Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 76-ya çatıb.
“Terefsiz.sz” bu barədə yerli mətbuata istinadən xəbər verir.
İyulun 5-də Pakistanın əksər bölgələrinə yağan güclü yağışlar sakinlərin həyatına mənfi təsir göstərib.
Kəraçidə aramsız yağan leysan nəticəsində ölənlərin sayı 14-ə çatıb. 3 nəfər elektrik cərəyanı vurması, daha 3 nəfər isə tavanın uçması nəticəsində ölüb. Şəhərin bir çox yerlərində yollar, yaşayış binaları və müəssisələr su altında qalıb.
Güclü leysan Pakistanın paytaxtı və Ravalpindi şəhərində də baş verib.
terefsiz.az