Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1030 nəfəri ötüb

0
79

Pakistanda bu yay yağan musson yağışları nəticəsində yaranan daşqınlar nəticəsində mindən çox insan, o cümlədən 300-dən çoxu uşaq həlak olub.

“Terefsiz.az” bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Belə ki, son məlumatlara görə, iyun ayından bəri daşqınlar nəticəsində azı 1033 nəfər ölüb. Hazırda Xeyber-Paxtunxvada daşqınlar səbəbindən 330 mindən çox insan təxliyə edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3 000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, iyunun ortalarından İslam Respublikasında 2,3 milyon insan daşqınlardan zərər çəkib və 95 mindən çox ev dağılıb.

Pakistan hakimiyyəti beynəlxalq humanitar yardım istəyib.

terefsiz.az