Pakistanda məsciddə partlayış baş verib,72 nəfər həyatını itirib

0
94

Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində ,72 nəfər həyatını itirib.

“Terefsiz.az” xarici KİV-ə istinadən xəbər verir ki, 150 insan yaralanıb.

Qeyd olunub ki, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Vurğulanıb ki, partlayış zamanı məsciddə 500-ə qədər adam ola bilərdi.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

terefsiz.az