Ev Blog Səhifə 8

Həftə sonu hava proqnozu

0

Həftəsonu Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq, mülayim cənub-şərq küləyi əsəcək.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

Onun sözlərinə görə, havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

 

Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə ediləcək. Maksimal temperatur günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.

 

Ən sərin hava şəraiti respublikanın dağlıq ərazilərində – Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında və Lənkəran-Astara bölgəsinin dağlıq ərazilərində müşahidə ediləcək, günorta saatlarına 25-30 dərəcə isti olacaq.

 

terefsiz.az

” Vaqif Poeziya günləri “

0

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayır.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin doğma şəhəri – Qazaxın Yuxarı Salahlı kəndindən start götürəcək.

 

İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

 

Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.

 

Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, Xarıbülbül və Qarabağ otellərində tədbirlər keçiriləcək.

 

Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda – mədəniyyət paytaxtımızda keçirilməkdədir.

 

terefsiz.az

Pakistanda azərbaycanlı alpinist 7 500 metr yüksəklikdə qalmış müəllimi xilas edib.

0

Pakistanda azərbaycanlı alpinist 7 500 metr yüksəklikdə qalmış müəllimi xilas edib.

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə “Dawn” məlumat yayıb.

Pakistanın yüksək Nanqa Parbat dağlıq ərazisində qar korluğu səbəbindən köməksiz vəziyyətdə qalmış yerli alpinist, universitetdə müəllim işləyən 45 yaşlı Asif Bhatti beş gün sonra təhlükəsiz şəkildə baza düşərgəsinə çata bilib.

Pakistanın “Alp” klubunun katibi Karrar Haidri məlumatı təsdiqləyərək bildirib ki, Asif Bhatti bazar günü 8 126 metr yüksəklikdəki dağa qalxmaq istəyərkən qar korluğu səbəbindən 4-cü düşərgədə – 7 500 metr hündürlükdə qalmağa məcbur olub.

Dördüncü düşərgədə qalan Bhatti əcnəbi alpinistlər komandası ilə zirvəyə qalxmaq niyyətində imiş.

O, baza düşərgəsindəki insanlarla radio vasitəsilə əlaqə saxlayaraq kömək istəyib. Bhatti fiziki cəhətdən güclü olsa da, qar korluğu səbəbindən hərəkət edə bilməyib.

Qeyd edilir ki, zirvəyə qalxan azərbaycanlı alpinist İsrafil Aşurlu bazar ertəsi Bhatti ilə əlaqə saxlayıb. O, zirvəsini tərk edərək Asif Bhattiyə kömək edib.

Onlar çərşənbə axşamı enməyə başladılar və axşama doğru 3-cü düşərgəyə çatıblar. Yerüstü xilasetmə missiyası da Bhattiyə kömək etməyə hazırlaşıb, helikopterlər həmin hündürlükdən yuxarı uça bilmədiyi üçün helikopterin 2-ci düşərgəyə çatmasını gözləyib.

Helikopter pis hava şəraiti səbəbindən havaya qalxa bilmədiyi üçün iki nəfərlik komanda 3-cü düşərgədən enən iki alpinistə qoşulmaq üçün baza düşərgəsindən Nanqa Parbat zirvəsinə qalxmağa başlayıb.

Dörd nəfər çərşənbə günü görüşüb və yaralı alpinist gecə 2-ci düşərgəyə aparılıb.

Cümə axşamı səhər Pakistan ordusunun helikopterləri xilasetmə əməliyyatı üçün Skardu şəhərindən Nanqa Parbat şəhərinə uçub, lakin əlverişsiz hava şəraiti cəhdə yenidən mane olub.

Daha sonra dörd alpinist özləri cümə axşamı axşam saatlarında baza düşərgəsinə çata biliblər. Bhatti ordu helikopteri ilə Skardu şəhərinə aparılacaq.

Bhattinin sosial media meneceri doktor Asif Xoca xilasedicilərə o, ailəsi və dostları adından təşəkkür edib.

Asif Xoca açıqlamasında azərbaycanlı alpinistin qəhrəmanlıq nailiyyətini alqışlayıb.

Alpinist Sajid Əli Sadpara da xilasedicilərin cəsarətli səylərini alqışlayıb. “İsrafil Aşurlunun zirvəyə qalxmaqdan imtinası, qalmaq və Bhattini xilas etmək qərarı fövqəladə haldır”, – o deyib.

O əlavə edib ki, hökumətin dağlarda xilasetmə sistemi yaratmaq barədə düşünməsinin vaxtı çatıb.

TEREFSİZ.AZ

Tviter özünə rəqib kimi görünən “Threads” adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə “Meta”nı məhkəməyə verə bilər.

0

Tviter özünə rəqib kimi görünən “Threads” adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə “Meta”nı məhkəməyə verə bilər.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.

 

Məlumata görə, iyulun 6-da yeni onlayn platformanın istifadəyə verilməsindən qısa müddət sonra tviteri təmsil edən “Quinn Emanuel” şirkətinin hüquqşünası Aleks Spiro “Meta”nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı “Twitter”in əqli mülkiyyətindən istifadədə ittiham edib.

 

Xüsusilə, Spiro, keçən il İlon Mask tərəfindən satın alındıqdan sonra şirkətin ixtisarı zamanı “Meta”nın hələ də ticarət sirri məlumatlarına çıxışı olan onlarla “Twitter” işçisini işə götürdüyünə diqqət çəkib.

 

“Tviter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və “Meta”dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmaq üçün dərhal addımlar atmasını tələb edir”, – məktubda deyilir.

 

terefsiz.az

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

0

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

TEREFSİZ.AZ  saytı xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.

Dövlət Komitəsindən  məlumatı təsdiqləyiblər.

 

terefsiz.az

Lerikdə məktəb direktoruna cinayət işi başlanılıb

0

 

TEREFSİZ.AZ saytı xəbər verir ki,  Lerik rayonun Bülüdül kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin direktoru Rasim Şahbazovun uzun müddətdir istismara yararsız vəziyyətdə olan məktəbin qazanxanasına yanacaq alınması adı ilə 16 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

 

terefsiz.az

Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Binyamin Musayevə cinayət işi açılıb.

0

TEREFSİZ.AZ saytı xəbər verir ki, Yevlax şəhər Gənclər və İdman idarəsinin sabiq rəisi Binyamin Musayevə cinayət işi açılıb.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləmiş Binyamin Musayevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafaltlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Binyamin Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə vurulmuş maddi ziyandan 50 min manatının ödənilməsi təmin edilib.

 

terefsiz.az

Azərbaycanda 5,5 bal gücündə zəlzələ baş verib

0

Xəzər dənizinin Dağıstan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib.

Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ həmçinin Xaçmaz rayonunda da hiss edilib.

 

TEREFSİZ.AZ

Pol Qobl: “Sergey Şoyqu və Yevgeni Priqojindən biri öləcək, digəri qəhrəman olacaq” – MÜSAHİBƏ

0

 

İyunun 24-də Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamı ilə geosiyasi mənzərə və proqnozlar alt-üst oldu. Belə ki, mövqelərinə raket atıldığını iddia edən “Vaqner” rəhbəri Yevgeni Priqojin istiqaməti dəyişdi və Rusiyanın içərilərinə doğru irəlilədi, bir neçə yaşayış məntəqəsi nəzarət altına alındı.

Rusiya Prezidenti Vladimir Putin bu addımı dövlətə xəyanət kimi qiymətləndirərək, Y.Priqojini cəzalandıracağını bəyan etdi. Bunun ardınca Belarus Prezidenti Aleksandr Lukaşenko Y.Priqojinlə danışdı. “Vaqner” in ölkəni tərk etməsi, V.Putinin keçmiş aşbazının Minskə getməsinə dair razılıq əldə olundu. Daha sonra “Vaqner”in ləğv olunacağı elan edildi. Suallar çoxdur. Böyük əksəriyyətinə təqdim edilən cavablar isə sadəcə bunlar “aysberqin görünən tərəfidir” mahiyyətindədir.

TEREFSİZ.AZ saytı xəbər verir ki, Amerikalı politoloq, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl “Vaqner” və onun ətrafında cərəyan edən proseslərlə bağlı “Report”un suallarını cavablandırıb.

– “Vaqner”in silahlı qiyamı barədə nə düşünürsünüz? Sizcə, bu, həqiqətən, bəzilərinin iddia etdiyi kimi şou idi?

– Qiyam “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Rusiya hərbi elitasından, o cümlədən müdafiə naziri, ordu generalı Sergey Şoyqudan canını qurtarmaq cəhdi idi. Amma bu qiyamın birbaşa Prezident Vladimir Putinə qarşı yönəldiyini düşünmürəm.

– Niyə “Vaqner”çilər qiyamı dayandırdı və ölkədən çıxdı? Axı Priqojin demişdi ki, sona kimi gedəcəklər…

– Məncə, onlar məqsədlərinə çatdıqlarını anladılar. Bundan sonra Sergey Şoyqu və digər generallar işdən çıxarıla bilər. Əlbəttə, onlar üçün daha ağır ssenarilər də mümkündür.

– Bəs Vladimir Putin niyə Priqojini bağışladı? Halbuki o, qiyamı vətənə xəyanət kimi qiymətləndirmişdi.

– Vladimir Putinin Yevgeni Priqojini bağışladığını düşünmürəm. Sadəcə başa düşdü ki, “Vaqner”ə qarşı radikal addım ona baha başa gələ bilər.

– Necə fikirləşirsiniz, Belarusdan Ukraynaya ikinci cəbhə açıla bilər?

– Bəli, mümkündür. Amma bu, hazırkı situasiya üçün elə də asan deyil.

– Vladimir Putin əvvəllər bir neçə dəfə demişdi ki, ölkəsinə qarşı təhdid olarsa, nüvə silahı tətbiq edəcək. Niyə indi buna getmədi? Axı Rusiyanın təhlükəsizliyi təhdid altında idi.

– Ciddi təhlükə yox idi. Həm də Putin nüvə şantajından sadəcə digərlərini qorxutmaq üçün istifadə edir.

– Bundan sonra Sergey Şoyqu və Yevgeni Priqojinin taleyi necə olacaq?

– Biri öləcək, digər qəhrəman olacaq. Bunu əminliklə deyirəm. Amma hansının taleyinin necə olacağını konkret olaraq proqnozlaşdırmaq çətindir.

– Qərb bu prosesdə hansı rol oynayır?

– Şübhəsiz, çox az ölkə Kiyevə bu proseslərdən istifadə etmək barədə tövsiyə verməyə bilər. Etiraf edək ki, Ukrayna üçün yaxşı fürsət yaranıb.

terefsiz.az

Əlahiddə Ümumqoşun Orduda “Zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

0

TEREFSİZ.AZ saytı Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda növbəti “Zabit hazırlığı kursu”nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov məzunları təbrik edib və ölkəmizdə aparılan ordu quruculuğundan danışıb.

O söyləyib ki, Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra da Azərbaycan Ordusunun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılması, maddi-texniki bazanın inkişaf etdirilməsi diqqətdə saxlanılır.

M.Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində doğma Naxçıvanda da hərbi infrastrukturun müasirləşdirilməsi üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb və kursu uğurlar bitirən gənclərin hər zaman dövlət qayğısından bəhrələnərək vəzifələrinin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib.

Mərasimdə digər çıxış edənlər ixtisas hazırlığı kurslarının əhəmiyyətindən danışıb, məzunlara xidmətlərində uğurlar arzulayıblar.

 

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı əmr mərasim iştirakçılarına çatdırılıb.

 

Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.