olunan parametrləri nəzərdə tutur. Hesablama ilkin enerji resursları əsasında aparılır. Bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

– yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

– tibb müəssisələri;

– təhsil müəssisələri;

– istehsalat binaları və anbarlar;

– inzibati təyinatlı binalar (ofislər);

– digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında bu Qaydada qeyd edilən kateqoriya (tip) binalar üzrə aşağıdakı parametrlər nəzərə alınır:

– binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;

– binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;

– binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;

– mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;

– daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;

– təbii və mexaniki havalandırma sistemləri;

– işıqlandırma (təbii və ya süni) sistemləri;

– binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;

– bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.

 

terefsiz.az

Ombudsmanın nümayəndələri Azərbaycan sərhədini pozan erməni diversanta baş çəkib

0

TEREFSİZ.AZ saytı xəbər verir ki, Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan sərhədini pozan erməni diversant Qaqik Voskanyana baş çəkib.

Bu barədə  Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.

Başçəkmə zamanı bu il avqustun 16-da terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.

Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.

İstinad: report.az

Terefsiz.az

Jurnalist Zülfüqar Hüseynzadənin xatirəsi yad edilib

0

Bu gün Sosial Tədqiqatlar Mərkəzində “Moderator.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Zülfüqar Hüseynzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

TEREFSİZ.AZ saytı “Report”-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Başlıbel şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca mərhum jurnalistin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən deputatlar, jurnalistlər iştirak ediblər.

Sonda qonaqlar Zülfüqar Hüseynzadə haqqında xatirələrini bölüşüblər.

terefsiz.az

Yazar Etibar Həsənzadənin “Vətən uğrunda” adlı kitabı işıq üzü görüb

0

Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsi çərçivəsində “Vətən uğrunda” adlı kitabı işıq üzü gördü. Qeyd edək ki, bu kitab Etibarın sayca 10-cu kitabıdır.

Kitab 44 günlük Vətən müharibəsində iştirak edən daşkəsənli döyüşçülərin həyat və döyüş yoluna həsr olunmuşdur. Kitabın ilk səhifələrindəVətən müharibəsi haqqında geniş məlumat verilmişdir.


Kitab generalımız Polad Həşimovun həyatı, döyüş yolu, onun əsgəri olmuş daşkəsənli döyüşçülərin onun haqqında xatirələri ilə başlayır və 196 nəfəri əhatə edir.

Bunlardan 34 nəfəri şəhidlərimiz, qalanı isə veteranlarımızdır. Kitaba ehtiyatda olan polkovnik -leytenant, Bakı ş. Suraxanı r. İHB Aparatında

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov ön söz vermişdir.

Kitab M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına, AMEA MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna, Polad Həşimovun ev muzeyinə, Sumqayıt şəhər Polad Həşimov adına 28 saylı tam orta məktəbdə yaradılmış Polad Həşimov adına muzeyə, şəhid ailələrinə və döyüşçülərimizə hədiyyə olunmuşdur.

Ölkəmizin bir çox böyük kitabxanalarına da hədiyyə olunması nəzərdə tutulmuşdur. Avqustun 3-də Daşkəsən rayonunda Daşkəsən rayon İcra Hakimiyyəti və CHXÇDX-nın Daşkəsən rayon bölməsinin təşkilati dəsətyi ilə “Vətən uğrunda” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Daşkəsən İHB-nın səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Daşkəsən rayon prokuroru Şahin İmanov, SHXÇDX-nın Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayev, Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair- publisist Qəşəm Nəcəfzadə, ehtiyatda olan tibb üzrə polkovnik-leytenant Vüqar Bağırov, şəhid ailələri, qazilər, veteranlar və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. Çıxış edənlər yazar Etibar Həsənzadəyə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Terefsiz.az

Hava haqqında məlumat

0

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

– Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil

edəcək.

– Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi

əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz:

İyulun 4-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir

 

terefsiz.az

Hadja Lahbib: “Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır”

0

Hadja Lahbib: “Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır”

“Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün kifayət qədər səy göstərir”.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq, eləcə də regionda dayanıqlı sülhü təmin etmək üçün tarixi imkan yaranıb.

 

“Əlbəttə ki, sülhə nail olmaq məsələsində Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Həm Ermənistanın, həm də Azərbaycanın liderləri də bildiriblər ki, iki ölkənin ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır. Biz bunu ancaq dəstəkləyə bilərik”, – Belçikanın xarici işlər naziri deyib.

Terefsiz.az